Dərman xəşənbülü
Dərman xəşənbülü, Sarı yonca, Kiçik qovotu (lat. Melilotus officinalis (L.) Pall.) — xəşənbül cinsinə aid bitki növü.
Dərman xəşənbülü | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Melilotus officinalis | |||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||
| |||||||||||||||||
Elmi adı | |||||||||||||||||
Melilotus officinalis (L.) Lam. | |||||||||||||||||
Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir.
Sinonim
- Medicago officinalis (L.) E.H.L.Krause
- Melilotus arenarius Grecescu
- Melilotus arvensis Wallr.
- Melilotus melilotus-officinalis Asch. & Graebn.
- Melilotus neglectus Ten.
- Melilotus pallidus Ser.
- Melilotus petitpierreanus Willd.
- Trifolium melilotus officinalis L.
- Trifolium melilotus-officinalis L.
- Trifolium officinale L.
Botaniki təsviri
Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi
yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.
Mənşəyi və yayılması
Dərman xəşənbülü boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Orta və Atlantik Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Tibet, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Dərman xəşənbülü Azərbaycanın bütün botaniki-coğrafi rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir. Çəmənlərdə, meşə talalarında və kənarlarında, kolluqlarda, yol kənarlarında, arxların yanında və alaq kimi əkinlərdə bitir.
Ekoloji qrup və bitdiyi yerlər
Kseromezofitdir, meşə-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Əsasən çəmənlərdə, meşələrdə, kolluqlarda, yol kənarlarında və əkinlərdə qruplar, bəzən zolaqlar əmələ gətirir.
Kimyəvi tərkibi
Dərman xəşənbülünün tərkibində kumarin, fenolkarbon turşuları və piyli yağlar vardır.
Təsiri və tətbiqi
Dərman xəşənbülü farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Çin və xalq təbabətində, eləcə də homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən əsəb-sinir, bronxit, bronxial astma, ürək-damar, qara və ağciyər, sidik və öd kisəsi daşları, qadın xəstəlikləri və digər hallarda istifadə olunur. Antivirus, antibakterial, antioksidant, sidikqovucu, bəlğəmgətirici, yumşaldıcı, büzüşdürücü, işlədici, hipotenziv, şişlərə və iltihab proseslərinə qarşı təsirə malikdir.
Əks təsirləri
Hamiləlik dövründə və böyrək xəstəlikləri zamanı istifadə etmək olmaz. Zəhərlidir, uzun müddət istifadə etdikdə və dozası
artıq olduqda yuxu gətirir, baş ağrısı, ürəkbulanma və damaqlarda qanaxma verir. Bitki qarışıqlarında isifadəsi məsləhətdir.
İstifadə olunan hissələri
Müalıcə məqsədi ilə bitkinin yerüstü hissələri, yarpaqları və toxumları istifadə edilir.
İstifadə formaları
Dəmləmə, cövhər, mazlar, plastırlar, kompreslər, vannalar və təpitmələr.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
Yeməlidir, Qafqazda köklər çiy və bişmiş halda tərəvəz, yarpaqlar isə - ədviyyə kimi qidalara əlavə olunur. Aromatizator kimi ət-süd, balıq və tütün sənayesində, eləcə də alkoqolsuz içkilərin hazırlanmasında istifadə olunur. Bal və çiçək tozu verən, boyaq və yem bitkisidir. Güvəyə qarşı istifadə oluna bilər.
Yarpaq
Aşağı yarpaqların yarpaqcıqları əksinəyumurtaşəkillidir, dişlidir, yuxarı yarpaqcıqlar neştərvari olub, uzunluğu 1-4 sm-dir.
Çiçək
Salxımları uzundur, üzərində 30-100 (112) ədəd çiçəkdən ibarət olub, çoxçiçəklidir. Çiçəklərinin uzunluğu 4-8 mm-dir, sarı rənglidir, uzunluğu 1-2,5 mm olan saplaq üzərindədir.
Meyvə
Paxlaların uzunluğu 3-4 mm, eni 2 mm-ə qədərdir, yumurtaşəkillidir, çılpaqdır, köndələn-qırışlıdır, toxumlarının sayı 1-2 ədəddir, yetişmiş paxlaları tünd-boz rəndə olur. Toxumları yumurtavaridir, uzunluğu 1,4-2,2 mm, eni 1,2-1,8 mm olub, sarımtıl-yaşıl naxışlıdır.
Çiçəkləməsi
May-İyun
Meyvə verməsi
İyun-Sentyabr
Azərbaycanda yayılması
Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər, demək olar ki, subalp qurşağına qədər.
Yaşayış mühiti
Çəmənliklərdə, meşənin kənarında, talalarda, kolluqlarda, yolların kənarında, arx və kanalların kənarında, bəzən, kənd təsərrüfatı bitkiləri arasında alaq kimi rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
Otlaq, silos əhəmiyyətli bitkidir. Birinci dərəcəli balverən hesab olunur. Melilotus officinalis (L.) Pall.
Hündürlüyü (18) 30-50 (70) sm, gövdəsi düz,bəzən əsasında əyilib qalxan, tünd-göy və ya bənövşəyi rəngli birillik, nadir halda ikiillik və çoxillik çılpaq ot bitkisidir.
Yarpaq
Yarpaqları adətən çılpaq və kütdür,üst tərəfdən yastı dəyirmi tüksüz qabarcıqları vardır, kökətrafı yarpaqları uzunsov-belvaridir,yastı saplağa tədricən daralandır, sonrakılar uzunsov, küt, qaidəsinə doğru daralandır, gövdə həcmini artırandır, qaidə hissəsi ürəkşəkillidir və qulaqcıqlıdır, yuxarı yarpaqlar yumurtaşəkillidir.
Çiçək
Qıvrımları sıxdır, barvermə dövründə yumşalandır. Çiçək saplağı aralı tüklüdür. Tacın uzunluğu 10-14 mm-dir, açıq-sarı rəngdədir.
Meyvə
Fındıqlar 3-4 mm uzunluğundadır,yumurtaşəkilli, sivritəhər və ləkəlidir.
Çiçəkləməsi
İyun
Meyvə verməsi
Avqust
Azərbaycanda yayılması
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz.,KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ.Ovalıqdan (nadir halda) yuxarı dağ qurşağına qədər.
Yaşayış mühiti
Meşə və kolluqlarda,talalarda, bağlarda, çəmənlərdə, əkin sahələrində alaq kimi rast gəlinir.
İstinadlar
İstinadlar
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- Dərman xəşənbülü:''The Plant List saytında takson barədə məlumat. (ing.)
- ↑ Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011
- Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
- https://ndu.edu.az/wp-content/uploads/Elmi%20Eserler/80%20tebiet%202016.pdf
- Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016