Aleksandr Drozdov
Aleksandr Aleksandroviç Drozdov (rus. Александр Александрович Дроздов; 30 may [11 iyun] 1892, Omsk – 15 avqust 1968, Bakı) — sovet opera müğənnisi (lirik-dramatik tenor), Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti.
Aleksandr Drozdov | |
---|---|
rus. Александр Александрович Дроздов | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Omsk, Omsk qəzası[ru], Akmola vilayəti, Rusiya İmperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | II Fəxri Xiyaban |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu |
Fəaliyyət illəri | 1918-ci ildən |
Səs tembri | lirik-dramatik tenor |
Mükafatları | |
Həyatı
Aleksandr Drozdov 30 may (11 iyun) 1892-ci ildə Akmola vilayətinin Omsk şəhərində anadan olmuşdur. Mixail Medvedevdən[ru] dərs almış, 1918-ci ildə Saratov opera studiyasını (professor N. İ. Speranskinin[ru] sinfi) bitirərək orada səhnə fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə SSRİ-nin Tiflis, Leninqrad, Odessa və başqa şəhərlərinin opera teatrlarında çıxış etmiş, 1935-ci ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.
Aleksandr Drozdov teatrda işləməklə yanaşı, 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində pedaqoji fəaliyyət də göstərmişdir. O, 15 avqust 1968-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İfa etdiyi əsas partiyalar
- Otello, Radames, Manriko ("Otello", "Aida" və "Trubadur", Cüzeppe Verdi)
- Raul ("Hugenotlar", Cakomo Meyerber)
- Samson ("Samson və Dalila", Kamil Sen-Sans)
- German ("Qaratoxmaq qadın", Pyotr Çaykovski)
- Kavaradossi, Pinkerton ("Toska" və "Çio-Çio-San", Cakomo Puççini)
- Arbenin, Çatski ("Maskarad" və "Ağıldan bəla", Boris Zeydman)
- Sabinin ("İvan Susanin", Mixail Qlinka)
- Vladimir ("Dubrovski", Edvard Napravnik)
- Qriqori Melexov ("Sakit Don", İvan Dzerjinski)
- Aleksandr Matyuşenko ("Potyomkin zirehli gəmisi", Oles Çişko)
- Georgi Rıleyev ("Dekabristlər", Yuri Şaporin)
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940
- "RSFSR əməkdar artisti" fəxri adı
- "Qırmızı Əmək Bayrağı" ordeni
- "Şərəf Nişanı" ordeni
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. III ҹилд: Гаjыбов – Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. сәһ. 541. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#script_parameter)
- Театральная энциклопедия: [в 6 т.]. Т. 2. Гловацкий — Кетуракис. Москва: Советская энциклопедия. гл. ред.: П. А. Марков. 1963. стб 568. 43 000 экз. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#script_parameter)
- Rəhimli, İ. (2017). Azərbaycan Teatr Tarixi (5 cilddə). 2-ci cild. Bakı: Şərq-Qərb. səh. 203–204. ISBN 978-9952-517-86-6. (#script_parameter)
- Rəhimli, İ. (2016). Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. səh. 38–39. ISBN 978-9952-8306-3-7. (#script_parameter)