Mehmed Səlim Əfəndi
Mehmed Səlim Əfəndi (d. 11 yanvar 1870 - ö. 5 may 1937) — 34. Osmanlı sultanı II Əbdülhəmidin böyük oğlu, Osmanlı şahzadəsi.
Mehmed Səlim Əfəndi | |
---|---|
محمد سليم أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Səlim məscidi, Dəməşq |
Sülalə | Osmanlı sülaləsi |
Atası | II Əbdülhəmid |
Anası | Bədrifələk Qadınəfəndi |
Həyat yoldaşları | Dəryal xanım Nilufər xanım Pərvin Dürrüyekta xanım Gülnaz xanım Dilistan xanım |
Uşaqları | Əminə Namiqə Sultan Mehmed Əbdülkərim Əfəndi |
Həyatı
Şahzadə Mehmed Səlim Əfəndi 11 yanvar 1870-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Əbdülhəmid Əfəndi, anası isə onun çərkəz əsilli ilk xanımı Bədrifələk xanım idi. Sarayda xüsusi təhsil aldı. Həmçinin Osmanlı ordusunda general rütbəsinə qədər yüksəldi. 1909-cu ildə atası taxtdan endirilərək sürgün edilmiş, Mehmed Səlim Əfəndi də atasıyla birlikdə Salonikiyə getsə də, bir il sonra anasıyla birlikdə İstanbula qayıtmışdır. 1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünə göndərilməsinin ardından, o da ölkəni tərk etdi və Livanın Cuniyə şəhərinə köçdü. O əsnada bəzi kürd üsyançılar tərəfindən sultan elan edilsə də, siyasətə qarışmaq istəməyən Mehmed Səlim Əfəndi 5 may 1937-ci ildə vəfat etdi və Şamda Səlimiyyə məscidində dəfn edildi.
Xanımları, övladları və nəvələri
- Dəryal xanım (d. 10 fevral 1870, Suxumi, Abxaziya - ö. 27 dekabr 1904, Ulduz sarayı, İstanbul) — Sultan Vahidəddinin xanımlarından Nazikəda xanımın kiçik bacısıdır. 4 iyun 1886-cı ildə Dolmabağça sarayında evləndilər. 1 övladı oldu.
- Əminə Namiqə Sultan (d. 26 aprel 1887, Ulduz sarayı, İstanbul - ö. 6 sentyabr 1969, İstanbul, Türkiyə) — 22 iyun 1911-ci ildə Ulduz sarayında Əli Kənan Əsinlə (d. 1 noyabr 1882, İstanbul - ö. 4 aprel 1961, Ankara) evləndi. 4 övladı oldu.
- Fatma Fəthiyə xanım Sultan (d. 13 noyabr 1912, İstanbul - ö. 20 aprel 1998, Beyrut) — İlk evliliyi 1936-cı ildə Livanda Məhəmməd Naimlə (d. 1910 - ö. 1940) baş tutdu və bu nigahdan 1 qızı oldu. İkinci evliliyi isə 1943-cü ildə Tripolidə Məqbul Adra ilə (d. 1910 - ö. 26 fevral 1957) baş tutdu və bu nigahdan 2 övladı oldu.
- Səlma Naim (d. 12 aprel 1937, Dəməşq) — 1955-ci ildə Tripolidə Nuri Sibai ilə (d. 12 noyabr 1929 - ö. 30 mart 1981) evləndi. 4 övladı oldu.
- Nabil Sibai (d. 19 iyun 1956, Tripoli) — 22 sentyabr 1979-cu ildə Fransada Patricia Alice Beatrice Bouton ilə (d. 27 may 1956) evləndi. 2 övladı oldu.
- Dina Sibai (d. 29 iyun 1957, Tripoli) — 3 avqust 1975-ci ildə Tripolidə Ömər Fəttal ilə evləndi. 3 övladı oldu.
- Rabih Fəttal (d. 3 sentyabr 1977, Tripoli) — 21 oktyabr 1999-cu ildə Tripolidə hayfa Masri ilə evləndi. 1 övladı oldu.
- Chirine Fəttal (d. 21 iyul 1981, Tripoli) — 16 sentyabr 2000-ci ildə Tripolidə İsmət Fəxrəddinlə evləndi. 2 övladı oldu.
- Nur Fəttal (d. 23 iyul 1984, Tripoli)
- Nazih Sibai (d. 4 yanvar 1962, Tripoli) — 9 dekabr 1988-ci ildə Tripolidə Randa Kabbara ilə evləndi. 1 övladı oldu.
- Bassem Sibai (d. 20 oktyabr 1964, Tripoli) — İlk evliliyi 21 dekabr 1995-ci ildə May Monla ilə baş tutsa da, 1999-cu ildə ayrıldılar. Bu nigahdan 2 övladı oldu. İkinci evliliyi isə 1 sentyabr 2003-cü ildə Bərivan Həsənlə baş tutdu
- Əməl Adra (d. 30 sentyabr 1944, Tripoli) — 29 may 1960-cı ildə Tripolidə Məhəmməd Salam Kərimlə (d. 18 oktyabr 1936) evləndi. 3 övladı oldu.
- Cəmil Adra (d. 31 oktyabr 1948, Tripoli) — 27 noyabr 1982-ci ildə Parisdə Nadya Bogayevski ilə (d. 24 noyabr 1957) evlənsə də, 10 mart 2003-cü ildə ayrıldılar. 1 övladı oldu.
- Səlma Naim (d. 12 aprel 1937, Dəməşq) — 1955-ci ildə Tripolidə Nuri Sibai ilə (d. 12 noyabr 1929 - ö. 30 mart 1981) evləndi. 4 övladı oldu.
- İbrahim Əthəm bəy (d. 14 sentyabr 1915, İstanbul - ö. 21 iyun 1969, Beyrut) — İlk evliliyi 1937-ci ildə Səmiha Ramazanla baş tutdu və 1 oğlu oldu. İkinci evliliyi isə Georgette Khoury ilə baş tutdu və 1 qızı oldu.
- Kazım Kənan bəy (d. 1 mart 1920, İstanbul - ö. 15 may 2003, Beyrut) — 20 dekabr 1949-cu ildə Yvette Lavigne ilə evləndi və 3 övladı oldu.
- Əminə Satiyə Əsin (d. 14 yanvar 1927, Paris - ö. 6 iyun 2003, İstanbul) — 20 dekabr 1956-cı ildə Osman Fərid Turanla evləndi.
- Fatma Fəthiyə xanım Sultan (d. 13 noyabr 1912, İstanbul - ö. 20 aprel 1998, Beyrut) — İlk evliliyi 1936-cı ildə Livanda Məhəmməd Naimlə (d. 1910 - ö. 1940) baş tutdu və bu nigahdan 1 qızı oldu. İkinci evliliyi isə 1943-cü ildə Tripolidə Məqbul Adra ilə (d. 1910 - ö. 26 fevral 1957) baş tutdu və bu nigahdan 2 övladı oldu.
- Əminə Namiqə Sultan (d. 26 aprel 1887, Ulduz sarayı, İstanbul - ö. 6 sentyabr 1969, İstanbul, Türkiyə) — 22 iyun 1911-ci ildə Ulduz sarayında Əli Kənan Əsinlə (d. 1 noyabr 1882, İstanbul - ö. 4 aprel 1961, Ankara) evləndi. 4 övladı oldu.
- Nilufər xanım (d. 1 may 1887, Artvin - ö. 23 avqust 1943, Beyrut) — 30 iyun 1905-ci ildə Ulduz sarayında evləndilər. 1 övladı oldu.
- Pərvin Dürrüyekta xanım (d. 6 iyun 1894, Sakarya - ö. 1969, Tripoli) — 29 mart 1910-cu ildə Ulduz sarayında evləndilər. Ögey bacısı Ayşə Sultanın piano müəlliməsi idi.
- Gülnaz xanım
- Dilistan xanım (d. 1904 - ö. 1 fevral 1951, Beyrut) — 16 sentyabr 1918-ci ildə Sivasda evləndilər.
Mənbə
- http://www.ekrembugraekinci.com/makale.asp?id=460
- Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. pp. 230–32
- Mahinur Tuna (2007). İlk Türk kadın ressam: Mihri Rasim (Müşfik) Açba : 1886 İstanbul-1954 New-York. As Yayın