Barbara Bax
Barbara Bax (ing. Barbara Bach, doğulduğu zaman Qoldbax (ing. Goldbach); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır.
Barbara Bax | |
---|---|
ing. Barbara Bach | |
Doğum adı | Barbara Goldbach |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Nyu York |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşları | Avqusto Qreqorini (1968–1978) Rinqo Star (1981-) |
Fəaliyyəti | aktrisa, model |
Fəaliyyət illəri | 1968-1986 |
IMDb | ID 0000819 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub.
Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub.
Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib.
18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib. 1968-ci ildə Barbaranın qızı Françeska, 1972-ci ildə isə oğlu Canni dünyaya gəlib. İtaliyaya köçdükdən sonra televiziyada işləyib və filmlərdə çəkilib.
1975-ci ildə ərindən ayrılaraq, iki uşağı ilə birlikdə geri - Amerikaya qayıtmış, lakin bununla belə televiziya karyerasını davam etdirmişdir. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi Anya Amasova rolunu oynamışdır.
27 aprel 1981-ci ildə "The Beatles" qrupunun barabançısı Rinqo Starla evlənib.
Barbara Bax və həyat yoldaşı Rinqo Star vegetariandırlar.
Filmoqrafiya
İl | Film | Rol |
---|---|---|
1968 | L'Odissea | Nausicaa |
1971 | Mio padre Monsignore | Chiara |
La Tarantola dal ventre nero | Jenny | |
La Corta notte delle bambole di vetro | Mira Svoboda | |
Un peu de soleil dans l'eau froide | Héloïse/Elvire | |
1972 | I Predatori si muovono all'alba | Helen |
1973 | Paolo il caldo | Anna |
Il maschio ruspante | Rema | |
L' Ultima chance | Emily | |
1974 | Il Cittadino si ribella | Barbara |
1975 | Il Lupo dei mari | Maud Brewster |
1977 | Ecco noi per esempio | Ludovica |
Məni sevən casus | Anya Amasova | |
1978 | Force 10 from Navarone | Maritza Petrovich |
1979 | Bədheybətlər adası | Amanda Marvin |
L' Umanoide | Lady Agatha | |
Jaguar Lives | Anna Thompson | |
Il Fiume del grande caimano | Alice Brandt | |
1980 | Up the Academy | Bliss |
1981 | Caveman | Lana |
The Unseen | Jennifer Fast | |
1982 | The Cooler | |
1983 | Princess Daisy | Vanessa Valerian |
1984 | Give My Regards to Broad Street | Journalist |
1986 | To the North of Katmandu |
İstinadlar
- Carlos N. (June 17, 2003). "Biography of Barbara Bach". barbara-bach.com. İstifadə tarixi: 2006-11-24.
Biography has been written from information compiled by press interviews, books, newspaper articles and biographies.
(#apostrophe_markup) - "We're vegetarians and we grow a lot of fruit and veg ourselves".
Xarici keçidlər
- Barbara Bax — Internet Movie Database saytında.