fbpx
Wikipedia

Azıxantrop

Azıxantrop (türk. azıx, yun. άνθρωπος – Azıx adamı) — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır. Lakin son zamanlar aparılmış tədqiqatlardan sonra, bəzi alimlər neandertal tipli insanları müasir insanların əcdadı hesab etmirlər. Azıxantropun çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanılır.

?Azıxantrop
yox

Azıxantropun Azıx mağarasından tapılmış çənə sümüyü. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Elmi təsnifat
Aləmi:Heyvanlar
Yarımaləm:Eumetazoylar
Bölmə:İkitərəflisimmetriyalılar
Yarımbölmə:Sonağızlılar
Tip:Xordalılar
Yarımtip:Onurğalılar
İnfratip:Ağızçənəlilər
Sinifüstü:Dördayaqlılar
Sinif:Məməlilər
Yarımsinif:Vəhşi heyvanlar
İnfrasinif:Plasentalılar
Dəstə:Primatlar
Fəsilə:Hominidlər
Cins:İnsan
Növ: Azıxantrop
Elmi adı
yox

Şəkil
axtarışı
ITIS  
NCBI  

Tarixi

1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Azıxantropun qalıqlarının paleoantropoloji tədqiqatı zamanı D.V.Hacıyev onların 18–22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirmişdir. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlir; eyni zamanda Neandertal adamına da yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350–400 min il əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur. Azıxantrop sümüyünün tapıldığı Aşöl təbəqəsindən çoxlu daş alət və heyvan sümükləri də əldə edilmişdir. Bəzi tapıntılar əsasında Azıxantropun saymağı bildiyi və dini təsəvvürlərinin olduğu ehtimal edilir. Azıxantropun qalıqları Azərbaycanın qədim insanların formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor D.V.Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. M.M.Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislər Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar.

Klassifikasiya

Professor D.V.Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir. Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir.

Tədqiqatçılar müəyyən etmişlər ki, azıxantropun çənəsi fiziki quruluşuna görə arxantropa, sinantropa və Heydelberq adamına oxşayır, lakin bəzi inkişaf xüsusiyyətlərinə görə ilk neandertal insanlarla yaxınlıq təşkil edir. Bu səbəbə görə də azıxantrop tipli insan ibtidai adamların inkişaf tarixində arxantropdan paleoantropa keçid formasını təşkil edir.Lakin dişlərinin xırdalığına görə indiyə qədər elmə məlum olan arxantrop və paleoantroplardan tamamilə fərqlənir. Məhz bu fərqlərə görə D.V.Hacıyev tapıntını azıxantrop adlandırmışdır.

Tarixləndirmə

Professor D.V.Hacıyev apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan çənəsi Azərbaycan ərazisində ən qədim insana məxsus olub, 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir.

Azıxdan tapılmış ibtidai insana məxsus çənə tamamilə daşlaşmış və rəngini nisbətən dəyişmişdir. Qeyd olunan daşlaşma prosesi və rənginin xüsusiyyətləri həmin təbəqədən tapılmış merka kərgədanı, nəhəng maral, zubr, bizon, ibtidai at, mağara ayısı, mağara kaftarı (bu heyvanların nəsli kəsilmişdir) və başqa heyvan sümüklərindən qəti seçilmir.

Bundan başqa həmin təbəqənin IV horizontundan əl çapacaqları, kobud çapma alətləri və kobud hazırlanmış qaşov tipli alətlər tapılmışdır.Həmin daş alətlər özlərinin hazırlanma texnikası və tipologiyasına görə qədim Aşel mədəniyyətinə aid olunur.

Çənə sümüyü

Azıx mağara düşərgəsindən tapılmış çənə, ibtidai insanın alt çənəsinin sağ hissəsidir.Çənənin əsası və onun üzərində olan üç azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi yaxşı saxlanmışdır. Çənə üzərində olan dişlərdən sonuncusu tam vəziyyətdədir, ikisi isə qazıntı zamanı sınmışdır. Eyni zamanda şaxənin yuxarı hissəsi ilə birlikdə çənə oyması, çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır.Çənənin alveol hissəsində üçüncü azı (ağıl) dişi tam şəkildədir, ikinci azı dişinin üst hissəsi sınmış, lakin orta və kök hissələrinin qırıqlarına rast gəlinmişdir.

Azıx paleolit düşərgəsindən tapılmış alt çənənin tam olmadığına baxmayaraq, onun qalmış hissəsi Azıx adamının fiziki quruluşunun müəyyən olunmasında ən mühüm paleoantropoloji tapıntı hesab olunur. Belə ki, azıxantropun çənəsinin morfologiyası, qalınlığı, dişlərinin quruluşu və ölçüləri paleoantropoloji müqayisə üçün çox mühüm elmi əhəmiyyətə malikdir.Azıxdan tapılmış alt çənə avstralopitek, arxantrop, sinantrop və pitikantropla müqayisə edilmişdir. Aparılmış elmi araşdırmalar maraqlı elmi nəticələr vermişdir.Azıxantropun çənəsinin aşağı hissəsi qırılıb düşdüyündən onun qalınlığı ikinci azı (A2) ilə üçüncü azı (A3) aralığı bərabərliyindəki qalınlıqla ölçülmüşdür.Həmin sahədə onun qalınlığı 19,5 mm-dir.

Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, avstralopiteklərin alt çənə lərində də həmin sahə, yəni ikinci azı və üçüncü azı aralığında olan hissə 33,5 mm-ə bərabərdir. İndoneziyanın Yava adsında tapılmış pitikantrop çənəsinin qalınlığı 26,3 mm, Çində tapılmış sinantrop tipli insanın çənəsinin qalınlığı 19,6 mm, Almaniyanın Heydelberq kəndi ərazisindən tapılmış Heydelberq adamının çənəsinin qalınlığı 21,4 mm -dir. Bu ölçülərə görə azıxantropun çənəsi pitikantropun çənəsindən fərqlidir.Aparılan elmi tədqiqata əsasən müəyyən olunmuşdur ki, Azıx adamının çənəsi sinantrop tipli insanla Heydelberq adamı arasında özünə xüsusi yer tutur.

Aparılan elmi araşdırmalar zamanı müəyyən edilmişdir ki, qədim Azıx adamı dişinə görə də arxantrop və paleoantroplardan da fərqlənmə xüsusiyyətinə malikdir.Bu xüsusiyyətlərdən ən başlıcası Azıx adamında dişlərin kiçik olmasıdır. Belə ki, azıxantropun azı dişinin uzunluğu 35 mm-dir. Ona görədə professor D.V.Hacıyev bu tapıntını xırdadiş adamına aid edir.

Paleoantropoloqların apardıqları elmi tədqiqatlar zamanı azı dişlərin uzunluğunun pitikantroplarda 40 mm, sinantrop tipli insanlarda 36,9 mm, Heydelberq adamında 36,1 mm, azıxantrop tipli insanlarda isə 35 mm olması müəyyən edilmişdir.

Azıxantropun dişlərində başqa cəhətlər də qeydə alınmışdır. Xüsusən dişlərin düzülüşü maraqlı xüsusiyyətlərə malikdir. Azıx adamının çənəsinin şaquli istiqamətində linqval divarına doğru keçir. Lakin bütün qazıntı və müasir adamlarda azı dişləri çənənin linqval divarının lap qırağında düzülmüşdür. Belə bir xüsusiyyətin olması da Azıx adamını fərqləndirə bilir.Bu axırıncı xüsusiyyətin oxşarlığı heç bir qazıntı insanında yoxdur.

İstinadlar

  1. . 2007-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-11.
  2. Henry de Lumley - L'Homme premier", Odile Jacob, 1998
  3. Ovchinnikov IV, Götherström A, Romanova GP, Kharitonov VM, Lidén K, Goodwin W., Molecular analysis of Neanderthal DNA from the northern Caucasus

    Phylogenetic analysis places the two Neanderthals from the Caucasus and western Germany together in a clade that is distinct from modern humans, suggesting that their mtDNA types have not contributed to the modern human mtDNA pool. Comparison with modern populations provides no evidence for the multiregional hypothesis of modern human evolution.

  4. Hodgson JA, Disotell TR., No evidence of a Neanderthal contribution to modern human diversity.

    The relationship between Neanderthals and modern humans is contentious, but recent advances in Neanderthal genomics have shed new light on their evolutionary history. Here we review the available evidence and find no indication of any Neanderthal contribution to modern genetic diversity.

  5. . 2014-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  6. Любин Василий Прокофьевич - Ашельская эпоха на Кавказе. СПб. 1998
  7. Ə. Cəfərov – Azərbaycanın ilk sakinləri, Bakı, Elm, 2004
  8. Д. В. Гаджиев, М. М. Гусейнов – Первая для СССР находка ашельского человека (Азербайджан, Азыхская пещера)//Учен. зап. Азгосмединститута, 1970, т. 311
  9. М. М. Гусейнов – Археология Aзербарджана (каменныи век), АГУ, 1975
  10. Д. В. Гаджиев, М. М. Гусейнов, А. В. Мамедов, Н. Ш. Ширинов – Краткиерезултаты комплексных исследований Азыхской древнепалеолитической СТОЙАНКИ//ИАН АзССР (серия наук о Земле), 3, 1979.
  11. М. М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, 1985
  12. AMEA - Azərbaycan arxeologiyası (altı cilddə), I cild, Bakı, 2008
  13. М. М. Гусейнов – О тайнике азыхантроп в ашеле // Учен.зап. АГУ им. С.М.Кирова, серия истории и философии, 1974, № 8
  14. М. М. Гусейнов – Ранние стадии заселения человека в пещере Азых// Учен.зап. АГУ им. С.М.Кирова, серия истории и философии, 1974, № 4
  15. М. М. Гусейнов – следы первых жилищ в ашельском слое Азыхскойпещеры, АО 1973, М., 1974

Xarici keçidlər

  • Происхождение и эволюция человека

Həmçinin bax

azıxantrop, türk, azıx, άνθρωπος, azıx, adamı, azərbaycan, arxeoloqu, məmmədəli, hüseynov, tərəfindən, 1968, ildə, azıx, mağarasında, çənə, sümüyü, kəşf, edilmiş, hominidlər, fəsiləsinə, növ, çənəsi, tərəfdən, pitekantroplara, xüsusilə, mauer, adamının, çənəsi. Azixantrop 1 turk azix yun an8rwpos Azix adami Azerbaycan arxeoloqu Memmedeli Huseynov terefinden 1968 ci ilde Azix magarasinda alt cene sumuyu kesf edilmis hominidler fesilesine aid nov Azixantropun cenesi bir terefden pitekantroplara xususile Mauer adaminin cenesine diger terefden bir cox cehetlerine gore Fransanin cenubunda olan Kondel Araqo dusergesinin qedim Asel medeniyyetine aid tebeqesinden tapilmis pre neandertal tipli insanlara daha yaxindir 2 Lakin son zamanlar aparilmis tedqiqatlardan sonra bezi alimler neandertal tipli insanlari muasir insanlarin ecdadi hesab etmirler 3 4 Azixantropun cene sumuyu Azerbaycan Tarix Muzeyinde saxlanilir 5 AzixantropyoxAzixantropun Azix magarasindan tapilmis cene sumuyu Azerbaycan Tarix Muzeyinde saxlanilir Elmi tesnifatAlemi HeyvanlarYarimalem EumetazoylarBolme IkitereflisimmetriyalilarYarimbolme SonagizlilarTip XordalilarYarimtip OnurgalilarInfratip AgizcenelilerSinifustu DordayaqlilarSinif MemelilerYarimsinif Vehsi heyvanlarInfrasinif PlasentalilarDeste PrimatlarFesile HominidlerCins InsanNov AzixantropElmi adiyoxSekilaxtarisiITIS http www itis gov NCBI http www ncbi nlm nih gov Taxonomy Mundericat 1 Tarixi 2 Klassifikasiya 3 Tarixlendirme 4 Cene sumuyu 5 Istinadlar 6 Xarici kecidler 7 Hemcinin baxTarixi Redakte1968 ci ilin iyununda M M Huseynovun rehberliyi altinda Paleolit arxeoloji ekspedisiyasi Azix dusergesinin V tebeqesinin IV horizontunda apardigi arxeoloji qazintilar zamani bir nece das memulati ile birlikde ibtidai insana mexsus cene askar olunmusdur Cene sumuyu qalin disleri ise xirdadir Azixantropun qaliqlarinin paleoantropoloji tedqiqati zamani D V Haciyev onlarin 18 22 yasli qadina mexsus oldugunu mueyyenlesdirmisdir Antropoloji xususiyyetlerine gore sinantrop ve Heydelberq adamina uygun gelir eyni zamanda Neandertal adamina da yaxindir Azixantrop ilk paleoantropa kecid merhelesidir Teqriben 350 400 min il evvel yasamis Azixantrop dunyanin en qedim insan qaliqlarindan hesab olunur Azixantrop sumuyunun tapildigi Asol tebeqesinden coxlu das alet ve heyvan sumukleri de elde edilmisdir Bezi tapintilar esasinda Azixantropun saymagi bildiyi ve dini tesevvurlerinin oldugu ehtimal edilir Azixantropun qaliqlari Azerbaycanin qedim insanlarin formalasdigi erazilerden biri oldugunu subut edir Coxtebeqeli Azix paleolit dusergesinin orta Asel medeniyyetine aid tebeqesinden tapilmis ibtidai insana mexsus olan cene uzerinde professor D V Haciyev uzun muddet elmi tedqiqat isleri aparmisdir M M Huseynov terefinden tapilmis cene Azix paleolit dusergesinin elmi ehemiyyetini ve sohretini daha da artirmis ve dunyanin muxtelif olkelerin arxeoloq paleontoloq paleoantropoloq ve diger mutexessisler Bakiya gelerek Azix dusergesinden tapilmis maddi medeniyyet qaliqlari ile yaxindan tanis olmaga baslamislar 2 6 7 Klassifikasiya RedakteProfessor D V Haciyevin Azixdan tapilmis cene uzerinde apardigi elmi arasdirmalar zamani melum olmusdur ki cene qurulusundaki spesifik cehetlere esasen bir terefden pitikantroplara xususile Mauer adaminin cenesine diger terefden bir cox cehetlerine gore Fransanin cenubunda olan Kondel Araqo dusergesinin qedim Asel medeniyyetine aid tebeqesinden tapilmis pre neandertal tipli insanlara daha yaxindir 2 Coxtebeqeli Azix paleolit dusergesinin V tebeqesinden tapilmis ibtidai insana mexsus cenenin iri olmasi aciq nezere carpir ve onun govdesi nisbeten qalindir Bu baximdan Azix magara dusergesinden tapilmis cene avstralopitek tipli adamlardan ferqlenir ve mueyyen cehetlerine gore arxantroplarin arasinda xususi yer tutur Fiziki tipine gore Azix dusergesinden askar edilmis cene sinantrop tipli insanla neandertal adami arasinda kecid merhelesindedir 8 Azix magara dusergesinin Asel medeniyyetine aid tebeqesinden tapilmis ibtidai insan qaligina serti olaraq azixantrop yeni Azix adami adi verilmisdir 9 Tedqiqatcilar mueyyen etmisler ki azixantropun cenesi fiziki qurulusuna gore arxantropa sinantropa ve Heydelberq adamina oxsayir lakin bezi inkisaf xususiyyetlerine gore ilk neandertal insanlarla yaxinliq teskil edir Bu sebebe gore de azixantrop tipli insan ibtidai adamlarin inkisaf tarixinde arxantropdan paleoantropa kecid formasini teskil edir Lakin dislerinin xirdaligina gore indiye qeder elme melum olan arxantrop ve paleoantroplardan tamamile ferqlenir Mehz bu ferqlere gore D V Haciyev tapintini azixantrop adlandirmisdir 10 Tarixlendirme RedakteProfessor D V Haciyev apardigi elmi tedqiqat zamani mueyyen etmisdir ki coxtebeqeli Azix paleolit dusergesinin V tebeqesinden tapilmis ibtidai insan cenesi Azerbaycan erazisinde en qedim insana mexsus olub 350 400 min il bundan evvel bu erazide yasamis 18 22 yasli qadinin cenesidir 11 Azixdan tapilmis ibtidai insana mexsus cene tamamile daslasmis ve rengini nisbeten deyismisdir Qeyd olunan daslasma prosesi ve renginin xususiyyetleri hemin tebeqeden tapilmis merka kergedani neheng maral zubr bizon ibtidai at magara ayisi magara kaftari bu heyvanlarin nesli kesilmisdir ve basqa heyvan sumuklerinden qeti secilmir 12 Bundan basqa hemin tebeqenin IV horizontundan el capacaqlari kobud capma aletleri ve kobud hazirlanmis qasov tipli aletler tapilmisdir Hemin das aletler ozlerinin hazirlanma texnikasi ve tipologiyasina gore qedim Asel medeniyyetine aid olunur 11 Cene sumuyu RedakteAzix magara dusergesinden tapilmis cene ibtidai insanin alt cenesinin sag hissesidir Cenenin esasi ve onun uzerinde olan uc azi disinin yerlesdiyi cene saxesinin cox hissesi yaxsi saxlanmisdir Cene uzerinde olan dislerden sonuncusu tam veziyyetdedir ikisi ise qazinti zamani sinmisdir Eyni zamanda saxenin yuxari hissesi ile birlikde cene oymasi cene taci ve oynaq cixintisi qedim zamanlarda sinmisdir Cenenin alveol hissesinde ucuncu azi agil disi tam sekildedir ikinci azi disinin ust hissesi sinmis lakin orta ve kok hisselerinin qiriqlarina rast gelinmisdir 13 Azix paleolit dusergesinden tapilmis alt cenenin tam olmadigina baxmayaraq onun qalmis hissesi Azix adaminin fiziki qurulusunun mueyyen olunmasinda en muhum paleoantropoloji tapinti hesab olunur Bele ki azixantropun cenesinin morfologiyasi qalinligi dislerinin qurulusu ve olculeri paleoantropoloji muqayise ucun cox muhum elmi ehemiyyete malikdir Azixdan tapilmis alt cene avstralopitek arxantrop sinantrop ve pitikantropla muqayise edilmisdir 6 Aparilmis elmi arasdirmalar maraqli elmi neticeler vermisdir Azixantropun cenesinin asagi hissesi qirilib dusduyunden onun qalinligi ikinci azi A2 ile ucuncu azi A3 araligi beraberliyindeki qalinliqla olculmusdur Hemin sahede onun qalinligi 19 5 mm dir 8 Aparilan elmi tedqiqatlar zamani mueyyen olunmusdur ki avstralopiteklerin alt cene lerinde de hemin sahe yeni ikinci azi ve ucuncu azi araliginda olan hisse 33 5 mm e beraberdir Indoneziyanin Yava adsinda tapilmis pitikantrop cenesinin qalinligi 26 3 mm Cinde tapilmis sinantrop tipli insanin cenesinin qalinligi 19 6 mm Almaniyanin Heydelberq kendi erazisinden tapilmis Heydelberq adaminin cenesinin qalinligi 21 4 mm dir 2 Bu olculere gore azixantropun cenesi pitikantropun cenesinden ferqlidir Aparilan elmi tedqiqata esasen mueyyen olunmusdur ki Azix adaminin cenesi sinantrop tipli insanla Heydelberq adami arasinda ozune xususi yer tutur 11 Aparilan elmi arasdirmalar zamani mueyyen edilmisdir ki qedim Azix adami disine gore de arxantrop ve paleoantroplardan da ferqlenme xususiyyetine malikdir Bu xususiyyetlerden en baslicasi Azix adaminda dislerin kicik olmasidir Bele ki azixantropun azi disinin uzunlugu 35 mm dir Ona gorede professor D V Haciyev bu tapintini xirdadis adamina aid edir 8 Paleoantropoloqlarin apardiqlari elmi tedqiqatlar zamani azi dislerin uzunlugunun pitikantroplarda 40 mm sinantrop tipli insanlarda 36 9 mm Heydelberq adaminda 36 1 mm azixantrop tipli insanlarda ise 35 mm olmasi mueyyen edilmisdir 2 11 Azixantropun dislerinde basqa cehetler de qeyde alinmisdir Xususen dislerin duzulusu maraqli xususiyyetlere malikdir Azix adaminin cenesinin saquli istiqametinde linqval divarina dogru kecir Lakin butun qazinti ve muasir adamlarda azi disleri cenenin linqval divarinin lap qiraginda duzulmusdur 14 Bele bir xususiyyetin olmasi da Azix adamini ferqlendire bilir Bu axirinci xususiyyetin oxsarligi hec bir qazinti insaninda yoxdur 15 Istinadlar Redakte AZYHSKAYa PEShERA Bolshoj Enciklopedicheskij slovar BES Slovari 299 ru 2007 08 29 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 11 11 1 2 3 4 5 Henry de Lumley L Homme premier Odile Jacob 1998 Ovchinnikov IV Gotherstrom A Romanova GP Kharitonov VM Liden K Goodwin W Molecular analysis of Neanderthal DNA from the northern CaucasusPhylogenetic analysis places the two Neanderthals from the Caucasus and western Germany together in a clade that is distinct from modern humans suggesting that their mtDNA types have not contributed to the modern human mtDNA pool Comparison with modern populations provides no evidence for the multiregional hypothesis of modern human evolution Hodgson JA Disotell TR No evidence of a Neanderthal contribution to modern human diversity The relationship between Neanderthals and modern humans is contentious but recent advances in Neanderthal genomics have shed new light on their evolutionary history Here we review the available evidence and find no indication of any Neanderthal contribution to modern genetic diversity AMEA Azerbaycan Tarix Muzeyi 2014 02 15 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 11 12 1 2 Lyubin Vasilij Prokofevich Ashelskaya epoha na Kavkaze SPb 1998 E Ceferov Azerbaycanin ilk sakinleri Baki Elm 2004 1 2 3 D V Gadzhiev M M Gusejnov Pervaya dlya SSSR nahodka ashelskogo cheloveka Azerbajdzhan Azyhskaya peshera Uchen zap Azgosmedinstituta 1970 t 311 M M Gusejnov Arheologiya Azerbardzhana kamennyi vek AGU 1975 D V Gadzhiev M M Gusejnov A V Mamedov N Sh Shirinov Kratkierezultaty kompleksnyh issledovanij Azyhskoj drevnepaleoliticheskoj STOJANKI IAN AzSSR seriya nauk o Zemle 3 1979 1 2 3 4 M M Gusejnov Drevnij paleolit Azerbajdzhana Baku 1985 AMEA Azerbaycan arxeologiyasi alti cildde I cild Baki 2008 M M Gusejnov O tajnike azyhantrop v ashele Uchen zap AGU im S M Kirova seriya istorii i filosofii 1974 8 M M Gusejnov Rannie stadii zaseleniya cheloveka v peshere Azyh Uchen zap AGU im S M Kirova seriya istorii i filosofii 1974 4 M M Gusejnov sledy pervyh zhilish v ashelskom sloe Azyhskojpeshery AO 1973 M 1974Xarici kecidler RedakteProishozhdenie i evolyuciya chelovekaHemcinin bax RedakteAsel medeniyyeti Azix magarasiMenbe https az wikipedia org w index php title Azixantrop amp oldid 5917752, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.