Eldar İsgəndərzadə
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan, şair-dramaturq, ssenari müəllifi,kino redaktoru, "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatçısı.
Eldar İskəndərzadə | |
---|---|
Eldar Xeyrulla oğlu İskəndərzadə | |
Doğum tarixi | |
Doğum yeri | Rvarud, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | İskəndərov Xeyrulla Mirmənsim oğlu |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
İxtisası | jurnalist |
Fəaliyyəti | kino yaradıcılığı |
Əsərlərinin dili | azərbaycan dili |
İlk əsəri | "O gözlərin sirri" adlı şerlər kitabı |
Mükafatları | Şəhid şair "Nizami Aydın" adına ədəbi mükafatı,"Qızıl qələm" mükafatı, H.B. Zərdabi mükafatı, SOCAR -ın Fəxri fərmanı, Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski filminə görə "General Əliağa Şıxlinski" yubiley medalı |
Həyatı
Eldar İskəndərzadə 1964-cü ilin oktyabr ayının 5-də Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə və İnistitutun nəzdində fəaliyyət göstərən İctimai Peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. 1987-ci ildən şerləri ilə Respublika mətbuatında çıxış edir. İlk şeirləri Azərbaycan jurnlistikasının görkəmli nümayəndəsi, Əməkdar jurnalist Nəsir İmanquliyevin xeyir-duası ilə Bakı qəzeti ndə çap olunub. "O gözlərin sirri" adlı şerlər kitabı 1995-ci ildə "Gənclik" nəşriyyatında və "Mənəm, sənsən bir də o" adlı şerlər kitabı 2011-ci ildə "Konstant empere" nəşryyatında işıq üzü görüb. ATV və CBC telekanallarında Sənədli Filmlər Studiyasının yaradıcısı və bu kanallarda, eləcə də, "İdman Azərbaycan" telekanalında çəkilən ilk sənədli filmlərin ssenari müəllifidir.
1996-cı ildə "Qalxın, məhkəmə gəlir" adlı iki hissəli pyesi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında tamaşaya qoyulub. Şair-dramaturq və ssenaristdir.
Şəhid şair "Nizami Aydın" adına ədəbi mükafatın laureatıdır. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin Qərarı ilə 2011-ci ilin noyabr ayında "Qızıl qələm" mükafatı, 2012-ci il oktyabr ayının 4-də sənədli kino sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "H.B. Zərdabi" diplomunu alıb.
"CBCfilm"-in istehsalı olan və onun ssenarisi əsasında çəkilən Günəşin batdığı yer adlı bədii-sənədli televiziya filmi Almaniyada keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində nümayiş etdirilmişdir. Film Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm rol oynamışdır. Avropa və Respublika mətbuatı, eləcə də, ölkə televiziyaları bu barədə geniş məlumat vermişlər.
Digər ssenarisi əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan "LİDERLƏR LİDER HAQQINDA" adlı sənədli televiziya filmi Almaniyada Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş dövlət tədbirində nümayiş etdirilib. Film tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Avropa və Respublika mətbuatı, eləcə də, Ölkə televiziyaları bu barətə geniş məlumat vermişlər.
Ssenari müəllfi olduğu "MİLLİ QÜRUR MEYDANI" - adlı sənədli televiziya filmi yüksək peşəkarlıqla hazırlandığına görə bir nüsxəsi Azərbaycan Respublikası Prezident Kitabxanasına daxil edilmişdir.
"CBCfilm"-in istehsalı olan və onun ssenariləriylə çəkilən "QARANLIQ DÜNYANIN NURU" və "FRANSIZ QADININ GÜNDƏLİYİ" filmləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında 5 mükafatdan 2-ni qazanmışdır. Qeyd edilmləidir ki, festivala təqdim olunmuş 2 filmin 2-si də mükafat qazanmışdır.
"CBCfilm"-in istehsalı olan "Ürəyiniz istəyən kimi yaşayın..." sənədli televiziya filmi Hollandiyanın Amsderdam şəhərində keçirilən Beynəlxalq Festivalda mükafata və festivalın laureatı fəxri adına layiq görülüb.
Digər bir ssenarisi əsasında çəkilən "Şəhər içində şəhər" adlı sənədli televiziya filmi 2013-cü ilin noyabr ayının 20-dən 24-nə kimi keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iki mükafat qazanmışdır. Belə ki, film "TV filmlər" nominasiyasında 2-ci yeri tutaraq gümüş və "Milli kino" nominasiyasında yeganə olan qızıl mükafatı qazanmışdır. Film Azərbaycandan qızıl mükafat qazanan yeganə filmdir.http://qaynar.info/xeber-hr-icind-hr-mukafat-ald-t21374.html
"CBCfilm"-in istehsalı olan və onun ssenariləriylə çəkilən "ŞƏXSİYYƏTİN BÖYÜKLÜYÜ... ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV" və "İVANOVKA" adlı filmləri Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi olaraq keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında xüsusi fərqlənməyə görə mükafat qazanmışdır.
Ssenariləriylə iki bədii, 110-dan çox sənədli televiziya filmi çəkilib. 2014-cü ildə onun rəhbərliyi və ssenarisi əsasında Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, ömürlüyü əslində ölkəmizin, xalqımızın yaşadığı müəyyən tarixi dövrün salnaməsi, eləcə də, Azərbaycan neft epopeyası haqqında ən maraqlı hekayət olan, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunan Fədakar (film, 2015) adlı 2 hissəli bədii-sənədli film çəkilib. Filmin ssenarisinin hazırlanması əvvəlcə 5 ayrı-ayrı Azərbaycan yazıçı-ssenriçilərinə və sonra bir Rusiya peşəkar ssenaristinə tapşırılsa da sonda gözlənilən nəticə əldə edilmir. İş Eldar İsgəndərzadəyə tapşırılır və onun qələmə aldığı ssenaridə qarşıya qoyulan məqsəd və istək tam olaraq əks edildiyindən bəyənilir. Bundan sonra etimad göstərilərək filmin bütün istehsalat prosesi də ona tapşırılmışdır. Bu işin məsuliyyətini yaxşı bilən peşəkar ssenarist filmin istehsalı məqsədi ilə ən ideal yaradıcı qrup yaratmış, rejissor-operator və texniki heyətdən olan peşəkarları işə cəlb etmiş və böyük zəhmət hesabına Azərbaycan kinematoqrafında seçilən bir ekran əsərinin yaranmasına nail olmuşdur. Filmin çox uğurlu alınmasına görə o, SOCAR-ın Fəxri Fərmanına layiq görülüb. Daha sonra Fədakar (film, 2015) 2 hissəli bədii-sənədli filmi 2016-cı il üçün Elm,texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim olunub. http://azertag.az/xeber/Elm_texnika_memarliq_medeniyyet_ve_edebiyyat_uzre_Dovlet_Mukafatlari_Komissiyasinin_melumati-946496 http://azertag.az/xeber/Akademik_Xosbext_Yusifzadenin_Omrun_illeri_ve_izleri_kitabindaki_heyat_ocherkleri_esasinda_bedii_senedli_film_chekilib-796339
http://www.anl.az/down/meqale/azerbaycan/2014/sentyabr/391971.htm
http://www.anl.az/down/meqale/medeniyyet/2014/oktyabr/393803.htm
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=61625[ölü keçid]
http://palitranews.az/news.php?id=27345 2015-04-21 at the Wayback Machine
http://qaynar.info/news-yeni-bdii-sndli-film-t39708.html#.VHgjZTGsV8E
2015-ci ildə Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski http://www.azerbaijan.az/portal/newsaz.html?action=GetFullNews&ldid=2005-07-26<id=21:41:33&ndid=2011-02-21&nid=3[ölü keçid] filminə görə Respublika Veteranlar Təşkilatının qərarı ilə "General Əliağa Şıxlinski" yubiley medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada ona da mənzil hədiyyə edilib. (siyahıda 130-cu) http://kivdf.gov.az/news/385/.../[ölü keçid]http://www.president.az/articles/24921
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini vəzifəsində çalışır.
Evlidir, 3 övladı var.
Əsərləri
- O gözlərin sirri. Bakı: Gənclik, 1995.
- Qalxın, məhkəmə gəlir (II hissəli pyes) (N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1996-cı ildə tamaşaya qoyulub).
- Poeziya günü. AYB-nin ədəbi almanaxı. Bakı:
- Qan borcu. 20 yanvar faciəsi haqqında şerlər toplusu. Bakı:
- XX və XXI əsrin yaradıcı və ziyalı insanları. Ensiklopedik toplu. Bakı:
- Xəbərin rəngi. Görkəmli jurnalist Nəsir İmanquliyev haqqında xatirə və ona həsr olunan şeir; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı: 2010.
- Lerik ünvanlı duyğular. Leriki vəsf edən şeirlər. Bakı: 2011.
- Lerikin söz ətri. Ədəbi almanax. Bakı: 2011.
- Mənəm, sənsən, bir də o... Bakı: Konstant empere, 2011.
Filmoqrafiya
- Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018) AR QHT Şurası;
- AİDA İMANQULİYEVA (film, 2018) İTV Carçı-film YB;
- Abşeron incisi (film, 2012) ATV İnternational
- Alman yadigarları... (film, 2012) CBCfilm
- Ana duasından başlanan yol (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Ana qaz (film, 2005) "Azərbaycantelefilm" YB, AzTV;
- Aşıq Pənah (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Atəşgah (film, 2013) CBCfilm
- Atəşgah (film, 2017) İTV Carçı-film YB
- Aysel (film, 1998) "Azərbaycantelefilm" YB, AzTV;
- Azərbaycan neftçisinin rəmzi... akademik Xoşbəxt Yusifzadə (film, 2020)
- Azərbaycan çayı (film, 2003) "Azərbaycantelefilm" YB, AzTV;
- Azərbaycan üzümü (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Azərbaycan-ABŞ 21 il(film, 2013) CBCfilm
- Azərbaycanda rus icmaları (film, 2006) "Azərbaycantelefilm" YB, AzTV;
- Azerspace (film, 2013) CBCfilm
- Bakı Bulvarı (film, 2013) CBCfilm
- Balaban (film, 2011) ATV İnternational
- Basqal (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Bayraq qədər uca... İlham Əliyev(film, 2011) ATV İnternational
- Bədr olmamış hilal... M.Müşviq (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Beşikdaş (film, 2000) "Azərbaycantelefilm" YB, AzTV;
- Bəstəkar Şəfiqə Axundova (film, 2012) ATV İnternational
- Bəstəkar Səid Rüstəmov (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Bəxtimə düşən sənət... Nazim Ağayev (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Beynəlxalq səfir... Akademik Əhəd Canəhmədov (film, 2016) https://www.youtube.com/watch?v=_YGph4bCekU
- Bir bayraq altında (film, 2012) CBCfilm
- Bir rəqibəm bu dünyada... Oleq Krapivin (film, 2010) "İdman Azərbaycan" TV kanalı;
- Biz də təbiətin bir parçasıyıq... (film, 2009)
- Böyük ömrün anları... Akademik Vasim Məmmədəliyev (film, 2013) CBCfilm
- Bunu öz gözlərinlə görməlisən... Xocalı (film, 2013)CBCfilm
- Cumhuriyyəti Şərqə gətirənlər... (2 hissəli film, I film; 2018) İTV Carçı-film YB
- Cumhuriyyəti Şərqə gətirənlər... (2 hissəli film, II film; 2018) İTV Carçı-film YB
- Çayın nağılı (film, 2012) ATV İnternational
- Çayrud (film, 2005) "Azərbaycantelefilm" YB, AzTV;
- Çəltik nəğməsi (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Çildağ (film, 2011) ATV İnternational
- Daim xalqla... Heydər Əliyev (film, 2019) İTV Carçı-film YB
- Daş yaddaşı... Lerik abidələri (film, 2006) "Azərbaycantelefilm" YB, AzTV;
- Daşları dindirən alim (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (film, 2012) ATV İnternational
- Dədə Qorqud axtarışında (film, 2000) "Azərbaycantelefilm" YB, AzTV;
- Didərgin atlar (film, 2012) ATV İnternational
- Diribaba (film, 2012) ATV İnternational
- Dostluq forumu 21-ci il (film, 2013) CBCfilm
- Dünya vətəndaşı... Xudu Məmmədov (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Dünyanın şah damarı-ŞAHDƏNİZ (film, 2018) İTV Carçı-film YB;
- Dünyanı titrədən partlayış- ÇERNOPOL (film, 2013) CBCfilm
- Ədibin evi... Mir Cəlal (film, 2017) İTV Carçı-film YB
- Ehtiram ünvanı... Akademik Mir-Məmməd Cavadzadə (film, 2017) İTV Carçı-film YB
- El adamı. Əyyub İsgəndərov (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;
- El yolunda... Aşıq Şakir (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Əbədilər içində əbədi... Xalq rəssamı Ömər Eldarov (film, 2017) İTV Carçı-film YB
- Əli Vəliyev (film, 2011) "Azərbaycantelefilm" YB, AzTV;
- Əllərin sehri (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Ərənlərin oyunu... Çövkən (film, 2010) "İdman Azərbaycan" TV kanalı;
- Əsrin müqaviləsi... 20 il sonra (film, 2014) CBCfilm
- Fədakar (2 hissəli bədii-sənədli film, Ihissə; 2015) "SOCAR-MEDİA" İctimai Birliyi; https://www.youtube.com/watch?v=ZMLzAJii8eI
- Fədakar (2 hissəli bədii-sənədli film, IIhissə; 2015) "SOCAR-MEDİA" İctimai Birliyi; https://www.youtube.com/watch?v=ZMLzAJii8eI
- Fransız qadının gündəliyi (film, 2011) ATV İnternational
- Gələcəyin sorağında(film, 2010)
- Güllələnmiş qərənfillər... 20 yanvar. (film, 2012) ATV İnternational
- Günəşə doğru... şair Kələntər Kələntərli (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;
- Günəşin batdığı yer. Xocalı (film, 2012) "ATV İnternational"
- Hakim mərkəzi göstərir... Tofiq Bəhramov (film, 2009) ("İdman Azərbaycan" kanalının ilk sənədli filmi)
- Halay (film, 2011) Azad Azərbaycan Televiziyasının ilk səndli televiziya filmi. ATV İnternational
- Hər şey məhəbbətdən başlanır... Rza Diqqəti (film, 2013) CBCfilm
- Horadiz əməliyyatı (film, 2019) "Carçı-filmfilm" YB, İTV;
- İdmanda tapılan xoşbəxtlik (film, 2009) "İdman Azərbaycan" TV kanalı;
- İki xalqın oğlu... Maqsud Şeyxzadə (film, 2004) "Azərbaycantelefilm" YB, AzTV;
- İlk neft quyusu (film, 2017) İTV Carçı-film YB
- İmamverdi Əbilov (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- İslam həmrəyliyi. Dünyaya mesaj - (film, 2018) İTV Carçı-film YB
- İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- İvanovka (film, 2012) CBCfilm
- İvanovkada bir gün (film, 2013) CBCfilm
- Kəramət sahibi. Mir Mövsum Ağa - (film, 2017) İTV Carçı-film YB
- Körpə-ocağı-ana qucağı... K.Fərəcova adına ET Pediatriya İnstitutu 90 - (film, 2017) İTV Carçı-film YB
- Laylalar (film, 2006) "Azərbaycantelefilm" YB, AzTV;
- Ləzgi həngi əfsanəsi (film, 2010)
- Liderlər Lider haqqında. Heydər Əliyev (film, 2012) CBCfilm
- Limon (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Martın son günü 1918 ... (film, 2012) I hissə ATV İnternational
- Martın son günü 1918 ... (film, 2012) II hissə ATV international
- Mən nigaran deyiləm... Aprel şəhidi Sənan Axundov (film, 2018) İTV Carçı-film YB
- Mən Hüseyn Arifəm... (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Mən səni araram... Fikrət Əmirov (film, 2006) "Azərbaycantelefilm" YB, AzTV;
- Meşə sakini... (film, 2012) ATV İnternational
- Milli İftixar meydanı (film, 2013) CBCfilm
- Milli ruhun bahadırları... Zorxana (film, 2010) "İdman Azərbaycan" TV kanalı;
- Milli teatr (film, 2015) CBCfilm
- Min bir rəngin çaları (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Mingəçevir. Birinci film (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Mingəçevir. İkinci film (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Miras: Kitabi Dədə Qorqud. (film, 2019) İTV
- Muğam (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Muğanın Sarvanı (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Müqəddəs Məkan (film, 2008) AzTV;
- Müsafir (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Naftalan (film, 2003) "Azərbaycantelefilm" YB, AzTV;
- Naftalan möcüzəsi (film, 2012) ATV İnternational
- Nəyim varsa sazımdadır (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Növbəti stansiya... (film, 2011) ATV İnternational
- Novruz mücdəsi... (film, 2012) ATV İnternational
- Ömrün anları... Heydər Əliyev (film, 2012) CBCfilm
- Ömür Yolu. Abdulla Babayev (film) "Azərbaycantelefilm" YB, AzTV;
- On ilin salnaməsi - SOCAR (film, 2013) CBCfilm
- Onu xatırlarkən... H.Ə.Əliyev (film, 2013) CBCfilm
- Ovqat çiçəyi... Çay (film, 2016) İTV Carçı-film YB
- Özü də işıq, sözü də...Qoşqar Əhmədov (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;
- Paralimpiya-Həyata dönüş (film, 2017) İTV Carçı-film YB
- Prezident. İlham Əliyev (film, 2007) AzTV;
- Qala altında şəhər (film, 2012) ATV İnternational
- Qarabağnamə (3 film,5 hissə, 2016-2017) (bədii serial) I film, I hissə. İTV Carçı-film YB . https://www.youtube.com/watch?v=e0eMx74E23I“Qarabağnamə”
- Qarabağnamə (3 film,5 hissə, 2016-2017) (bədii serial) I film, II hissə. İTV Carçı-film YB . https://www.youtube.com/watch?v=F9ionpaYw8Q“Qarabağnamə”
- Qarabağnamə (3 film,5 hissə, 2016-2017) (bədii serial) II film, I hissə. İTV Carçı-film YB. https://www.youtube.com/watch?v=N-BaHRf3nx8“Qarabağnamə”
- Qarabağnamə (3 film,5 hissə, 2016-2017) (bədii serial) II film, II hissə. İTV Carçı-film YB. https://www.youtube.com/watch?v=O5VAO3ryuwQ“Qarabağnamə”
- Qarabağnamə (3 film,5 hissə, 2016-2017) (bədii serial) III film, İTV Carçı-film YB. https://www.youtube.com/watch?v=1laAj4FlkDg“Qarabağnamə”
- Qaranlıq dünyanın nuru (film, 2012) ATV İnternational
- Qədimlərdən gələn səda (film, 2011) ATV İnternational
- Quba etüdləri (film, 2013) CBCfilm
- Quba nağılı, Çiçi naxışı (film, 2013) CBCfilm
- Qumlu cizgilər... - (film, 2017) İTV Carçı-film YB
- Rəqs mənim ömrümdür Böyükağa Məmmədov (film, 2011) "Azərbaycantelefilm" YB, AzTV;
- Rəşid bəy Əfəndiyev (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Sabaha inamla. III film İlham Əliyev (film, 2002) AzTV;
- Şahmat nağılı (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Şamaxı etüdləri (film, 2014) CBCfilm
- Şəhər içində şəhər... (film, 2012) ATV İnternational
- Şəhərlər gözəli... BAKI (film, 2017) İTV Carçı-film YB
- Şəki. Olduğu kimi (film, 2011) ATV İnternational
- Sənət məbədi... Xoreoqrafiya məktəbi (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski (film, 2011) "Azərbaycantelefilm" YB, AzTV;
- Səsin Məcnunu (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Şəxsiyyətin qüdrəti... H.Ə.Əliyev (film, 2013) CBCfilm
- Şirvanşahlar sarayı... - (film, 2017) İTV Carçı-film YB
- Sonrakı peşimançılıq (film, 2002)
- Söz körpüsü... Akademik Həmid Araslı (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Su talehi, Samux... (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Tarixin şahidləri... Lənkəran abidələri (film, 2016) İTV Carçı-film YB
- Tarixin soyqırım kabusu... (film, 2018) İTV Carçı-film YB
- Təklik (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Tofiq Bakıxanov (film, 2000) "Azərbaycantelefilm" YB, AzTV;
- Torpaq, hava, od... (film, 2013) CBCfilm
- Ulduzların sirri (film, 2014) CBCfilm
- Ümid çıraqları (film, 1998) "Azərbaycantelefilm" YB, AzTV;
- Ustad nəfəsi. Aşıq İsfəndiyar (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Vətənə verilən can... Mikayıl Vahabzadə (film, 2019)İTV Carçı-film YB
- Xilaskar. I film. Heydər Əliyev (film, 2003) AzTV;
- Yaşıl Teatr (film, 2008) AzTV;
- Yaxşı bax kitabıma... Aləmzər Əlizadə (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;
- Zirvəyə aparan yol... SOCAR (film, 2013) CBCfilm