Romb sinqoniyasında kristallaşır. Qısa prizmatik və ya sütunvarı kristallar əmələ gətirir. Adətən, dənəvər aqreqatlar yaradır. Təkərvarı, yaxud xaçşəkilli ikiləşmələr səciyyəvidir. Rəngi poladı-bozdan dəmiri-qarayadək dəyişir. Metal parıltılıdır. Sərtliyi 2,5–3, sıxlığı təqr. 5840 kq/m3. Kövrəkdir. Dielektrikdir. Hidrotermal yataqlarda qalenit, pirit, xalkopirit, sfalerit, falers filizləri, bulanjerit və külçə qızılla assosiasiyada olur. Yüksək konsentrasiyalarda qurğuşun, mis, sürmə filizidir; digər filiz mineralları ilə birlikdə çıxarılır. Rusiya Federasiyasında, Ukraynada, Çexiyada, Almaniyada, həmçinin ABŞ-da, Avstraliyada və Cənubi Amerikanın bir sıra ölkəsində yataqları var.