Nəsib Nəsibli
Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956) — azərbaycanlı alim, tarix elmləri doktoru, Azərbaycan Milli Məclisinin (III çağırış) deputatı.
Nəsib Nəsibli | |
---|---|
Şəxsi məlumatlar | |
Partiya | |
Doğum tarixi | |
Doğum yeri | Qoşakilsə, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ |
Həyatı
Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir.
1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləmişdir.
Siyasi fəaliyyəti
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuş, eyni zamanda Müsavat Partiyasının bərpa edilməsi işində çalışmışdır. 1989-1992-də Azərbaycan Milli Demokratik Partiyası “Yeni Müsavat”a başçılıq etmişdir. Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub. 1994-1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.
1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı almışdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
2 noyabr 2014-cü ildə Müsavat Partiyasından istefa vermişdir.
Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.
Evlidir, iki övladı var.
Mənbə
- "Nəsib Nəsibli". Haqqinda.az. İstifadə tarixi: 2 oktyabr 2015. Arxivləşdirilib.
- Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub. 1994-1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.