Gürcüstan Türkləri Konfederasiyası
GÜRCÜSTAN TÜRKLƏRİ KONFEDERASİYASI (GTK) | |
---|---|
| |
Hüquqi-təşkilat forması | Konfederativ İctimai Birlik |
Prezidenti | Namiq Əhmədov (II) |
1-ci Vitse-prezidenti | Sərdar Əliyev |
Vitse-prezidenti | Vəkil Sədiyev |
Ali Şura Sədri | Şahin Həsənov (II) |
Ali Şura Sədrinin 1-ci müavini | Şura Ayvazov |
Baş katibi | Məhərrəm Ayvazov |
MNK Sədri | Muraz Gülməmmədov |
Quruluş Tarixi | 26 oktyabr 2011 |
Rəsmi Təsis Tarixi | 2 noyabr 2011 |
Qurucusu | Daşqın Gülməmmədov |
Ideologiyası | Demokratiya |
Ali Organı | Qurultay |
Ali Qərarverici Orqanı | Ali Şura |
Mərkəzi İcraedici Orqanı | Katiblik |
Mərkəzi Nəzarətedici Orqanı | Mərəkəzi Nəzarət Komitəsi |
Mərkəzi Mənzil Qərargahı | Marneuli (Sarvan) |
İnternet Saytı |
Gürcüstan Türkləri Konfederasiyası — Gürcüstanda yaşayan Qarapapaq, Azərbaycan və Axısqa türklərinin konfederativ ictimai təşkilatı. Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, QHT-in könüllü assosiativ birliyi.
Tarixi
28 oktyabr 2011-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının prezidenti Daşqın Gülməmmədovun təşəbbüsü ilə Bakıda, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən 7 ictimai-siyasi təşkilat, ictimai birlik Gürcüstan Türkləri Konfederasiyasının yaradılması barədə Təsis Bəyannaməsi imzaladılar. Təsis Bəyannaməsinə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının prezideti Daşqın Gülməmmədov, Böyük Birlik Təşkilatının Sədr müavini Süleyman Əliyev, Gürcüstan Türk Qadınlar Komitəsinin Sədri, Borçalı Gənc Türklər İttifaqının Başqanı Tamir Süleymanov, Bakı Ahıska Türkləri Mərkəzinin Başqanı , GAMA Gənclər İttifaqının sədri Şahin Bayramov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyasının sədri Niyazi Hüseynov imza ataraq Gürcüstan türklərinin vahid milli təşkilatının yardılması qərarını verdilər. Bu Gürcüstan türklərinin tarixində çox önəmli bir hadisə idi.
2 noyabr 2011-ci ildə Azərbaycanın Gəncə şəhərində Gürcüstan Türkləri Konfederasiyasının I (Təsis) Qurultayı çağırıldı. Qurultayda Təsis Bəyannaməsinə qoşulmuş 7 ictimai-siyasi təşkilatı təmsil edən 72 nümayəndə iştirak edirdi. Qurultay yekdilliklə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının təşkilati məsələr üzrə katibi Süleyman Əliyevi sədr seçdi. Qurultayın katibi isə ümumi səsvermə zamanı Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi Əyyub Əyyubov seçildi.
Gürcüstan Türkləri Konfederasiyasının I (Təsis) Qurultayında, Gürcüstan türklərinin konfederativ təşkilatının yaradılması ideyasını irəli sürən Daşqın Gülməmmədov iştirak etməsə də, onun ideyası həyata keçdi. Qurultay nümayəndələri yekdilliklə Gürcüstan Türkləri Konfederasiyasının yaradılmasına səs verdilər.
Qurultayda Konfederasiyanın Nizamnaməsi qəbul edildi və ali qərarverici orqan - Konfederasiya Ali Şurası seçildi. Ali Şuranın tərkibi aşağıdakı şəxslərdən formalaşdırıldı:
Qurultayda Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının lideri, həmin zaman ev dustağı olan Daşqın Gülməmmədov Gürcüstan Türkləri Konfederasiyasının prezideti, Əsəd Əliyev isə vitse prezidenti seçildilər. Daşqın Gülməmmədov Qurultayda iştirak etməsə də onun Konfederasiya prezidenti seçilməsi bütün Qurultay nümayəndələri tərəfindən yekdilliklə dəstəkləndi.
Konfederasiyanın assosiativ üzvləri
- Gürcüstan Qarapapaq Türkləri Birliyi - (daxil olduğu tarix 10 mart 2013)
- Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası — (daxil olduğu tarix 02.11.2011)
- Borçalı Gənc Türklər İttifaqı — (daxil olduğu tarix 02.11.2011)
- Borçalı Milli Hərakatı - (daxil olduğu tarix 02.11.2014)
- Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası — (daxil olduğu tarix 02.11.2011)
- Gürcüstan Türk Qadınlar Komitəsi — (daxil olduğu tarix 02.11.2011)
- Gürcüstan Ahıska Türkləri Təşkilatı — (daxil olduğu tarix 02.11.2011)
- GAMA Gənclər İttifaqı — (daxil olduğu tarix 02.11.2011)
- Gürcüstan Gənc Azərbaycanlılar Assosiasiyası "AMAL" — (daxil olduğu tarix 30.11.2011)
Təşkilati quruluşu
Gürcüstan Türkləri Konfederasiyasının Qurultayı
Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti
Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti 2 noyabr 2011-ci ildə Qurultayda qəbul edilmiş Nizamnaməyə əasasən Konfederasiyaya ümumi rəhbərliyi həyata keçirir və Konfederasiyaının cari fəaliyyəti ilə bağlı ali sərancanverici hüquqlara malikdir. Gürcüstan Türkləri Konfederasiyasının Prezideti vəzifəsini 2 noyabr 2011-ci ildə Qurultayda seçilmiş Daşqın Gülməmmədov həyata keçirir.
GTK Prezidentləri
- Daşqın Gülməmmədov 2 noyabr 2011 - 12 iyun 2013
- Sərdar Əliyev 12 iyun 2013 - 24 iyun 2013 (GTK Prezidentinin səlahiyyətlərini icra edən)
- Namiq Əhmədov (II) 24 iyun 2013 -
Gürcüstan Türkləri Konfederasiyasının Ali Şurası
GTK Ali Şurası Sədrləri
- Süleyman Əliyev 30 noyabr 2011 - 11 sentyabr 2012
- Tamir Süleymanov 11 sentyabr 2012 - 25 dekabr 2012
- Şahin Həsənov (II) 25 dekabr 2012 - 10 yanvar 2013 (Ali Şura Sədrinin səlahiyyətlətini icra edən)
- Elmar Həsənov 10 yanvar 2012 - 12 iyun 2013
- Şura Ayvazov 12 iyun 2013 - 24 iyun 2013 (Ali Şura Sədrinin səlahiyyətlətini icra edən)
- Şahin Həsənov (II) 24 iyun 2013 -
Gürcüstan Türkləri Konfederasiyasının Katibliyi
GTK Baş katibləri
- İsrail Məhərrəmov 30 noyabr 2011 - 8 sentyabr 2012
- Niyazi Hüseynov 8 sentyabr 2012 - 15 yanvar 2013
- Məhərrəm Ayvazov 15 yanvar 2013-cü ildən etibarən
Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının fəaliyyətədə olan tərkibi
- Şahin Həsənov (II)- Ali Şura Sədri
- Şura Ayvazov - Ali Şura Sədrinin 1-ci müavini
- Albert Məmmədov - Ali Şuranın İcracı katibi
- Vəkil Sədiyev - Ali Şura üzvü
- Sərdar Əliyev - Ali Şura üzvü
- Elmar Həsənov - Ali Şura üzvü
- Namiq Əhmədov (II) - Ali Şura üzvü
- Mehriban Nəsibova - Ali Şura üzvü
- Novruz Qocayev - Ali Şura üzvü
- Təbriz Əliyev - Ali Şura üzvü
- Məhərrəm Ayvazov - Ali Şura üzvü
- Daşqın Gülməmmədov - Ali Şura üzvü
- İsrail Məhərrəmov - Ali Şura üzvü
- Fərhad Xudiyev - Ali Şura üzvü
- Sənan Qurbanov - Ali Şura üzvü
- Qəhrəman Qəhrəmanov - Ali Şura üzvü
- Tofiq Əkbərov - Ali Şura üzvü
Məqsəd və vəzifələri
İdeoloji prinsipləri
Mənbə
- Irak, Suriye ve Ukrayna'daki Türkler de harekete geçiyor - www.iha.com.tr
- Ay yıldızlı bayrağı seçtiler - www.aksarayhaber.com.tr[ölü keçid]
- Gürcüstan türkləri birləşir - www.sada.az 2016-03-05 at the Wayback Machine
- Qarapapaq türklərinin milli bayrağı təsdiqlənib - www.gun.az 2011-12-02 at the Wayback Machine
- Gürcüstan Türkləri Konfederasiyası təsis edilib - azr.baybak.com 2012-01-27 at the Wayback Machine
- GÜRCÜSTAN TÜRKLƏRİ KONFEDERASİYASININ İCLASI OLUB - www.pia.az
- Gəncədə Gürcüstan Türkləri Konfederasiyasının I Qurultayı keçirilib - www.sia.az
- Gürcistan Türklerinden tarihi adım - www.marasgundem.com
- Тюрки-карапапаки Сирии объединились по образцу тюрков Грузии - www.apsny.ge