fbpx
Wikipedia

Hümam Təbrizi

Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyaya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə 10 ay əvvəl Vagobot tərəfindən redaktə olunub. (Yenilə)

Xacə Hümam Təbrizi-(1238-1314), şair, xəttat

Hümam Təbrizi
fars. همام الدین تبریزی
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vətəndaşlığı
Milliyyəti Cənubi Azərbaycanlı
Fəaliyyəti şair

Həyatı

XIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ana dilli ədəbiyyatımızın ilk təmsilçilərindən biri də Xacə Hümam Təbrizidir. Şairin əsl adı Məhəmməd, atasının adı Əla (Əlai), ləqəbi Hümaməddin, təxəllüsü Hümam, nisbəsi isə Təbrizidir. Atasının adının Əla olması sənətkarın divanındakı Eşitməyə layiq bir söz varsa, o, sənin - Hümam ibn Əlanın qəzəlləridir - beytindən də məlum olur. Doğulduğu yer dəqiq bəlli deyilsə də, nisbəsindən bu yerin Təbriz olduğunu söyləmək mümkündür. Vəfat tarixi qaynaqlarda, bir qayda olaraq, 1314-cü il (h.714) göstərilir. Təvəllüd tarixi isə dəqiq şəkildə bəlli deyil. Mücməli-fəsihi onun 10 iyun 1314-cü ildə (h.714, 25 səfər) 116 yaşında vəfat etdiyini yazır. Belə olduqda, şairin 1198-1200-cü illərdə doğulduğunu söyləmək olar. Hümam Təbrizinin şeirlər divanını çap etdirən İran alimi Rəşid Eyvəzi isə, sənətkarın təxminən 1238-1239-cu illərdə anadan olduğunu söyləyir və öz qənaətində müəyyən hesablamalara əsaslanır. Hər halda, ikinci fikir daha ağlabatan görünür.

Əli İbrahim xan Sühufi-İbrahim təzkirəsində yazır: Xacə ömrünün axırlarında dünyanı tərk edib, dünya malından və dünya vəzifələrindən göz örtərək Şeyx Seyid Fərqaninin müridi olmuşdur. O, Məkkəyə gedib qayıdandan sonra guşənişin olmuş və təsəvvüf təriqətini qəbul etmişdir. Xacə Hümam hicri qəməri 713-(1313), ya da 714 (1314)-cü ildə Təbrizdə vəfat etmişdir. Onu Təbrizdə özü tikdirdiyi xanəgahda dəfn etmişlər.

Yaradıcılığı

Mənbələrdə Hümamın atası Əlanın zövq əhli olduğu və arabir şeirlər də yazdığı, həmçinin, sənətkarın ağıllı, elm və istedad sahibi, hətta alim və şairlərin görüşünə təşrif buyuran bir oğlu da olduğu qeyd edilir. Rövzətülcinan şairin bir müddət Şeyx Həsən Bulqariyə müridlik etdiyini xəbər verir.

Xacə Hümam dövrünün ən tanınmış və qabaqcıl şəxsiyyətlərindən idi. Dövlətşah Səmərqəndi Təzkirətüş-şüərada 20 ən məşhur sənətkar sırasında H.Təbrizidən də söhbət açır. Təzkirə müəllifi Şeyx Sədi Şirazi (1203-1292) və Porboha Cami kimi nüfuzlu şəxsiyyətlərin hicri VII əsrin sonlarında Təbrizə Hümamın görüşünə gəldiklərini qeyd edir.

Ümumiyyətlə, Xacə Hümam dövrünün bir sıra görkəmli dövlət, elm, mədəniyyət və ədəbiyyat xadimləri ilə yaxın olmuş, onlarla əlaqə saxlamış, bəziləri ilə mənzum və mənsur şəkildə məktublaşmışdır. Tanınmış dövlət xadimi və alim Şərafəddin Harun, istedadlı üləmalardan Nurəddin, İbrahim Həməvi, şair Qütbəddin Əmiqi belələrindən olmuşlar. Onun Elxani vəziri Fəzlullah Rəşidəddin və vəzir, Elxanilərin nüfuzlu dövlət xadimi Sahib Divan Şəmsəddin Məhəmməd Cüveyni ilə də isti münasibətləri var imiş. Hətta F.Rəşidəddin hörmət əlaməti olaraq oğlanlarından birinə Hümamın adını qoymuşdur. Mənbələr onun 1277-78-ci illərdə (h.676) Kiçik Asiyada baş verən qarışıqlıq zamanı oradakı hadisələri nizama salmaq üçün Abaqa xanın göstərişi ilə Osmanlı ölkəsinə gedən Sahib Divan Şəmsəddin Cüveyni ilə birlikdə olduğunu xəbər verir.

Bu məlumatın həqiqiliyini şairin şeirləri də təsdiq edir. Belə ki, sənətkar divanındakı şeirlərində həmin səfərdən danışır və Ş.Cüveyniyə müraciətlə belə bir səmimi misra da işlədir: Lütf edərək, Azərbaycandan Ruma gəldin.

Hümam Təbrizi şair, xəttat, fəsahətli natiq olmaqla yanaşı, həm də görkəmli alim və dövlət xadimi idi. O, bir müddət Elxanilər dövlətində Azərbaycan vəziri kimi yüksək rütbəli dövlət vəzifəsində çalışmışdır. Ş.Cüveyninin bir məktubunda Rumdakı ovqaf idarəsinin yuxarı çinli bir işçisinə tapşırılır ki, məmləkətin ovqafının gəlirindən ömürlük olaraq hər ildə min dinar Hümamın haqqında ödənilsin. Xacə Rəşidəddinin Bağdad hakimi Əmir Əliyə məktubunda da ömürlük dövlət təqaüdü təyin edilən alimlər sırasında Hümamın da adı çəkilir.

Xacə Hümam Nəsirəddin Tusidən dərs almışdı. Bir alim kimi elmi ictimaiyyətdə böyük nüfuzu var idi. Xacə Rəşidəddinin Quran təfsirinə aid Tozihat əsərinə rəy vermiş 200 qabaqcıl alimdən biri də H.Təbrizi olmuşdur. XIII-XIV yüzilliklərin alimləri ondan danışarkən, adətən onu qüdvətül-üləma (alimlərin başçısı) adlandırmışlar. Rövzətül-cinanda göstərilir ki, Xacə Hümam ən böyük şairlərdən biri olmaqla bərabər, üləma silkinə mənsub idi.

Şeirlərindən bəlli olur ki, Hümam gəncliyində bir qızı sevmiş, lakin hansı səbəbdənsə onunla qovuşa bilməmiş və şairin sevgilisi özündən ixtiyarsız Təbrizi tərk edərək, Əlvənd dağının ətəklərində yerləşən Həmədan şəhərinə köçmüşdür. Bu ayrılıq izsiz qalmamış, onun yaradıcılığında əks-sədasını tapmışdır. Şeirlərinin birində bu xüsusda o, belə yazır: Həmədandan sevgilisinin qoxusu gəldiyi kimi, nakam aşiqin əsərlərində də həmin ətri duymaq mümkündür.

Xacə Hümam orta əsrlərin universal qabiliyyətə malik şəxsiyyətlərindən olmuşdur. O, şair, alim, dövlət xadimi, gözəl xəttat, ədəbiyyatçı və həm də hamını valeh edən bir əhli-söhbət kimi tanınmışdır. Türk, ərəb və fars dillərini mükəmməl bilmiş, hər üç dildə şeirlər yazmışdır. Onun dəri dilində və kilikcə də poeziya nümunələri yaratdığı barədə məlumatlar vardır. Poeziya sahəsindəki məharətinə görə o, Azərbaycan şeirinin Sədisi adını almışdır.

H.Təbrizi haqqında ilk bilgi verən Həmdulla Qəzvini Müstofinin 'Nüzhətül-qlub əsəridir. Bundan sonra Dövlətşah Səmərqəndi (Təzkirətül-şüəra), Əli Nəzmi (Divist-soxənvər), Təqiəddin Kaşi (Xülasətül-əşar və zübdətül-əfkar), Əli İbrahim xan (Sühufi-İbrahim), M.Tərbiyət (Danişməndani-Azərbaycan) və s. təzkirəçilər, habelə Mücməli-fəsihi, Rövzətül-cinan və b. çoxsaylı təzkirə və mənbələr sənətkar haqqında məlumat, bir çox hallarda isə əsərlərindən nümunələr vermişlər. Şairin fars dilindəki əsərləri bir neçə dəfə çap edilmişdir. Bu nəşrlər içərisində İran alimi Rəşid Eyvəzinin hazırladığı və 1972-ci ildə geniş müqəddimə ilə çap etdirdiyi Təbriz nəşri xüsusi yer tutur.

Ümumiyyətlə, R.Eyvəzi H.Təbrizi irsinin öyrənilməsi və nəşri sahəsində ən məhsuldar iş görən tədqiqatçıdır. Şimali Azərbaycanda şairin həyat və yaradıcılığının öyrənilməsi, irsinin nəşri sahəsində az iş görülmüşdür. Onunla bağlı Q.Kəndli, Ə.Xaneqahi, T.Xalisbəyli və M.Müsəddiqin mətbu məqalələri vardır. Hikmət xəzinəsi (Bakı, 1992) kitabında sənətkarın fars dilində yazılmış bir neçə şeirinin tərcüməsi verilir.

Bu gün H.Təbrizinin əlimizdə Azərbaycan türkcəsində yeganə bir şeiri, fars dilində divanı, ərəbcə bir neçə şeiri və Söhbətnamə adlı poeması vardır. Qaynaqlar onun nəsr əsərləri də yazdığını soraq verir. Bizə gəlib çatan az sayda nəsr məktubları da bunu sübut edir. Sənətkarın şeirləri onun ölümündən sonra vəzir Xacə Rəşidəddinin göstərişi ilə toplanıb divan şəklinə salınmışdır. Hümamın Azərbaycan dilində bizə gəlib çatan şeiri Cümə günü rədifli bir mürəbbesidir. Həmin şeiri ədəbiyyatşünas alimlərimizdən T.Xalisbəyli və M.Müsəddiq AR EA-nın Əlyazmaları İnstitutunda saxlanılan bir cüngdən tapıb Hümam Təbrizi adlı ön sözlə birlikdə çap etdirmişlər1. Lakin onlar çox haqlı olaraq şeirin, həqiqətən də H.Təbriziyə aid olub-olmamasına bir qədər ehtiyatlı yanaşaraq, onu oxucuların istifadəsinə və onların müzakirəsinə verməyi lazım bilmişlər. Doğrudan da, ola bilsin ki, gələcək araşdırmalar bu mürəbbenin başqa şairə aid olduğunu sübut etsin. Bununla belə, bizcə, şeiri H.Təbriziyə aid etmək üçün ciddi əsas vardır. Birincisi, şeir Hümam təxəllüsü ilə yazılmışdır, bu, sənətkarın fars dilində yazdığı əsərlərdə tez-tez işlədilən təxəllüsdür. İkincisi, mənbələr şairin türk dilində şeirlər yazdığını da xəbər verir. Üçüncüsü, şeirin dil və üslubi əlamətləri XIII-XIV əsrlərin poeziya nümunələrini xatırladır və s. Üç bəndlik həmin mürəbbe belədir:

 
Aşiqi-sadiq olanın tərki dünyadır işi,
Mömün oldur dünyada rast gəlmən işi.
Həqq buyurdi bizə layiq işlər isə işi,
Bir səvab bin yazılur ol mübarək cüm'ə günü.

Oqunur pərvaz azanlar cəm olur bayu gəda,
Diklənür mənbərdə xütbə, yedirlər cəmi dua.
Yüçə dağlərcə günahi əfv edər Bari Xuda,
Bir kəsin zikrilə, sidqilə ol mübarək cüm'ə günü.

Der ki, ömür al bağlayub məhrabə keçincə imam,
Qoşədir mələklər ətrafin anın bittəmam.
Rəhmətin dəryasinə ğərq olmaq… içün ey Hümam,
Açılur dəryayi-rəhmət bir mübarək cüm'ə günü.

Göründüyü kimi, şeir dini mövzudadır. Burada həftənin günləri içərisində cümə gününün üstünlüyündən danışılır. Şairə görə, cümə günü ilahinin nəzərində elə mübarək zamandır ki, həmin gündə bir savab min yazılır, Bari-Xuda həqiqi zikr və sidqlə edilən dualara görə uca dağlar qədər günahları əfv edir, rəhmət dəryasının qapısı açılır. Daha sonra şair deyir ki, sadiq aşiqin işi tərki-dünya olub haqqa layiq işlər görməkdir. Həm də könlündə ilahi sevgi olan mömin insan da, maddi varlıq da işinin tənəzzül etməsi üçün nigaran və məyus olmamalıdır. Çünki həqiqi möminlərin işi bu dünyada rast gətirməz. Ona görə ki, o dünya ilə bu dünyanın təbiəti bir-birindən tamamilə fərqlidir. H.Təbrizi lirikasının mühüm bir qismini məhəbbət mövzusunda yazılmış şeirlər təşkil edir. Sənətkarın yaradıcılığından tipik bir nümunəyə nəzər salaq:

Hər kimdə eşqin olsa, cana nəzəri olmaz,
Məstin olarsa hər kəs candan xəbəri olmaz.

Hər aşiqin xəyalı ətrindən olsa agah,
Mişkin saçından ayrı durmaq hünəri olmaz.

Başdan ayağa cansan, ey çeşmeyi-həyat sən,
İnsanda bu camalın, hüsnün əsəri olmaz.

Hər kəs bir axtarışda, bir arzu bir diləkdə,
Kuyindən özgə səmtə qəlbin səfəri olmaz.

Vəsfin nə cür gərəksə, söylər Hümam daima,
Hər bir neyin şəkəri, kanın gövhəri olmaz.
 

Bu şeirlərdə başlıca məqsəd eşq və hüsnün vəsfidir. Aşiqə öz varlığını unutduran gözəl onu zülfü kimi sındırıb qərarsız etmişdir. Bu, elə gözəldir ki, şahları belə öz qapısında miskin dərvişə çevirir. Lakin bu - ehtişamlı dərvişlikdir. Çünki abi-həyat timsalı olan bir gözəlin ucbatından yaranmışdır. Məşuq Simürğ kimi görünməz və vüsalına yetilməzdir. Aşiqin yeganə əlacı gözələ yalvarmaqdır ki, heç olmazsa bir dəm ona ehsan gözüylə baxsın. Axı, lazım olanda padşahlar da gədaya lütf eyləyər. Aşiqin könül arzuları ümman kimi o qədər çoxdur ki, yüz illərlə yazsa, mindən birini şərh edə bilməz. Həm də o, o dərəcədə fədakardır ki, qılıncla da onu yarın xəyalından ayırmaq olmaz. Hətta aşiq cənnətdə huriylə üzbəüz otursa belə, elə hesab eləyər ki, düşmənlə həmаğuşdur. Şair fikirlərinin bədii ifadəsi üçün dolğun obrazlardan, müqayisələrdən, atalar sözü və zərb-məsəllərdən, hikmətli sözlərdən, həmçinin, XVII əsrdə S.Təbrizidə daha çox rast gəldiyimiz irsalül-məsəllərdən bacarıqla istifadə edir: Sənətkarın yaradıcılığında sufi-panteist ideyaların təbliğinə geniş yer verilir. Onun həyat və varlığa baxışlarının əsasında vəhdəti-vücud fəlsəfəsi dayanır. Şairə görə Hər şeydə eşqin əsəri var, bunun üçün də quşa Davudun nəğməsi dərs vermişdir. Şair belə hesab edir ki, Mən ilə mənim canım eyni işıqlı cövhərdəndir. Həm də Sən və mən mahiyyətcə eyni bir cövhərdən nəşət tapmışıq və bizi fərqləndirən yalnız surət şəklində təzahürümüzdür:

  
Sən, mən - ikimiz işıqlı, saf bir cövhər,
Sən, mən - nəçiyik, nə anlasın bəd gövhər.
Sən, mən - elə eyniyik, bizə yoxdur fərq,
Məhv etdi bizi hayıf, hayıf… sən, mənlər.

Qaynaqlar Hümamın ömrünün sonlarına doğru güşənişin olduğunu və sufi məsləkini seçdiyini də qeyd edir. Hümam vətənpərvər bir şəxsiyyət olmuşdur. O, şeirlərində vətəni və onun gözəlliyini, ucalığını dönə-dönə vəsf etmişdir. Məşhur və mənbələrdə tez-tez xatırlanan bir rübaisində sənətkar Təbrizin və onun sakinlərinə heyranlığını belə ifadə edir: Təbriz gözəldır, hər nə ki, orada vardır, o da cözəldir. Onun sakinləri yüksək fikir sahibləridirlər. Onlar müxaliflərin fikri ilə müvafiq olmazlar. Məlaikə divlə heç vaxt dost ola bilməz.5 İctimai gerçəklik, cəmiyyətdəki ən müxtəlif problemlər Hümamı düşündürmüşdür. Şair zülmə, ədalətsizliyə, haqsızlığa etiraz etmiş, mənəvi və cismani sərbəstliyin, haqq və ədalətin tərəfində dayanmışdır. Sənətkarın ictimai məzmunlu əsərləri içərisində Elxanilər dövlətinin vəziri Xacə Şəmsəddin Məhəmmədin irticaçı qüvvələrin təhriki ilə edam etdirilməsi münasibətilə yazdığı tərcibəndi diqqəti xüsusilə cəlb edir. Şəxsi dostu və görkəmli dövlət adamı olan Xacə Şəmsəddinin ölümü şairi qəzəbləndirir, kədərləndirir. Şeirdə bu haqsız edamın günahkarlarına nifrət ifadə edilir, zülmün tüğyanından və ədalətin yoxa çıxmasından danışılır: Zülm dovşanı elə hakim olmuşdur ki, ədalət şirinin dırnaqları sınmışdır. Əsərlərində dostluğu, etibarı, yoldaşlığı, sədaqəti tərənnüm edən sənətkar bir çox qələm dostları ilə şeirləşmiş, hətta onlardan bəzilərinə poetik nümunələr də həsr etmişdir. Məsələn, 1306-cı ildə Fəzlullah Rəşidəddin Quranın təfsiri ilə əlaqədar yazdığı əsərə rəy verərkən, şair həmin rəyin sonuna Xacə Rəşidəddini mədh edən bir neçə poeziya nümunəsi də əlavə etmiş, onu Xızıra bənzətmiş, elmdə gündüz tək aydın, möhkəm dəlilləriylə gecətək qara məsələlər həll etdiyindən, elm və fəzilətdəki uca mövqeyindən danışmışdır:

Yüksəklərə çatmaqda hər kimin qayəsi var, Uca qayən önündə yox gücləri dayana. Məna səmasında sən daha çox yüksələsən, Dərk etdin bilik nədir, alimlik necə olar!

Sədi Şirazi Təbrizə gələrək Hümamla görüşmüş, bundan sonra onlar arasında möhkəm dostluq əlaqəsi yaranmış və onlar bir-birinə müraciətlə şeirlər yazmışlar. Məlumata görə, Sədi ilə Hümam arasında belə bir şeirləşmə də olmuşdur. Sədinin:

To xod besöhbəte-əmsale-ma nəpərdazi,
Nəzər be hale-pərişane-ma nəyəndazi
(Sən özün bizim kimilərlə söhbət etmirsən,
Bizim pərişan halımıza nəzər salmırsan)

misralarına Hümam belə cavab vermişdir:

Əgər hərife-məni yekzəban-o yekdel baş,
Məkon ke xoş nəbovəd dəhdeliyy-o tənnazi və s.
Əgər mənimlə dostsansa, sözünlə ürəyin bir olsun,
On dilli olub oyunbazlıq etmək yaxşı hərəkət deyil.
Gülə de ki, mənim üzümdən utanmırsanmı,
Reyhanlar içində öz hüsnünlə fəxr edirsən.
Bülbülə çatdırın ki, Hümam ola-ola
Rəvadırmı, eşq nəğməsi oxuyursan?
Hümamın sözləri şirin və ürəyə yatandır.
Lakin nə fayda ki, yazıq şirazlı deyil.

Hümam Azərbaycan ədəbiyyatında Nizami ənənələrini davam etdirən bir şair olmuşdur. Onun Nizaminin təsiri ilə yazılmış bir sıra şeirləri vardır. Sənətkarın yaradıcılığında mühüm yer tutan və Xosrov və Şirin poeması vəznində yazılan Söhbətnamə məsnəvisi də Nizaminin Sirlər xəzinəsi poemasının ənənəsinə uyğun olaraq qələmə alınmışdır. Fars dilində yazılmış Söhbətnamə poeması əxlaqi-didaktik mövzudadır. Burada şairin ictimai, siyasi və bir sıra həyati, əxlaqi-didaktik görüşləri öz bədii ifadəsini tapmışdır. Əsərin yazılma səbəbi ilə əlaqədar Giriş fəslindən aydın olur ki, Hümamı bu məsnəvini yazmağa dili ilə ürəyi bir olan dostları təşviq etmişlər - o adamlar ki, onlar uzun illər şairlə səmimi və etibarlı dostluq əlaqəsində olmuşlar. Poema Sahibdivan Xacə Şəmsəddin Cüveyninin oğlu Şərəfəddin Harun ibn Şəmsəddinin adına nəzmə çəkilmişdir. Əsərdə dostluq, vəfa, etibar, ürəyi ələ almaq, faydalı söhbəti bacarmaq, könül oxşamaq, təvazökarlıq, səxavətli və əliaçıq olmaq, ədalət, özünü dərk etmək, aqil, kamil, müdrik qocaları və alimləri dinləmək, cavanlığın qədrini bilib ondan səmərəli istifadə etmək, az və mənalı danışmaq və s. insani keyfiyyətlər təbliğ edilir. Uzunçuluq, ədalətsizlik, təkəbbür, acgözlük, acıdillilik, düşüncəsiz və səbrsiz işlər görmək və s. qeyri-insani sifətlər isə pislənilir. Sənətkar daim yaxşı adamlarla oturub-durmağı məsləhət görür, pislərlə ünsiyyətdə olmağın hər kəsə yalnız narahatlıq və bədbəxtlik gətirə biləcəyini xatırladır:

Əgər dar sohbəte-nikan meşini,
To zan sohbət be coz niki nəbini.
Əgər sohbət koni ba div mərdom,
Koni həm xişra, həm mayera qom və sairə...
Əgər yaxşı insanlarla oturub dursan,
Sən onların söhbətində yaxşılıqdan başqa bir şey görməzsən.
Əgər div xislətli yaramaz adamlarla oturub dursan,
Özünü də, sərvətini də itirə bilərsən.
Söhbətində təmiz ol, pislərdən uzaqlaş,
Çünki söhbət həmi zəhər, həm də tiryəkdir,
Gah dirildər, gah öldürər.
Gah səadət bəxş edər, gah bədbəxtlik gətirər.
Qanmazlarla bir anlığa da olsa söhbət etmə,
Rahatlıq tapmazsan, onlardan uzaq ol.
Bu tayfadan daha pisini tapmazsan,
Günəş də olsan üzünü qaraldarlar.

Şair tək və köməksiz insanın həyatın müxtəlif problemlərini dəf etməkdə çətinliyə düçar ola biləcəyini nəzərə çatdırır. Hər kəsi şərəfli və ləyaqətli insanlarla ünsiyyətə çağırır. Göstərir ki, həyat yolu qorxuludur, elə buna görə də onu tək getmək, məqsədə çatmaq üçün özünə layiqli yol yoldaşı istə. Gəncləri elm və bilik öyrənməyə çağıran sənətkar cavanlığa yüksək qiymət verir və bildirir ki, ömrün bu dəyərli illərini hədər keçirmək olmaz. Gənclərin başlıca vəzifəsi elm və bilik əxz etməkdir. Çünki daha yüksək mərtəbəyə qalxmaq üçün insana bundan vacib heç nə yoxdur:

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

hümam, təbrizi, məqaləni, vikiləşdirmək, lazımdır, lütfən, məqaləni, ümumvikipediya, redaktə, qaydalarına, uyğun, şəkildə, tərtib, edin, məqalə, qaralama, halındadır, məqaləni, redaktə, edərək, vikipediyaya, kömək, edə, bilərsiniz, əgər, mümkündürsə, daha, dəq. Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyaya komek ede bilersiniz Eger mumkundurse daha deqiq bir sablondan istifade edin Bu meqale sonuncu defe 10 ay evvel Vagobot terefinden redakte olunub Yenile Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz avqust 2021 Bu adin diger istifade formalari ucun bax Tebrizi Xace Humam Tebrizi 1238 1314 sair xettatHumam Tebrizifars همام الدین تبریزیDogum tarixi 1238Dogum yeri Tebriz Tebriz merkezi baxsi d Tebriz sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi 1314Vetendasligi IranMilliyyeti Cenubi AzerbaycanliFealiyyeti sair Mundericat 1 Heyati 2 Yaradiciligi 3 Istinadlar 4 Hemcinin bax 5 Xarici kecidlerHeyati RedakteXIII esr Azerbaycan edebiyyatinin gorkemli numayendelerinden ve ana dilli edebiyyatimizin ilk temsilcilerinden biri de Xace Humam Tebrizidir Sairin esl adi Mehemmed atasinin adi Ela Elai leqebi Humameddin texellusu Humam nisbesi ise Tebrizidir Atasinin adinin Ela olmasi senetkarin divanindaki Esitmeye layiq bir soz varsa o senin Humam ibn Elanin qezelleridir beytinden de melum olur Doguldugu yer deqiq belli deyilse de nisbesinden bu yerin Tebriz oldugunu soylemek mumkundur Vefat tarixi qaynaqlarda bir qayda olaraq 1314 cu il h 714 gosterilir Tevellud tarixi ise deqiq sekilde belli deyil Mucmeli fesihi onun 10 iyun 1314 cu ilde h 714 25 sefer 116 yasinda vefat etdiyini yazir Bele olduqda sairin 1198 1200 cu illerde doguldugunu soylemek olar Humam Tebrizinin seirler divanini cap etdiren Iran alimi Resid Eyvezi ise senetkarin texminen 1238 1239 cu illerde anadan oldugunu soyleyir ve oz qenaetinde mueyyen hesablamalara esaslanir Her halda ikinci fikir daha aglabatan gorunur Eli Ibrahim xan Suhufi Ibrahim tezkiresinde yazir Xace omrunun axirlarinda dunyani terk edib dunya malindan ve dunya vezifelerinden goz orterek Seyx Seyid Ferqaninin muridi olmusdur O Mekkeye gedib qayidandan sonra gusenisin olmus ve tesevvuf teriqetini qebul etmisdir Xace Humam hicri qemeri 713 1313 ya da 714 1314 cu ilde Tebrizde vefat etmisdir Onu Tebrizde ozu tikdirdiyi xanegahda defn etmisler Yaradiciligi RedakteMenbelerde Humamin atasi Elanin zovq ehli oldugu ve arabir seirler de yazdigi hemcinin senetkarin agilli elm ve istedad sahibi hetta alim ve sairlerin gorusune tesrif buyuran bir oglu da oldugu qeyd edilir Rovzetulcinan sairin bir muddet Seyx Hesen Bulqariye muridlik etdiyini xeber verir Xace Humam dovrunun en taninmis ve qabaqcil sexsiyyetlerinden idi Dovletsah Semerqendi Tezkiretus suerada 20 en meshur senetkar sirasinda H Tebriziden de sohbet acir Tezkire muellifi Seyx Sedi Sirazi 1203 1292 ve Porboha Cami kimi nufuzlu sexsiyyetlerin hicri VII esrin sonlarinda Tebrize Humamin gorusune geldiklerini qeyd edir Umumiyyetle Xace Humam dovrunun bir sira gorkemli dovlet elm medeniyyet ve edebiyyat xadimleri ile yaxin olmus onlarla elaqe saxlamis bezileri ile menzum ve mensur sekilde mektublasmisdir Taninmis dovlet xadimi ve alim Serafeddin Harun istedadli ulemalardan Nureddin Ibrahim Hemevi sair Qutbeddin Emiqi belelerinden olmuslar Onun Elxani veziri Fezlullah Resideddin ve vezir Elxanilerin nufuzlu dovlet xadimi Sahib Divan Semseddin Mehemmed Cuveyni ile de isti munasibetleri var imis Hetta F Resideddin hormet elameti olaraq oglanlarindan birine Humamin adini qoymusdur Menbeler onun 1277 78 ci illerde h 676 Kicik Asiyada bas veren qarisiqliq zamani oradaki hadiseleri nizama salmaq ucun Abaqa xanin gosterisi ile Osmanli olkesine geden Sahib Divan Semseddin Cuveyni ile birlikde oldugunu xeber verir Bu melumatin heqiqiliyini sairin seirleri de tesdiq edir Bele ki senetkar divanindaki seirlerinde hemin seferden danisir ve S Cuveyniye muracietle bele bir semimi misra da isledir Lutf ederek Azerbaycandan Ruma geldin Humam Tebrizi sair xettat fesahetli natiq olmaqla yanasi hem de gorkemli alim ve dovlet xadimi idi O bir muddet Elxaniler dovletinde Azerbaycan veziri kimi yuksek rutbeli dovlet vezifesinde calismisdir S Cuveyninin bir mektubunda Rumdaki ovqaf idaresinin yuxari cinli bir iscisine tapsirilir ki memleketin ovqafinin gelirinden omurluk olaraq her ilde min dinar Humamin haqqinda odenilsin Xace Resideddinin Bagdad hakimi Emir Eliye mektubunda da omurluk dovlet teqaudu teyin edilen alimler sirasinda Humamin da adi cekilir Xace Humam Nesireddin Tusiden ders almisdi Bir alim kimi elmi ictimaiyyetde boyuk nufuzu var idi Xace Resideddinin Quran tefsirine aid Tozihat eserine rey vermis 200 qabaqcil alimden biri de H Tebrizi olmusdur XIII XIV yuzilliklerin alimleri ondan danisarken adeten onu qudvetul ulema alimlerin bascisi adlandirmislar Rovzetul cinanda gosterilir ki Xace Humam en boyuk sairlerden biri olmaqla beraber ulema silkine mensub idi Seirlerinden belli olur ki Humam gencliyinde bir qizi sevmis lakin hansi sebebdense onunla qovusa bilmemis ve sairin sevgilisi ozunden ixtiyarsiz Tebrizi terk ederek Elvend daginin eteklerinde yerlesen Hemedan seherine kocmusdur Bu ayriliq izsiz qalmamis onun yaradiciliginda eks sedasini tapmisdir Seirlerinin birinde bu xususda o bele yazir Hemedandan sevgilisinin qoxusu geldiyi kimi nakam asiqin eserlerinde de hemin etri duymaq mumkundur Xace Humam orta esrlerin universal qabiliyyete malik sexsiyyetlerinden olmusdur O sair alim dovlet xadimi gozel xettat edebiyyatci ve hem de hamini valeh eden bir ehli sohbet kimi taninmisdir Turk ereb ve fars dillerini mukemmel bilmis her uc dilde seirler yazmisdir Onun deri dilinde ve kilikce de poeziya numuneleri yaratdigi barede melumatlar vardir Poeziya sahesindeki meharetine gore o Azerbaycan seirinin Sedisi adini almisdir H Tebrizi haqqinda ilk bilgi veren Hemdulla Qezvini Mustofinin Nuzhetul qlub eseridir Bundan sonra Dovletsah Semerqendi Tezkiretul suera Eli Nezmi Divist soxenver Teqieddin Kasi Xulasetul esar ve zubdetul efkar Eli Ibrahim xan Suhufi Ibrahim M Terbiyet Danismendani Azerbaycan ve s tezkireciler habele Mucmeli fesihi Rovzetul cinan ve b coxsayli tezkire ve menbeler senetkar haqqinda melumat bir cox hallarda ise eserlerinden numuneler vermisler Sairin fars dilindeki eserleri bir nece defe cap edilmisdir Bu nesrler icerisinde Iran alimi Resid Eyvezinin hazirladigi ve 1972 ci ilde genis muqeddime ile cap etdirdiyi Tebriz nesri xususi yer tutur Umumiyyetle R Eyvezi H Tebrizi irsinin oyrenilmesi ve nesri sahesinde en mehsuldar is goren tedqiqatcidir Simali Azerbaycanda sairin heyat ve yaradiciliginin oyrenilmesi irsinin nesri sahesinde az is gorulmusdur Onunla bagli Q Kendli E Xaneqahi T Xalisbeyli ve M Museddiqin metbu meqaleleri vardir Hikmet xezinesi Baki 1992 kitabinda senetkarin fars dilinde yazilmis bir nece seirinin tercumesi verilir Bu gun H Tebrizinin elimizde Azerbaycan turkcesinde yegane bir seiri fars dilinde divani erebce bir nece seiri ve Sohbetname adli poemasi vardir Qaynaqlar onun nesr eserleri de yazdigini soraq verir Bize gelib catan az sayda nesr mektublari da bunu subut edir Senetkarin seirleri onun olumunden sonra vezir Xace Resideddinin gosterisi ile toplanib divan sekline salinmisdir Humamin Azerbaycan dilinde bize gelib catan seiri Cume gunu redifli bir murebbesidir Hemin seiri edebiyyatsunas alimlerimizden T Xalisbeyli ve M Museddiq AR EA nin Elyazmalari Institutunda saxlanilan bir cungden tapib Humam Tebrizi adli on sozle birlikde cap etdirmisler1 Lakin onlar cox haqli olaraq seirin heqiqeten de H Tebriziye aid olub olmamasina bir qeder ehtiyatli yanasaraq onu oxucularin istifadesine ve onlarin muzakiresine vermeyi lazim bilmisler Dogrudan da ola bilsin ki gelecek arasdirmalar bu murebbenin basqa saire aid oldugunu subut etsin Bununla bele bizce seiri H Tebriziye aid etmek ucun ciddi esas vardir Birincisi seir Humam texellusu ile yazilmisdir bu senetkarin fars dilinde yazdigi eserlerde tez tez isledilen texellusdur Ikincisi menbeler sairin turk dilinde seirler yazdigini da xeber verir Ucuncusu seirin dil ve uslubi elametleri XIII XIV esrlerin poeziya numunelerini xatirladir ve s Uc bendlik hemin murebbe beledir Asiqi sadiq olanin terki dunyadir isi Momun oldur dunyada rast gelmen isi Heqq buyurdi bize layiq isler ise isi Bir sevab bin yazilur ol mubarek cum e gunu Oqunur pervaz azanlar cem olur bayu geda Diklenur menberde xutbe yedirler cemi dua Yuce daglerce gunahi efv eder Bari Xuda Bir kesin zikrile sidqile ol mubarek cum e gunu Der ki omur al baglayub mehrabe kecince imam Qosedir melekler etrafin anin bittemam Rehmetin deryasine gerq olmaq icun ey Humam Acilur deryayi rehmet bir mubarek cum e gunu Gorunduyu kimi seir dini movzudadir Burada heftenin gunleri icerisinde cume gununun ustunluyunden danisilir Saire gore cume gunu ilahinin nezerinde ele mubarek zamandir ki hemin gunde bir savab min yazilir Bari Xuda heqiqi zikr ve sidqle edilen dualara gore uca daglar qeder gunahlari efv edir rehmet deryasinin qapisi acilir Daha sonra sair deyir ki sadiq asiqin isi terki dunya olub haqqa layiq isler gormekdir Hem de konlunde ilahi sevgi olan momin insan da maddi varliq da isinin tenezzul etmesi ucun nigaran ve meyus olmamalidir Cunki heqiqi mominlerin isi bu dunyada rast getirmez Ona gore ki o dunya ile bu dunyanin tebieti bir birinden tamamile ferqlidir H Tebrizi lirikasinin muhum bir qismini mehebbet movzusunda yazilmis seirler teskil edir Senetkarin yaradiciligindan tipik bir numuneye nezer salaq Her kimde esqin olsa cana nezeri olmaz Mestin olarsa her kes candan xeberi olmaz Her asiqin xeyali etrinden olsa agah Miskin sacindan ayri durmaq huneri olmaz Basdan ayaga cansan ey cesmeyi heyat sen Insanda bu camalin husnun eseri olmaz Her kes bir axtarisda bir arzu bir dilekde Kuyinden ozge semte qelbin seferi olmaz Vesfin ne cur gerekse soyler Humam daima Her bir neyin sekeri kanin govheri olmaz Bu seirlerde baslica meqsed esq ve husnun vesfidir Asiqe oz varligini unutduran gozel onu zulfu kimi sindirib qerarsiz etmisdir Bu ele gozeldir ki sahlari bele oz qapisinda miskin dervise cevirir Lakin bu ehtisamli dervislikdir Cunki abi heyat timsali olan bir gozelin ucbatindan yaranmisdir Mesuq Simurg kimi gorunmez ve vusalina yetilmezdir Asiqin yegane elaci gozele yalvarmaqdir ki hec olmazsa bir dem ona ehsan gozuyle baxsin Axi lazim olanda padsahlar da gedaya lutf eyleyer Asiqin konul arzulari umman kimi o qeder coxdur ki yuz illerle yazsa minden birini serh ede bilmez Hem de o o derecede fedakardir ki qilincla da onu yarin xeyalindan ayirmaq olmaz Hetta asiq cennetde huriyle uzbeuz otursa bele ele hesab eleyer ki dusmenle hemagusdur Sair fikirlerinin bedii ifadesi ucun dolgun obrazlardan muqayiselerden atalar sozu ve zerb mesellerden hikmetli sozlerden hemcinin XVII esrde S Tebrizide daha cox rast geldiyimiz irsalul mesellerden bacariqla istifade edir Senetkarin yaradiciliginda sufi panteist ideyalarin tebligine genis yer verilir Onun heyat ve varliga baxislarinin esasinda vehdeti vucud felsefesi dayanir Saire gore Her seyde esqin eseri var bunun ucun de qusa Davudun negmesi ders vermisdir Sair bele hesab edir ki Men ile menim canim eyni isiqli covherdendir Hem de Sen ve men mahiyyetce eyni bir covherden neset tapmisiq ve bizi ferqlendiren yalniz suret seklinde tezahurumuzdur Sen men ikimiz isiqli saf bir covher Sen men neciyik ne anlasin bed govher Sen men ele eyniyik bize yoxdur ferq Mehv etdi bizi hayif hayif sen menler Qaynaqlar Humamin omrunun sonlarina dogru gusenisin oldugunu ve sufi meslekini secdiyini de qeyd edir Humam vetenperver bir sexsiyyet olmusdur O seirlerinde veteni ve onun gozelliyini ucaligini done done vesf etmisdir Meshur ve menbelerde tez tez xatirlanan bir rubaisinde senetkar Tebrizin ve onun sakinlerine heyranligini bele ifade edir Tebriz gozeldir her ne ki orada vardir o da cozeldir Onun sakinleri yuksek fikir sahibleridirler Onlar muxaliflerin fikri ile muvafiq olmazlar Melaike divle hec vaxt dost ola bilmez 5 Ictimai gerceklik cemiyyetdeki en muxtelif problemler Humami dusundurmusdur Sair zulme edaletsizliye haqsizliga etiraz etmis menevi ve cismani serbestliyin haqq ve edaletin terefinde dayanmisdir Senetkarin ictimai mezmunlu eserleri icerisinde Elxaniler dovletinin veziri Xace Semseddin Mehemmedin irticaci quvvelerin tehriki ile edam etdirilmesi munasibetile yazdigi tercibendi diqqeti xususile celb edir Sexsi dostu ve gorkemli dovlet adami olan Xace Semseddinin olumu sairi qezeblendirir kederlendirir Seirde bu haqsiz edamin gunahkarlarina nifret ifade edilir zulmun tugyanindan ve edaletin yoxa cixmasindan danisilir Zulm dovsani ele hakim olmusdur ki edalet sirinin dirnaqlari sinmisdir Eserlerinde dostlugu etibari yoldasligi sedaqeti terennum eden senetkar bir cox qelem dostlari ile seirlesmis hetta onlardan bezilerine poetik numuneler de hesr etmisdir Meselen 1306 ci ilde Fezlullah Resideddin Quranin tefsiri ile elaqedar yazdigi esere rey vererken sair hemin reyin sonuna Xace Resideddini medh eden bir nece poeziya numunesi de elave etmis onu Xizira benzetmis elmde gunduz tek aydin mohkem delilleriyle gecetek qara meseleler hell etdiyinden elm ve feziletdeki uca movqeyinden danismisdir Yukseklere catmaqda her kimin qayesi var Uca qayen onunde yox gucleri dayana Mena semasinda sen daha cox yukselesen Derk etdin bilik nedir alimlik nece olar Sedi Sirazi Tebrize gelerek Humamla gorusmus bundan sonra onlar arasinda mohkem dostluq elaqesi yaranmis ve onlar bir birine muracietle seirler yazmislar Melumata gore Sedi ile Humam arasinda bele bir seirlesme de olmusdur Sedinin To xod besohbete emsale ma neperdazi Nezer be hale perisane ma neyendazi Sen ozun bizim kimilerle sohbet etmirsen Bizim perisan halimiza nezer salmirsan misralarina Humam bele cavab vermisdir Eger herife meni yekzeban o yekdel bas Mekon ke xos neboved dehdeliyy o tennazi ve s Eger menimle dostsansa sozunle ureyin bir olsun On dilli olub oyunbazliq etmek yaxsi hereket deyil Gule de ki menim uzumden utanmirsanmi Reyhanlar icinde oz husnunle fexr edirsen Bulbule catdirin ki Humam ola ola Revadirmi esq negmesi oxuyursan Humamin sozleri sirin ve ureye yatandir Lakin ne fayda ki yaziq sirazli deyil Humam Azerbaycan edebiyyatinda Nizami enenelerini davam etdiren bir sair olmusdur Onun Nizaminin tesiri ile yazilmis bir sira seirleri vardir Senetkarin yaradiciliginda muhum yer tutan ve Xosrov ve Sirin poemasi vezninde yazilan Sohbetname mesnevisi de Nizaminin Sirler xezinesi poemasinin enenesine uygun olaraq qeleme alinmisdir Fars dilinde yazilmis Sohbetname poemasi exlaqi didaktik movzudadir Burada sairin ictimai siyasi ve bir sira heyati exlaqi didaktik gorusleri oz bedii ifadesini tapmisdir Eserin yazilma sebebi ile elaqedar Giris feslinden aydin olur ki Humami bu mesnevini yazmaga dili ile ureyi bir olan dostlari tesviq etmisler o adamlar ki onlar uzun iller sairle semimi ve etibarli dostluq elaqesinde olmuslar Poema Sahibdivan Xace Semseddin Cuveyninin oglu Serefeddin Harun ibn Semseddinin adina nezme cekilmisdir Eserde dostluq vefa etibar ureyi ele almaq faydali sohbeti bacarmaq konul oxsamaq tevazokarliq sexavetli ve eliaciq olmaq edalet ozunu derk etmek aqil kamil mudrik qocalari ve alimleri dinlemek cavanligin qedrini bilib ondan semereli istifade etmek az ve menali danismaq ve s insani keyfiyyetler teblig edilir Uzunculuq edaletsizlik tekebbur acgozluk acidillilik dusuncesiz ve sebrsiz isler gormek ve s qeyri insani sifetler ise pislenilir Senetkar daim yaxsi adamlarla oturub durmagi meslehet gorur pislerle unsiyyetde olmagin her kese yalniz narahatliq ve bedbextlik getire bileceyini xatirladir Eger dar sohbete nikan mesini To zan sohbet be coz niki nebini Eger sohbet koni ba div merdom Koni hem xisra hem mayera qom ve saire Eger yaxsi insanlarla oturub dursan Sen onlarin sohbetinde yaxsiliqdan basqa bir sey gormezsen Eger div xisletli yaramaz adamlarla oturub dursan Ozunu de servetini de itire bilersen Sohbetinde temiz ol pislerden uzaqlas Cunki sohbet hemi zeher hem de tiryekdir Gah dirilder gah oldurer Gah seadet bexs eder gah bedbextlik getirer Qanmazlarla bir anliga da olsa sohbet etme Rahatliq tapmazsan onlardan uzaq ol Bu tayfadan daha pisini tapmazsan Gunes de olsan uzunu qaraldarlar Sair tek ve komeksiz insanin heyatin muxtelif problemlerini def etmekde cetinliye ducar ola bileceyini nezere catdirir Her kesi serefli ve leyaqetli insanlarla unsiyyete cagirir Gosterir ki heyat yolu qorxuludur ele buna gore de onu tek getmek meqsede catmaq ucun ozune layiqli yol yoldasi iste Gencleri elm ve bilik oyrenmeye cagiran senetkar cavanliga yuksek qiymet verir ve bildirir ki omrun bu deyerli illerini heder kecirmek olmaz Genclerin baslica vezifesi elm ve bilik exz etmekdir Cunki daha yuksek mertebeye qalxmaq ucun insana bundan vacib hec ne yoxdur Istinadlar RedakteHemcinin bax RedakteXarici kecidler RedakteMenbe https az wikipedia org w index php title Humam Tebrizi amp oldid 5530272, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.