Bağayarpağı
Bağayarpağı (lat. Plantago) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.
Bağayarpağı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Plantago | |||||||||||||||
| |||||||||||||||
Elmi təsnifat | |||||||||||||||
| |||||||||||||||
Elmi adı | |||||||||||||||
Plantago L. | |||||||||||||||
Sinonimlər | |||||||||||||||
Psyllium Mill. | |||||||||||||||
Yarımcinsləri | |||||||||||||||
Plantago Coronopus | |||||||||||||||
Bütün Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. Azərbaycanda 14 növü yayılmışdır, bunlardan təbiətdə ən çox böyük bağayarpağından istifadə olunur. Bağayarpağı adi alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.
Təbabət
İltihab əleyhinə və antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə və mədə sekresiyasını artırmaq xüsusiyyəti vardır. Kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur. Elmi təbabətdə öskürəyə qarşı istifadə olunan preparatların tərkibinə daxil edilmişdir. Tərkibində aukubin adlanan qlikozid, polisaaxaridlər, flavonoidlər, aşı madddələri, alkaloidlərin izi, fitonsidlər, acı maddələri, karotin, askarbin turşusu və s. vardır. Bağayarpağı bitkisi hər bir yerdə bitir. Ot yığanlar ondan çox istifadə edirlər. Ln vitro növlü bağayarpağı sitotoksin keyfiyyətinə malikdir. Bağayarpağın tərkibində lyuteolin var, onun tərkibində fitokimyəvi maddə olduğuna görə yaxşı xərçəng əleyhinə təsiri var. Bağayarpağı sellülozla zəngindir, ona görə də qəbizlikdə faydası var. Bağayarpağı cövhərini heyvanlar üzərində yoxladılar və müəyyən oldu ki, o, sidik kisəsi, yumurtalıq, sümük, ağ ciyərin, mədə və limfo xərçənginin müalicəsində kömək edir.
İstinadlar
1.Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим. 2. nkpi.az saytı 2020-03-10
Növləri
- Plantago afra
- Plantago africana
- Plantago aitchisonii
- Plantago alpina
- Plantago amplexicaulis
- Plantago arborescens
- Plantago arenaria
- Plantago argentea
- Plantago aristata
- Plantago asiatica
- Plantago aucklandica
- Plantago bigelovii
- Plantago canescens
- Plantago coreana
- Plantago cordata
- Plantago coronopus
- Plantago cornuti
- Plantago cretica
- Plantago cynops
- Plantago elongata
- Plantago erecta
- Plantago eriopoda
- Plantago erosa
- Plantago fernandezia
- Plantago fischeri
- Plantago gentianoides
- Plantago glabrifolia
- Plantago grayana
- Plantago hawaiiensis
- Plantago hedleyi
- Plantago heterophylla
- Plantago hillebrandii
- Plantago himalaica
- Plantago incisa
- Plantago krajinai
- Plantago lanceolata
- Plantago lanigera
- Plantago longissima
- Plantago macrocarpa
- Plantago major
- Plantago maritima
- Plantago maxima
- Plantago media
- Plantago melanochrous
- Plantago moorei
- Plantago musicola
- Plantago nivalis
- Plantago nubicola
- Plantago obconica
- Plantago ovata
- Plantago pachyphylla
- Plantago palmata
- Plantago patagonica
- Plantago polysperma
- Plantago princeps
- Plantago purshii
- Plantago pusilla
- Plantago psyllium
- Plantago raoulii
- Plantago rapensis
- Plantago remota
- Plantago reniformis
- Plantago robusta
- Plantago rugelii
- Plantago rupicola
- Plantago schneideri
- Plantago sempervirens
- Plantago sparsiflora
- Plantago spathulata
- Plantago subnuda
- Plantago tanalensis
- Plantago taqueti
- Plantago tenuiflora
- Plantago triandra
- Plantago triantha
- Plantago tweedyi
İstinadlar
- Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri. Bakı,1988. səh.68-69.
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |