Merkosur və ya Merkosul(isp. Mercado Común del Sur, port. Mercado Comum do Sul, quar. Ñemby Ñemuha, ing. Southern Common Market)-Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela arasında iqtisadi və siyasi müqavilə.
Onun məqsədi sərbəst ticarət, mal, insan və pul axını hərəkətini təşviq etməkdir. Rəsmi dilləri Quarani,portuqal və ispan dilləridir.
Üzvlər
Tam üzvləri
Müxbir (assosiasiya olunmuş) üzvləri
Müşahidəçilər
İspan dilindən tərcümədə bu birlik "Cənub konusunun ümumi bazarı" adlanır. Təşkilatın emblemində də cənub xaçının bürcü təsvir olunub. Baş qərargahı Montevideo (Uruqvay) şəhərində yerləşir.
Merkosurun strateji məqsədi-qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması, həmçinin subregionların beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılmasıdır.
Yaranma tarixi
1960-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra Cənubi Amerikada inteqrasiya proseslərinə maraq 1980-ci illərdən başlayaraq yenidən artmağa başladı. Belə ki, 1986-cı ildə Argentina və Braziliya-Latın Amerikasının iqtisadi cəhətdən güclü iki dövləti iqtisadi əməkdaşlıq və davamlı inteqrasiyanın inkişafı haqqındakı birgə layihələrini irəli sürdülər və başqa ölkələrin bura qatılmasının açıq olduğunu elan etdilər. Bundan sonra Uruqvay və Paraqvay da tez vaxtda onlara qoşuldular. 1991-ci ilin mart ayında Paraqvayın Asunsone şəhərində gömrük birliyi və ümumi bazar - MERKOSUR-un yaradılması haqqında dördtərəfli müqavilə imzalandı. Amma ölkələr arasındakı real ticarət bloku 1995-ci ildən qanuni qeydiyyata alındı. Bu vaxta qədər mürəkkəb hazırlıq işləri gedirdi.
1994-cü ildə Asunsone müqaviləsinə əlavə olaraq sərbəst ticarət zonasının yaradılmasını və sonradan onun gömrük birliyi ilə əvəz olunmasını təsdiq edən yeni müqavilə imzalandı. 1995-ci ildə bu müqavilə qüvvəyə mindi və birliyin sərhədləri daxilinə üçüncü ölkədən məhsul idxalına dair ümumi gömrük tarifləri tətbiq olunmağa başlandı.
Təşkilatın prestiji qalxmağa başladıqca Cənubi Amerikanın başqa dövlətləri də buraya qoşulmağa başladılar. 1996-cı ildə Boliviya, 2000-ci ildə isə Çili assosiasiya olunmuş üzvlər kimi təşkilata qoşuldular. 2002-ci ildə isə Venesuela da bu təşkilata üzv qəbul edildi.
Təşkilati strukturu
MERKOSUR-un əsas idarəedici orqanı Ümumi bazar şurasıdır. Onlar periodik olaraq dövlət başçıları və ya xarici işlər nazirlikləri səviyyəsində görüşürlər və inteqrasiyanın inkişafı ilə bağlı siyasi planlarını həyata keçirirlər. Əsas icraedici orqan isə Ümumi bazar qrupudur. Ümumi bazar qrupu Montevideoda (Uruqvay) inzibati katibliyə və eləcə də birbaşa özünə tabe olan 10 texniki komissiyaya malikdir. Bu komissiyalar ticarətlə, gömrük tənzimlənməsi ilə, texniki normalarla, valyuta-maliyyə siyasəti ilə, makroiqtisadi siyasətlə, quru və dəniz nəqliyyatı ilə, sənaye texnologiyaları ilə, kənd təsərrüfatı və energetika ilə bağlı məsələlərlə məşğul olurlar.
MERKOSUR-un təşkilati strukturuna aşağıdakı orqanlar daxildir:
- Ümumi Bazar şurası - İnteqrasiya prosesləri ilə bağlı ümumi rəhbərlik (Xarici işlər nazirləri səviyyəsində)
- Ümumi Bazar qrupu - Əsas icra edici orqan
- Birləşmiş Parlament komisiyyası – MERKOSUR parlamentinin səlahiyyətli orqanı
- Sosial iqtisadi məsləhət formu – İştirakçı dövlətlərin iqtisadiyytlarının social iqtisadi sektoru ilə bağlı səlahiyyətli orqan
- İnzibati katiblik
- Texniki komissiyalar
Uğurları və inkişaf perspektivləri
Cənub konusunun ümumi bazarı Latın Amerikasının ən effektiv inkişaf edən inteqrasiya təşkilatlarından biri oldu. MERKOSUR-un yaradılması iştirakçi ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasına gətirib çıxardı. Belə ki, 1991-1997-ci illər ərzində bu ölkələr arasındakı ticarət dövriyyəsi 6 dəfə artdı, amma buna baxmayaraq onların inkişaf etmiş ölkələrlə aralarında olan məhsul dövriyyəsi dəyişmir. Bu ölkələr arasındakı sərbəst ticarət zonasında bütün gömrük rüsumları, 90 % məhsullarda digər məhdudiyyətlər aradan qaldırılıb və üçüncü ölkələrlə ticarət zamanı 85% idxal olunan mallara eyni daxili tariflər tətbiq olunur. Yaxın vaxtlarda ümumi valyutanın yaradılması haqqında da danışıqlar gedir(Aİ-nın pul vahidi olan euro kimi).
İqtisadçıların fikrinə görə,bu təşkilatın yaradılması ona daxil olan ölkələrə öz iqtisadiyyatlarını stabilləşdirməyə kömək etdi. 1990-ci illərdə inflyasiyanın qarşısını almaq idxalın artırılması ilə həyata keçirildi və qiymət siyasətinin qaydaya salınması iqtisadi düşüşün qarşısını almağa yardımçı oldu: Misal olaraq Braziliya və Argentinanı göstərmək olar. Belə ki, 1991-1993-cü illərdə Braziliyada iqtisadi durğunluq zamanı yerli sənaye o vaxtlar iqtisadi yüksəlişdə olan Argentinanın bazarına çıxış imkanı olduğu üçün ayaqda dura bildi. Argentinaya da 1994-1995-ci illərdəki iqtisadi düşüş zamanı xilasedici qüvvə kimi dinamik inkişaf edən Braziliya bazarı kömək etdi. MERKOSUR-un təcrübəsi göstərdi ki, uğurlu inteqrasiya təşkilatı qurub,inkişaf etdirmək üçün heç olmasa bu təşkilata daxil olan ölkələr içində ikisinin güclü iqtisadi əlaqələri olmalıdır ki, böhran zamanı pis vəziyyətdə olan tərəfdaşlarına yardım edə bilsinlər.
MERKOSUR-un fəaliyyətdə olduğu dövrdə Latın Amerikasının digər təşkilatları ilə ticari iqtisadi tərəfdaşlıq getdikcə böyüməyə başladı. Meksika və Çili özlərinin geosiyasi mövqeyindən istifadə edərək NAFTA və MERKOSUR arasında bağlayıcı bənd rolunu oynamağa cəhd göstərirlər. 1991-ci ildə Mərkəzi Amerikada yaradılmış "Mərkəzi Amerika inteqrasiya təşkilatı-SICA" (6 dövlət - Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua, Panama, Salvador) 1998-ci ildə öz sərbəst ticarət zonasını MERKOSUR-un sərbəst ticarət zonası ilə birləşdirmək haqqında müqavilə imzaladılar.
Qarşılıqlı investisiya qoyuluşları da nəzərə çarpacaq dərəcədə artmağa başladı. Belə ki, 1995-ci ilin dekabr ayında MERKOSUR və AI arasında "Regionlar arası müqavilə" imzalandı. Bu müqavilədə 2001-ci ilə qədər bu təşkilatlar arasında sərbəst ticarət zonasının yaradılması qarşıya məqsəd qoyulmuşdu. Bu müqavilənin bağlanmasına ən çox təşəbbüs göstərənlərdən biri öz köhnə müstəmləkələri ilə keçmiş ənənəvi əlaqələrini saxlayan İspaniya idi.
Latın Amerikası ölkələri arasındakı uğurlu iqtisadi və siyasi yaxınlaşma ABŞ-nin qərb yarımkürəsindəki inteqrasiya proseslərini nəzarət altında saxlamasına mane olurdu. Buna gorə də ABŞ 1994-cü ildə Mayamidə Amerika qitəsinin 34 ölkəsinin dövlət başçıları iclasa çağırdı. Burada Latin Amerikasi ölkələrinin iqtisadi inkişafını sürətləndirmək haqqında məsələlər müzakirə olundu və "Amerika qitəsinin sərbəst ticarət zonası (Free Trade Area of Americas-FTAA)"nın yaradılması haqda layihə irəli sürüldü və bəyənildi. Müqavilənin bağlanması 2005-ci ilə qədər yubadıldı. Belə ki, danışıqlar zamanı əsasən 2 layihə müzakirə olunurdu-braziliya və amerika layihələri. Brazilya öz layihəsində inteqrasiyanın MERKOSUR və NAFTA simasında ayrı-ayrı inkişafını təklif edirdi. Amerika isə öz layihəsində NAFTA daxilində Latin Amerikası inteqrasiya təşkilatlarını əritməklə panamerikan sərbəst ticarət zonası yaratmağı təklif edirdi.
NAFTA-nın MERKOSUR-u ərazi və əhali baxımdan 2 dəfə, ÜDM baxımından 7 dəfə, məhsul dövriyyəsi baxımından 28 dəfə üstələdiyini nəzərə alan Latin Amerikası ölkələri Braziliya layihəsinin lehinə səs verdilər.
Bütün bunlara baxmayaraq MERKOSUR Latın Amerikasının ən böyük inteqrasiya təşkilatı olaraq öz yerini saxlayır. Belə ki, Latın Amerikasının əhalisinin 200 milyondan çoxu, ÜDM-nun 50%-i, birbaşa xarici investisiyanın 40%-i, məhsul dövriyyəsinin 60%-dən çoxu və daxili ticarətinin 33%-dən çoxu bu təşkilatın payına düşür.
İnkişaf problemləri
Ortaya çıxan yaxşı nəticələrə baxmayaraq(digər inkişaf etməkdə olan ölkələrin inteqrasiya qrupları ilə müqayisədə) MERKOSUR da digər inteqrasiya təşkilatlarının üzləşdiyi problemlərlə üzləşir. Üzv dövlətlərin müxtəlif tipli olması və onların iqtisadi inkişaflarının nisbətən aşağı səviyyədə olması bu təşkilatın qarşılaşdığı ən əsas problemlərdən biridir.
MERKOSUR çərçivəsində böyük və nisbətən güclü "yeni sənayeləşmiş ölkələr" (Braziliya və Argentina) nisbətən zəif Uruqvay və Paraqvay ilə birləşməyə cəhd edirlər. Vahid sənaye rəqabəti şərtlərinin yaradılması Uruqvay və Paraqvayın sənayeləşməsinin zəifləməsinə gətirib çıxaracaq və bu da onları nisbətən güclü olan qonşulardan asılı vəziyyətə salacaqdır. Buna görə də onlar üçün davamlı olaraq ticarətdə bəzi güzəştlər tətbiq olunur. Bütün bunlara baxmayaraq Cənub konusunun zəif ölkələrində belə təsəvvür yaranır ki, onları "kasıb qohumlar" kimi əldə saxlayırlar və onlara inkişaf etmiş ölkələrə sata bilmədikləri məhsulları satırlar.
İqtisadçıların müşahidələri onu göstərir ki, MERKOSUR ölkələrinin qarşılıqlı ticarətində dünya bazarında rəqabət qabiliyyətliliyi aşağı olan məhsullar üstünlük təşkil edir. Nəticədə qarşılıqlı ticarət istehsalçılar üçün kömək rolunu oynamağa başlayır, amma daha inkişaf etmiş ölkələrin idxal olunmuş məhsullarını seçən istehlakçılar üçün bunun heç bir faydası yoxdur. Başqa inteqrasiya qurumlarının təcrübəsi onu göstərir ki, "ikincidərəcəli məhsullar"la qurulan qarşılıqlı ticarət heç də uzunmüddətli perspektivə malik deyil. Bunu da qeyd etmək lazımdır ki, Cənub konusunun ölkələri arasında regiondaxili məhsul dövriyyəsində yüksək texnologiya məhsullarının payı getdikcə artır: əgər 1970-ci ildə maşınqayırma sahəsindəki hasilat 3,4 % idisə, 1985-ci ildə 12,6%, 1996-ci ildə isə 16,4% olmuşdur.
İstinadlar
- . 2013-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- "Nova Zelândia quer tratado de livre comércio com Mercosul". Itamaraty. İstifadə tarixi: 22 November 2011.[ölü keçid]
Xarici keçidlər
- Merkosurun rəsmi vebsaytı
- Radio Merkosur - Vebsayt avə radio onlayn 2011-07-15 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Merkosur ve ya Merkosul isp Mercado Comun del Sur port Mercado Comum do Sul quar Nemby Nemuha ing Southern Common Market Argentina Braziliya Paraqvay Uruqvay ve Venesuela arasinda iqtisadi ve siyasi muqavile Onun meqsedi serbest ticaret mal insan ve pul axini hereketini tesviq etmekdir Resmi dilleri Quarani portuqal ve ispan dilleridir Merkosur uzvleriUzvlerTam uzvleri Argentina Braziliya Paraqvay dayandirilib Uruqvay VenesuelaMuxbir assosiasiya olunmus uzvleri Boliviya Cili Kolumbiya Ekvador PeruMusahideciler Meksika Yeni Zelandiya Ispan dilinden tercumede bu birlik Cenub konusunun umumi bazari adlanir Teskilatin embleminde de cenub xacinin burcu tesvir olunub Bas qerargahi Montevideo Uruqvay seherinde yerlesir Merkosurun strateji meqsedi qarsiliqli intensiv ticaret investisiyanin effektiv istifadesi esasinda uzvlerinin iqtisadi artimina zemanet veren birliyin yaradilmasi hemcinin subregionlarin beynelxalq reqabet qabiliyyetliliyinin artirilmasidir Yaranma tarixi1960 ci illerin sonunda bas vermis iqtisadi ve siyasi bohrandan sonra Cenubi Amerikada inteqrasiya proseslerine maraq 1980 ci illerden baslayaraq yeniden artmaga basladi Bele ki 1986 ci ilde Argentina ve Braziliya Latin Amerikasinin iqtisadi cehetden guclu iki dovleti iqtisadi emekdasliq ve davamli inteqrasiyanin inkisafi haqqindaki birge layihelerini ireli surduler ve basqa olkelerin bura qatilmasinin aciq oldugunu elan etdiler Bundan sonra Uruqvay ve Paraqvay da tez vaxtda onlara qosuldular 1991 ci ilin mart ayinda Paraqvayin Asunsone seherinde gomruk birliyi ve umumi bazar MERKOSUR un yaradilmasi haqqinda dordterefli muqavile imzalandi Amma olkeler arasindaki real ticaret bloku 1995 ci ilden qanuni qeydiyyata alindi Bu vaxta qeder murekkeb hazirliq isleri gedirdi 1994 cu ilde Asunsone muqavilesine elave olaraq serbest ticaret zonasinin yaradilmasini ve sonradan onun gomruk birliyi ile evez olunmasini tesdiq eden yeni muqavile imzalandi 1995 ci ilde bu muqavile quvveye mindi ve birliyin serhedleri daxiline ucuncu olkeden mehsul idxalina dair umumi gomruk tarifleri tetbiq olunmaga baslandi Teskilatin prestiji qalxmaga basladiqca Cenubi Amerikanin basqa dovletleri de buraya qosulmaga basladilar 1996 ci ilde Boliviya 2000 ci ilde ise Cili assosiasiya olunmus uzvler kimi teskilata qosuldular 2002 ci ilde ise Venesuela da bu teskilata uzv qebul edildi Teskilati strukturuMERKOSUR un esas idareedici orqani Umumi bazar surasidir Onlar periodik olaraq dovlet bascilari ve ya xarici isler nazirlikleri seviyyesinde gorusurler ve inteqrasiyanin inkisafi ile bagli siyasi planlarini heyata kecirirler Esas icraedici orqan ise Umumi bazar qrupudur Umumi bazar qrupu Montevideoda Uruqvay inzibati katibliye ve elece de birbasa ozune tabe olan 10 texniki komissiyaya malikdir Bu komissiyalar ticaretle gomruk tenzimlenmesi ile texniki normalarla valyuta maliyye siyaseti ile makroiqtisadi siyasetle quru ve deniz neqliyyati ile senaye texnologiyalari ile kend teserrufati ve energetika ile bagli meselelerle mesgul olurlar Merkosur bayragi MERKOSUR un teskilati strukturuna asagidaki orqanlar daxildir Umumi Bazar surasi Inteqrasiya prosesleri ile bagli umumi rehberlik Xarici isler nazirleri seviyyesinde Umumi Bazar qrupu Esas icra edici orqan Birlesmis Parlament komisiyyasi MERKOSUR parlamentinin selahiyyetli orqani Sosial iqtisadi meslehet formu Istirakci dovletlerin iqtisadiyytlarinin social iqtisadi sektoru ile bagli selahiyyetli orqan Inzibati katiblik Texniki komissiyalarUgurlari ve inkisaf perspektivleriCenub konusunun umumi bazari Latin Amerikasinin en effektiv inkisaf eden inteqrasiya teskilatlarindan biri oldu MERKOSUR un yaradilmasi istirakci olkeler arasinda qarsiliqli ticaret dovriyyesinin artmasina getirib cixardi Bele ki 1991 1997 ci iller erzinde bu olkeler arasindaki ticaret dovriyyesi 6 defe artdi amma buna baxmayaraq onlarin inkisaf etmis olkelerle aralarinda olan mehsul dovriyyesi deyismir Bu olkeler arasindaki serbest ticaret zonasinda butun gomruk rusumlari 90 mehsullarda diger mehdudiyyetler aradan qaldirilib ve ucuncu olkelerle ticaret zamani 85 idxal olunan mallara eyni daxili tarifler tetbiq olunur Yaxin vaxtlarda umumi valyutanin yaradilmasi haqqinda da danisiqlar gedir AI nin pul vahidi olan euro kimi Iqtisadcilarin fikrine gore bu teskilatin yaradilmasi ona daxil olan olkelere oz iqtisadiyyatlarini stabillesdirmeye komek etdi 1990 ci illerde inflyasiyanin qarsisini almaq idxalin artirilmasi ile heyata kecirildi ve qiymet siyasetinin qaydaya salinmasi iqtisadi dususun qarsisini almaga yardimci oldu Misal olaraq Braziliya ve Argentinani gostermek olar Bele ki 1991 1993 cu illerde Braziliyada iqtisadi durgunluq zamani yerli senaye o vaxtlar iqtisadi yukselisde olan Argentinanin bazarina cixis imkani oldugu ucun ayaqda dura bildi Argentinaya da 1994 1995 ci illerdeki iqtisadi dusus zamani xilasedici quvve kimi dinamik inkisaf eden Braziliya bazari komek etdi MERKOSUR un tecrubesi gosterdi ki ugurlu inteqrasiya teskilati qurub inkisaf etdirmek ucun hec olmasa bu teskilata daxil olan olkeler icinde ikisinin guclu iqtisadi elaqeleri olmalidir ki bohran zamani pis veziyyetde olan terefdaslarina yardim ede bilsinler MERKOSUR un fealiyyetde oldugu dovrde Latin Amerikasinin diger teskilatlari ile ticari iqtisadi terefdasliq getdikce boyumeye basladi Meksika ve Cili ozlerinin geosiyasi movqeyinden istifade ederek NAFTA ve MERKOSUR arasinda baglayici bend rolunu oynamaga cehd gosterirler 1991 ci ilde Merkezi Amerikada yaradilmis Merkezi Amerika inteqrasiya teskilati SICA 6 dovlet Qvatemala Honduras Kosta Rika Nikaraqua Panama Salvador 1998 ci ilde oz serbest ticaret zonasini MERKOSUR un serbest ticaret zonasi ile birlesdirmek haqqinda muqavile imzaladilar Qarsiliqli investisiya qoyuluslari da nezere carpacaq derecede artmaga basladi Bele ki 1995 ci ilin dekabr ayinda MERKOSUR ve AI arasinda Regionlar arasi muqavile imzalandi Bu muqavilede 2001 ci ile qeder bu teskilatlar arasinda serbest ticaret zonasinin yaradilmasi qarsiya meqsed qoyulmusdu Bu muqavilenin baglanmasina en cox tesebbus gosterenlerden biri oz kohne mustemlekeleri ile kecmis enenevi elaqelerini saxlayan Ispaniya idi Latin Amerikasi olkeleri arasindaki ugurlu iqtisadi ve siyasi yaxinlasma ABS nin qerb yarimkuresindeki inteqrasiya proseslerini nezaret altinda saxlamasina mane olurdu Buna gore de ABS 1994 cu ilde Mayamide Amerika qitesinin 34 olkesinin dovlet bascilari iclasa cagirdi Burada Latin Amerikasi olkelerinin iqtisadi inkisafini suretlendirmek haqqinda meseleler muzakire olundu ve Amerika qitesinin serbest ticaret zonasi Free Trade Area of Americas FTAA nin yaradilmasi haqda layihe ireli suruldu ve beyenildi Muqavilenin baglanmasi 2005 ci ile qeder yubadildi Bele ki danisiqlar zamani esasen 2 layihe muzakire olunurdu braziliya ve amerika layiheleri Brazilya oz layihesinde inteqrasiyanin MERKOSUR ve NAFTA simasinda ayri ayri inkisafini teklif edirdi Amerika ise oz layihesinde NAFTA daxilinde Latin Amerikasi inteqrasiya teskilatlarini eritmekle panamerikan serbest ticaret zonasi yaratmagi teklif edirdi NAFTA nin MERKOSUR u erazi ve ehali baximdan 2 defe UDM baximindan 7 defe mehsul dovriyyesi baximindan 28 defe ustelediyini nezere alan Latin Amerikasi olkeleri Braziliya layihesinin lehine ses verdiler Butun bunlara baxmayaraq MERKOSUR Latin Amerikasinin en boyuk inteqrasiya teskilati olaraq oz yerini saxlayir Bele ki Latin Amerikasinin ehalisinin 200 milyondan coxu UDM nun 50 i birbasa xarici investisiyanin 40 i mehsul dovriyyesinin 60 den coxu ve daxili ticaretinin 33 den coxu bu teskilatin payina dusur Inkisaf problemleriOrtaya cixan yaxsi neticelere baxmayaraq diger inkisaf etmekde olan olkelerin inteqrasiya qruplari ile muqayisede MERKOSUR da diger inteqrasiya teskilatlarinin uzlesdiyi problemlerle uzlesir Uzv dovletlerin muxtelif tipli olmasi ve onlarin iqtisadi inkisaflarinin nisbeten asagi seviyyede olmasi bu teskilatin qarsilasdigi en esas problemlerden biridir MERKOSUR cercivesinde boyuk ve nisbeten guclu yeni senayelesmis olkeler Braziliya ve Argentina nisbeten zeif Uruqvay ve Paraqvay ile birlesmeye cehd edirler Vahid senaye reqabeti sertlerinin yaradilmasi Uruqvay ve Paraqvayin senayelesmesinin zeiflemesine getirib cixaracaq ve bu da onlari nisbeten guclu olan qonsulardan asili veziyyete salacaqdir Buna gore de onlar ucun davamli olaraq ticaretde bezi guzestler tetbiq olunur Butun bunlara baxmayaraq Cenub konusunun zeif olkelerinde bele tesevvur yaranir ki onlari kasib qohumlar kimi elde saxlayirlar ve onlara inkisaf etmis olkelere sata bilmedikleri mehsullari satirlar Iqtisadcilarin musahideleri onu gosterir ki MERKOSUR olkelerinin qarsiliqli ticaretinde dunya bazarinda reqabet qabiliyyetliliyi asagi olan mehsullar ustunluk teskil edir Neticede qarsiliqli ticaret istehsalcilar ucun komek rolunu oynamaga baslayir amma daha inkisaf etmis olkelerin idxal olunmus mehsullarini secen istehlakcilar ucun bunun hec bir faydasi yoxdur Basqa inteqrasiya qurumlarinin tecrubesi onu gosterir ki ikincidereceli mehsullar la qurulan qarsiliqli ticaret hec de uzunmuddetli perspektive malik deyil Bunu da qeyd etmek lazimdir ki Cenub konusunun olkeleri arasinda regiondaxili mehsul dovriyyesinde yuksek texnologiya mehsullarinin payi getdikce artir eger 1970 ci ilde masinqayirma sahesindeki hasilat 3 4 idise 1985 ci ilde 12 6 1996 ci ilde ise 16 4 olmusdur Istinadlar 2013 12 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 12 29 Nova Zelandia quer tratado de livre comercio com Mercosul Itamaraty Istifade tarixi 22 November 2011 olu kecid Xarici kecidlerMerkosurun resmi vebsayti Radio Merkosur Vebsayt ave radio onlayn 2011 07 15 at the Wayback Machine