Merkantilizm (it. merkante - "tacir") — iqtisadi fəaliyyəti, iqtisadi hadisə, prosesləri və qanunauyğunluqları sistemli öyrənən ilk nəzəri praktiki sistem. Merkantilizmə qədər iqtisadi nəzəriyyə müstəqil tədqiqat sahəsi olmamış, iqtisadi tədqiqatlar sistemsiz şəkildə aparılmış, hətta iqtisadi fəaliyyətin özü belə müstəqil fəaliyyət sahəsi kimi qəbul edilməmişdi.
Kapitalist iqtisadiyyatının və baza münasibətlərinin mahiyyətini və təzahür formalarını ilk dəfə öyrənən merkantilistlər olmuşdu. Merkantilizm kapitalist iqtisadiyyatının ilk nəzəri işlənilməsi, bazar iqtisadiyyatının "ticarət sistemi" kimi öyrənilməsidir. Merkantilizm bazar iqtisadiyyatının konseptual əsasını təşkil edir və bazar təsərrüfatlı iqtisadi sistemin iqtisadi siyasəti və nəzəriyyəsi öz başlanğıcını ondan götürür. Sonrakı iqtisadi siyasət və nəzəriyyə sistemləri isə merkantilizmin tənqidi əsasında yaranmışdı.
Merkantilizm XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas cərəyanı olmuşdu. Bunu həmin dövrlərdə Qərbi Avropa ölkələrinin iqtisadi inkişafında baş vermiş sosial iqtisadi dəyişikliklərlə: böyük coğrafi kəşflər, ilkin kapital yığımı prosesi, əmtəə-pul münasibətlərinin inkişafı, milli bankların yaranması, dünya bazarının yaranması və beynəlxalq ticarətin genişlənməsi və s. əlaqələndirmək lazımdır.
Merkantilist ideyalar və prinsiplər müasir bazar təsərrüfatlı sistemlərdə indinin özündə də istifadə edilir. Ümumi əlamətləri merkantilistlər tərəfindən işlənib hazırlanmış mübadilə konsepsiyasını, proteksionist tədbirləri, aktiv ticarət balansını və s. bu cür tədbirlərə aid etmək olar.
Merkantilizmin əsas ideyaları və prinsipləri
- qiymətli metalların və onların yığımı sərvətin mahiyyətini əks etdirməsi;
- dövlətin sərvətinin və gücünün qızıl və gümüş yığımı yolu ilə artırılması;
- ölkəyə qızıl və gümüş axınının təmin olunması məqsədilə xarici ticarətin tənzimlənməsi;
- ucuz xammalın idxalı yolu ilə sənaye inkişafına kömək etmək;
- idxal olunan sənaye məhsullarına proteksionist tariflərin qoyulması;
- ixracın, xüsusən hazır məhsulun ixracının həvəsləndirilməsi;
- əmək haqqının aşağı səviyyəsini saxlamaq üçün əhalinin artırılması və s.
Öz dövrü üçün bu ideyalar iqtisad elminin ciddi nailiyyəti idi. Merkantilist ideyalar və prinsiplər o dövrün iqtisadi inkişafının əsl qanunauyğunluqlarını və tələbatını əks etdirmişdi.
"Siyasi iqtisad" termininin özünün də meydana gəlməsi merkantilizmlə bağlıdır. Bu termin ilk dəfə fransız merkantilisti A.Monkretyen tərəfindən işlədilmişdi. O, 1615-ci ildə "Siyasi iqtisadın traktatı" adı altında kitab nəşr etdirmişdi.
Göstərildiyi kimi merkantilizm həm iqtisadi siyasət və həm də iqtisadi nəzəriyyələr sistemi olmuşdur. Merkantilist iqtisadi siyasəti - ölkədə və dövlət xəzinəsində qiymətli metalların, yəni pulun hər vasitə ilə toplanmasından; nəzəriyyəsi isə iqtisadi qanunauyğunluqları tədavül sahəsində, xüsusən xarici ticarətdə və pul dövriyyəsində axtarılmasından ibarətdir. Merkantilist siyasətin yeganə məqsədi dövlətin sərvətini və qüdrətini artırmaqdan ibarət olmuşdu. Bunun yollarını "ticarət sistemində" axtarırlar. Merkantilizmin ideyaları ticarət və pul kapitalı nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini müdafiə edirdi. Merkantilistlər millətin sərvətini mahiyyət etibarilə ticarət kapitalının mənafeyi baxımından nəzərdən keçirmişlər. Qeyd edək ki, kapitalın tarixən ilkin forması ticarət kapitalı olmuşdur. Sənaye kapitalı tədricən bu formadan meydana gəlmişdi. Ticarət kapitalının qanunu - satmaq üçün satın almaqdır.
Merkantilizmin məğzini və məqsədini ölkəyə pulun, yəni qiymətli metalın cəlb edilməsi təşkil edir. Hər cür sahibkarlığın başlanğıcını, çıxış nöqtəsini pul təşkil edir. Bu pul da, sahibkarlar onun vasitəsilə fəhlə tutduqda, emal üçün və ya yenidən satmaq üçün əmtəə satın aldıqda pul kapitalına çevrilir. Bu fakt merkantilizmin əsasında durur.
Merkantilistlər əsas diqqətlərini tədavül sferasına verirlər. Onlar istehsala sadəcə olaraq sərvəti artırmaq üçün bir vasitə kimi baxırlar. Onların təlimində istehsal xarici ticarətin məqsədinə tabe etdirilir. İstehsal pulun xaricə axmaması işinə xidmət etməli olur. Onlar əsasən sərvətin mübadilə dəyəri formasına diqqət verirlər. Sərvəti pul ilə eyniləşdirirlər, onu qızıl və gümüş yığımından ibarət təsəvvür edirlər və çox pulu olan dövləti daha varlı sayırlar. Sərvətin mənbəyini tədavül sferasında, əsasən xarici ticarətdə görürlər. Qeyri-ekvivalent mübadiləni əsas götürürlər və ucuz alıb baha satmağı sərvətin mənbəyi hesab edirlər. Ona görə də, onlar iqtisadi siyasətlərini həyata keçirmək üçün dövlət müdafiəsinə möhtac olmuşlar. Merkantilist müdrikliyinin yüksək zirvəsi - xaricdən satın alındığından daha çox xaricə satmaq olmuşdu.
Merkantilistlər, yalnız qızıl və gümüş hasilatı üzrə əməyi və ya ölkəyə qiymətli metalların axınını təmin edən (sənayenin ixrac sahələrindəki, xarici ticarətdəki) əməyi məhsuldar əmək hesab edirlər. Onlar görürlər ki, qızıl və gümüş hasilatına sərf olunan əmək və həmçinin ixrac sahələrindəki əmək, digər sahələrdə tətbiq olunan əməkdən çox mənfəət gətirir.
Merkantilizm öz tarixi inkişafında iki mərhələ keçirir. İlk merkantilizmin (XV-XVI əsrlərdə) əsas nümayəndələri U.Stafford (İngiltərədə), Q.Skaruffi (İtaliyada) olmuşdur. İnkişaf etmiş merkantilizmin (XVII-XVIII əsrlərdə) başlıca nümayəndələri T.Man (İngiltərə), A.Serra (İtaliya), A.Monkretyen (Fransa) olmuşdur.
Merkantilizmin bu iki mərhələsi bir-birindən pulun az xərclənməsi və onu çoxaltmaq üçün təklif etdikləri üsul və tədbirlərlə fərqlənir. İlk merkantilizm qanunvericilik yolu ilə milli miqyasda pul sərvətinin artırılmasına yönəldilmiş monetar siyasət yerinə yetirmişdir. Onların fikrincə sərvət pula sahib olmaqdır. Fərd kimi, dövlət də əgər sərvətini artırmaq istəyirsə əldə etdiyindən az xərcləməlidir. Onlar bu artıqlığı qiymətli pulun (metalın) və yaxud yığımın əldə olunması ilə eyniləşdirmişlər.
İlk merkantilistlər öz "pul balansı" nəzəriyyələri ilə pula əslində dəfinə kimi yanaşır və hər bir alqının onun miqdarını azaltdığını göstərib, imkan daxilində xaricdən alqıdan imtina etməyə çalışırdılar. Ölkədə nağd pulun (qızıl və gümüş) daha çox toplanması məqsədilə onların xaricə ixrac olunmasını qadağan edirlər.
İdxalı məhdudlaşdırırlar, qızıl və gümüş hasilatını gücləndirir, gətirilən mallara yüksək gömrük qoyurdular. Əcnəbilər ölkədən ancaq yerli məhsullar apara bilərdilər. Bu tədbirləri çox vaxtı iqtisadi yollarla yox, inzibati vasitələrlə həyata keçirirdilər. Belə ki, xarici ölkələrə gedən ingilis tacirləri yalnız müəyyən sahələrlə alver etməli və ingilis hökumətinin xüsusi nümayəndələrinin nəzarəti altında olmalı idilər. Bunda məqsəd o idi ki, satılan ingilis malları müqabilində əldə edilən pulun bir hissəsi İngiltərəyə gətirilsin.
İngiltərəyə gələn əcnəbi tacirlərin də üzərində xaricə pul aparmasın deyə nəzarət qoyulurdu. Hər bir əcnəbi tacir öz pulunu ingilis xəzinəsində ingilis pullarına dəyişməli və bütün pullarını xərcləməli, yəni ingilis malı almalı idi. Bütün bu tədbirlər isə getdikcə xarici ticarətin inkişafına mane olurdu.
Ona görə də son merkantilistlər ağırlıq mərkəzini pul tədavülü sferasından əmtəə mübadiləsi sferasına keçirirlər. Xaricə pul ixracının qadağan edilməsindən, xarici malların idxalının məhdudlaşdırılmasından imtina edirlər və öz diqqətlərini milli, hər şeydən əvvəl sənaye məhsullarının ixracının sürətlənməsinə, bazarların, o cümlədən müstəmləkələrin alınmasına yönəltmişlər.
İnkişaf etmiş merkantilizm "aktiv ticarət balansı" sistemini müdafiə edir. Bu mərhələdə merkantilistlər pula həqiqi kapitalist kimi yanaşır, onlar başa düşürlər ki, pulun yeni pul yaratması üçün o, hərəkətə gətirilməlidir. Onlar xarici ticarəti inkişaf etdirməyi tələb edirlər. Yetkin merkantilistlərin nəzəriyyəsinin əsasında milli rifahın vacib şərti kimi aktiv ticarət balansı nəzəriyyəsi durmuşdu.
İnkişaf etmiş merkantilizm ixracatın nisbətən artıq olması vasitəsilə ölkəyə pul toplamağı və aktiv ticarət balansını təmin etməyi əsas götürür. Aktiv ticarət balansını təmin etmək üçün merkantilizmin mühüm tələbi - himayəçilik siyasəti, dövlətin təsərrüfat həyatına bilavasitə qarışması siyasəti olmuşdu.
Müstəmləkəçilik və Merkantilizm
Mahiyyət etibarilə, sistemin müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün dövlətin iqtisadi müdaxilələrini məqbul hesab edən merkantilizm, daxildə müdaxiləçi və sənayeləşməyə meyilli, xarici təsirlərə qarşı isə xeyli mühafizəkar olmuşdur. Amma hədəflərə çatmağın tək yolu qeyd edilən metodların nizamlı tətbiqi deyildi. Müstəmləkəçilik anlayışı ilə merkantilistlər qızıl, gümüş və başqa cəvahirata, bütövlükdə, ticarət balansını tarazlaşdıracaq elementlərə sahib olmaq üçün yaxud öz rəqiblərinin onlara çatmasının qarşısını almaq məqsədilə xarici ekspansiya metodundan geniş istifadə etmişlər. Müstəmləkiçiliyin pik nöqtəsi, o dövrdə rəqabət içərisindəki Avropa ölkələrinə üstünlük əldə etmək üçün zəruri, ucuz xammadə ilə münbit olan Şimali Amerikada müşahidə edilmişdir. Sözügedən sistemin ehtiva etdiyi hədəflərə çatmaq uğrunda cərəyan edən qanlı münaqişələrin fonunda merkantilistlər, bəlkə də bilməyərək, 18-ci əsrin ikinci yarısında baş verəcək Amerika İnqilabına zəmin hazırlayırdılar.
Mənbə
- Харви Дэвид. Краткая история неолиберализма. (A Brief History of Neoliberalism). М.: Изд. Поколение, 2007.
- http://www.scepsis.ru/library/id_738.html.
- Ankerl, Guy. Beyond Monopoly Capitalism and Monopoly Socialism. Schenkman, Cambridge, 1978,
- Nicat Muradzadə. "Merkantilizm Kapitalizmin sələfidirmi?". 2022-03-30 tarixində . İstifadə tarixi: 2020-05-04.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Merkantilizm it merkante tacir iqtisadi fealiyyeti iqtisadi hadise prosesleri ve qanunauygunluqlari sistemli oyrenen ilk nezeri praktiki sistem Merkantilizme qeder iqtisadi nezeriyye musteqil tedqiqat sahesi olmamis iqtisadi tedqiqatlar sistemsiz sekilde aparilmis hetta iqtisadi fealiyyetin ozu bele musteqil fealiyyet sahesi kimi qebul edilmemisdi Kapitalist iqtisadiyyatinin ve baza munasibetlerinin mahiyyetini ve tezahur formalarini ilk defe oyrenen merkantilistler olmusdu Merkantilizm kapitalist iqtisadiyyatinin ilk nezeri islenilmesi bazar iqtisadiyyatinin ticaret sistemi kimi oyrenilmesidir Merkantilizm bazar iqtisadiyyatinin konseptual esasini teskil edir ve bazar teserrufatli iqtisadi sistemin iqtisadi siyaseti ve nezeriyyesi oz baslangicini ondan goturur Sonraki iqtisadi siyaset ve nezeriyye sistemleri ise merkantilizmin tenqidi esasinda yaranmisdi Merkantilizm XV XVIII esrlerde Qerbi Avropa olkelerinde iqtisadi siyasetin ve iqtisadi fikrin esas cereyani olmusdu Bunu hemin dovrlerde Qerbi Avropa olkelerinin iqtisadi inkisafinda bas vermis sosial iqtisadi deyisikliklerle boyuk cografi kesfler ilkin kapital yigimi prosesi emtee pul munasibetlerinin inkisafi milli banklarin yaranmasi dunya bazarinin yaranmasi ve beynelxalq ticaretin genislenmesi ve s elaqelendirmek lazimdir Merkantilist ideyalar ve prinsipler muasir bazar teserrufatli sistemlerde indinin ozunde de istifade edilir Umumi elametleri merkantilistler terefinden islenib hazirlanmis mubadile konsepsiyasini proteksionist tedbirleri aktiv ticaret balansini ve s bu cur tedbirlere aid etmek olar Merkantilizmin esas ideyalari ve prinsipleriqiymetli metallarin ve onlarin yigimi servetin mahiyyetini eks etdirmesi dovletin servetinin ve gucunun qizil ve gumus yigimi yolu ile artirilmasi olkeye qizil ve gumus axininin temin olunmasi meqsedile xarici ticaretin tenzimlenmesi ucuz xammalin idxali yolu ile senaye inkisafina komek etmek idxal olunan senaye mehsullarina proteksionist tariflerin qoyulmasi ixracin xususen hazir mehsulun ixracinin heveslendirilmesi emek haqqinin asagi seviyyesini saxlamaq ucun ehalinin artirilmasi ve s Oz dovru ucun bu ideyalar iqtisad elminin ciddi nailiyyeti idi Merkantilist ideyalar ve prinsipler o dovrun iqtisadi inkisafinin esl qanunauygunluqlarini ve telebatini eks etdirmisdi Siyasi iqtisad termininin ozunun de meydana gelmesi merkantilizmle baglidir Bu termin ilk defe fransiz merkantilisti A Monkretyen terefinden isledilmisdi O 1615 ci ilde Siyasi iqtisadin traktati adi altinda kitab nesr etdirmisdi Gosterildiyi kimi merkantilizm hem iqtisadi siyaset ve hem de iqtisadi nezeriyyeler sistemi olmusdur Merkantilist iqtisadi siyaseti olkede ve dovlet xezinesinde qiymetli metallarin yeni pulun her vasite ile toplanmasindan nezeriyyesi ise iqtisadi qanunauygunluqlari tedavul sahesinde xususen xarici ticaretde ve pul dovriyyesinde axtarilmasindan ibaretdir Merkantilist siyasetin yegane meqsedi dovletin servetini ve qudretini artirmaqdan ibaret olmusdu Bunun yollarini ticaret sisteminde axtarirlar Merkantilizmin ideyalari ticaret ve pul kapitali numayendelerinin tacirlerin ve selemcilerin menafeyini mudafie edirdi Merkantilistler milletin servetini mahiyyet etibarile ticaret kapitalinin menafeyi baximindan nezerden kecirmisler Qeyd edek ki kapitalin tarixen ilkin formasi ticaret kapitali olmusdur Senaye kapitali tedricen bu formadan meydana gelmisdi Ticaret kapitalinin qanunu satmaq ucun satin almaqdir Merkantilizmin megzini ve meqsedini olkeye pulun yeni qiymetli metalin celb edilmesi teskil edir Her cur sahibkarligin baslangicini cixis noqtesini pul teskil edir Bu pul da sahibkarlar onun vasitesile fehle tutduqda emal ucun ve ya yeniden satmaq ucun emtee satin aldiqda pul kapitalina cevrilir Bu fakt merkantilizmin esasinda durur Merkantilistler esas diqqetlerini tedavul sferasina verirler Onlar istehsala sadece olaraq serveti artirmaq ucun bir vasite kimi baxirlar Onlarin teliminde istehsal xarici ticaretin meqsedine tabe etdirilir Istehsal pulun xarice axmamasi isine xidmet etmeli olur Onlar esasen servetin mubadile deyeri formasina diqqet verirler Serveti pul ile eynilesdirirler onu qizil ve gumus yigimindan ibaret tesevvur edirler ve cox pulu olan dovleti daha varli sayirlar Servetin menbeyini tedavul sferasinda esasen xarici ticaretde gorurler Qeyri ekvivalent mubadileni esas gotururler ve ucuz alib baha satmagi servetin menbeyi hesab edirler Ona gore de onlar iqtisadi siyasetlerini heyata kecirmek ucun dovlet mudafiesine mohtac olmuslar Merkantilist mudrikliyinin yuksek zirvesi xaricden satin alindigindan daha cox xarice satmaq olmusdu Merkantilistler yalniz qizil ve gumus hasilati uzre emeyi ve ya olkeye qiymetli metallarin axinini temin eden senayenin ixrac sahelerindeki xarici ticaretdeki emeyi mehsuldar emek hesab edirler Onlar gorurler ki qizil ve gumus hasilatina serf olunan emek ve hemcinin ixrac sahelerindeki emek diger sahelerde tetbiq olunan emekden cox menfeet getirir Merkantilizm oz tarixi inkisafinda iki merhele kecirir Ilk merkantilizmin XV XVI esrlerde esas numayendeleri U Stafford Ingilterede Q Skaruffi Italiyada olmusdur Inkisaf etmis merkantilizmin XVII XVIII esrlerde baslica numayendeleri T Man Ingiltere A Serra Italiya A Monkretyen Fransa olmusdur Merkantilizmin bu iki merhelesi bir birinden pulun az xerclenmesi ve onu coxaltmaq ucun teklif etdikleri usul ve tedbirlerle ferqlenir Ilk merkantilizm qanunvericilik yolu ile milli miqyasda pul servetinin artirilmasina yoneldilmis monetar siyaset yerine yetirmisdir Onlarin fikrince servet pula sahib olmaqdir Ferd kimi dovlet de eger servetini artirmaq isteyirse elde etdiyinden az xerclemelidir Onlar bu artiqligi qiymetli pulun metalin ve yaxud yigimin elde olunmasi ile eynilesdirmisler Ilk merkantilistler oz pul balansi nezeriyyeleri ile pula eslinde define kimi yanasir ve her bir alqinin onun miqdarini azaltdigini gosterib imkan daxilinde xaricden alqidan imtina etmeye calisirdilar Olkede nagd pulun qizil ve gumus daha cox toplanmasi meqsedile onlarin xarice ixrac olunmasini qadagan edirler Idxali mehdudlasdirirlar qizil ve gumus hasilatini guclendirir getirilen mallara yuksek gomruk qoyurdular Ecnebiler olkeden ancaq yerli mehsullar apara bilerdiler Bu tedbirleri cox vaxti iqtisadi yollarla yox inzibati vasitelerle heyata kecirirdiler Bele ki xarici olkelere geden ingilis tacirleri yalniz mueyyen sahelerle alver etmeli ve ingilis hokumetinin xususi numayendelerinin nezareti altinda olmali idiler Bunda meqsed o idi ki satilan ingilis mallari muqabilinde elde edilen pulun bir hissesi Ingiltereye getirilsin Ingiltereye gelen ecnebi tacirlerin de uzerinde xarice pul aparmasin deye nezaret qoyulurdu Her bir ecnebi tacir oz pulunu ingilis xezinesinde ingilis pullarina deyismeli ve butun pullarini xerclemeli yeni ingilis mali almali idi Butun bu tedbirler ise getdikce xarici ticaretin inkisafina mane olurdu Ona gore de son merkantilistler agirliq merkezini pul tedavulu sferasindan emtee mubadilesi sferasina kecirirler Xarice pul ixracinin qadagan edilmesinden xarici mallarin idxalinin mehdudlasdirilmasindan imtina edirler ve oz diqqetlerini milli her seyden evvel senaye mehsullarinin ixracinin suretlenmesine bazarlarin o cumleden mustemlekelerin alinmasina yoneltmisler Inkisaf etmis merkantilizm aktiv ticaret balansi sistemini mudafie edir Bu merhelede merkantilistler pula heqiqi kapitalist kimi yanasir onlar basa dusurler ki pulun yeni pul yaratmasi ucun o herekete getirilmelidir Onlar xarici ticareti inkisaf etdirmeyi teleb edirler Yetkin merkantilistlerin nezeriyyesinin esasinda milli rifahin vacib serti kimi aktiv ticaret balansi nezeriyyesi durmusdu Inkisaf etmis merkantilizm ixracatin nisbeten artiq olmasi vasitesile olkeye pul toplamagi ve aktiv ticaret balansini temin etmeyi esas goturur Aktiv ticaret balansini temin etmek ucun merkantilizmin muhum telebi himayecilik siyaseti dovletin teserrufat heyatina bilavasite qarismasi siyaseti olmusdu Mustemlekecilik ve MerkantilizmMahiyyet etibarile sistemin mueyyenlesdirdiyi hedeflere catmaq ucun dovletin iqtisadi mudaxilelerini meqbul hesab eden merkantilizm daxilde mudaxileci ve senayelesmeye meyilli xarici tesirlere qarsi ise xeyli muhafizekar olmusdur Amma hedeflere catmagin tek yolu qeyd edilen metodlarin nizamli tetbiqi deyildi Mustemlekecilik anlayisi ile merkantilistler qizil gumus ve basqa cevahirata butovlukde ticaret balansini tarazlasdiracaq elementlere sahib olmaq ucun yaxud oz reqiblerinin onlara catmasinin qarsisini almaq meqsedile xarici ekspansiya metodundan genis istifade etmisler Mustemlekiciliyin pik noqtesi o dovrde reqabet icerisindeki Avropa olkelerine ustunluk elde etmek ucun zeruri ucuz xammade ile munbit olan Simali Amerikada musahide edilmisdir Sozugeden sistemin ehtiva etdiyi hedeflere catmaq ugrunda cereyan eden qanli munaqiselerin fonunda merkantilistler belke de bilmeyerek 18 ci esrin ikinci yarisinda bas verecek Amerika Inqilabina zemin hazirlayirdilar MenbeHarvi Devid Kratkaya istoriya neoliberalizma A Brief History of Neoliberalism M Izd Pokolenie 2007 http www scepsis ru library id 738 html Ankerl Guy Beyond Monopoly Capitalism and Monopoly Socialism Schenkman Cambridge 1978 ISBN 0 87073 938 7Nicat Muradzade Merkantilizm Kapitalizmin selefidirmi 2022 03 30 tarixinde Istifade tarixi 2020 05 04