Wikipedia
Naciyə Qadınəfəndi
Naciyə Qadınəfəndi (d. 1882 - ö. 4 fevral 1924) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on üçüncü və son xanımı.
Naciyə Qadınəfəndi | |
---|---|
ناسيي كادينيفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Arslan bəy |
Anası | Canhız xanım |
Həyat yoldaşı | II Əbdülhəmid |
Uşaqları | Mehmed Abid Əfəndi Səmiyə Sultan |
Həyatı
Əsl adı Zəliha olan Naciyə xanım əslən gürcü olan ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında Kabasakal Mehmed Paşa tərəfidnən alınaraq Ulduz sarayına gətirilmiş, burada saray tərbiyəsi almışdır. 4 noyabr 1904-cü ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evlənən Naciyə xanım padşahın ən sevimli 2 xanımından biri oldu. 1909-cu ildə ərinin sürgünündən sonra onunla birlikdə Salonikiyə getdi və 1912-ci ildə yenə onunla birlikdə İstanbula qayıtdı. 4 fevral 1924-cü ildə Ərənköydəki villasında vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsindədir.
Övladları
- Şahzadə Mehmed Abid Əfəndi (d. 17 sentyabr 1904, Ulduz sarayı, İstanbul - ö. 8 dekabr 1973, Beyrut)
- Səmiyə Sultan (d. 16 yanvar 1908 - ö. 24 yanvar 1909) — 1 yaşında ağciyər iltihabından vəfat etmişdir. Məzarı Yəhya Əfəndi məzarlığındadır.
Mənbə
- Christopher Buyers. "The Royal Ark – Royal and Ruling Houses of Africa, Asia, Oceania and the Americas". 4dw.net.