Hobbit: Gözlənilməz Səyahət (film, 2012)
Hobbit: Gözlənilməz Səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir.
Hobbit: Gözlənilməz Səyahət | |
---|---|
ing. The Hobbit: An Unexpected Journey | |
Janr | Döyüş Macəra Fantastika |
Rejissor | Piter Cekson |
Prodüserlər | |
Əsərin müəllifi | Con Tolkin |
Ssenari müəllifləri | Fran Valş Filipa Boyens Piter Cekson Gilyermo del Toro |
Baş rollarda | Yan MakKellen Martin Friman Riçard Armiteyc Ceyms Nesbit Ken Stot Slivestr MakKoy Keyt Blanşett Yan Holm Kristofer Li Hüqo Uivinq Eliya Vud Endi Sərkis |
Operator | Andreu Lesni |
Bəstəkar | Hovard Şor |
İstehsalçılar | New Line Cinema Metro-Goldwyn-Mayer WingNut Films |
İlk baxış tarixi | 28 Noyabr 2012 12 Dekabr 2012 Yeni Zelandiya 14 Dekabr 2012 ABŞ |
Rəng | Rəngli |
Müddət | 169 dəqiqə |
Büdcə | $200–315 milyon |
Gəlir | $1.021 milyard |
Ölkələr | Yeni Zelandiya ABŞ |
Dil | İngiliscə |
İl | 2012 |
Əvvəlki film | Yoxdur |
Sonrakı film | Hobbit: Smauqun Xarabalığı (film, 2013) |
IMDb | ID 0903624 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin mövzusu
111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Bəgins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Bəgins üçün yazmağa başlayır.
Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Samuq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir. Lakin Kral Traduil ordusunu qırğına verməmək üçün geri dönür və Cırtdanlar yurd yuvasız həyat yaşamağa məcbur olurlar. Bu zaman Kralın nəvəsi Torinin Elflərə qarşı sonsuz nifrəti başlayır.
Boz Qendalf Bilbo Bəginsi uşaqlıqdan tanıyır və onun məharətinə bələddir. Boz Qendalf döyüşkən cırtdanları aldadır və Şirdə 50 yaşlı Bilbonun Torin və onun komandasına qonaqlıq verəcəyini deyir. Qonaqlığa cırtdanların ən döyüşkənləri, olan: Balin, Dualin, Fili, Kili, Dori, Nori, Ori, Oin, Qloin, Bifur, Bofur və Bombur gəlirlər. Boz Qendalfın əsas məqsədi isə Torin və onun döyüşkən cırtdanlarının Moriyaya-Tək Dağa girməsində Bilbonun onlara yardım etməsidir. Həm də bir oğru qismində. Bilbo ilk öncə bu işbirliyini qəbul etmir. Lakin növbəti gün Boz Qendalf, Torin və onun dəstəsinin arxası ilə qaçaraq təklifi qəbul etdiyini deyir. Səyahatə yeni başlayan Torin və Bilbo daxil olmaqla onun cırtdan dəstəsi, üç Dağ Trolu tərəfindən ələ keçirilir. Bilbo dəstənin Dağ Trolları tərəfindən yeyilməsini səhər günəşinə qədər əngəlləyir və səhər vaxtı Boz Qendalf gələrək Trolları daşa çevirir. Daha sonra onlar Trolların mağarısa girirlər və orada Elf qılıncları tapırlar. Torin daha əvvəl tərəddüd etsə də Qendalf ona Orxrist adlı qılıncı verir. Özünə isə Qlamdrinq adlı qılıncı götürür. Qendalf daha sonra tapdığı Strinq adlı qılıncı Bilboya verir. Bu qılıncın əsas özəlliyi düşmən gələrkən göy işıq saçması olur.
İstinadlar
- "The Hobbit: An unexpected Journey (2012)". British Board of Film Classification. 2013-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 Dekabr 2013.
- Masters, Kim (17 Oktyabr 2012). "'The Hobbit:' Inside Peter Jackson and Warner Bros.' $1 Billion Gamble". The Hollywood Reporter. İstifadə tarixi: 21 Dekabr 2013.
A knowledgeable source says the first two installments cost $315 million each, and that's with Jackson deferring his fee. A studio source insists that number is wildly inflated and, with significant production rebates from New Zealand, the cost is closer to $200 million a movie.
- "'Hobbit' Sequel Reigns at Box Office". The Wall Street Journal. İstifadə tarixi: 21 Dekabr 2013.
- "The Hobbit: An Unexpected Journey". Box Office Mojo. İstifadə tarixi: 26 Mart 2016.