Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonlarının siyahısı
Bu siyahıda Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonları əks olunub.
Mövcud gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsində yerləşən rayonlarda özünümüdafiə batalyonlarının yaradılmasını qərara aldı. Bu məqsədlə hərbi şəxslər tərəfindən rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirildi. 1991-ci ilin oktyabr ayından etibarən Azərbaycanda özünümüdafiə batalyonları yaranmağa başladı.
14 fevral 1992-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayaz Mütəllibovun Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmriylə ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələrinin Tahir Əliyevə tabe edilməsi, general-mayor Dadaş Rzayevin isə mövcud hərbi bölmələrdən hərbi hissə təşkil etməsi əmr olundu. Bu əmrlə bağlı olaraq özünümüdafiə batalyonlarının bazasında hərbi hissələr təşkil edildi.
Siyahı
Adı | Yaranma tarixi | Komandiri | Şəxsi heyətin sayı | Hərbi hissə kimi | |
---|---|---|---|---|---|
Bu tarixdən | Hərbi hissə nömrəsi | ||||
Ağdam ərazi özünümüdafiə batalyonu | Şirin Mirzəyev | aprel 1992 | 836 saylı alay | ||
Bərdə ərazi özünümüdafiə batalyonu | Elçin Əliyev | 733 saylı hərbi hissə | |||
Beyləqan ərazi özünümüdafiə batalyonu | yanvar 1992 | Məhəmməd Qədirov | 1992-ci il yanvarın axırları | 724 saylı hərbi hissə | |
Cəbrayıl ərazi özünümüdafiə batalyonu | Kamil Vəliyev | 805 saylı hərbi hissə | |||
Füzuli ərazi özünümüdafiə batalyonu | noyabr 1991 | Telman Hüseynov Mobil Yusifov | 814 saylı hərbi hissə | ||
Xocalı ərazi özünümüdafiə batalyonu | 1991 | Tofiq Hüseynov | 80 nəfər (14 fevral 1992) | ||
Xocavənd ərazi özünümüdafiə batalyonu | Əbülfət Hüseynov | 831 saylı hərbi hissə | |||
Kəlbəcər ərazi özünümüdafiə batalyonu | oktyabr 1991 | Asif Süleymanov | 809 saylı hərbi hissə | ||
Qubadlı ərazi özünümüdafiə batalyonu | 12 oktyabr 1991 | Dağbəyi Məhyəddinov | 810 saylı hərbi hissə | ||
Laçın ərazi özünümüdafiə batalyonu | 1 oktyabr 1991 | Arif Paşayev | 250 nəfər (oktyabr 1991) 1000+ nəfər (mart 1992) | 27 mart 1992 | 811 saylı Laçın dağ-atıcı alayı |
Şuşa ərazi özünümüdafiə batalyonu | 19 noyabr 1991 | Fəxrəddin Səfərov | 22 yanvar 1992 | 816 saylı hərbi hissə | |
Tərtər ərazi özünümüdafiə batalyonu | 12 noyabr 1991 | Elman Hüseynov | 813 saylı hərbi hissə | ||
Zəngilan ərazi özünümüdafiə batalyonu | 1991 | Bayram Məmmədov | 806 saylı hərbi hissə |
İstinadlar
- Rafiq Nağıyev (15/05/2017). www.qlobal.az "Laçın niyə işğal olundu- Xəyanət, Xaos, yoxsa.?! - Sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)" (#bad_url). Qlobal.az. 30 noyabr 2017-ci il tarixində . (az.)
- Ayaz Mütəllibov (24/02/1992). . Archived from the original on 2018-01-03. İstifadə tarixi: 03/01/2018. (rus.)
- "Beyləqanlı" (2017). www.beyleqanli.az "Beyləqan ərazi özünümüdafiə batalyonu" (#bad_url). Beyleqanli.az. 16 dekabr 2017-ci il tarixində . (az.)
- Göndərdi: Əsgərov Qəbul etdi: Nəsibov K. (14/02/1992). . Archived from the original on 2018-01-04. İstifadə tarixi: 05/01/2018. (#text_ignored) (rus.)
- Akif Kamal, , Bakı, Azərnəşr, 2012, 330 səh.