Mark Stronq
Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963 ) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur.
Mark Stronq | |
---|---|
ing. Mark Strong | |
| |
Doğum adı | Marco Giuseppe Salussolia |
Doğum tarixi | |
Doğum yeri | London, İngiltərə, Böyük Britaniya |
Vətəndaşlığı | Böyük Britaniya |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1983–hal-hazırda |
İstiqamət | komediya |
Mükafatları | Lorens Olivye mükafatı 2015-ci il |
IMDb | ID ID 0835016 |
markstrong.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 Avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur. Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir.
Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur.
İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır.
Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi.
Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır.
"Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.
2014-cü ildə Mark "Körpüdən mənzərə" tamaşasındakı roluna görə "Laurence Olivye" ən yaxşı aktyor mükafatını almışdır.
2016-cı ildə eyni rola görə, bir tamaşanın ən yaxşı aktyoru nominasiyasında "Toni" mükafatına namizəd göstərilmişdir.
Şəxsi həyatı
Mark Stronq həyat yoldaşı Liza Marşall və iki oğlu Qabriel (mart 2005-ci il təvəllüdlü) və Roman (5 oktyabr 2007-ci il təvəllüdlü) ilə Londonun şimal-qərbində yaşayır.
Stronq kiçik oğlu Romanın xaç atası olan aktyor Deniel Kreyqin yaxın dostudur.
Filmoqrafiya
Year | Title | Role | Notes |
---|---|---|---|
1993 | Yüzillik | Polis | |
1994 | Tələ | Kenni | |
1997 | Futbol xəstəliyi | Stiv | |
1997 | Aludəçi | Con MakHol | Daniyel Creyk üçün alman dublyajı |
1998 | Yağışlı ayaqqabıda adam | Deyv Summers | |
1999 | Fil suyu şirəsi | Frenk | |
1999 | Günəş işığı | İstván Sors | |
2001 | Bütün müharibələri bitirmək üçün | Desti Miller | |
2001 | Otel | Ferdinand | |
2001 | Martins | Douq | |
2001 | Xurafat | Antonio Gabrieli | |
2002 | Qızıl yataqları | Dr Tolkin | |
2002 | Heartlands | İan | |
2003 | Bəzi yerlər təhlükəsizdir | Dad | Qısa metrajlı film |
2003 | Hər şey sevgi ilə bağlıdır | Artur | |
2005 | Revolver | Sorter | |
2005 | Oliver Tvist | Tobi Krakit | |
2005 | Suriyalı | Mussavi | |
2006 | Tristan & İzolda | Lord Viktred | |
2006 | Cinsi mənzərə | Luis | |
2007 | Günəşin işığı | Pinbeker | |
2007 | Ulduz tozu | Şahzadə Septimus | |
2008 | Miss Pettiqrevin bir günlük ömrü | Nik Salderelli | |
2008 | Axmaq haqında xatirələr | Manni Mişel | |
2008 | Eramızın Babili | Finn | |
2008 | Rokin Rol | Arçi | |
2008 | Yalanların cəmi | Hani Salaam | |
2008 | Yaxşı | Filipp Bouler | |
2009 | Qanqster və azğın həmyaşıd | Narrator (səsləndirmə) | Sənədli film |
2009 | Oyunun sonu | Neil Bernard | |
2009 | Gənc Viktoriya]] | Ser Con Konroy | |
2009 | Şerlok Holms | Lord Henri Blekvud | |
2010 | Kick-Ass | Frenk De Amiqo | |
2010 | Robin Qud | Ser Qodfrey | |
2010 | Geri yol | Andrey Xabarov | |
2011 | Qvardiya | Kliv Kornell | |
2011 | Qartal | Guern / Luis Klaus Metellus | |
2011 | Yaşıl fənər | Taal Sinestro | |
2011 | Liliputlar diyarından Arietti | Pud (səsləndirmə) | |
2011 | Tinker Tailor əsgər xəfiyyə | Cim Prido | |
2011 | Qara qızıl | Sultan Amar | |
2012 | Con Karter | Matay Şanq | |
2012 | Sıfır Qaranlıq Otuz | Corc | |
2013 | Punşa xoş gəlmisiniz | Yakob Sternvud | |
2013 | Şahin günü | Sultan Amar | |
2013 | Castin və şücaət cəngavərləri | Heraklio (səsləndirmə) | |
2013 | Qan | Robert Seymur | |
2014 | İttifaq | Narratur (səsləndirmə) | Sənədli film |
2014 | Aya daha yaxın | Maks Rosental | |
2014 | Yuxuya getməmişdən əvvəl] | Dr Naş | |
2014 | Görmə mənzərəsi | Con Vaşinqton | |
2014 | İmitasiya oyunu | Stevart Menzies | |
2014 | Kinqsman: Məxfi xidmət | Merlin | |
2016 | Qrimizbi | Sebastian Qraves | |
2016 | Naməluma yaxınlaşmaq | Kapitan Viliyam Stenfort | |
2016 | Jadovillin mühasirəsi | Konor Kruz O'Brayen | |
2016 | Miss Soloano | Rodolfo Şmit | |
2017 | 6 Gün | Maks Vernon | |
2017 | Kinqsman: Qızıl dairə | Merlin | |
2018 | O, casus idi | Verner Helsenberq | |
2018 | Stokholm | Qunnar Sorensson | |
2019 | Şazam! | Doktor Sivana | |
2019 | 1917 | Kapitan Smit | |
2021 | Kruella | Con | |
TBA | Nokebo |
İstinadlar
- "Imogen Edwards-Jones meets the actor Mark Strong on the eve of his stage comeback". 2012-04-02 tarixində . İstifadə tarixi: 2011-09-07. (#parameter_ignored_suggest)
- Craig, O. "Mark Strong: how I put the fear factor into Sherlock Holmes". en:The Telegraph. 2013-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-17. (#parameter_ignored); (#parameter_ignored_suggest)
- Interview: Why actor Mark Strong is an accidental anti-hero
- Preston, John (18 February 2009). "Mark Strong: the strong, violent type". The Daily Telegraph. London.
- Mark Strong
- Fleming Jr, Mike (24 April 2014). "Mark Strong Joins Sacha Baron Cohen in Sony Comedy 'Grimsby'". en:Deadline Hollywood. İstifadə tarixi: 25 April 2014.
- ↑ Mark Strong: the strong, violent type
- . Grimsby Telegraph. 18 July 2014 tarixində orijinalından arxivləşdirilib.
- Donnelly, Matt (12 September 2015). "Jessica Chastain Gun-Control Thriller 'Miss Sloane' Sells to EuropaCorp in Toronto". en:TheWrap. İstifadə tarixi: 26 January 2016.
- "Cannes: Noomi Rapace Boards Action-Thriller 'Close'". The Hollywood Reporter (ingilis). İstifadə tarixi: 7 June 2017.
- Kit, Borys (2 November 2017). "'Shazam!': Mark Strong in Talks for Villain Role". The Hollywood Reporter. İstifadə tarixi: 2 November 2017.
- Sky, Rick (14 January 2018). "Mark Strong spills on Shazam! secrecy". ContactMusic.net. İstifadə tarixi: 14 January 2018.
- Galuppo, Mia (28 March 2019). "Colin Firth, Benedict Cumberbatch Join Sam Mendes' WWI Movie '1917'". The Hollywood Reporter. 28 March 2019 tarixində . İstifadə tarixi: 7 May 2020.
Xarici keçidlər
- Mark Strong (ing.) Internet Movie Database saytında
- Mark Stronq (ing.) Internet Broadway Database saytında