Mark Esper
Mark Tomas Esper (26 aprel 1964, Uniontown[d], Pensilvaniya), 23 iyul 2019 tarixində vəzifəsinə başlamış və aktiv olaraq vəzifəsini yerinə yetirən 27-ci Birləşmiş Ştatların müdafiə naziridir. Mark Esper, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəlməzdən əvvəl, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin nəzdində 2017-ci ildən 2019-cu ilə qədər 23-cü Birləşmiş Ştatların ordu katibi idi.
Mark Esper | |
---|---|
ing. Mark Thomas Esper | |
Sələfi | Ceyms Mettis |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 aprel 1964 (57 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili |
|
Hərbi xidmət | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d] |
Rütbəsi | polkovnik-leytenant[d] |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
18 iyun 2019-cu ildə prezident Donald Trumpın açıqlaması ilə ABŞ-ın müdafiə nazirinin müavini oldu. Müdafiə naziri olacağı gözlənilən Patrick M. Shanahan haqqında danışılan xəbərlər və senatda onun təklifinin rədd olunmasından sonra müdafiə nazirliyində Esper haqqında danışılmağa başlanıldı. Şanahan namizədlikdən çəkildikdən və vəzifəsindən istefa verdikdən sonra 23 iyul 2019-cu ildə Birləşmiş Ştatlar Senatı tərəfindən 90 səs lehinə, 8-i əleyhinə olmaq ilə müdafiə naziri seçildi və Birləşmiş Ştatların 27-ci müdafiə naziri oldu. 1986-2007 arasında polkovnik-leytenant rütbəsində ABŞ Silahlı Qüvvələrində 101-ci Hava-Desant Diviziyasında xidmət etmişdir.
İstinadlar
- ↑ Secretary of the Army: Who Is Mark Esper?. // AllGov. 2017.
- ↑ Mark Esper // GeneaStar.
- ↑ Trump nominating Uniontown native for Army secretary. // Herald-Standard. Uniontown: 2017.