Qobu Dilağarda
Qobu Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Qobu Dilağarda | |
---|---|
39°40′35″ şm. e. 47°10′23″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Nəqliyyat kodu | 19 |
Tarixi
Azərbaycan dilində qobu “quru dərə“, “quruyarğan“ və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir.
2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir..
Toponimikası
Qobu Dilağarda oyk. Füzuli r-nunun Dilağarda i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qobu və dilağarda (etn,) sözlərindən ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində dilağarda tayfaşının Cənubi Azərbaycandan gəlib məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı 'Qobuda maskunlaşmış dilağarda” mənasındadır.
Əhalisi
Tanınmış şəxsləri
Pəhlivan Fərzəliyev: Azərbaycanın milli qəhrəmanı
Həbib İbayev: Alim, fizik, riyaziyyatçı.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Xarici keçidlər
- Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
İstinadlar
- "Daha 23 kənd işğaldan azad edildi". report.az (azərb.). 9 noktyabr 2020. İstifadə tarixi: 9 noyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427