Anatoli Davidoviç
Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Anatoli Davidoviç | |
---|---|
belar. Анато́ль Мікала́евіч Давідо́віч | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Skabin kəndi, Kapıl rayonu, Minsk vilayəti, BSSR |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Slutsk, Minsk vilayəti, Belarus Respublikası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | artilleriya[d] |
Rütbə | mayor |
Döyüşlər | |
Təltifləri |
Həyatı
Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kаpıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.
1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.
Döyüşlərdə iştirakı
"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi. Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu. Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.
Ailəsi
Ailəli idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xatirəsi
Gəncədə küçəyə mayor Davidoviç adı verildi, həmin küçədə barelyefi qoyuldu (10 aprel 2015).
İstinadlar
- Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin yubiley tədbiri keçirilib 2016-04-15 at the Wayback Machine // APA. 2015. 30 mart.
- . "Media forum" (azərb.). mediaforum.az. 2014-06-25 - 13:16:00. 2014-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-26.
- Süleymanlı, Samirə. "Gəncədə Anatoli Nikolayeviç Davidoviçin anadan olmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib". http://www.ganjanews.az. Gəncə News. İstifadə tarixi: 5 iyul 2019.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 62.
Xarici keçidlər
- Davidoviç Anatoli Nikolayeviç[ölü keçid]