Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi ” - Azərbaycan siyasi tədqiqatçısı Aydın Mirzəzadənin kitabı.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi | |
---|---|
Müəllif(lər) | Aydın Mirzəzadə |
Janr | tarixi-siyasi ədəbiyyat |
Orijinalın dili | Azərbaycan |
Nəşriyyat | "Azərbaycan" nəşriyyatı |
Nəşr | 2017 |
Səhifə | 288 |
Növ | kitab |
Tiraj | 500 |
Əvvəlki | Heydər Əliyev siyasi irsinin politoloji aspektləri |
isbn | Lua xətası: expandTemplate: template "Yanlış ISBN" does not exist. |
Kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.
Məzmunu
Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı qəsəbəsinə məqsədli hücumu nəticəində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevaya və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.
Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaramış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insidentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.
Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıbdır. Erməni xalqı nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissədir.
Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materiallar vardır.
On bir fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil verilmişdir. Kitab 500 tirajla "Azərbaycan" nəşriyyatında çap olunub.
Kitabı buraxmaqda əsas məqsədlərdən biri də bu ağır tarix anı ilə gələcək nəsilləri faktoloji formada tanış etməkdir. Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Kitab Füzuli rayonunun Alxanlı qəsəbəsində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcəkdir.
Kitabda AzerTac informasiya agentliyinin, Sia.az, Report.az, Azvizion. az, Publika.az, 1news.az, Modern.az, APA, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilmişdir.
Kitabın üz qabığındakı kollajın müəllifi olke.az saytının baş redaktoru Məmməd Gülmmədovdur.
Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur.
“Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabı Aydın Mirzəzadənin sayca on ikinci kitabıdır.
Kitabın 27 oktyabr 2017-ci ildə Bakı şəhər Xətai rayon 249 saylı orta məktəbdə müzakirəsi keçirilmiş, kitabın bir nüsxəsi körpə Zəhra Quliyeva haqqında şəkdiyi şəkil kitaba salınmış məktəbin beşinci sinif şagirdi Nəsibə Zeynalovaya təqdim edilmişdir.
15 oktyabr 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndində Zəhranın valideynlərinin həyətində kənd sakinlərinin iştirakı ilə kitabın təqdimatı keçirildi və kitab ailəyə və iştirakçılara paylandı.
Kitab haqqında rəylər
"İki sahil" qəzeti yazır ki, "kitab Ermənistanın işğalçılıq və təcavüz siyasətinin ifşa edilməsi baxımından etibarlı mənbə hesab edilməlidir" .
Azərbaycan Respublikası Milli Məclisinin depuatatı, Xocalı şəhərinin keçmiş icra hakimiyyətinin başçısı Elman Məmmədov "Azərbaycan" qəzetində kitabla bağlı yazdığı rəydə vurğulayır ki, "kitabdakı məlumatlar bir hadisə timsalında Ermənistanın iç üzünü ifşa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ağır nəticələrə səbəb olduğunu sübut edir".
Mənbə
- Aydın Mirzəzadə. Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi, Bakı, "Azərbaycan", 2017.
Həmçinin bax
İstinadlar
- http://sia.az/az/news/social/642745.html/[ölü keçid]
- https://report.az/dagliq-qarabag/deputat-aydin-mirzezadenin-zehra-quliyevaya-hesr-etdiyi-kitabi-capdan-cixib/
- http://publika.az/news/bilik/218058.html
- http://teleqraf.com/news/toplum/153046.html
- http://modern.az/az/news/146817#gsc.tab=0
- https://azvision.az/news/129112/deputat-zehra-quliyeva-ile-bagli-kitab-yazib.html#.We3uiMlA_AM.facebook[ölü keçid]
- http://olke.az/news/detail/ermenilerin-qetle-yetirdiyi-yasyarimliq-zehradan-behs-eden-kitab-nesr-edildi-foto-105527
- http://etikxeber.az/deputatin-yeni-kitabinin-m%C9%99sl%C9%99h%C9%99tcisi-%C9%99li-h%C9%99s%C9%99novdur/
- http://sia.az/az/news/politics/643617.html
- https://www.youtube.com/watch?v=iRkxQ7oxmgs&feature=share
- http://sia.az/az/news/social/647287.html
- http://ikisahil.com/?lang=aze&page=13&newsId=54940
- http://www.azerbaijan-news.az/index.php?mod=3&id=133406