fbpx
Wikipedia

Manu qanunları

Manu qanunları və ya Manusmriti (sanskr. मनुस्मृति, e.ə. II – eramızın II əsrləri )— qədim hind ədəbiyyatının abidəsi və tarixi mənbəyidir. Manu mifologiyada hinduların və insan irqinin atası hesab edilən kraldır. Əsərdə Manudan "öz- özündən var olanın oğlu" deyə bəhs edilməkdədir. Bu qanunlarda pislənilən, qadağan olunmuş əməllərdən, onlara görə nəzərdə tutulan cəzalardan bəhs olunur. Qanunvericiliyin əsasını təşkil edən dharmaşastralarda mülki və cinayət qanunvericiliyinin müddəaları ilə yanaşı müxtəlif varna üzvlərinin vəzifələrinə, ailə həyatının normalarına, ibadət və hətta sanitar-gigiyenik qaydalara və s. rast gəlinir.

Manu qanunları Avropa dillərindən tərcümə edilən ilk sanskrit dilli əsərdir. Əsər ilk dəfə 1794-cü ildə Kəlküttədə müasir hindologiyanın banisi Vilyam Cons tərəfindən tərcümə edilmişdir. Daha sonra Consun tərcüməsi 1797-ci ildə alman dilinə də çevrilmiş və nəşr edilmişdir. Manusmritinin Maks Müller tərəfindən hazırlanan "Şərqin müqəddəs kitabları" kolleksiyasına daxil edilməsi avropalı şərqşünasların əsərə verdiyi önəmi göz önünə qoymuşdur. Şərq hüququ üzrə professor Con Dunkan Deret deyir:

"Manu qanunları dünyadakı ilk qanunnamələrdən biridir və Hamurappi qanunlarından daha dəyərlidir."


Etimologiyası

Əsərin adı ilə bağlı bir çox fikir ayrılıqları mövcuddur. Çünki əsər "Manusmŗiti" və "Mānavadharmaśāstra" adları ilə tanınır. Hər iki sözün ilk hissəsində işlədilən "Manu" sanskrit dilindən tərcümədə düşünmək mənasına gələn "man" sözündən əmələ gəlmişdir. Əsərdə Manudan eyni zamanda insan irqinin atası sayılan, dünya qanunlarının qoruyucusu kimi də bəhs edilmişdir.

Manu kəliməsi insan anlayışının hind mədəniyyətindəki qarşılığı da hesab edilə bilər. Əsərin ikinci adında hinduizmin əsas anlayışlarından biri olan "dharma" ya rast gəlirik. Dharma, din, vəzifə, qanun, həqiqət, ədalət, təcrübə və prinsip mənalarını ifadə edən hərtərəfli bir anlayışdır. Digər tərəfdən, "smŗiti" isə ənənəvi bir müqəddəs mətnə aiddir. "Mānavadharmaśāstra" adındakı "śāstra" həm qanun həm də elm, öyrətmək, tədqiq etmək mənalarında işlədilir. Lakin elmi ədəbiyyatda əsər qanunnamələr adlandırılan "Dharma Sastralar" kateqoriyasına daxil edildiyi üçün qanunnamə kimi qiymətləndirilmişdir.

Quruluşu

 
Vilyam Cons

Manu qanunları Smriti ədəbiyyatına daxil olan əsas 18 Dharma Sastradan biridir. Manusmriti, Vedalar kimi dinin ən əsas mənbələrindən hesab edilməsədə Hinduizmin təməlini təşkil edən əxlaq və ibadət anlayışlarını özündə əks etdirən müqəddəs kitablardandır. Ehtimal olunur ki, əsər e.ə 200- e 100 illərdə qələmə alınmışdır. Bu tarixlər brahmanların anti-veda hərəkatı tərəfindən təhdid edildiyi dövrə təsadüf edir. Manu qanunlarını bu hərəkata qarşı bir ictimai reaksiya da qəbul etmək olar. Qanunnamə 2865 maddədən ibarətdir və mətnin əsli sanskrit dilindədir. Professor Surendra Kumara görə bunlardan 1214- orginaldır, digər 1471 maddə isə mətnə sonradan daxil edilmişdir.

Əsər ümumilikdə 12 fəsildən ibarətdir. Bu fəsillərin hər birində müxtəlif mövzulara toxunulmuşdur və hər hissənin uzunluğu da müxtəlifdir.

I fəsil

Əsərin ilk fəslində tanrının dünyanı, insanları, heyvanları, yeri və göyü, elementləri, digər tanrıları necə yaratmasından, o cümlədən Vedalardan, kastalardan və hər kastanın doğuşdan sahib olduğu xüsusiyyətlərdən bəhs olunur. İlk fəsil digər fəsillərlə müqayisədə daha anlaşılmaz və çətin bir dillə yazılmışdır. Fəsil 119 maddədən ibarətdir. Manusmritinin ilk fəsilində bəhs edilən yaradılış hekayəsi digər dinlərdə olan yaradılış hekayələrindən olduqca fərqlənir.

II fəsil

Əsərin ikinci fəsili 249 maddədən ibarətdir. Burada əsasən dinin qaynaqları və Vedalardan danışılır. Daha sonra isə Hindistanın müqəddəs coğrafiyası və ilk 3 kastanın bu ərazidə yaşamaq üçün əlindən gələni etməsi barədə nəsihətlərdən bəhs olunur. Hinduizm etnik bir din hesab edilməsə də Qanq çayı və ətrafı ərazilər müqəddəs torpaqlar sayılır. Əsərin 2-ci fəsili bu məsələyə həsr olunmuşdur.

Bunda başqa II fəsildə mənsub olduğu kastalara görə insanların etməli olduğu ibadətlər, adlar, geyimlərdən danışılır. Hətta burada kastalara əsasən insanlar yemək yeyərkən hansı barmaqlarını istifadə edə biləcəyi kimi detallara da toxunulmuşdur.

Bu fəsildə həmçinin müəllim-şagird, valideyn-övlad münasibətlərindən, ataya, anaya, müəllimə hörmətdən, eləcə də müəllimi xoşbəxt etmək üçün ona hədiyyələr verməkdən bəhs edilir.

III fəsil

Üçüncü fəsildə həyatın ən vacib mərhələsi kimi qəbul edilən evlilik mərhələsində ailə başçısının hüquq və vəzifələrinə diqqət yetirilmişdir. Manu qanunlarına görə kastalar həyat yoldaşı seçərkən ən vacib meyarlardan biridir. Burada həmçinin kişilərin qadınlardan daha üstün olduğu fikri vurğunlanmışdır. Beləki, adında çay, dağ, quş adları yer alan, qardaşı olmayan, kürən saçlı, böyük dişli qadınlarla evlənmək olmazdı. Əsərdə qadınlarla bağlı bir çox şərtlərin irəli sürülməsinə baxmayaraq, kişilər üçün sadəcə hansı kastada olması şərtinə yer verilməsi, hind cəmiyyətində qadın və kişilər arasında bərabərsizliyin nişanəsidir.

Bu fəsildə evlilik münasibətləri ilə yanaşı cəmiyyət tərəfində təcrid edilən insanlardan da bəhs olunur. Bu siyahıya oğrular, qumarbazlardan başqa, həkimlər, heyvan tərbiyəçiləri, xəstə insanlar, ticarətlə məşğul olanlar kimi niyə pis sayıldığı bilinməyən insanlar da daxil idi.

III fəsil 286 maddədən ibarətdir.

IV fəsil

Bu fəsil yuxarı kastaların, əsasən də rahiblərin hansı sənəti seçməsi və necə yaşaması barədə məlumatlar verir. Sənət seçimi insan həyatının ikinci mərhələsində edəcəyi işlərdən hesab edilir. Ümumiyyətlə IV fəsil həyatın 2-ci mərhələsinə həsr edilmişdir. Bu fəsil 260 maddədir.

V fəsil

Beşinci fəsil 169 maddədən ibarətdir və digər fəsillərdən daha qısadır. Burada qadağan edilmiş qidalar, heyvanlarla yanaşı, bu qidaları qəbul edən şəxslərə verilən cəzalardan danışılır. O cümlədən bu fəsildə qadınların kişilərə bağlılığının vacibliyi, doğum və ölüm kimi məsələlərdən də bəhs olunur.

VI fəsil

Bu fəsil 97 maddədir və əsərin ən qısa fəsilidir. Bu fəsildə əsasən insan həyatının 3-cü mərhələsindən, asketizmdən bəhs edilir. Həyatın bu mərhələsinin necə yaşanması, necə qidalanılması, necə meditasiya edilməsi və ölüm kimi məsələlərə toxunulur.

VII fəsil

Manusmritinin 7-ci fəsili 226 maddədən ibarətdir. Bu fəsildə dövlət başçısı və onun vəzifələri barədə məlumat verilir. Bundan başqa rahiblərin qorunması və onlara hədiyyələr verilməsi haqqında danışılır.

VIII fəsil

8-ci fəsil digər fəsillərdən fərqli olaraq sırf bir mövzu ətrafında deyil müxtəlif mövzulara həsr edilmişdir. Burada kralın hökm verməsi, qadın və uşaqların mülkləri, yalançı şahidlik və ona verilən cəzalar, qüsurlu və keçərsiz evliliklər, kralın cəzalandırma və vergi toplama üsulları və s kimi məsələlərə toxunulmuşdur. Bu fəsil 420 maddədir.

IX fəsil

Əsərin qadınlara həsr olunan hissəsi məhz 9-cu fəsildir. Burada qadınların evləndirilməsi, atanın qızı üzərində haqları, mirasın bölünməsi, şudralar və vaisyaların vəzifələri kimi məsələlərdən danışılır. Yenə bu fəsildə qadınlara oğlan övlad dünyaya gətirmək üçün 1 dəfə evlilikdən kənar münasibətdə olmağa icazə verilir. Lakin bu maddə eyni fəsilin 162-ci maddəsi ilə təzad təşkil edir. Ümumilikdə 9-cu fəsil 336 maddədən ibarətdir.

X fəsil

131 maddəlik X fəsildə kasta sistemindən bəhs edilir. Kastalara əsasən insanların vəzifələri burada öz əksini tapmışdır. Bu fəsildə o cümlədən acdığı üçün oğlunu yeyən Ajiqarta və yenə aclıqdan it əti yeyən Vamedeva kimi mifoloji əfsanalərdən söz açılır və bildirilir ki, insan çox ac olarsa qadağan edilmiş qidaları qəbul edə bilər.

XI fəsil

Bu fəsil günahın növlərinə və kəfarələrinə ayrılmışdır. Manusmritiyə görə günahların 3 növü var: böyük, kiçik və kastadan kənarlaşdırılmalı günahlar. Fəsil 266 maddədir.

XII fəsil

Kitabın son fəsili əslində ümumi xülasəsidir və 126 maddədən ibarətdir.

Manu qanunlarında cinayət və cəza məsələləri

Qədim Hindistanda Manu Qanunlarında cinayət və cəza məsələlərinə xeyli diqqət verilmişdir. Burada qəsd və ehtiyatsızlıq, ilk hüquqpozma və residiv, ağır və yüngül cinayətlər fərqləndirilirdi. Şəxsiyyət əleyhinə olan cinayətlər "zorakılıq" anlayışı ilə ifadə olunmuşdu. İlk növbədə adam öldürmə və bədən xəsarəti önə çəkilmişdi. Bu cinayətlərə görə cəzaların sərtliyi həm onların ağırlıq dərəcəsindən, həm də cinayətkarın və zərərçəkmişin sosial vəziyyətindən asılı idi. Qədim Hindistanda səciyyəvi cəhətlərdən biri adam öldürmə traktovkasında dharmaşastranın "zəruri müdafiə" anlayışını formulə etməsidir. Göstərilir ki, qatil "özünü müdafiə edərkən, qurbanlıq hədiyyələrini mühafizə edərkən, qadınları və brəhmənləri müdafiə edərkən" qətlə yetirərsə günahdan və cəzadan azad olunur. (VIII, 349). Burada kimin (qurunun, uşağın, ahılın və ya hətta brəhmənin) öldürülməsinin əhəmiyyəti yoxdur (VIII, 350). Qanunlarda zorlama cinayətinin əlamətlərinə rast gəlinir (VIII, 364). Manu qanunlarında sözlə və ya hərəkətlə təhqir etmə cinayətlərinə rast gəlmək olar. Qanunlarda insanların həyatı ilə bərabər onların ləyaqəti silkivarna mənsubiyyətindən asılı olaraq dəyərləndirilirdi. Özünə bərabər və ya yüksək varnanın nümayəndəsi sözlə və ya hərəkətlə təhqirə məruz qaldıqda bir qayda olaraq cərimə cəzası ilə cəzalandırıldığı halda eyni cinayəti şudra "iki dəfə doğulmuşa" qarşı törədərdisə ona sərt cəza – cismani cəza, dilin, dodaqların, əllərin, ayaqların kəsilməsi (VIII, 270), axtalama cəzası (VIII, 282) tətbiq olunurdu.

Manu Qanunlarında da mülkiyyət əleyhinə cinayətlərdən bəhs olunur. Səciyyəvi cəhət oğurluqla soyğunçuluğun fərqləndirilməsidir (VIII, 332). Nəyin və hansı həcmdə oğurlanmasından və cinayətkarın silki-varna mənsubiyyətindən asılı olaraq cəza müəyyən olunmuşdu. Lakin "köklərin, ağaclardan meyvələrin, od üçün odun və s." mənimsənilməsi hallarında şəxs cəzadan azad olunurdu (VIII, 339, 341). Maraqlı hal odur ki, "iki dəfə doğulmuşlar" üçün cəzanın ağırlığı artır. Belə hesab olunurdu ki, şudranın təqsiri ilə müqayisədə vayşinin təqsiri 2, kşatrinin 4, brəhmənin isə 8 dəfə çoxdur (VIII, 337, 338). Eyni qaydada oğrunu gizlədib ona işıq, yem, silah və sığınacaq verən şəxslər də cəzalandırılırdı. Oğrunun verdiyi dini qurban kəsməni icra etdiyinə görə mükafat alan brəhmənlər cinayətin iştirakçıları sayılırdı (VIII, 340). Gecə oğurluğu sərt cəzalandırılırdı. Bu cinayəti törədən payaya keçirilirdi (IX,276). Digər hallarda cərimə, şikəstetmə tətbiq olunurdu. Üçüncü dəfə etdikdə isə ölüm cəzası verilirdi. Manu Qanunlarında böhtan, zinakarlıq kimi cinayətlər oğurluq və soyğunçuluq cinayətləri ilə bir sırada göstərilmişdir (VIII, 386). Qanunlar oğruları, zinakarları, böhtançıları, zalımları insafsız, çirkin adamlara aid edirdi (VIII, 387).

Cəza nəinki əmələ görə sitəm qismində çıxış edir, həm də ictimai həyatın təşkili üçün hökmdarın əlində bir vasitə idi. Ona görə də cəzaya cəmiyyəti qaydada saxlayan, dharmanın icrasına şərait yaradan yüksək qüvvə kimi baxılırdı. Manu Qanunlarında deyilirdi: "Cəza bütün insanları idarə edir. Cəza mühafizə edir, hamı yatan vaxt cəza sayıq olur; müdriklər cəzanı dharmanın təcəssümü elan etmişlər" (VII, 18, habelə 20,21, 24 və başqaları). Cismani cəzalar verilməsindən və təhqiramizlikdən tutmuş (alına və baldıra damğa vurmaq) ölüm cəzasınadək olan cəzalar öz amansızlığı ilə seçilirdi. Manu Qanunlarında cəzaların xüsusi siyahısı yoxdur. Burada ölüm cəzası, şikəstetmə, damğalama, köləliyə çevirmə və s. cəzalardan bəhs olunur. Ölüm cəzası işgəncə və əzab verməklə müşayiət olunurdu. Tonqalda yandırma, suda boğma, payaya keçirmə kimi işgəncələr tətbiq olunurdu. Cismani cəzalardan geniş istifadə olunurdu. Əllərin, ayaqların, burunun, qulaqların, dilin kəsilməsi və gözlərin çıxarılması geniş vüsət almışdır. Evin divarını sökmə yolu ilə gecə törədilmiş oğurluğa görə oğrunun hər iki əli kəsildikdən sonra o, iti payaya keçirilirdi (IX, 276)

Manu Qanunlarının başqa bir xüsusiyyəti cəzalarda rəmzi talion prinsipinin əks etdirilməsindən ibarət idi. VIII fəslin 280-ci maddəsi buna misal ola bilər. Həmin maddədə dəyənəklə başqasının qolunu sındırmış şəxsin əlinin kəsilməsi və s. nəzərdə tutulurdu. Cərimələrin dərəcəsi də zərərçəkmişin sosial vəziyyəti ilə müəyyən olunurdu. Qanunlar brəhmənə ölüm cəzasının verilməsini tövsiyə etmirdi (VIII, 379–381).

İstinadlar

  1. "Flood (1996), page 56".
  2. Lingart, Robert. The Classical Law of India. University of California Press. 1973. ISBN 978-0520018983.
  3. Olivelle, Patrick. Manu's Code of Law. Oxford University Press. 2005.
  4. Davis Jr, Donald R. "On Ātmastuṣṭi as a Source of Dharma". Journal of the American Oriental Society. 127 (3). 2007: 279–96.

manu, qanunları, manusmriti, sanskr, मन, eramızın, əsrləri, qədim, hind, ədəbiyyatının, abidəsi, tarixi, mənbəyidir, manu, mifologiyada, hinduların, insan, irqinin, atası, hesab, edilən, kraldır, əsərdə, manudan, özündən, olanın, oğlu, deyə, bəhs, edilməkdədir. Manu qanunlari ve ya Manusmriti sanskr मन स म त e e II eramizin II esrleri qedim hind edebiyyatinin abidesi ve tarixi menbeyidir 1 Manu mifologiyada hindularin ve insan irqinin atasi hesab edilen kraldir Eserde Manudan oz ozunden var olanin oglu deye behs edilmekdedir Bu qanunlarda pislenilen qadagan olunmus emellerden onlara gore nezerde tutulan cezalardan behs olunur Qanunvericiliyin esasini teskil eden dharmasastralarda mulki ve cinayet qanunvericiliyinin muddealari ile yanasi muxtelif varna uzvlerinin vezifelerine aile heyatinin normalarina ibadet ve hetta sanitar gigiyenik qaydalara ve s rast gelinir Manu qanunlari Avropa dillerinden tercume edilen ilk sanskrit dilli eserdir Eser ilk defe 1794 cu ilde Kelkuttede muasir hindologiyanin banisi Vilyam Cons terefinden tercume edilmisdir Daha sonra Consun tercumesi 1797 ci ilde alman diline de cevrilmis ve nesr edilmisdir Manusmritinin Maks Muller terefinden hazirlanan Serqin muqeddes kitablari kolleksiyasina daxil edilmesi avropali serqsunaslarin esere verdiyi onemi goz onune qoymusdur Serq huququ uzre professor Con Dunkan Deret deyir Manu qanunlari dunyadaki ilk qanunnamelerden biridir ve Hamurappi qanunlarindan daha deyerlidir Mundericat 1 Etimologiyasi 2 Qurulusu 3 Manu qanunlarinda cinayet ve ceza meseleleri 4 IstinadlarEtimologiyasi RedakteEserin adi ile bagli bir cox fikir ayriliqlari movcuddur Cunki eser Manusmŗiti ve Manavadharmasastra adlari ile taninir Her iki sozun ilk hissesinde isledilen Manu sanskrit dilinden tercumede dusunmek menasina gelen man sozunden emele gelmisdir Eserde Manudan eyni zamanda insan irqinin atasi sayilan dunya qanunlarinin qoruyucusu kimi de behs edilmisdir Manu kelimesi insan anlayisinin hind medeniyyetindeki qarsiligi da hesab edile biler Eserin ikinci adinda hinduizmin esas anlayislarindan biri olan dharma ya rast gelirik Dharma din vezife qanun heqiqet edalet tecrube ve prinsip menalarini ifade eden herterefli bir anlayisdir Diger terefden smŗiti ise enenevi bir muqeddes metne aiddir Manavadharmasastra adindaki sastra hem qanun hem de elm oyretmek tedqiq etmek menalarinda isledilir Lakin elmi edebiyyatda eser qanunnameler adlandirilan Dharma Sastralar kateqoriyasina daxil edildiyi ucun qanunname kimi qiymetlendirilmisdir 2 Qurulusu Redakte Vilyam Cons Manu qanunlari Smriti edebiyyatina daxil olan esas 18 Dharma Sastradan biridir Manusmriti Vedalar kimi dinin en esas menbelerinden hesab edilmesede Hinduizmin temelini teskil eden exlaq ve ibadet anlayislarini ozunde eks etdiren muqeddes kitablardandir Ehtimal olunur ki eser e e 200 e 100 illerde qeleme alinmisdir Bu tarixler brahmanlarin anti veda herekati terefinden tehdid edildiyi dovre tesaduf edir Manu qanunlarini bu herekata qarsi bir ictimai reaksiya da qebul etmek olar Qanunname 2865 maddeden ibaretdir ve metnin esli sanskrit dilindedir Professor Surendra Kumara gore bunlardan 1214 orginaldir diger 1471 madde ise metne sonradan daxil edilmisdir 3 Eser umumilikde 12 fesilden ibaretdir Bu fesillerin her birinde muxtelif movzulara toxunulmusdur ve her hissenin uzunlugu da muxtelifdir I fesilEserin ilk feslinde tanrinin dunyani insanlari heyvanlari yeri ve goyu elementleri diger tanrilari nece yaratmasindan o cumleden Vedalardan kastalardan ve her kastanin dogusdan sahib oldugu xususiyyetlerden behs olunur Ilk fesil diger fesillerle muqayisede daha anlasilmaz ve cetin bir dille yazilmisdir Fesil 119 maddeden ibaretdir Manusmritinin ilk fesilinde behs edilen yaradilis hekayesi diger dinlerde olan yaradilis hekayelerinden olduqca ferqlenir II fesilEserin ikinci fesili 249 maddeden ibaretdir Burada esasen dinin qaynaqlari ve Vedalardan danisilir Daha sonra ise Hindistanin muqeddes cografiyasi ve ilk 3 kastanin bu erazide yasamaq ucun elinden geleni etmesi barede nesihetlerden behs olunur Hinduizm etnik bir din hesab edilmese de Qanq cayi ve etrafi eraziler muqeddes torpaqlar sayilir Eserin 2 ci fesili bu meseleye hesr olunmusdur Bunda basqa II fesilde mensub oldugu kastalara gore insanlarin etmeli oldugu ibadetler adlar geyimlerden danisilir Hetta burada kastalara esasen insanlar yemek yeyerken hansi barmaqlarini istifade ede bileceyi kimi detallara da toxunulmusdur Bu fesilde hemcinin muellim sagird valideyn ovlad munasibetlerinden ataya anaya muellime hormetden elece de muellimi xosbext etmek ucun ona hediyyeler vermekden behs edilir III fesilUcuncu fesilde heyatin en vacib merhelesi kimi qebul edilen evlilik merhelesinde aile bascisinin huquq ve vezifelerine diqqet yetirilmisdir Manu qanunlarina gore kastalar heyat yoldasi secerken en vacib meyarlardan biridir Burada hemcinin kisilerin qadinlardan daha ustun oldugu fikri vurgunlanmisdir Beleki adinda cay dag qus adlari yer alan qardasi olmayan kuren sacli boyuk disli qadinlarla evlenmek olmazdi Eserde qadinlarla bagli bir cox sertlerin ireli surulmesine baxmayaraq kisiler ucun sadece hansi kastada olmasi sertine yer verilmesi hind cemiyyetinde qadin ve kisiler arasinda berabersizliyin nisanesidir Bu fesilde evlilik munasibetleri ile yanasi cemiyyet terefinde tecrid edilen insanlardan da behs olunur Bu siyahiya ogrular qumarbazlardan basqa hekimler heyvan terbiyecileri xeste insanlar ticaretle mesgul olanlar kimi niye pis sayildigi bilinmeyen insanlar da daxil idi III fesil 286 maddeden ibaretdir IV fesilBu fesil yuxari kastalarin esasen de rahiblerin hansi seneti secmesi ve nece yasamasi barede melumatlar verir Senet secimi insan heyatinin ikinci merhelesinde edeceyi islerden hesab edilir Umumiyyetle IV fesil heyatin 2 ci merhelesine hesr edilmisdir Bu fesil 260 maddedir V fesilBesinci fesil 169 maddeden ibaretdir ve diger fesillerden daha qisadir Burada qadagan edilmis qidalar heyvanlarla yanasi bu qidalari qebul eden sexslere verilen cezalardan danisilir O cumleden bu fesilde qadinlarin kisilere bagliliginin vacibliyi dogum ve olum kimi meselelerden de behs olunur VI fesilBu fesil 97 maddedir ve eserin en qisa fesilidir Bu fesilde esasen insan heyatinin 3 cu merhelesinden asketizmden behs edilir Heyatin bu merhelesinin nece yasanmasi nece qidalanilmasi nece meditasiya edilmesi ve olum kimi meselelere toxunulur VII fesilManusmritinin 7 ci fesili 226 maddeden ibaretdir Bu fesilde dovlet bascisi ve onun vezifeleri barede melumat verilir Bundan basqa rahiblerin qorunmasi ve onlara hediyyeler verilmesi haqqinda danisilir VIII fesil8 ci fesil diger fesillerden ferqli olaraq sirf bir movzu etrafinda deyil muxtelif movzulara hesr edilmisdir Burada kralin hokm vermesi qadin ve usaqlarin mulkleri yalanci sahidlik ve ona verilen cezalar qusurlu ve kecersiz evlilikler kralin cezalandirma ve vergi toplama usullari ve s kimi meselelere toxunulmusdur Bu fesil 420 maddedir IX fesilEserin qadinlara hesr olunan hissesi mehz 9 cu fesildir Burada qadinlarin evlendirilmesi atanin qizi uzerinde haqlari mirasin bolunmesi sudralar ve vaisyalarin vezifeleri kimi meselelerden danisilir Yene bu fesilde qadinlara oglan ovlad dunyaya getirmek ucun 1 defe evlilikden kenar munasibetde olmaga icaze verilir Lakin bu madde eyni fesilin 162 ci maddesi ile tezad teskil edir Umumilikde 9 cu fesil 336 maddeden ibaretdir X fesil131 maddelik X fesilde kasta sisteminden behs edilir Kastalara esasen insanlarin vezifeleri burada oz eksini tapmisdir Bu fesilde o cumleden acdigi ucun oglunu yeyen Ajiqarta ve yene acliqdan it eti yeyen Vamedeva kimi mifoloji efsanalerden soz acilir ve bildirilir ki insan cox ac olarsa qadagan edilmis qidalari qebul ede biler XI fesilBu fesil gunahin novlerine ve kefarelerine ayrilmisdir Manusmritiye gore gunahlarin 3 novu var boyuk kicik ve kastadan kenarlasdirilmali gunahlar Fesil 266 maddedir XII fesilKitabin son fesili eslinde umumi xulasesidir ve 126 maddeden ibaretdir Manu qanunlarinda cinayet ve ceza meseleleri RedakteQedim Hindistanda Manu Qanunlarinda cinayet ve ceza meselelerine xeyli diqqet verilmisdir Burada qesd ve ehtiyatsizliq ilk huquqpozma ve residiv agir ve yungul cinayetler ferqlendirilirdi Sexsiyyet eleyhine olan cinayetler zorakiliq anlayisi ile ifade olunmusdu Ilk novbede adam oldurme ve beden xesareti one cekilmisdi Bu cinayetlere gore cezalarin sertliyi hem onlarin agirliq derecesinden hem de cinayetkarin ve zerercekmisin sosial veziyyetinden asili idi Qedim Hindistanda seciyyevi cehetlerden biri adam oldurme traktovkasinda dharmasastranin zeruri mudafie anlayisini formule etmesidir Gosterilir ki qatil ozunu mudafie ederken qurbanliq hediyyelerini muhafize ederken qadinlari ve brehmenleri mudafie ederken qetle yetirerse gunahdan ve cezadan azad olunur VIII 349 Burada kimin qurunun usagin ahilin ve ya hetta brehmenin oldurulmesinin ehemiyyeti yoxdur VIII 350 Qanunlarda zorlama cinayetinin elametlerine rast gelinir VIII 364 Manu qanunlarinda sozle ve ya hereketle tehqir etme cinayetlerine rast gelmek olar Qanunlarda insanlarin heyati ile beraber onlarin leyaqeti silkivarna mensubiyyetinden asili olaraq deyerlendirilirdi Ozune beraber ve ya yuksek varnanin numayendesi sozle ve ya hereketle tehqire meruz qaldiqda bir qayda olaraq cerime cezasi ile cezalandirildigi halda eyni cinayeti sudra iki defe dogulmusa qarsi torederdise ona sert ceza cismani ceza dilin dodaqlarin ellerin ayaqlarin kesilmesi VIII 270 axtalama cezasi VIII 282 tetbiq olunurdu 4 Manu Qanunlarinda da mulkiyyet eleyhine cinayetlerden behs olunur Seciyyevi cehet ogurluqla soygunculugun ferqlendirilmesidir VIII 332 Neyin ve hansi hecmde ogurlanmasindan ve cinayetkarin silki varna mensubiyyetinden asili olaraq ceza mueyyen olunmusdu Lakin koklerin agaclardan meyvelerin od ucun odun ve s menimsenilmesi hallarinda sexs cezadan azad olunurdu VIII 339 341 Maraqli hal odur ki iki defe dogulmuslar ucun cezanin agirligi artir Bele hesab olunurdu ki sudranin teqsiri ile muqayisede vaysinin teqsiri 2 ksatrinin 4 brehmenin ise 8 defe coxdur VIII 337 338 Eyni qaydada ogrunu gizledib ona isiq yem silah ve siginacaq veren sexsler de cezalandirilirdi Ogrunun verdiyi dini qurban kesmeni icra etdiyine gore mukafat alan brehmenler cinayetin istirakcilari sayilirdi VIII 340 Gece ogurlugu sert cezalandirilirdi Bu cinayeti toreden payaya kecirilirdi IX 276 Diger hallarda cerime sikestetme tetbiq olunurdu Ucuncu defe etdikde ise olum cezasi verilirdi Manu Qanunlarinda bohtan zinakarliq kimi cinayetler ogurluq ve soygunculuq cinayetleri ile bir sirada gosterilmisdir VIII 386 Qanunlar ogrulari zinakarlari bohtancilari zalimlari insafsiz cirkin adamlara aid edirdi VIII 387 Ceza neinki emele gore sitem qisminde cixis edir hem de ictimai heyatin teskili ucun hokmdarin elinde bir vasite idi Ona gore de cezaya cemiyyeti qaydada saxlayan dharmanin icrasina serait yaradan yuksek quvve kimi baxilirdi Manu Qanunlarinda deyilirdi Ceza butun insanlari idare edir Ceza muhafize edir hami yatan vaxt ceza sayiq olur mudrikler cezani dharmanin tecessumu elan etmisler VII 18 habele 20 21 24 ve basqalari Cismani cezalar verilmesinden ve tehqiramizlikden tutmus alina ve baldira damga vurmaq olum cezasinadek olan cezalar oz amansizligi ile secilirdi Manu Qanunlarinda cezalarin xususi siyahisi yoxdur Burada olum cezasi sikestetme damgalama koleliye cevirme ve s cezalardan behs olunur Olum cezasi isgence ve ezab vermekle musayiet olunurdu Tonqalda yandirma suda bogma payaya kecirme kimi isgenceler tetbiq olunurdu Cismani cezalardan genis istifade olunurdu Ellerin ayaqlarin burunun qulaqlarin dilin kesilmesi ve gozlerin cixarilmasi genis vuset almisdir Evin divarini sokme yolu ile gece toredilmis ogurluga gore ogrunun her iki eli kesildikden sonra o iti payaya kecirilirdi IX 276 Manu Qanunlarinin basqa bir xususiyyeti cezalarda remzi talion prinsipinin eks etdirilmesinden ibaret idi VIII feslin 280 ci maddesi buna misal ola biler Hemin maddede deyenekle basqasinin qolunu sindirmis sexsin elinin kesilmesi ve s nezerde tutulurdu Cerimelerin derecesi de zerercekmisin sosial veziyyeti ile mueyyen olunurdu Qanunlar brehmene olum cezasinin verilmesini tovsiye etmirdi VIII 379 381 Istinadlar Redakte Flood 1996 page 56 Lingart Robert The Classical Law of India University of California Press 1973 ISBN 978 0520018983 Olivelle Patrick Manu s Code of Law Oxford University Press 2005 Davis Jr Donald R On Atmastuṣṭi as a Source of Dharma Journal of the American Oriental Society 127 3 2007 279 96 Menbe https az wikipedia org w index php title Manu qanunlari amp oldid 5995708, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.