fbpx
Wikipedia

Quba–Xınalıq yolu

Quba-Xınalıq yoluAzərbaycan Respublikasının Quba rayonunda Quba şəhərindən Xınalıq kəndinə gedən yol. Bu yol Azərbaycanın əsas turizm marşrutlarından biridir.

Avtomobil yolu
Quba-Xınalıq yolu
Ölkə Azərbaycan Azərbaycan
Region
Rayon
Uzunluğu 57 km
Başlayır Quba şəhəri
Bitir Xınalıq kəndi
Örtüyü asfalt
Quba-Xınalıq avtomobil yolunun başlanğıcında vurulmuş lövhə (2006-cı il).
Quba-Xınalıq yolu

Tarixi

Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş tarixən at arabaları vasitəsilə olmuşdur.

Köhnə yol

Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir. Həmin yolun uzunluğu 70 km idi. Sərt hava şəraiti səbəbindən qış aylarında yol bağlı olurdu və əhali piyada hərəkət etmək məcburiyyətində qalırdı. Yol açıq olduqda isə avtonəqliyyat vasitəsi kimi yalnız yük avtomobillərindən – "QAZ-66", "Kamaz", "Zil", "Ural" və s., minik avtomobillərindən isə "Niva" əhalinin köməyinə çatırdı.

Yeni yol

1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə həmin istiqamətdə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir. 2006-cı il oktyabrın 7-də Quba rayonunda Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ümumi uzunluğu 57 kilometr olan yolun salınması ilə əlaqədar 9 ədəd yeni körpünün tikilməsi, 39 ədəd suötürücü boruların quraşdırılması, təhlükəsizlik bəndlərinin inşası barədə məlumat verilmişdir. Yolun eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir. Yol tikilərkən 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüş, 45 min ton asfalt döşənmişdir.

 
Yolun keçdiyi Cek kanyonu

Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır. Hal-hazırda yol dövlət nəzarətində olmaqla ilboyu açıqdır. Lakin avtomaşın yolu çəkilərkən təbii şərait tamlıqla nəzərə alınmadığı səbəbindən mütəmadi olaraq, Quba-Xınalıq yolunun Zanqar və Cek kəndinin qarşı tərəfi, Qaragüney adlanan hissələrində torpaq sürüşmələri baş verir, qayalıq hissələrində isə uçqunla yolu bağlayır. Bu problemi həll etmək üçün yola xidmət edən təşkilat daima yolda təmir briqadası saxlamaq məcburiyyətindədir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 7 oktyabr 2006-cı ildə Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etdikdən sonra Xınalıq kəndində olarkən bildirmişdir:

"İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi".

Hazırda Quba-Xınalıq yolu Quba 6 saylı Yol İstismar İdarəsinə aiddir.

Mövcud problemlər

Təbii səbəblər üzündən hər il bir neçə dəfə yol bağlanır ki, bu da yolun açılmasına qədər gediş-gəlişi çətinləşdirir. Bu səbəblərə adətən sel sularının yolun müəyyən bir hissəsini yuması, qaya uçqunları və s. amillər aiddir. Yolda baş verən fəsadların aradan qaldırılması üçün ərazidə mütəmadi olaraq "Azəravtoyol" ASC-nin və "Körpü-Bina-Tikinti" MMC-nin ağır texnikası və canlı qüvvəsi çalışır.

Turizm

Xınalığa aparan yol insanı daim həyəcanda saxlayır. Əvvəl düz, daha sonra hündürlüklərə istiqamətlənən yol qeyri-adiliklərlə müşayiət olunur. Yol boyu havanın 4-5 dəfə dəyişməyi sərnişinlərin böyük marağına səbəb olur.

Yol boyu bir sıra turistik məntəqələr və məkanlar var ki, bütün bunlar Quba-Xınalıq yolunun əhəmiyyətini daha da artırır. Yol boyu Qəçrəş meşəsi, "Minarə" qa­yası, "Retro", "Park Orman", "Nazlı Bulaq" və "Məst Dərgah" ailəvi istirahət mərkəzləri, Cek kanyonu, Gümbə, Zanqar, Kukaş kimi ərazilər turistlərin marağına səbəb ola bilən yerlərdir.

2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Xınalıq və Xınalıq yolu" adlı sənədli filmini çəkmişdir.

Həmçinin bax

İstinadlar

  1. Xınalıq - 5 minillik möhtəşəm tarix. azerbaijan-news.az, 21.07.2016  (azərb.)
  2. Əli İldırımoğlu. "Xınalığın təzə yolu", "Kommunist" qəzeti, № 61 (21129), Bakı, 21 mart 1990, səh. 3.  (azərb.)
  3. Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimi. "Nəqliyyatçı" jurnalı, № 4, dekabr 2006. səh. 2-5. mot.gov.az  (azərb.)
  4. Azərbaycan Respublikası nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2006-cı ilin yekunları haqqında MƏLUMAT. səh. 5. mot.gov.az  (azərb.)
  5. . 2015-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  6. AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QUBA RAYONUNA SƏFƏRİ QUBA-İSPİK-XINALIQ AVTOMOBİL YOLUNUN AÇILIŞ MƏRASİMİ. azertag.az, 07.10.2006  (azərb.)
  7. "Uğurlu siyasətin nəticələri". Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) icrasının yekunları. Bakı, 2009, səh. 23. economy.gov.az 2011-08-23 at the Wayback Machine  (azərb.)
  8. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları. Bakı, 2010, səh. 94-95. elibrary.az[ölü keçid]  (azərb.)
  9. AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN REGİONLARA SƏFƏRLƏRİ. Qədim Xınalıq kəndinin sakinləri ilə görüş: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. elibrary.az[ölü keçid]  (azərb.)
  10. Quba-Xınalıq yolu açılıb - YENİLƏNİB. oxu.az, 03.11.2014  (azərb.)
  11. Quba-Xınalıq yolu açılıb FOTO. azpress.az, 19.09.2016  (azərb.)
  12. Qədim Xınalıq kəndinin sakinləri ilə görüş. "Xalq qəzeti", 8 oktyabr 2006-cı il. elibrary.az 2011-08-23 at the Wayback Machine  (azərb.)

Xarici keçidlər

  • Quba–Xınalıq yolu — Facebook səhifəsi
  • Quba-Xınalıq yolu I hissə, II hissə

quba, xınalıq, yolu, quba, xınalıq, yolu, azərbaycan, respublikasının, quba, rayonunda, quba, şəhərindən, xınalıq, kəndinə, gedən, azərbaycanın, əsas, turizm, marşrutlarından, biridir, avtomobil, yoluquba, xınalıq, yoluölkə, azərbaycan, azərbaycanregion, avrop. Quba Xinaliq yolu Azerbaycan Respublikasinin Quba rayonunda Quba seherinden Xinaliq kendine geden yol Bu yol Azerbaycanin esas turizm marsrutlarindan biridir Avtomobil yoluQuba Xinaliq yoluOlke Azerbaycan AzerbaycanRegion AvropaRayon QubaUzunlugu 57 kmBaslayir Quba seheriBitir Xinaliq kendiOrtuyu asfaltQuba Xinaliq avtomobil yolunun baslangicinda vurulmus lovhe 2006 ci il Quba Xinaliq yolu Mundericat 1 Tarixi 1 1 Kohne yol 1 2 Yeni yol 2 Movcud problemler 3 Turizm 4 Hemcinin bax 5 Istinadlar 6 Xarici kecidlerTarixi RedakteUcqar dag kendi olan Xinaliga gedis gelis tarixen at arabalari vasitesile olmusdur 1 Kohne yol Redakte Xinaliga ilk avtomobil yolu 1968 1969 1 cu illerde cekilmisdir Hemin yolun uzunlugu 70 km idi Sert hava seraiti sebebinden qis aylarinda yol bagli olurdu ve ehali piyada hereket etmek mecburiyyetinde qalirdi Yol aciq olduqda ise avtoneqliyyat vasitesi kimi yalniz yuk avtomobillerinden QAZ 66 Kamaz Zil Ural ve s minik avtomobillerinden ise Niva ehalinin komeyine catirdi Yeni yol Redakte 1988 1989 cu illerde yolun istiqametini deyiserek Qudyalcay boyunca cekmisler 2 Bu yol da qisda cox vaxt bagli olurdu Nehayet 2006 ci ilde hemin istiqametde olke Prezidenti Ilham Eliyevin gosterisi ile Xinaliga Qubadan 57 km uzunlugunda asfalt yol cekilerek istismara verilmisdir 3 4 2006 ci il oktyabrin 7 de Quba rayonunda Quba Ispik Xinaliq avtomobil yolunun acilis merasiminde istirak eden Azerbaycan Respublikasinin Prezidenti cenab Ilham Eliyeve umumi uzunlugu 57 kilometr olan yolun salinmasi ile elaqedar 9 eded yeni korpunun tikilmesi 39 eded suoturucu borularin qurasdirilmasi tehlukesizlik bendlerinin insasi barede melumat verilmisdir 5 Yolun eni cetin sahelerde 5 6 qalan yerlerde ise 8 10 metrdir 6 Yol tikilerken 1 2 milyon kubmetr torpaq qazma partlayis isleri gorulmus 45 min ton asfalt dosenmisdir 6 Cek kanyonunda korpu Yolun kecdiyi Cek kanyonu Qecres Qimilqazma Qirizdehne Elik Cek Xinaliq istiqametinde cekilmis yolun insasinda 270 den cox muxtelif texnikadan istifade olunmus umumilikde 14 milyon manat vesait xerclenmisdir 6 Yolun tikintisinde min nefere qeder isci calismisdir 7 Hal hazirda yol dovlet nezaretinde olmaqla ilboyu aciqdir Lakin avtomasin yolu cekilerken tebii serait tamliqla nezere alinmadigi sebebinden mutemadi olaraq Quba Xinaliq yolunun Zanqar ve Cek kendinin qarsi terefi Qaraguney adlanan hisselerinde torpaq surusmeleri bas verir qayaliq hisselerinde ise ucqunla yolu baglayir 8 Bu problemi hell etmek ucun yola xidmet eden teskilat daima yolda temir briqadasi saxlamaq mecburiyyetindedir Azerbaycan Respublikasinin prezidenti Ilham Eliyev 7 oktyabr 2006 ci ilde Quba Ispik Xinaliq avtomobil yolunun istifadeye verilmesi merasiminde istirak etdikden 6 sonra Xinaliq kendinde olarken bildirmisdir Indi Qubadan Xinaliga gelmek adama lezzet verir gozel menzere gozel daglar caylar bulaqlar selaleler Men indi gelerken bir nece yerde masini saxlayaraq dusur bu menzereye tamasa edirdim Adam ozunu cox yaxsi hiss edir Men bu gun ozumu xususile cox yaxsi hiss edirem Cunki menim gosterisimle bu yol cekildi ve butun Xinaliq camaatina sevinc getirdi 9 Ilham Eliyev Azerbaycan Respublikasinin Prezidenti Hazirda Quba Xinaliq yolu Quba 6 sayli Yol Istismar Idaresine aiddir 10 Movcud problemler RedakteTebii sebebler uzunden her il bir nece defe yol baglanir ki bu da yolun acilmasina qeder gedis gelisi cetinlesdirir Bu sebeblere adeten sel sularinin yolun mueyyen bir hissesini yumasi 11 qaya ucqunlari ve s amiller aiddir Yolda bas veren fesadlarin aradan qaldirilmasi ucun erazide mutemadi olaraq Azeravtoyol ASC nin ve Korpu Bina Tikinti MMC nin agir texnikasi ve canli quvvesi calisir 11 Turizm RedakteXinaliga aparan yol insani daim heyecanda saxlayir 1 Evvel duz daha sonra hundurluklere istiqametlenen yol qeyri adiliklerle musayiet olunur 1 Yol boyu havanin 4 5 defe deyismeyi 1 sernisinlerin boyuk maragina sebeb olur Yol boyu bir sira turistik menteqeler ve mekanlar var ki butun bunlar Quba Xinaliq yolunun ehemiyyetini daha da artirir Yol boyu Qecres mesesi Minare qa yasi Retro Park Orman Nazli Bulaq ve Mest Dergah ailevi istirahet merkezleri Cek kanyonu Gumbe Zanqar Kukas kimi eraziler turistlerin maragina sebeb ola bilen yerlerdir Qecres mesesi Retro Park Orman Nazli Bulaq Mest Dergah selalesi Cek kanyonu Gumbe Yolda tursu satisi2006 ci ilde ise Azerbaycan Televiziya ve Radio Verilisleri Qapali Sehmdar Cemiyyeti terefinden Xinaliq ve Xinaliq yolu adli senedli filmini cekmisdir 12 Hemcinin bax RedakteCek kanyonuIstinadlar Redakte 1 2 3 4 5 Xinaliq 5 minillik mohtesem tarix azerbaijan news az 21 07 2016 azerb Eli Ildirimoglu Xinaligin teze yolu Kommunist qezeti 61 21129 Baki 21 mart 1990 seh 3 azerb Quba Ispik Xinaliq avtomobil yolunun acilis merasimi Neqliyyatci jurnali 4 dekabr 2006 seh 2 5 mot gov az azerb Azerbaycan Respublikasi neqliyyat yol kompleksine daxil olan saheler uzre 2006 ci ilin yekunlari haqqinda MELUMAT seh 5 mot gov az azerb Quba Ispik Xinaliq avtomobil yolunun acilis merasimi azeryol az 2015 03 31 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 08 01 1 2 3 4 AZERBAYCAN PREZIDENTI ILHAM ELIYEVIN QUBA RAYONUNA SEFERI QUBA ISPIK XINALIQ AVTOMOBIL YOLUNUN ACILIS MERASIMI azertag az 07 10 2006 azerb Ugurlu siyasetin neticeleri Azerbaycan Respublikasi regionlarinin sosial iqtisadi inkisafi Dovlet Proqraminin 2004 2008 ci iller icrasinin yekunlari Baki 2009 seh 23 economy gov az Arxivlesdirilib 2011 08 23 at the Wayback Machine azerb Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin nitqleri cixislari musahibeleri ve beyanatlari Baki 2010 seh 94 95 elibrary az olu kecid azerb AZERBAYCAN PREZIDENTI ILHAM ELIYEVIN REGIONLARA SEFERLERI Qedim Xinaliq kendinin sakinleri ile gorus Azerbaycan Prezidenti Ilham Eliyevin nitqi elibrary az olu kecid azerb Quba Xinaliq yolu acilib YENILENIB oxu az 03 11 2014 azerb 1 2 Quba Xinaliq yolu acilib FOTO azpress az 19 09 2016 azerb Qedim Xinaliq kendinin sakinleri ile gorus Xalq qezeti 8 oktyabr 2006 ci il elibrary az Arxivlesdirilib 2011 08 23 at the Wayback Machine azerb Xarici kecidler Redakte Vikianbarda Quba Xinaliq yolu ile elaqeli mediafayllar var Quba Xinaliq yolu Facebook sehifesi Quba Xinaliq yolu I hisse II hisseMenbe https az wikipedia org w index php title Quba Xinaliq yolu amp oldid 5933126, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.