Ceyhun Nüsrətli
Ceyhun Nüsrətli (azərb. Ceyhun Aqil oğlu Nüsrətli; d. 8 aprel 1995, Beyləqan — ö. 29 sentyabr 2020, Ağdərə) — Vətən müharibəsi şəhidi.
Ceyhun Nüsrətli | |
---|---|
Ceyhun Aqil oğlu Nüsrətli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Ağdərə |
Vəfat səbəbi | şəhid olub |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Hərbi fəaliyyəti | |
Rütbə | |
Təltifləri |
Həyatı
Nüsrətli Ceyhun Aqil oğlu 8 aprel 1995-ci ildə Beyləqanda doğulub. Ceyhunun ailəsi Füzuli rayonunun Dilağarda kəndindəndir. Füzuli işğal olunandan sonra ailə bir müddət Beyləqandakı Xocavənd qəsəbəsində məskunlaşır. 2001-ci ildə Füzuli rayon 55 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunub. 2016-cı ildə həmin ali məktəbi bitirib.
Döyüş yolu
Ceyhun 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Tərxis olmağına 1 gün qalmış Vətən Müharibəsi başlayır. Ağdərə istiqamətində gedən döyüşlərə qatılır. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər aldığı mərmi zərbələri nəticəsində şəhid olur.
Xatirəsi
Uşaq yaşlarından vətənpərvərliyi ilə seçilirdi. Güləş və şahmatla məşğul olurdu. Hobbisi balıq tutmaq idi.
Tələbə yoldaşı Babək Nəzərli şəhid haqqında bunları deyir:
Hədsiz dərəcədə vətənpərvər idi. Yaxşı səsi vardı, dəfələrlə qrup yoldaşlarını ətrafına toplayıb, vətənə aid mahnılar oxuyardı. Konfranslarda, TGT tədbirlərində aktiv iştirak edirdi. 2 fevral "Gənclər Günü" münasibətilə Gülüstan sarayında keçirililən tədbirdə də çox aktiv idi. Özü çox zəhmətkeş idi. Eyni zamanda həm oxuyub, həm də işləyirdi. |
Təltif və mükafatları
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
İstinadlar
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (Azərbaycan dili). president.az. 16 dekabr 2020 tarixində .
- https://president.az/articles/49098