Aqil Şirinov
Aqil Muxtar oğlu Şirinov (1979, Kəlbəcər rayonu) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru.
Aqil Şirinov | |
---|---|
Doğum tarixi | 1979 |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Fəlsəfə və İslam məzhəbləri tarixi |
Elmi dərəcəsi | İlahiyyat üzrə fəlsəfə doktoru |
İş yeri | Azərbaycan İlahiyyat İnstitutunun rektoru |
Təhsili | Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi |
Bioqrafiyası
Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub.
1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib.
1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur.
2001-cu ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarıhi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.
2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb.
Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.
Aqil Şirinov 2009–2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində Studio Cambridge adlı dil kursunun həm ümumi ingliscə, həm də elmi əsər yazma (Academic writtings) bölmələrini müvəffəqiyyətlə bitirib. O, həmçinin ABŞ Kongres kitabxanasının Açıq Dünya (Open World) proqramının "Dini Dözümlülük" (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanmış və 4–14 may tarixində ABŞ-da olub.
2016-cı ilin iyul ayında ABŞ-ın Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan "Meadville Lombard Theological School"- un "Dini Multikulturalizm" mövzusuna həsr olunmuş bir aylıq seminar-treyninqinin iştirakçısı olub. Habelə Aqil Şirinov Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Albaniya, Pakistan və Qırğızıstanda multikulturalizm, dinlərarası münasibət və tolerantlıq mövzularına həsr olunmuş müxtəlif konfranslarda iştirak edərək "Azərbaycanın tolerantlıq modeli", "İslam və tolerantlıq", "Azərbaycanın multikultural dəyərləri", kimi mövzularda məruzələrlə çıxış edib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi çox sayda yerli və beynəlxalq tədbirlərdə iştirak edib, radikalizm, tolerantlıq, multikulturalizm, dini dözümlülük və s. mövzularda məruzələrlə çıxış edib, radikalizmin zərərlərindən bəhs edən "Dini radikalizm və onun fəsadları" adlı bir broşura yazıb.
Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifidir. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, ikisi xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.
Şirinov Aqil Muxtar oğlu 09.03.2018-ci il tarixində elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə 7214.01 – "Dinin tarixi və fəlsəfəsi" ixtisası üzrə doktoranturaya qəbul olub. "Təşkilatlanma və təbliğat metodları baxımından Yaxın şərqdəki radikal dini qruplar" mövzusunda dissertasiya işi üzərində çalışır.
13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.
12 may 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilmişdir.
Aqil Şirinov 2020-ci ilin sentyabr ayında Avropa Şurası "Mədəniyyətlərarası İnteqrasiya İşçi Qrupu"nun (Working Group on Intercultural Integration) Azərbaycan üzrə təmsilçisi seçilmişdir.
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının təsis edildiyi gündən onun Redaksiya Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Elmi fəaliyyəti
Kitabları
- Nasiruddin Tusi"de Varlık ve Uluhiyet- Nəsirəddin Tusinin Ontologiya və Tanrı Anlayışı, Istanbul, ISAM yayınları, 2011-müəllif
- Axund və İmamlar Üçün Xütbə Nümunələri, Bakı, 2013, 650 səh.-həmmüəllif
- "İslam Felsefesi Tarih ve Problemler" adlı kitabın "Nasiruddin et-Tusi: İbn Sinacılığın Kelamla Sentezi" fəsli, ed. Cüneyt Kaya, İSAM yayınları, İstanbul, 2013, 869 s.-həmmüəllif
- "İslam Düşüncesinin Dönüşüm Çağında Fahreddin er-Razi" adlı kitabın "İşarat Geleneği Bağlamında Fahreddin er-Razi" fəsli (səh. 203–242), ed. Ömer Türker-Osman Demir, İSAM yayınları, İstanbul, 2013, 615 s.
- Dini radikalizm və onun fəsadları. Bakı: Nurlar, 2014.
- "Elli Müslüman Düşünür" adlı kitabın "Nasiruddin Tusi" bölməsi. Ed. Mustafa Tekin. İstanbul: Pınar yayınları, 2015
- İslam dünyasında dini radikalizmin yaranma səbəbləri və tarixi kökləri. Bakı, 2019, 73 s.
- Multikulturalizmə Giriş (Ali məktəblər üçün dərslik). Bakı, 2019, səh.102–139
- İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri- İslam Məzhəbləri Tarixi Mənbələrində İfrat Meylli Məzhəblər və Görüşləri ( Nəşr olunmayıb)
Elmi məqalələri
- "Çağdaş Sələfiliyin Yaranmasına və İnkişafına Səbəb Olan İctimai Amillər". BDU-nin İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, Sentyabr, səh. 151–159. 2008-ci il.
- "Fəlsəfi Kəlam və Nəsirəddin Tusi, BDU-nin İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, №. 9, Aprel, səh. 194–210. 2008-ci il.
- "İslam teologiyasinda yaradılış problemi", Fəlsəfə və sosial-siyasi elmlər, cild. 4, No. 22, Bakı: AFSEA, səh. 78–90. 2008-ci il.
- "Nasiruddin Tusi"ye Göre Varlıkla Yokluk Arasında Üçüncü Bir Kategorinin İmkanı: Ahval", Dil və Ədəbiyyat, 5(65), Bakı, 2008, səh.70–72.
- "İslam Məzhəbləri Tarixində Təkfir", BDU-nin İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 11, Aprel, səh. 172–190. 2009-cu il.
- The Peripatecism of Nasir al-Din al-Tusi, BDU-nin İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi (The journal of the faculty of Theology-Baku State University) 2012-ci il.
- "Nasirüddin Tusi", TDV İslam Ansiklopedisi, İSAM yayınları, İstanbul, 2012, səh. 437–442.
- "Fəlsəfə Tarixində Ruh-Bədən Əlaqəsi Problemi (qədimdən günümüzə)", Fəlsəfə və sosial-siyasi elmlər, No. 1 (33), Bakı: AFSEA, 2012, səh. 35–48.
- "Doğu ve Batı Felsefi Gelenekleri Bağlamında Selahaddin Halilov"un Nef, Ruh ve Beden Anlayışı", Özne Dergisi Özel Sayı, Çükurova-Adana, 2012, səh. 94–104.
- "Azərbaycanda tolerant mühitin formalaşmasında Əhli-beyt irsinin rolu", Azərbaycan və Əhli-beyt irsi (Məqalələr toplusu), Bakı: Elm və təhsil, səh. 12–21. 2014-cu il.
- "Xəlvətiyyə təriqəti", BDU-nin İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 10, Sentyabr, Nurlar Nəşriyyatı, Bakı, 2014, səh.
- "Azərbaycan cəmiyyətinin vəhhabiliyə münasibəti və onun analizi", Azərbaycanda İslam, Bakı, 2015, səh. 7–19
- "Suffering For The Sake Of Cosmic Order: Twelver Shīʿah Islam’s Coping With Trauma" (co-author: Bahram Hasanov), Ilahiyat Studies, Volume 8, Number 1, Bursa 2017, pp.65–93.
- "Din motivli zorakı radikalizmin yaranmasına təsir edən psixoloji amillər", Azərbaycan İlahiyyat İnstitutu Din Araşdırmaları Jurnalı. No 1(2), İyun, 2019, səh.23–36
- "İslam məzhəblərinin yaranmasına təsir edən dini və ictimai-siyasi amillər". Azərbaycan İlahiyyat İnstitutu Din Araşdırmaları Jurnalı. No 1(2), İyun, 2019, səh.53–64.
İştirak etdiyi elmi konfranslar
- İstanbul Litera Yayıncılığın təşkil etdiyi "Metafizika Toplantıları" adlı konfransda çıxış (mövzu: Kelam’da Yaratma-The Creation in Islamic Theology)- İstanbul-İSAM.
- "Fahreddin er-Razi ve Nasiruddin et-Tusi"nin Ibnsinacılığı", "The Aviccenism of Fakhr al-din al-Razi and Nasir al-din al-Tusi", Beynəlxalq İbn Sina Simpoziumu ( 22–24. 05. 2008), Istanbul, II, səh. 275–284.
- "Fahreddin er-Razi"nin Kelam Geleneğindeki Yeri" ("The Place of Fakhr al-Din al-Razi in the Kalamic Tradition"), Beynəlxalq Fəxrəddin ər-Razi Simpoziumu, ( 24–26. 12. 2010 — Istanbul).
- Was Nasir al-Din al-Tusi peripatetic?", Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə həsr edilmiş beynəlxalq konfrans, Bakı, 16–18. 06. 2011, səh. 322–323.
- Felsefe-Tasavvuf Diyaloğu-(Nasiruddin et-Tûsî-Sadreddin el-Konevî örneğinde), 6–8 oktyabr 2011 tarixində Türkiyə Respublikası Konya şəhərində keçirilən Beynəlxalq Sədrəddin Konəvi Simpoziumunda çıxış.
- Orta Asya"nın İslam Felsefî Düşüncesine Armağanı: Merv Felsefe Ekolü, 11–14 oktyabr 2012 tarixində Qırğızıstan Respublikası Bişkek şəhərində keçirilən Orta Asiyada İslam Mədəniyyəti adlı beynəlxalq simpoziumunda çıxış.
- Orta Əsr İslam Peripatetizmində İşarat Ənənəsi və Azərbaycan, BDU, Şərqşunaslığının aktual problemləri, Republika Elmi konferansının materialları, 14–15 noyabr, 2012, Bakı, səh. 369–371.
- Seyid Yahya Bakuvi (Shirvani): Parlance of Tolerance (İnternationla Symposium), 22 October 2013, UNESCO, Paris.
- Tolerance in Azerbaijan, State and Religion: Strengthening Tolerance İn a Changing World (Abstracts)-First İnterantional Baku Forum, 19–21 December, Maya Basim Publishing House, Istanbul, 2012, səh. 32.
- Yüzyılda Felsefe-Kelam İlişkisinin Şekillenmesinde Nasiruddin Tusinin rolü, Beynəlxalq "13. Yüzyılda Felsefe" simpoziumu (Bildiri Özetleri), 16–17 Noyabr, Ankara, 2013, səh. 68–69.
- Yüzyılda Felsefe-Kelam İlişkisinin Şekillenmesinde Nasiruddin Tusinin rolü, Beynəlxalq "13. Yüzyılda Felsefe" simpoziumu məqalələri (bildirileri), ed. Murat Demirkol-Enes Kala, Ankara, 2014, səh. 663–670.
- "Multikultural dəyərlər kontekstində Azərbaycanın birgəyaşayış modeli". Heydər Əliyev İrsi və multikultural dəyərlər. Bakı: Azərnəşr, 2016, səh. 290–295.
- Azərbaycanda birgəyaşayış ənənəsi və Heydər Əliyev. Heydər Əliyev və milli-mənəvi dəyərlər mövzusunda konfransın materialları. Bakı 2018, səh. 57–63
- Rusiya Federasiyasının Tatarıstan Respublikasının Bolqar İslam Akademiyası və Kazan Federal Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Rusiya müsəlmanlarının ilahiyyat mirası" adlı I Beynəlxalq Forumda "Musa Carullah Bigiyevin düşüncə sistemində "Təcdid" konsepsiyası" adlı məruzə ilə çıxış. 2019-cu il.
Mükafat və qrantları
- ABŞ Konqres Kitabxanasının Açıq Dünya (Open World) proqramının "Dini Dözümlülük" (Religious Toleration) adlı proqramında iştirak etmək hüququ qazanmış və 4–14 May tarixində ABŞ-da olmuşdur. 2011-ci il.
- ABŞ-ın Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan "Meadville Lombard Theological School"- un "Dini Multikulturalizm" mövzusuna həsr olunmuş bir aylıq seminar-treyninqinin iştirakçısı olmuşdur. 2016-cı il.
Tərcümə əsərləri
- Alparslan Açıkgenç, "Molla Sədra Fəlsəfəsi". Fəlsəfə və sosial-siyasi elmlər-2008, No: 3 (21), səh. 178–191.
- Toşihiko İzutsu, "İslamda metafizik düşüncənin əsas strukturu". Fəlsəfə və sosial-siyasi elmlər-2008, No: 3 (21), səh. 192–201 və No: 4 (22), səh. 205–216.
- Molla Sədranın (Sədrəddin Şirazi) "əl-Əsfaru"l-ərbəə" adlı əsərindən bir bölüm, No: 5–6 (23–24), səh. 215–221.
- Məhəmməd İqbalın "İslam Mədəniyyətinin Ruhu" adlı məqaləsi. Fəlsəfə və sosial-siyasi elmlər-2009, No: 1 (25),səh. 173–190.
- Məhəmməd İqbalın "Din mümkündürmü?" adlı məqaləsi. Fəlsəfə və sosial-siyasi elmlər-2010, No: 1 (29),səh. 173–189.
- Həzrət Peyğəmbər və Ümumbəşəri dəvəti (kitab-həmtərcüməçi), İpək Yolu Nəşriyyatı, Bakı, 2013, 488 s.
- Qurandan Nəsihətlər-1 (kitab-həmtərcüməçi), İpək Yolu Nəşriyyatı, Bakı, 2014, 488 s.
- Qurandan Nəsihətlər-1 (kitab-həmtərcüməçi), Şərq-Qərb Nəşriyyatı, Bakı, 2014, 486 s.
- Ekrem Keleş-Sadık Eraslan, Ən Gözəl Nümunə Həzrət Peyğəmbərin (kitab-həmtərcüməçi), Şərq-Qərb Nəşriyyatı, Bakı, 2014, 221 s.
- Hədislərlə İslam. Bakı, 2018.
Redaktoru olduğu kitablar
- Tarixi və milli-mənəvi dəyərlər kontekstində Azərbaycan milli kimliyi. Bakı: Elm və təhsil, 2013, 392 səh.
- Azərbaycan və Əhli-beyt irsi (Məqalələr toplusu). Bakı: Elm və təhsil, 2013, 304 səh.
- State and Religion: Strengthening Tolerance In a Changing World (Abstracts)-First İnterantional Baku Forum. Bakı, 2013.
- Qafqaz Müsəlmanları İdarəsi Moizələr və xütbələr kitabı. Bakı 2017.
- Asəf Qənbərov. Din sosiologiyası. Bakı, 2018.
Həmçinin bax
İstinadlar
- ↑ Azərbaycan İlahiyyat İnstitutuna prorektorlar təyin edilib. scwra.gov.az, 13.09.18 (azərb.)
- "A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). president.az. 2020-05-12. İstifadə tarixi: 2020-05-13.
- "Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib" (azərb.). http://ait.edu.az/.
- “Metafizika” jurnalının redaksiya heyəti
- "Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru" (azərb.). http://ait.edu.az/. (#invisible_char)