Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Bakı Türk şəhidliyi Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması 1918 15 sentyabr uğrunda həlak olmuş Qafqaz is

Bakı Türk Şəhidliyi

Bakı Türk Şəhidliyi
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Bakı Türk şəhidliyi — Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması (1918, 15 sentyabr) uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakının Şəhidlər Xiyabanında ucaldılmış abidə.

image
Bakı Türk şəhidliyi

Tarixi

Bakının daşnak və eser-menşeviklərin idarə etdiyi "Sentrokaspi diktaturası" ndan azad edilməsi zamanı həlak olmuş Azərbaycan və Türkiyə əsgərlərinin şərəfinə ucaldılacaq abidə kompleksinin layihəsi hələ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmışdı. Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının ildönümü münasibətilə 1919-cu il sentyabrın 15-də Azərbaycan Parlamentinin xüsusi iclası keçirilmiş, millət vəkilləri hökumət üzvləri ilə birlikdə Çənbərəkənd qəbiristanlığına (indiki Şəhidlər Xiyabanının ərazisi) gedərək, xatirə abidəsinin özülünü qoymuşdular. Lakin Aprel işğalı (1920) nəticəsində abidənin tikintisi yarımçıq qaldı.

Məlumat

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbacanın və Türkiyənin dövlət rəhbərlərinin qarşılıqlı razılaşması əsasında xatirə abidəsinin Şəhidlər Xiyabanında ucaldılması qərara alındı. 1918-ci ilin sentyabrında Bakının azad olunması uğrunda döyüşlərdə həlak olmuş türk və Azərbaycan hərbçilərinin bir çoxu da həmin ərazidəki Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdilər. Tikintisinə 1999-cu il iyunun 24-də başlanmış, açılış mərasimi 2000-ci il aprelin 9-da olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl iştirak etmişlər.

Abidənin müəllifi memar Hüseyn Bütünerdir. Tikinti işləri Türkiyənin Azərbaycandakı hərbi attaşesi tuğgeneral (briqada generalı) Sadıq Ercanın rəhbərliyi ilə aparılmışdır. Şəhidlər Xiyabanındakı məscidin qarşısında 854 kvadrat metrlik ərazidə ucaldılmış abidənin görünüşündə oğuz-səlcuq memarlıq elementlərindən istifadə olunmuşdur. Düzbucaqlı kompleks üç tərəfdən ağac və bəzək kolları ilə əhatələnmişdir. Daxili tərəfdən düz xətt boyunca üzərinə qızlı ulduz bərkidilmiş 1130 mərmər lövhədə Azərbaycanda həlak olmuş türk və Azərbaycan döyüşçülərinin adı həkk edilmişdir. Abidənin önünə aparan yol andezit ilə, yolun kənarları isə gülbağ daşı ilə örtülmüşdür. Kompleksin yuxarı başında ağ mərmərdən 8,25×8,25 m ölçülü kvadrat plaformanın mərkəzində 7 metr hündürlüyündə abidənin qırmızı mərmərdən olan əsas hissəsi yerləşdirilmişdir. Səkkizguşə prizmanı xatırladan bu daşın eni aşağıda 2 metrdir. Daşın eni yuxarıya doğru daralır. Daşın dörd tərəfinə ay-ulduz, qarşı tərəfinə isə Azərbaycan və türk dillərində xatirə yazısı həkk olunmuşdur.

Həmçinin bax

  • Nuru Paşa
  • Qafqaz İslam Ordusu
  • Azərbaycan Xalq Cümhuriyyəti

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 238–239

Xarici keçidlər

  • imageVikianbarda əlaqəli media-fayllar
  • Heydər Əliyev Bakıdakı Türk Şəhidliyi haqda nələr demişdi …
  • Bakı Türk Şəhidliyi təmir olunacaq — Milli. Az
  • Bakıdakı Türk şəhidliyi abidəsinə əklil qoyulub — Sputnik.az
  • Bakının azad olunmasının 99-cu ildönümündə Türk …
  • Zəfər günü münasibətilə Bakıdakı Türk şəhidliyi abidəsi ziyarət olunub

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Baki Turk sehidliyi Azerbaycanin erazi butovluyu ve Bakinin azad olunmasi 1918 15 sentyabr ugrunda helak olmus Qafqaz Islam Ordusu doyusculerinin xatiresine Bakinin Sehidler Xiyabaninda ucaldilmis abide Baki Turk sehidliyiTarixiBakinin dasnak ve eser menseviklerin idare etdiyi Sentrokaspi diktaturasi ndan azad edilmesi zamani helak olmus Azerbaycan ve Turkiye esgerlerinin serefine ucaldilacaq abide kompleksinin layihesi hele 1918 ci ilde Azerbaycan Xalq Cumhuriyyeti dovrunde hazirlanmisdi Bakinin Qafqaz Islam Ordusu terefinden azad olunmasinin ildonumu munasibetile 1919 cu il sentyabrin 15 de Azerbaycan Parlamentinin xususi iclasi kecirilmis millet vekilleri hokumet uzvleri ile birlikde Cenberekend qebiristanligina indiki Sehidler Xiyabaninin erazisi gederek xatire abidesinin ozulunu qoymusdular Lakin Aprel isgali 1920 neticesinde abidenin tikintisi yarimciq qaldi MelumatAzerbaycanin dovlet musteqilliyi berpa olunduqdan sonra Azerbacanin ve Turkiyenin dovlet rehberlerinin qarsiliqli razilasmasi esasinda xatire abidesinin Sehidler Xiyabaninda ucaldilmasi qerara alindi 1918 ci ilin sentyabrinda Bakinin azad olunmasi ugrunda doyuslerde helak olmus turk ve Azerbaycan herbcilerinin bir coxu da hemin erazideki Cenberekend qebiristanliginda defn edilmisdiler Tikintisine 1999 cu il iyunun 24 de baslanmis acilis merasimi 2000 ci il aprelin 9 da olmusdur Acilis merasiminde Azerbaycan Respublikasinin Prezidenti Heyder Eliyev ve Turkiye Respublikasinin Prezidenti Suleyman Demirel istirak etmisler Abidenin muellifi memar Huseyn Butunerdir Tikinti isleri Turkiyenin Azerbaycandaki herbi attasesi tuggeneral briqada generali Sadiq Ercanin rehberliyi ile aparilmisdir Sehidler Xiyabanindaki mescidin qarsisinda 854 kvadrat metrlik erazide ucaldilmis abidenin gorunusunde oguz selcuq memarliq elementlerinden istifade olunmusdur Duzbucaqli kompleks uc terefden agac ve bezek kollari ile ehatelenmisdir Daxili terefden duz xett boyunca uzerine qizli ulduz berkidilmis 1130 mermer lovhede Azerbaycanda helak olmus turk ve Azerbaycan doyusculerinin adi hekk edilmisdir Abidenin onune aparan yol andezit ile yolun kenarlari ise gulbag dasi ile ortulmusdur Kompleksin yuxari basinda ag mermerden 8 25 8 25 m olculu kvadrat plaformanin merkezinde 7 metr hundurluyunde abidenin qirmizi mermerden olan esas hissesi yerlesdirilmisdir Sekkizguse prizmani xatirladan bu dasin eni asagida 2 metrdir Dasin eni yuxariya dogru daralir Dasin dord terefine ay ulduz qarsi terefine ise Azerbaycan ve turk dillerinde xatire yazisi hekk olunmusdur Hemcinin baxNuru Pasa Qafqaz Islam Ordusu Azerbaycan Xalq CumhuriyyetiIstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Lider nesriyyat Baki 2004 seh 238 239Xarici kecidlerVikianbarda elaqeli media fayllar Heyder Eliyev Bakidaki Turk Sehidliyi haqda neler demisdi Baki Turk Sehidliyi temir olunacaq Milli Az Bakidaki Turk sehidliyi abidesine eklil qoyulub Sputnik az Bakinin azad olunmasinin 99 cu ildonumunde Turk Zefer gunu munasibetile Bakidaki Turk sehidliyi abidesi ziyaret olunub

Nəşr tarixi: İyun 28, 2024, 17:32 pm
Ən çox oxunan
  • Aprel 09, 2025

    Yoshijiro Umezu

  • May 03, 2025

    Yorqo Aloqoskufis

  • Fevral 21, 2025

    Yorkşir Heykəl Parkı

  • Fevral 03, 2025

    Yonpxöndo adasının atəşə tutulması

  • Aprel 04, 2025

    Yonekiçi Miyake

Gündəlik
  • Sabunçu (qəsəbə)

  • Qulam Yəhya

  • Macarıstan

  • Terror təşkilatı kimi tanınmış qrupların siyahısı

  • Kürdüstan Fəhlə Partiyası

  • Pompeya Sulla

  • Alkoqolizm

  • Medeya (Seneka)

  • Anime

  • Avstriya-Macarıstan imperiyası

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı