Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Enkidu şum 𒂗𒆠𒄭 Mesopotamiya mifologiyasından personaj Kral Gilqameşin yoldaşı ən qədim köməkçi 1 və ən qədim vəhşi adam

Enkidu

Enkidu
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Enkidu (şum. 𒂗𒆠𒄭) — Mesopotamiya mifologiyasından personaj, Kral Gilqameşin yoldaşı. Ən qədim köməkçi və ən qədim vəhşi adam personajı.

Enkidu
𒂗𒆠𒄭
image
Məlumat
Növü vəhşi adam
Cinsi kişi[d]
Əlaqələri Gilqameş, Aruru, Şamxat

Etimologiya

Enkidu adının mənşəyinin müxtəlif izahatları var. Şumer dilindəki "en" ("𒂗") "ağa", "ki" ("𒆠") "yer", "du" ("𒄭") isə "yaxşı" deməkdir. Beləliklə, Enkidu adının mənası "yaxşı yerin ağası" ola bilərdi. Başqa fikirə görə, bu ad "Enki yaxşıdır" və ya "Enki yaratdığı" mənasını daşıya bilər (Enki Mesopotamiyada məhsuldarlıq tanrısıdır). Enkidunun adı Dingir ("𒀭") işarəsi ilə yazılır. Beləliklə, bu personaj tanrı ilə bağlıdır.

Köhnə tərcümələrdə Enkidu adı Eabani kimi yazılırdı.

Gilqameş dastanıda

image Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

I lövhədə Uruk əhalisi zalım Kral Gilqameşdən narazı olur və tanrıça Aruruya şikayət edir. Aruru gildən Enkidu yaradır ki, o Gilqameşə rəqib olsun. O, heyvanlar arasında yaşayıb, onlar kimi otlanır və su içir. Ovçular ondan qorxub, Gilqameşə şikayət edir. Gilqameş onlara Enkiduya Şamxatı göndərməyə əmr edir.

Bundan sonra, mətnin müxtəlif versiyaları var. Daha çox tanınan versiyalarında Şamxat və Enkidu arasında seks 6 gün və 7 gecə ərzində baş verir. Yeni tapıntılara (2015-ci ildə aşkar olunub, 2018-ci ildə isə tərcümə olunub) görə isə, əvvəl bir səhnənin iki versiyası kimi tanınan mətnin hissələri əslində iki ayrı səhnə idi. Beləliklə, birinci həftədən sonra Şamxat Enkidunu Uruk şəhərinə dəvət edir. Daha sonra onlar arasında daha bir həftə ərzində seks olur və Şamxat yenidən Enkidunu Uruka dəvət edir.

II lövhədə Şamxat Enkiduya öz paltarının bir hissəsini geydirəndən sonra, onlar Uruka üz tutur. Enkiduya ilk dəfə insan yeməkləri veriləndə, Şamxat onu yeyib-içməyə həvəsləndirir. Bundan sonra, onlar yolda toya gedən adamı görəndə, Enkidu hirslənir.

Uruka çatanda Enkidu təzə gəlinin otağına girmək istəyən Gilqameşin yolunu kəsir və onlar döyüşməyə başlayır. Heç biri bu döyüşdə üstün gələ bilmədiyinə görə, ikisi də yorulub və bir-birinin gücünü dəyərləndirərək, dost olublar.

III lövhədə Gilqameşin anası, tanrıça Ninsun Enkidunu övladlığa götürür.

IV lövhədə Gilqameş ilə Enkidu Humbabaya qarşı vuruşmaq üçün sidr meşəsinə üz tutur. Yolda Gilqameş yuxular görür, Enkidu isə bu yuxuların mənasını izah edir.

image
Gilqameş dastanının 2015-ci ildə aşkar olunmuş V lövhə Humbabaya qarşı sidr meşəsində qarşıdurmadan bəhs edir.

V lövhədə Gilqameş ilə Enkidu Humbabaya qarşı vuruşub, ona qalib gəlirlər.

image
Bürünc qılınc (e.ə. 1200-800). Sapında Gilqameş ilə Enkidunun Humbabanı öldürməsi səhnəsi təsvir edilir.

VI lövhədə Gilqameş ilə Enkidu səma öküzünə qarşı vuruşub, ona da qalib gəlirlər. Urukda buna görə bayram olur. Həmin gecə, Enkidu oyanıb, öz yuxunu Gilqameşə danışır.

VII lövhədə Enkidu Gilqameşə öz yuxusunu danışır. Bundan sonra, Enkidu xəstələnir. O, Gilqameşdən onu unutmamağını istəyir və on iki gündən sonra, ölür. Gilqameş Enkidunun ölümünə görə möhnət çəkir.

Yeraltı dünyada

Kanonik mətnin hissəsi olmayan lövhədə Enkidu yeraltı dünyaya səyahət edir.

Başqa Şumer şeirlərində

image Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Gilqameş və Aqa şeirində Gilqameş döyüşdən öncə Enkidudan silahlarını hazırlamaq istəyir.

Gilqameş və Huvava şeirinin iki versiyası var. Onlar adətən A və B adlanır. Gilqameş Enkiduya bəyan edir ki, o dağlara yürüşə gedir. Enkidu bunun üçün tanrı Utudan icazə almağa tövsiyyə edir, çünki dağlar ona aiddir. Utu onlara Sidr meşəsinə getməyə icazə verir. Lakin, Humvavaya qarşı vuruşmağa icazə verməyib. Buna baxmayaraq, Gilqameş ilə Enkidu Humvavaya qarşı vuruşur və ona qalib gəlirlər.

Gilqameşin ölümü şeirində tanrılar ona deyirlər ki, ölümdən sonra o, ailəsinə, rəhiblərinə, döyüşçülərinə və Enkiduya yenidən qovuşacaq.

Gilqameş ilə münasibəti

Enkidu personaj tipinə görə Gilqameşin köməkçisidir. O, bu personaj tipinin ən erkən nümunəsidir. Müxtəlif tərcümələrdə onlar iki dost kimi təqdim olunur. Lakin, onların münasibətləri bununla məhdudlaşmırdı. Enkidu həmçinin Gilqameşin qulluqçusu idi.

Akkad versiyalarında onların münasibətini izah etmək üçün "dost" (ibru, tappu), "qardaş" (ahu) və "tay" (mašil, kīma) sözləri işlənilir.

Bir sıra araşdırmaçı Gilqameş ilə Enkidu arasındakı əlaqənin cinsi olduğunu inkar edirlər. Lakin, onlardan bəziləri etiraf edirlər ki, onların münasibətlərinin təsvirində homoerotizm var. Məsələn, yuxuların danışması səhnələri, Gilqameşin Enkidunu "arvadı kimi" sevməsi və Gilqameşin Enkidunun "gəlin kimi" üzünü bağlamayıb, ona görə "dul qadın kimi" ağlaması.

Ehtimal olunur ki, Gilqameş gerçək bir tarixi şəxs idi, Enkidu isə yox.

Enkidunu istinad edən əsərlər

  • Ulduz yolu: Yeni nəsil
  • Gurren Lagann
  • (Fate/Zero) və

İstinadlar

  1. Hay, Noelle. "Evolution of a sidekick," SFFWorld.com (2002).
  2. Bernheimer, Richard. Wild Men in the Middle Ages. Cambridge: Harvard University Press. 1952. 3. ISBN .
  3. Behind the Name. Enkidu
  4. Rabkin, Eric S.; Slusser, George Edgar; Robert. Bridges to Fantasy. Southern Illinois University Press. 1982. 180. ISBN . (#first_missing_last)
  5. Hoffner, Harry A. Hittite Studies in Honor of Harry A. Hoffner, Jr On the Occasion of His 65th Birthday. Eisenbrauns. 2003. 50–51. ISBN .
  6. The Struggle for Troglodytes by Boris Porshnev, p. 96
  7. "New Gilgamesh Fragment: Enkidu's Sexual Exploits Doubled by Sophus Helle". 2024-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-23.
  8. "A new chapter in the world's oldest story". Washington Post (ingilis). ISSN 0190-8286. 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-22.
  9. The Sulaymaniyah Museum, Iraqi Kurdistan
  10. NW Iran, (43219722891) (cropped)
  11. Moran, William L. "Epic of Gilgamesh: A document of ancient humanism". Bulletin the Canadian Society for Mesopotamian Studies. The Canadian Society for Mesopotamian Studies Bulletin. 1991: 20. ISSN 0844-3416. 24 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2015.
  12. CDLI Literary 000361 (Gilgamesh and Aga) composite (P432478)
  13. Rubio, Gonzalo. "Reading Sumerian Names, II: Gilgameš". Journal of Cuneiform Studies. 64. 2012: 3–16. doi:10.5615/jcunestud.64.0003.
  14. Gilgamesh and Huwawa by Joshua J. Mark
  15. "The death of Gilgamesh: Translation". 2020-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-28.
  16. 岡田明子; . シュメル神話の世界 粘土板に刻まれた最古のロマン. . . 2008-12. səh. 235. ISBN .
  17. Jeffrey H. Tigay. The Evolution of the Gilgamesh Epic. Bolchazy-Carducci. Bolchazy-Carducci. 2002. səh. 30.
  18. Susan Ackerman. When Heroes Love: The Ambiguity of Eros in the Stories of Gilgamesh and David. Columbia University Press. 2005. səh. 81-83.
  19. ギルガメシュ叙事詩. 訳. . 1996-01. ISBN .

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Enkidu sum 𒂗𒆠𒄭 Mesopotamiya mifologiyasindan personaj Kral Gilqamesin yoldasi En qedim komekci 1 ve en qedim vehsi adam 2 personaji Enkidu𒂗𒆠𒄭 Melumat Novu vehsi adam Cinsi kisi d Elaqeleri Gilqames Aruru Samxat Mundericat 1 Etimologiya 2 Gilqames dastanida 2 1 Yeralti dunyada 3 Basqa Sumer seirlerinde 4 Gilqames ile munasibeti 5 Enkidunu istinad eden eserler 6 IstinadlarEtimologiyaredakteEnkidu adinin menseyinin muxtelif izahatlari var Sumer dilindeki en 𒂗 aga ki 𒆠 yer du 𒄭 ise yaxsi demekdir Belelikle Enkidu adinin menasi yaxsi yerin agasi ola bilerdi 3 Basqa fikire gore bu ad Enki yaxsidir ve ya Enki yaratdigi menasini dasiya biler Enki Mesopotamiyada mehsuldarliq tanrisidir 4 Enkidunun adi Dingir 𒀭 isaresi ile yazilir Belelikle bu personaj tanri ile baglidir 5 Kohne tercumelerde Enkidu adi Eabani kimi yazilirdi 6 Gilqames dastanidaredakte nbsp Xeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir I lovhede Uruk ehalisi zalim Kral Gilqamesden narazi olur ve tanrica Aruruya sikayet edir Aruru gilden Enkidu yaradir ki o Gilqamese reqib olsun O heyvanlar arasinda yasayib onlar kimi otlanir ve su icir Ovcular ondan qorxub Gilqamese sikayet edir Gilqames onlara Enkiduya Samxati gondermeye emr edir Bundan sonra metnin muxtelif versiyalari var Daha cox taninan versiyalarinda Samxat ve Enkidu arasinda seks 6 gun ve 7 gece erzinde bas verir Yeni tapintilara 2015 ci ilde askar olunub 2018 ci ilde ise tercume olunub gore ise evvel bir sehnenin iki versiyasi kimi taninan metnin hisseleri eslinde iki ayri sehne idi Belelikle birinci hefteden sonra Samxat Enkidunu Uruk seherine devet edir Daha sonra onlar arasinda daha bir hefte erzinde seks olur ve Samxat yeniden Enkidunu Uruka devet edir 7 II lovhede Samxat Enkiduya oz paltarinin bir hissesini geydirenden sonra onlar Uruka uz tutur Enkiduya ilk defe insan yemekleri verilende Samxat onu yeyib icmeye heveslendirir Bundan sonra onlar yolda toya geden adami gorende Enkidu hirslenir Uruka catanda Enkidu teze gelinin otagina girmek isteyen Gilqamesin yolunu kesir ve onlar doyusmeye baslayir Hec biri bu doyusde ustun gele bilmediyine gore ikisi de yorulub ve bir birinin gucunu deyerlendirerek dost olublar III lovhede Gilqamesin anasi tanrica Ninsun Enkidunu ovladliga goturur IV lovhede Gilqames ile Enkidu Humbabaya qarsi vurusmaq ucun sidr mesesine uz tutur Yolda Gilqames yuxular gorur Enkidu ise bu yuxularin menasini izah edir nbsp Gilqames dastaninin 2015 ci ilde askar olunmus V lovhe 8 Humbabaya qarsi sidr mesesinde qarsidurmadan behs edir 9 V lovhede Gilqames ile Enkidu Humbabaya qarsi vurusub ona qalib gelirler nbsp Burunc qilinc e e 1200 800 Sapinda Gilqames ile Enkidunun Humbabani oldurmesi sehnesi tesvir edilir 10 VI lovhede Gilqames ile Enkidu sema okuzune qarsi vurusub ona da qalib gelirler Urukda buna gore bayram olur Hemin gece Enkidu oyanib oz yuxunu Gilqamese danisir VII lovhede Enkidu Gilqamese oz yuxusunu danisir Bundan sonra Enkidu xestelenir O Gilqamesden onu unutmamagini isteyir ve on iki gunden sonra olur Gilqames Enkidunun olumune gore mohnet cekir Yeralti dunyadaredakte Kanonik metnin hissesi olmayan lovhede Enkidu yeralti dunyaya seyahet edir 11 Basqa Sumer seirlerinderedakte nbsp Xeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir Gilqames ve Aqa seirinde Gilqames doyusden once Enkidudan silahlarini hazirlamaq isteyir 12 Gilqames ve Huvava seirinin iki versiyasi var Onlar adeten A ve B adlanir 13 Gilqames Enkiduya beyan edir ki o daglara yuruse gedir Enkidu bunun ucun tanri Utudan icaze almaga tovsiyye edir cunki daglar ona aiddir Utu onlara Sidr mesesine getmeye icaze verir Lakin Humvavaya qarsi vurusmaga icaze vermeyib Buna baxmayaraq Gilqames ile Enkidu Humvavaya qarsi vurusur ve ona qalib gelirler 14 Gilqamesin olumu seirinde tanrilar ona deyirler ki olumden sonra o ailesine rehiblerine doyusculerine ve Enkiduya yeniden qovusacaq 15 Gilqames ile munasibetiredakteEnkidu personaj tipine gore Gilqamesin komekcisidir O bu personaj tipinin en erken numunesidir 1 Muxtelif tercumelerde onlar iki dost kimi teqdim olunur Lakin onlarin munasibetleri bununla mehdudlasmirdi Enkidu hemcinin Gilqamesin qulluqcusu idi 16 Akkad versiyalarinda onlarin munasibetini izah etmek ucun dost ibru tappu qardas ahu ve tay masil kima sozleri islenilir 17 Bir sira arasdirmaci Gilqames ile Enkidu arasindaki elaqenin cinsi oldugunu inkar edirler Lakin onlardan bezileri etiraf edirler ki onlarin munasibetlerinin tesvirinde homoerotizm var Meselen yuxularin danismasi sehneleri Gilqamesin Enkidunu arvadi kimi sevmesi ve Gilqamesin Enkidunun gelin kimi uzunu baglamayib ona gore dul qadin kimi aglamasi 18 Ehtimal olunur ki Gilqames gercek bir tarixi sexs idi Enkidu ise yox 19 Enkidunu istinad eden eserlerredakteUlduz yolu Yeni nesil Gurren Lagann Fate Zero ve Fate Grand OrderIstinadlarredakte 1 2 Hay Noelle Evolution of a sidekick SFFWorld com 2002 Bernheimer Richard Wild Men in the Middle Ages Cambridge Harvard University Press 1952 3 ISBN nbsp 9780674734234 Behind the Name Enkidu Rabkin Eric S Slusser George Edgar Robert Bridges to Fantasy Southern Illinois University Press 1982 180 ISBN nbsp 9780809310432 first missing last Hoffner Harry A Hittite Studies in Honor of Harry A Hoffner Jr On the Occasion of His 65th Birthday Eisenbrauns 2003 50 51 ISBN nbsp 9781575060798 The Struggle for Troglodytes by Boris Porshnev p 96 New Gilgamesh Fragment Enkidu s Sexual Exploits Doubled by Sophus Helle 2024 11 14 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 02 23 A new chapter in the world s oldest story Washington Post ingilis ISSN nbsp 0190 8286 2021 07 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 07 22 The Sulaymaniyah Museum Iraqi Kurdistan NW Iran 43219722891 cropped Moran William L Epic of Gilgamesh A document of ancient humanism Bulletin the Canadian Society for Mesopotamian Studies The Canadian Society for Mesopotamian Studies Bulletin 1991 20 ISSN nbsp 0844 3416 24 September 2018 tarixinde arxivlesdirilib Istifade tarixi 27 March 2015 CDLI Literary 000361 Gilgamesh and Aga composite P432478 Rubio Gonzalo Reading Sumerian Names II Gilgames Journal of Cuneiform Studies 64 2012 3 16 doi 10 5615 jcunestud 64 0003 Gilgamesh and Huwawa by Joshua J Mark The death of Gilgamesh Translation 2020 02 07 tarixinde arxivlesdirilib Istifade tarixi 2025 02 28 岡田明子 小林登志子 シュメル神話の世界 粘土板に刻まれた最古のロマン 中公新書 中央公論新社 2008 12 seh nbsp 235 ISBN nbsp 978 4 12 101977 6 Jeffrey H Tigay The Evolution of the Gilgamesh Epic Bolchazy Carducci Bolchazy Carducci 2002 seh nbsp 30 Susan Ackerman When Heroes Love The Ambiguity of Eros in the Stories of Gilgamesh and David Columbia University Press 2005 seh nbsp 81 83 ギルガメシュ叙事詩 月本昭男 訳 岩波書店 1996 01 ISBN nbsp 4 00 002752 2 Menbe https az wikipedia org w index php title Enkidu amp oldid 8090073

Nəşr tarixi: İyul 01, 2025, 09:27 am
Ən çox oxunan
  • Mart 04, 2025

    Heptaqram

  • Mart 09, 2025

    Henri de Puatye

  • May 18, 2025

    Henri Se

  • Mart 05, 2025

    Henri Fyusli

  • May 21, 2025

    Henrix Abramoviç

Gündəlik
  • Fəlsəfə

  • Çərkəz Həsən bəy

  • Ural dağları

  • Əhmədabadda Boeing 787 qəzası

  • 2025-ci ildə vəfat edənlərin siyahısı

  • Nəsibə Hüseynova

  • Kuappi

  • Berlin (İspaniya teleserialı)

  • La casa de papel

  • Yunanıstan

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı