Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Bu məqalənin sonunda mənbə siyahısı var lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi

Rüstəm Əliyev (şərqşünas)

Rüstəm Əliyev (şərqşünas)
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Rüstəm Əliyev (1929-1994) — məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru.[]

Rüstəm Əliyev
Rüstəm Musa oğlu Əliyev
image
Doğum tarixi 13 yanvar 1929
Doğum yeri Morul, Şəmkir rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi aprel 1994 (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı image SSRİ→
image Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şərqşünas, filoloq, tərcüməçi, universitet müəllimi[d]
Mükafatları image

Həyatı

Rüstəm Musa oğlu Əliyev 1929-cu il yanvar ayının 13-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.1946-cı ildə Nizami adına Morul kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, burada bir il oxuduqdan sonra A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə qəbul olunmuşdur. Daha sonra həmin universitetin aspiranturasını bitirmiş, 1954-cü ildə Leninqradda "Sədi Şirazinin "Gülüstan" əsərinin tənqidi mətni" mövzusunda namizədlik, 1968-ci ildə Moskvada "Sədi Şirazinin poetik irsinin bərpası problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yevgeni Bertelsin dəvəti ilə Leninqraddan Moskvaya gələn Rüstəm Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləmiş, burada kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlmişdir.

1972-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi və Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin müdiri, 1983-cü ildən ömrünün sonuna qədər Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin elmi məsləhətçisi (1989-1994), AMEA prezidentinin klassik Şərq ədəbiyyatı üzrə müşaviri (1991-1994), Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri (1992-1994), "Şəhriyar" qəzetinin və "Nizami Gəncəvi" jurnalının baş redaktoru (1992-1994) olmuşdur.

1994-cü ilin aprel ayında Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mənbələr

  1. Rüstəm Əliyev. Biblioqrafiya. Bakı, "Nafta-press" nəşriyyatı, 2003
  2. Rüstəm Əliyev fenomeni (məqalələr və xatirələr toplusu). Bakı, "Nurlan" nəşriyyatı, 2004
  3. Dünya şöhrətli şərqşünas (Professor Rüstəm Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 14 aprel 2004-cü ildə keçirilmiş ümümrespublika elmi konfransının materialları). Bakı, "Nurlan" nəşriyyatı, 2005.

Haqqında

Dünya şöhrətli şərqşünas - professor Rüstəm Əliyev (film, 2019)

Xarici keçidlər

1. Dünya şöhrətli şərqşünas, yaxud Sonuncu Mogikan

2. Görkəmli şərqşünas alim Rüstəm Əliyevin anadan olmasının 90 illiyi qeyd edilib

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Rustem Eliyev 1929 1994 meshur Azerbaycan serqsunasi filologiya elmleri doktoru professor emekdar elm xadimi Harvard Universitetinin fexri doktoru menbe gosterin Rustem EliyevRustem Musa oglu EliyevDogum tarixi 13 yanvar 1929Dogum yeri Morul Semkir rayonu Azerbaycan SSR SSRIVefat tarixi aprel 1994 65 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliFealiyyeti serqsunas filoloq tercumeci universitet muellimi d MukafatlariHeyatiRustem Musa oglu Eliyev 1929 cu il yanvar ayinin 13 de Semkir rayonunun Morul kendinde anadan olmusdur 1946 ci ilde Nizami adina Morul kend orta mektebini bitirib Azerbaycan Dovlet Universitetinin Serqsunasliq fakultesine daxil olmus burada bir il oxuduqdan sonra A A Jdanov adina Leninqrad Dovlet Universitetinin Serq fakultesine qebul olunmusdur Daha sonra hemin universitetin aspiranturasini bitirmis 1954 cu ilde Leninqradda Sedi Sirazinin Gulustan eserinin tenqidi metni movzusunda namizedlik 1968 ci ilde Moskvada Sedi Sirazinin poetik irsinin berpasi problemi movzusunda doktorluq dissertasiyasi mudafie etmisdir Yevgeni Bertelsin deveti ile Leninqraddan Moskvaya gelen Rustem Eliyev 1955 1971 ci illerde SSRI EA Serqsunasliq Institutunda islemis burada kicik elmi isciden Serq metnsunasligi bolmesinin mudiri vezifesinedek yukselmisdir 1972 1980 ci illerde Azerbaycan Milli Elmler Akademiyasi Elyazmalar Institutunda bas elmi isci ve Erebdilli yazili abidelerin tedqiqi ve nesri sobesinin mudiri 1980 1983 cu illerde Nizami adina Edebiyyat Institutunda Nizamisunasliq sobesinin mudiri 1983 cu ilden omrunun sonuna qeder Serqsunasliq Institutunda Iran filologiyasi sobesinin mudiri vezifesinde calismisdir Azerbaycan Respublikasi Metbuat ve Informasiya Nazirliyinin elmi meslehetcisi 1989 1994 AMEA prezidentinin klassik Serq edebiyyati uzre musaviri 1991 1994 Azerbaycan Iran Dostluq Cemiyyetinin sedri 1992 1994 Sehriyar qezetinin ve Nizami Gencevi jurnalinin bas redaktoru 1992 1994 olmusdur 1994 cu ilin aprel ayinda Bakida vefat etmis II Fexri Xiyabanda defn edilmisdir MenbelerRustem Eliyev Biblioqrafiya Baki Nafta press nesriyyati 2003 Rustem Eliyev fenomeni meqaleler ve xatireler toplusu Baki Nurlan nesriyyati 2004 Dunya sohretli serqsunas Professor Rustem Eliyevin anadan olmasinin 75 illiyi munasibetile 14 aprel 2004 cu ilde kecirilmis umumrespublika elmi konfransinin materiallari Baki Nurlan nesriyyati 2005 HaqqindaDunya sohretli serqsunas professor Rustem Eliyev film 2019 Xarici kecidler1 Dunya sohretli serqsunas yaxud Sonuncu Mogikan 2 Gorkemli serqsunas alim Rustem Eliyevin anadan olmasinin 90 illiyi qeyd edilib

Nəşr tarixi: İyun 16, 2024, 20:25 pm
Ən çox oxunan
  • İyul 14, 2025

    Maqan padşahlığı

  • İyul 15, 2025

    Maluf

  • İyul 15, 2025

    Makrofaq

  • İyul 12, 2025

    Moqan gölü

  • İyul 15, 2025

    Monteneqro Milli Birləşmə Komitəsi

Gündəlik
  • Leonid Kravçuk

  • Ukraynada elm

  • Azərbaycan

  • İsrailin İrana zərbələri (2025)

  • HƏMAS–İsrail müharibəsi

  • Nəsibə Hüseynova

  • Alfred Brendel

  • Cənnə Böyük məscidi

  • Eyfel qülləsi üzərinə yazılmış 72 şəxsin adı

  • AXC

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı