Eldar Sabiroğlu
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət,hərbi,siyasi və ictimai xadimi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı. YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1993–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi,Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013).
Eldar Sabiroğlu | |||||||
---|---|---|---|---|---|---|---|
Eldar Sabir oğlu Səfərov | |||||||
| |||||||
Prezident | İlham Əliyev | ||||||
Prezident | İlham Əliyev | ||||||
| |||||||
Prezident | Heydər Əliyev | ||||||
| |||||||
| |||||||
| |||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | |||||||
Təhsili | Ermənistan Dövlət Pedaqoji İnstitutu, Ali Partiya Məktəbi, Bakı Dövlət Universiteti | ||||||
Fəaliyyəti | Dövlət xadimi | ||||||
Doğum tarixi | 4 yanvar 1957 (64 yaş) | ||||||
Doğum yeri | |||||||
Milliyyəti | azərbaycanlı | ||||||
Atası | Sabir Səfərov | ||||||
Anası | Roza Səfərova | ||||||
Həyat yoldaşı | Tahirə Səfərova | ||||||
Uşaqları | Rüfət, Turan | ||||||
Hərbi xidmət | |||||||
Xidmət illəri | 2007—2013 | ||||||
Mənsubiyyəti | Azərbaycan Respublikasının Müdafiə Nazirliyi | ||||||
Rütbəsi | |||||||
Rəhbərlik edib | Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi | ||||||
| |||||||
Təltifləri | |||||||
Həyatı
Eldar Sabiroğlu 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə ali, Ali Partiya Məktəbində politologiya üzrə ali, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb.
1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
SSRİ Jurnalistlər İttifaqının üzvü.(1983)
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rus, erməni, türk dillərini bilir.
Siyasi Fəaliyyəti
Eldar Sabiroğlu 1975–1988-ci illər arasında "Sovet Ermənistanı" qezətində müxtəlif vəzifələrdə çalışmış,eyni zamanda Qəzetin Partiya Sovet quruculuğu şöbəsinin müdiri, Partiya Təşkilatının katibi vəzifələrində çalışmışdır.1991–1992-cü illərdə "Mədəniyyət"qəzetinin məsul katibi işləmişdir.1992-1993-cü illərdə "Maraqlı"qəzetinin redaktoru vəzifəsində işləmişdir.1993–1996-cı illər arası"Səs"qəzetinin siyasət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Eldar Sabiroğlu "Dövran"qəzetinin yaradıcısıdır.
Yeni Azərbaycan Partiyasının qurucularından biridir və Yeni Azərbaycan Partiyasının I qurultayında partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.Ölkə üzrə YAP-ın ilk özərk təşkilatını yaratmışdır.1993–2000-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub.
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 19-cu sırada olan Eldar Sabiroğlu I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Eldar Sabiroğlu Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi və Partiyanın Mərkəzi Seçki Qərargahının üzvü olmuşdur. 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biri və idarə heyətinin üzvü olmuşdur. 2003–2007-ci illərdə İrəvan İctimai Birliyinin sədr müavini vəzifəsində çalışmışdır. 2007–2013-cü illər arası Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Ailəsi
Evlidir.2 övladı var.Nəvələri:Paşa Əliyev,Vidad Əliyev,Adnan Əliyev,Sabir Səfərov.
Təltifləri
- Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" Diplomu ilə təltif olunub.
- 22.07.2007-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
- 2008-ci ildə keçirilən 52-ci "CISM World Military Boxing Championship" medalına layiq görürülüb.
- 07.03.2008-ci ildə Yeni Azərbaycan Partiyasının Fəxri Fərmanı ilə təltif olunub.
- 2008-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə ona "Ustalıq" dərəcəsi verilmişdir.
- 26.06.2008-"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı təltif olunub.
- 22.07.2009-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
- 25.06.2009-"Hərbi Xidmətdə Fərqlənməyə Görə"3-cü dərəcəli medalı ilə təltif olunub.
- 22.11.2010-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
- 22.06.2011-Eldar Sabiroğluna Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatı tədqim edilib.
- 25.11.2011-Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
- 24.06.2013-"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif olunub.
İstinadlar
- "I çağırış Azərbaycan Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (azərb.). 24.11.1995. 26.08.2020 tarixində (PDF). İstifadə tarixi: 26.08.2020.
- "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (azərb.). 07.03.1997. 26.08.2020 tarixində . İstifadə tarixi: 26.08.2020.