Fransis Leyn
Fransis Leyn (d. 23 sentyabr 1874; Çikaqo, Birləşmiş Ştatlar - ö. 17 fevral 1927; Çikaqo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında bürünc medal qazanıb.
Fransis Leyn | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Fransis Adoniyah Leyn |
Vətəndaşlığı | Birləşmiş Ştatlar |
Doğum tarixi | |
Doğum yeri | Çikaqo, Birləşmiş Ştatlar |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Çikaqo, Birləşmiş Ştatlar |
Boyu | 170 sm |
Çəkisi | 69 kq |
İdman növü | Yüngül atletiкa |
Təhsili | |
Həyatı
Fransis Leyn 1874-cü ilin 23 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Çikaqondə anadan olub. 1927-ci ilin 17 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 52-ci yaşında vəfat edib.
Afina Olimpiadası
Fransis Leyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Leyn təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.6 saniyə nəticəyə imza atan Fransis Leyn Macarıstanlı Alajos Szoкolyi ilə birgə I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.