Heydər Əliyevin ölümü və dəfni
Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-ın Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir.
Heydər Əliyevin dəfni | |
---|---|
Tarix | 15 dekabr 2003 |
Yeri | Bakı, Azərbaycan |
İştirakçılar | Əliyevlər Vladimir Putin Nursultan Nazarbayev Əsgər Akayev Eduard Şevardnadze Leonid Kuçma Əhməd Necdət Sezər Rəcəb Tayyib Ərdoğan |
13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib.
Dəfni
Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib. Dəfn mərasimi yeddi saat çəkib. Dəfndə 250,000 nəfər iştirak edib. Dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Əhməd Necdət Sezər, Ukrayna prezidenti Leonid Kuçma, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti Vladimir Voronin, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Moskvanın meri Yuri Lujkov və digər siyasi-ictimai şəxslər iştirak edib.
Qalereya
İstinadlar
- Умер Гейдар Алиев
- Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. Biblioqrafik göstərici № 1
- Сергей Строкань. "Траур". Газета «Коммерсантъ».
- ↑ "Идущий впереди ушел навсегда". rg.ru. rg.ru. İstifadə tarixi: 17 fevral 2020.
- Graeme, Wilson. Ilham: Portrait of a President. 278–294. ISBN 978-9948-15-289-7. (#accessdate_missing_url)
- "В Баку состоялись похороны Гейдара Алиева". www.pravda.ru. www.pravda.ru. İstifadə tarixi: 17 fevral 2020.