Fəhimə Sultan
Fəhimə Sultan (d. 2 iyul 1875, İstanbul– ö. 15 sentyabr 1929, Nis ) — 33. Osmanlı sultanı V Muradın qızıdır.
Fəhimə Sultan | |
---|---|
نشط السلطان مرحبا الشخصي | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Atası | V Murad |
Anası | Meylisərvət Qadınəfəndi |
Həyat yoldaşları | Əli Qalib Paşa Mahmud Behcət Paşa |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1875 tarixində Dolmabağça Sarayında dünyaya gəldi. Atası V Murad, anası isə Meylisərvət Qadınəfəndidir. Atasının taxtdan endirilməsinin ardından bütün ailə üzvləri ilə birlikdə Çırağan Sarayında məhbus həyatı yaşadı. Atasının nəzarətində mükəmməl təhsil aldı. Piano çalmağı öyrəndi və marşlar bəstələdi. 26 yaşında ikən II Əbdülhəmid tərəfindən bir daha geri dönməmək şərtilə bacısı Xədicə Sultanla birlikdə Ulduz Sarayına alındı. 12 sentyabr 1901 tarixində Ulduz Sarayında Əli Qalib Paşa ilə evləndirildi. Bu evlilik 1908-ci ildə boşanma ilə nəticələndi. Boşanmanın ardından Mahmud Behcət Paşa ilə evləndi və cümhuriyyətin elan edilişinə qədər öz köşkündə yaşadı. İstanbulun işğalından sonra qurulan gizli təşkilatlara üzv oldu. 1924-cü ildə qəbul edilən qərarla ölkəni tərk etdi. Fransanın Nis şəhərində məskunlaşdı. Ərinin İstanbuldakı bütün mal mülkünü sataraq qaçmasının ardından yalqız və pulsuz qalan Fəhimə Sultanın qulluğuna öz kənizlərindən biri qaldı. 15 sentyabr 1929 tarixində vərəmdən vəfat etdi. Məzarı Şamda Yavuz Sultan Səlim Məscidindəki Osmanlı Xanədan Məzarlığındadır.