| Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər | |
|---|---|
![]() Azərbaycandilli klassik əsəbiyyatın ilk nümunəsi olan, İzzəddin Həsənoğlunun "Apardı könlümü" qəzəlinin 1391-ci ildə Misirdə tərtib edilmiş "Kitabi-Gülüstan bil-Türki" adlı antologiyaya daxil olan nüsxəsi. "Or. 1553" kodlu əlyazma hazırda Leyden Universiteti Kitabxanasında saxlanılır.[1] | |
| Janr | Qəzəl |
| Müəllif | İzzəddin Həsənoğlu |
| Orijinal dili | azərbaycanca |
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər — İzzəddin Həsənoğlunun qəzəli. Şeirin bədii forma, məzmun və ifadə baxımından Nizami Gəncəvinin şeirinə yaxın olması onu göstərir ki, İzzəddin Həsənoğlu Nizamidən təsirlənmişdir. 1391-ci ildə tatar-qıpçaq şairi Seyfi Sarayi Misirdə yazdığı əsərinə Həsənoğlunun bu şeirini əlavə etmiş, ona nəzirə də yazmışdır. Həsənoğlunun qəzəli Mehmed Fuad Köprülü tərəfindən tapılmışdır.
"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəli əruz vəzninin həcəz bəhrində yazılmışdır. Şeirdə sufiyani eşlə dünyəvi eşq qovuşmuş şəkildədir. Dilbərin boyu və danışığı sürahiyə və onun içindəki şəraba bənzədilmişdir, aşiqin çəkdiyi əziyyət isə orta əsrlərdə ənbərin odla yoxlanılması ilə müqayisə edilmişdir. İzzəddin Həsənoğlunun panteist düşüncələri də şeirdə nəzərə çarpır. Ümumilikdə, bu qəzəl Azərbaycan ədəbiyyatında bədii-fəlsəfi poeziyanın ən gözəl nümunələrindən biridir.
İzzəddin Həsənoğlunun qəzəlinə ondan sonra türk və fars dillərində bir sıra nəzirələr yazılmışdır. Türkdilli nəzirə yazanlar arasında Seyfi Sarayi, XV əsr Anadolu şairi Əhməd Daini, Azərbaycan ədiblərindən isə Möhnəti Bakuyi (XIV əsr), Şəkili Nəbi (XVIII əsr), Şirvanlı Saleh (XVIII əsr), Əbdülxalıq Cənnəti (1855-1931), farsca nəzirə yazanlar arasında isə İma, Tüfeyli (XV-XVI əsrlər), Hindistanda yaşamış Bədili (XVII əsr) misal göstərilə bilər. "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" şeirinə İranda, Hindistanda, Anadoluda, həmçinin qıpçaq türkcəsində nəzirələr yazılması onu göstərir ki, şair bu bölgələrdə də tanınırdı.
Tarixi
| ]"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəli İzzəddin Həsənoğlu tərəfindən yazılmışdır. Həsənoğludan daha əvvəl, Səlcuq sarayı mənsubu Əbdülvase Cəbəli və Nizami Gəncəvi bu şeirin bədii formasında şeir ərsəyə gətirmişdir. Nizami Gəncəvinin qəzəli bu misralarla başlayır:
Şodəm bər surəti aşiq ki, bər məh mikonəd qovğa,
Çe surət? Surəti-dilbər. Çe dilbər? Dilbəri-ziba.
İzzəddin Həsənoğlunun şeiri yalnız formaca yox, məzmun və ifadə baxımından da Nizaminin şeirinə bənzərdir. Bu onu göstərir ki, Həsənoğlu Əbdülvase Cəbəli və Nizami Gəncəvidən təsirlənmişdir. Lakin Həsənoğlunun şeirinin orijinallığı şairin sənətkarlığından görünür, qəzəl təqlid xarakteri daşımır. Həsənoğlunun qəzəlinə daha sonra bir sıra nəzirələr yazılmışdır.
Azərbaycanlılar və türkdilli Məmlüklər arasındakı ədəbi mübadilə hələ də alimlər üçün maraqlı tədqiqat mövzusu olaraq qalır. Buna misallardan biri İzzəddin Həsənoğlunun qədim Azərbaycan ədəbiyyatı nümunəsi olan "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəlinin Məmlük əlyazmasında tapılmasıdır. 1391-ci ildə tatar-qıpçaq şairi Seyfi Sarayi Sədi Şirazinin "Gülüstan" poemasını Misirdə türkcəyə tərcümə etmişdir. Sarayi Həsənoğlunun "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəlini çox bəyəndiyi üçün "Gülüstan" tərcüməsinin sonunda bu şeiri vermiş və daha sonra isə Həsənoğlunun şeirinə nəzirəsini əsərinə əlavə etmişdir. Sarayinin Həsənoğlunun şeirinə yazdığı nəzirə türkcədir, dolğun təsir bağışlayır. Bu qəzəl əruz vəzninin həcəz bəhrində yazılmışdır.
İzzəddin Həsənoğlunun qəzəli Mehmed Fuad Köprülü tərəfindən Avropa şərqşünası Kramersin köməkliyi ilə tapılmışdır. Beləliklə, bu şeir elm aləminə bəlli olmuşdur.
Analizi
| ]"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəli əruz vəzninin həcəz bəhrində yazılmışdır. Şeirdə sufiyani eşlə dünyəvi eşq qovuşmuş şəkildədir. Birinci misrada aşiq düşdüyü vəziyyətin səbəbini izah edir:
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Bu misrada şair məhəbbət zənciri ilə bağlandığını izah edir və dilbərini gözəllərin gözəli, "şahidi-sərvər" adlandırır. İkinci misrada isə gözələ müraciət edir, qadın bütə bənzədilir. Həsənoğlunun qəhrəmanı bu gözəl bütün qarşısında sitayiş etməyə hazırdır. Gözəlin qaməti isə sürahiyə bənzədilir. "Qül-qül" ifadəsi isə sürahidə şərab töküləndə çıxan səsə işarədir. Beləliklə, dilbərin danışığı da təriflənir. Deməli, dilbərin boyu və danışığı sürahiyə və ondan axan şəraba bənzədilir. Necə ki, şərab insanı məst edir, gözəlin danışığı da lirik qəhrəmanı məst edir. Aşiq narahat olur ki, ölər və dilbər digərləri ilə qırmızı şərab içər. Buna görə də o, deyir ki, mən ölsəm, badə içmə. Şeirdən aydın olur ki, dilbər aşiqlə badə içmişdir:
Başımdan getmədi hərgiz səninlən içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Şaha şirin sözün qılır Misirdə bir zaman qasid,
Nə qasid? Qasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Şair qeyd edir ki, içilən badənin məstliyi aşiqin başından getmir. Bu əbədi sərxoşluq isə ilahiyə qarşı olan sevgidən qaynaqlana bilər. Bu beytdə real eşqlə ürfani məhəmməd qovuşmuşdur. Həm də məşuqun şirin sözləri o qədər dəyərli sayılır ki, Misirdə şəkəri qiymətdən salmışdır. Qəzəlin son beytlərində təsəvvüfdən qaynaqlanan eşq daha bariz şəkildə özünü göstərir:
Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.
Bu beytə görə, ənbərin keyfiyyətini bilmək üçün o, oda tutulmalıdır. Bu, orta əsrlərdə ənbərin keyfiyyətini yoxlamaq üçün edilən bir əməliyyat idi. Ənbər oda tutulandan sonra əgər iyini saxlayırdısa, bu, onun keyfiyyətindən xəbər verirdi. Şair şeirin bu beytində demək istəyir ki, eyni şəkildə aşiq də çətinliyə düşmədən onun eşqinin dərəcəsini bilmək olmaz. Bu sufilikdə də var. Salik eşq yolunda nə qədər əzab çəkərsə, ürfani sevgisinin böyüklüyünü sübut etmiş olur.
Aşağıdakı beytdə isə İzzəddin Həsənoğlunun panteist düşüncələri açıq şəkildə göstərilmişdir:
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
Sufi-panteist baxış bucağına görə, məna ilahi varlığı, surət isə maddi dünyanı göstərir. Maddi dünyada olanlar isə ilahı dünyanın zərrələridir, bütün canlılarda ilahiyə məxsus bir "mən" vardır. Şairə görə, tanrını sevmək üçün ilahi "mən"inə təlqin edilmiş surət və eşq aləminin mənası əzəldən bəri insanın içinə həkk edilmişdir.
Son beytdə isə şair aşiqləri sadiq, fədəkar olan və olmayan şəkildə iki hissəyə bölür. Həsənoğlu bildirir ki, aşiqin sadiqliyi bəndənin Tanrıya sadiqliyi kimidir. Ümumilikdə, bu qəzəl Azərbaycan ədəbiyyatında bədii-fəlsəfi poeziyanın ən gözəl nümunələrindən biridir.
Təsiri
| ]
İzzəddin Həsənoğlunun əsərinə ondan sonra türk və fars dillərində bir sıra nəzirələr yazılmışdır. Türkdilli nəzirə yazanlar arasında Seyfi Sarayi, XV əsr Anadolu şairi Əhməd Daini, Azərbaycan ədiblərindən isə Möhnəti Bakuyi (XIV əsr), Şəkili Nəbi (XVIII əsr), Şirvanlı Saleh (XVIII əsr), Əbdülxalıq Cənnəti (1855-1931), farsca nəzirə yazanlar arasında isə İma, Tüfeyli (XV-XVI əsrlər), Hindistanda yaşamış Bədili (XVII əsr) misal göstərilə bilər. Şirvanlı Salehin nəzirəsində bu beytlər vardır:
Ləbin yaquti-pürəhmər, dilin misli dürü gövhər,
Nə gövhər? Gövhəri-lölö, nə lölö? Lölöi-şəhvar.
…Əzəldən hüsnünə valeh olubdur binəva Saleh.
Nə Saleh? Salehi-bidil, nə bidil? Bidili-bimar.
İzzəddin Həsənoğlu Azərbaycanda və Rumda (Anadoluda) böyük şöhrət qazanmışdır. Onun iki şeirinin Misirdə tapılması, "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" şeirinə İranda, Hindistanda, Anadoluda, həmçinin qıpçaq türkcəsində nəzirələr yazılması onu göstərir ki, şair bu bölgələrdə də tanınırdı. Şairin iki əsərinin Misirdə tapılması onu sübut edir ki, şairin əsərləri bu bölgədə geniş yayılmışdı.
İstinadlar
| ]- Flemming, 2018. səh. 73, "The Turkish poem bearing the taḫalluṣ Ḥasan oġlï, which according to general consensus belongs to Şayḫ ʿIzzed-dīn Asfarāʾinī, has been preserved in an appendix to Sayf-i Sarāyī’s Turkish translation of Saʿdī’s Gulistān, which was completed in Egypt in 1391 and has survived in a single manuscript written in that country"
- Babayev, 2018. səh. 160
- Flemming, 2018. səh. 128
- Flemming, 2018. səh. IX (preface)
- Babayev, 2018. səh. 159
- Babayev, 2018. səh. 161
- Babayev, 2018. səh. 162
- Babayev, 2018. səh. 163
- Babayev, 2018. səh. 156
- Babayev, 2018. səh. 164
Ədəbiyyat
| ]- Flemming, Barbara. Essays on Turkish Literature and History. Brill. 2018. .
- Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Apardi konlumu bir xos qemeruz canfeza dilberAzerbaycandilli klassik esebiyyatin ilk numunesi olan Izzeddin Hesenoglunun Apardi konlumu qezelinin 1391 ci ilde Misirde tertib edilmis Kitabi Gulustan bil Turki adli antologiyaya daxil olan nusxesi Or 1553 kodlu elyazma hazirda Leyden Universiteti Kitabxanasinda saxlanilir 1 Janr QezelMuellif Izzeddin HesenogluOrijinal dili azerbaycancaApardi konlumu bir xos qemeruz canfeza dilber Vikimenbede Apardi konlumu bir xos qemeruz canfeza dilber Izzeddin Hesenoglunun qezeli Seirin bedii forma mezmun ve ifade baximindan Nizami Gencevinin seirine yaxin olmasi onu gosterir ki Izzeddin Hesenoglu Nizamiden tesirlenmisdir 1391 ci ilde tatar qipcaq sairi Seyfi Sarayi Misirde yazdigi eserine Hesenoglunun bu seirini elave etmis ona nezire de yazmisdir Hesenoglunun qezeli Mehmed Fuad Koprulu terefinden tapilmisdir Apardi konlumu bir xos qemeruz canfeza dilber qezeli eruz vezninin hecez behrinde yazilmisdir Seirde sufiyani esle dunyevi esq qovusmus sekildedir Dilberin boyu ve danisigi surahiye ve onun icindeki seraba benzedilmisdir asiqin cekdiyi eziyyet ise orta esrlerde enberin odla yoxlanilmasi ile muqayise edilmisdir Izzeddin Hesenoglunun panteist dusunceleri de seirde nezere carpir Umumilikde bu qezel Azerbaycan edebiyyatinda bedii felsefi poeziyanin en gozel numunelerinden biridir Izzeddin Hesenoglunun qezeline ondan sonra turk ve fars dillerinde bir sira nezireler yazilmisdir Turkdilli nezire yazanlar arasinda Seyfi Sarayi XV esr Anadolu sairi Ehmed Daini Azerbaycan ediblerinden ise Mohneti Bakuyi XIV esr Sekili Nebi XVIII esr Sirvanli Saleh XVIII esr Ebdulxaliq Cenneti 1855 1931 farsca nezire yazanlar arasinda ise Ima Tufeyli XV XVI esrler Hindistanda yasamis Bedili XVII esr misal gosterile biler Apardi konlumu bir xos qemeruz canfeza dilber seirine Iranda Hindistanda Anadoluda hemcinin qipcaq turkcesinde nezireler yazilmasi onu gosterir ki sair bu bolgelerde de taninirdi Tarixi span Nizami adina Edebiyyat Muzeyinin binasinin penceresinde Izzeddin Hesenoglu resmi Apardi konlumu bir xos qemeruz canfeza dilber qezeli Izzeddin Hesenoglu terefinden yazilmisdir Hesenogludan daha evvel Selcuq sarayi mensubu Ebdulvase Cebeli ve Nizami Gencevi bu seirin bedii formasinda seir erseye getirmisdir Nizami Gencevinin qezeli bu misralarla baslayir Sodem ber sureti asiq ki ber meh mikoned qovga Ce suret Sureti dilber Ce dilber Dilberi ziba Izzeddin Hesenoglunun seiri yalniz formaca yox mezmun ve ifade baximindan da Nizaminin seirine benzerdir Bu onu gosterir ki Hesenoglu Ebdulvase Cebeli ve Nizami Genceviden tesirlenmisdir Lakin Hesenoglunun seirinin orijinalligi sairin senetkarligindan gorunur qezel teqlid xarakteri dasimir Hesenoglunun qezeline daha sonra bir sira nezireler yazilmisdir Azerbaycanlilar ve turkdilli Memlukler arasindaki edebi mubadile hele de alimler ucun maraqli tedqiqat movzusu olaraq qalir Buna misallardan biri Izzeddin Hesenoglunun qedim Azerbaycan edebiyyati numunesi olan Apardi konlumu bir xos qemeruz canfeza dilber qezelinin Memluk elyazmasinda tapilmasidir 1391 ci ilde tatar qipcaq sairi Seyfi Sarayi Sedi Sirazinin Gulustan poemasini Misirde turkceye tercume etmisdir Sarayi Hesenoglunun Apardi konlumu bir xos qemeruz canfeza dilber qezelini cox beyendiyi ucun Gulustan tercumesinin sonunda bu seiri vermis ve daha sonra ise Hesenoglunun seirine neziresini eserine elave etmisdir Sarayinin Hesenoglunun seirine yazdigi nezire turkcedir dolgun tesir bagislayir Bu qezel eruz vezninin hecez behrinde yazilmisdir Izzeddin Hesenoglunun qezeli Mehmed Fuad Koprulu terefinden Avropa serqsunasi Kramersin komekliyi ile tapilmisdir Belelikle bu seir elm alemine belli olmusdur Analizi span Xosrov ve Sirin qizlarin soylediyi efsaneleri dinlemesi Nizami Gencevi eserine cekilmis miniatur Apardi konlumu bir xos qemeruz canfeza dilber qezeli eruz vezninin hecez behrinde yazilmisdir Seirde sufiyani esle dunyevi esq qovusmus sekildedir Birinci misrada asiq dusduyu veziyyetin sebebini izah edir Apardi konlumu bir xos qemeruz canfeza dilber Ne dilber Dilberi sahid Ne sahid Sahidi server Bu misrada sair mehebbet zenciri ile baglandigini izah edir ve dilberini gozellerin gozeli sahidi server adlandirir Ikinci misrada ise gozele muraciet edir qadin bute benzedilir Hesenoglunun qehremani bu gozel butun qarsisinda sitayis etmeye hazirdir Gozelin qameti ise surahiye benzedilir Qul qul ifadesi ise surahide serab tokulende cixan sese isaredir Belelikle dilberin danisigi da teriflenir Demeli dilberin boyu ve danisigi surahiye ve ondan axan seraba benzedilir Nece ki serab insani mest edir gozelin danisigi da lirik qehremani mest edir Asiq narahat olur ki oler ve dilber digerleri ile qirmizi serab icer Buna gore de o deyir ki men olsem bade icme Seirden aydin olur ki dilber asiqle bade icmisdir Basimdan getmedi hergiz seninlen icdigim bade Ne bade Badeyi mesti Ne mesti Mestiyi sager Saha sirin sozun qilir Misirde bir zaman qasid Ne qasid Qasidi qiymet Ne qiymet Qiymeti sekker Sair qeyd edir ki icilen badenin mestliyi asiqin basindan getmir Bu ebedi serxosluq ise ilahiye qarsi olan sevgiden qaynaqlana biler Bu beytde real esqle urfani mehemmed qovusmusdur Hem de mesuqun sirin sozleri o qeder deyerli sayilir ki Misirde sekeri qiymetden salmisdir Qezelin son beytlerinde tesevvufden qaynaqlanan esq daha bariz sekilde ozunu gosterir Tutusmayinca der ates belirmez xisleti enber Ne enber Enberi suzis Ne suzis Suzisi mecmer Bu beyte gore enberin keyfiyyetini bilmek ucun o oda tutulmalidir Bu orta esrlerde enberin keyfiyyetini yoxlamaq ucun edilen bir emeliyyat idi Enber oda tutulandan sonra eger iyini saxlayirdisa bu onun keyfiyyetinden xeber verirdi Sair seirin bu beytinde demek isteyir ki eyni sekilde asiq de cetinliye dusmeden onun esqinin derecesini bilmek olmaz Bu sufilikde de var Salik esq yolunda ne qeder ezab cekerse urfani sevgisinin boyukluyunu subut etmis olur Asagidaki beytde ise Izzeddin Hesenoglunun panteist dusunceleri aciq sekilde gosterilmisdir Ezelde canim icinde yazildi sureti meni Ne meni Meniyi suret Ne suret Sureti defter Sufi panteist baxis bucagina gore mena ilahi varligi suret ise maddi dunyani gosterir Maddi dunyada olanlar ise ilahi dunyanin zerreleridir butun canlilarda ilahiye mexsus bir men vardir Saire gore tanrini sevmek ucun ilahi men ine telqin edilmis suret ve esq aleminin menasi ezelden beri insanin icine hekk edilmisdir Son beytde ise sair asiqleri sadiq fedekar olan ve olmayan sekilde iki hisseye bolur Hesenoglu bildirir ki asiqin sadiqliyi bendenin Tanriya sadiqliyi kimidir Umumilikde bu qezel Azerbaycan edebiyyatinda bedii felsefi poeziyanin en gozel numunelerinden biridir Tesiri span Ebdulxaliq Cenneti Izzeddin Hesenoglunun eserine ondan sonra turk ve fars dillerinde bir sira nezireler yazilmisdir Turkdilli nezire yazanlar arasinda Seyfi Sarayi XV esr Anadolu sairi Ehmed Daini Azerbaycan ediblerinden ise Mohneti Bakuyi XIV esr Sekili Nebi XVIII esr Sirvanli Saleh XVIII esr Ebdulxaliq Cenneti 1855 1931 farsca nezire yazanlar arasinda ise Ima Tufeyli XV XVI esrler Hindistanda yasamis Bedili XVII esr misal gosterile biler Sirvanli Salehin neziresinde bu beytler vardir Lebin yaquti purehmer dilin misli duru govher Ne govher Govheri lolo ne lolo Loloi sehvar Ezelden husnune valeh olubdur bineva Saleh Ne Saleh Salehi bidil ne bidil Bidili bimar Izzeddin Hesenoglu Azerbaycanda ve Rumda Anadoluda boyuk sohret qazanmisdir Onun iki seirinin Misirde tapilmasi Apardi konlumu bir xos qemeruz canfeza dilber seirine Iranda Hindistanda Anadoluda hemcinin qipcaq turkcesinde nezireler yazilmasi onu gosterir ki sair bu bolgelerde de taninirdi Sairin iki eserinin Misirde tapilmasi onu subut edir ki sairin eserleri bu bolgede genis yayilmisdi Istinadlar span Flemming 2018 seh 73 The Turkish poem bearing the taḫalluṣ Ḥasan oġli which according to general consensus belongs to Sayḫ ʿIzzed din Asfaraʾini has been preserved in an appendix to Sayf i Sarayi s Turkish translation of Saʿdi s Gulistan which was completed in Egypt in 1391 and has survived in a single manuscript written in that country Babayev 2018 seh 160 Flemming 2018 seh 128 Flemming 2018 seh IX preface Babayev 2018 seh 159 Babayev 2018 seh 161 Babayev 2018 seh 162 Babayev 2018 seh 163 Babayev 2018 seh 156 Babayev 2018 seh 164 Edebiyyat span Flemming Barbara Essays on Turkish Literature and History Brill 2018 ISBN 9789004355767 Y M Babayev Azerbaycan edebiyyati tarixi XIII XVIII esrler Derslik Tekrar nesr Baki Elm ve tehsil 2018 760 seh Kateqoriyalar Elifba sirasina gore edebi eserlerAzerbaycan dilinde eserlerAzerbaycan sufizmiGizli kateqoriya ISBN sehrli kecidlerinin istifade olundugu sehifeler
