Fərid Əlizadə
Fərid Əlizadə (d.18 sentyabr 1985, Azərbaycan Bakı ş.) — Beynəlxalq Turan Oyunları Komitəsinin (ing. International Turan Games Committee (ITGC)) Prezidenti, Dünya Alpaqut Federasiyasının (ing. World Alpagut Federation (WAF)) İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiyasiyasının vitse-prezidenti.
Fərid Əlizadə | |
---|---|
Fərid Azad oğlu Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Beynəlxalq iqtisadi münasibətlər Hüquq |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti Bakı Dövlət Universiteti Taras Şevçenko adına Kiyev Milli Universiteti |
Fəaliyyəti | Biznes, İdman və İctimai fəaliyyət |
Mükafatları | |
Saytı | faridalizade.com |
Həyatı
Fərid Əlizadə 18 sentyabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2003-cü ildə 164 nömrəli məktəbi başa vurmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və 2019-cu ildə isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Fəaliyyəti
F.Əlizadə sahibkar kimi 1999-cu ildən biznes fəaliyyəti ilə, 2009-cu ildən isə ictimai fəaliyyətlə məşğul olmuşdur.
2012-ci ildən İdman sahəsinə baş vurmuşdur. Türk Döyüş Sənəti Federasiyasında ilk olaraq 2012-ci ildə Maliyyə və İnternet Texnologiyaları üzrə vitse-prezident, 2013-cü ildə isə Beynəlxalq Əlaqələr üzrə vitse-prezident vəzifəsini icra etmişdir.
2014-cü ildə Dünya Alpaqut Federasiyası — Turan Döyüş Sistemlərini Vasif Namazov və Aqil Acalov ilə birgə qeydiyyatdan keçirmiş təsisçi, eyni zamanda idarə heyətinin qərarı ilə bu Federasiyanın Prezidenti olmuşdur. 2015-ci ilin Yanvar ayında istefasını vermiş və mart ayında yeni təyin olunan DAF Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Nizami Cəfərov tərəfindən Toraman Başad titulu verilərək DAF-ın fəxri prezidenti təyin olunmuşdur.
Bu İdman Federasiyasının hər il müntəzəm şəkildə illik təqvim planına əsasən Beynəlxalq tədbirləri həyata keçirilir.
2018-ci ilin Fevral ayından bu addan könüllü imtina edərək Beynəlxalq Turan Oyunları Komitəsinin Prezidenti vəzifəsini icra etməktədir.
2019-cu ildə Azərbaycan Döyüş Federasiyaları Assosiyasiyasının vitse-prezidenti seçilmişdir.
Mükafatları
- 28 dekabr 2019-cu il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilmişdir.
Həmçinin bax
İstinadlar
- ( (az.)). karabakhmedia.az. 11 dekabr 2019. 2019-01-24 tarixində orijinalından arxivləşdirilib.
- ( (az.)). www.moderator.az. 11 dekabr 2019. 2019-08-04 tarixində orijinalından arxivləşdirilib.
- ( (az.)). 525.az. 5 dekabr 2019. 2017-12-05 tarixində orijinalından arxivləşdirilib.
Xarici keçidlər
- Fərid Əlizadənin Rəsmi saytı 2012-03-12 at the Wayback Machine (ing.)
- Dünya Alpaqut Federasiyasının Rəsmi saytı (ing.)
- 28 May Respublika günü, Seminar və təltifnamə çəkilişindən
- 1-ci Alpaqut Dünya Kubokunda təltif etmə mərasimindən çəkiliş
- APA TV-nin qonağı — A. Həsənsoy, F. Əlizadə və V. Namazov: Döyüş və silah mədəniyyətini gətirən qədim Türklər olublar. 2017-10-04 at the Wayback Machine
- “Bakıdan türk dünyasına” layihəsi gerçəkləşdi.
- Fərid Əlizadə Muay Tay üzrə keçirilən Beynəlxalq Turnir 2017-də Türkiyə və Gürcüstan döyüşçülərini təltif edərkən.
- APA TV: Fərid Əlizadə - qısa fraqmentlər.
- Fərid Əlizadə: “Mən Alpaquta xəyanət edə bilmərəm”
- Beynəlxalq Turan Oyunları Komitəsi yarandı
- Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatının açılışı olub
- Kutsan Vasif Namazov və Toraman Alpaqut Fərid Əlizadə beynəlxalq festivalda iştirak edəcəklər
- Kocayayla'nın gözdesi Alpagut (türk.)
- Bir başkadır Alpagut gardaşlığı. Kardeş Ülke Azerbaycan'ın Gedebey İli Düzyurt-Miskinli Yaylası'nda gerçekleştirilen 'Milli Yayla Festivali'ne Etnospor Konfederasyonu Başkanı Bilal Erdoğan da katıldı: ALİZADE'DEN AÇIKLAMA (türk.)
- Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası (ADFA) Abşeron İdman Kompleksinin konfrans salonunda növbəti toplantısını keçirib.
- Beynəlxalq Turan Oyunları Komitəsi gələcək planlarını açıqladı: Fərid Əlizadə
- Azərbaycanda I Beynəlxalq Turan Oyunları keçiriləcək - Leyla Qurbanovanın müsahibi Fərid Əlizadə