Niderland Krallığı
Niderland Krallığı (nid. Koninkrijk der Nederlanden) və yaxud da digər adı ilə Hollandiya Krallığı — Qərbi Avropa və Karib hövzəsində toprağı olan bir suveren dövlət və konstitusiyalı monarxiya. Aruba, Kürasao, Niderland və Sint-Marten olmaq üzrə dörd ölkədən ibarətdir. Ancaq reallıqda, krallığın işlərinin çoxunu əhalisinin və sahəsinin 98 %-ini təşkil edən Niderland idarə etməkdədir. Bu səbəbdən digər üç ölkə, müəyyən qədər öz parlamentləri vasitəsilə muxtar olsa da xarici siyasət və müdafiə məsələlərində Niderlanddan asılıdırlar.
Niderland Krallığı | |
---|---|
Paytaxtı və ən böyük şəhəri | Amsterdam |
Rəsmi dilləri | Niderland dili |
İdarəetmə forması | Konstitusiyalı monarxiya |
Tarixi | |
• Yaranması | 16 mart 1815 |
Ərazisi | |
• Ümumi |
|
Telefon kodu | +31 |
Niderlandın torpaqlarının çoxu Avropadadır. Yalnız Niderlanda aid 3 özəl bələdiyyədən – Boneyr, Sint-Estatius və Sabadan ibarət Karib Niderlandı ərazisi Karib dənizindədir. Aruba, Kürasao və Sint-Marten də Karib dənizindədir.
Krallığın xronologiyası
Dövr | Ölkələr | Dəyişikliklər |
---|---|---|
1954-1975 |
| Niderland Krallığı Xartiyası imzalandı. |
1975-1986 | Surinam müstəqilliyini əldə etdi və Surinam Respublikası oldu. | |
1986-2010 | Aruba Niderland Antil adalarından ayrıldı və ayrı bir ölkə oldu. | |
2010-günümüz | Niderland Antil adaları dağıldı. Karib Niderlandı Niderlandın özəl bələdiyyəsi olarkən Kürasao və Sint-Marten də ayrı ölkə oldular. |
Qeydlər
- Krallığın bir parçası olan Niderland ilə qarışdırılmamalıdır.
Xarici keçidlər
- The Charter for the Kingdom of the Netherlands (pdf)
- DMOZ-da Niderland Krallığı
- ↑ (unspecified title) — burax. 2008.
- ↑ http://www.countrycallingcodes.com/country.php?country=Netherlands