Adi yergilası
Adi yergilası (lat. Physalis alkekengi) - yergilası cinsinə aid bitki növü.
Adi yergilası | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Physalis alkekengi | |||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||
| |||||||||||||||||
Elmi adı | |||||||||||||||||
Physalis alkekengi L. | |||||||||||||||||
SOLANALES SIRASI
Solanaceae Juss . – BADIMCAN ÇİÇƏKLİLƏR FƏSİLƏSİ
Physalis L. – Yergiləsi cinsi
Bu cins Azərbaycanda 2 növlə təmsil olunmuşdur, onlardan 1-i dərman bitkisidir.
Physalis alkekengi L. - Adi yergiləsi - Физалис обыкновенный – Ordinary ground cherry
Botaniki təsviri
Uzun, sürünən, budaqlı, odunlaşmış, yeraltı zoğları olan çoxillik ot bitkisidir. Gövdəsi 25-60 (80) sm düz, budaqlı, bəzən
sadədir; aşağı hissəsi çılpaq, orta hissəsi az, təpəsi isə sıx tüklənmişdir. Yarpaqları saplaqlı, uzunluğu 4-12 sm, eni 2.5-6.5 sm yumurtavari, enli yumurtavaridir; qıraqları bəzən azacıq diş-dişli, hər iki tərəfdən çox seyrək tüklüdür. Çiçəkləri tək-tək, qoltuqdadırlar. Çiçəkyanı kasacıqları 4–7 mm uzunluqda üçdilimlidir, sıx tüklənmişdir. Tacı 20 mm, ağımtıl, sıx tükləşmişdir. Giləmeyvəsi 1.2-1.5 sm uzunluqda, narıncı, toxumları 2.5 mm qədər, tumurcuqvari, sarı və ya ağımtıl rəngdədir. May-avqust aylarında çiçəkləyir, iyun-sentyabrda meyvə verir.
Mənşəyi və yayılması
Adi yergiləsi boreal coğrafi tipinin avropa sinfinə aiddir. Skandinaviya, Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan-Kiçik-
Asiya, Şimali Amerika, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Kür-Araz ovalığı və Abşerondan başqa Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.
Ekoloji qrup və bitdiyi yerlər
Kseromezofitdir, meşə-kol və alaq bitkilik tiplərində rast gəlir. Meşələrdə, kolluqlarda, alaq kimi bostanlarda, bağlarda, üzümlüklərdə və boş sahələrdə tək-tək bitir.
Kimyəvi tərkibi
Alkaloid, flavonoid, piyli yağlar, C vitamini, steroid, fenolkarbon və üzvü turşular, habelə karotinoidlərlə zəngindir.
Təsiri və tətbiqi
Müxtəlif ölkələrin farmakopeyasına daxil olan ofisinal dərman bitkisidir. Eksperimental, Koreya və xalq təbabətində geniş tətbiq edilir. Azərbaycanın orta əsrlər təbabətində istifadə
olunmuşdur. Əsasən mədə-bağırsaq, dəri, böyrək, sidik kisəsi, qaraciyər, sarılıq, nəfəs yolları, revmatizm, malyariya, anqina, qadın xəstəlikləri, irinli yara və xoralar, eləcə də kəskin respirator infeksiyalar zamanı istifadə olunur. Antiseptik, kardiotonik, diuretik, ödqovucu, qansaxlayıcı, bəlğəmqətirici, ağrıkəsici, yarasağaldıcı, qusdurucu və iltihab proseslərinə qarşı təsirə malikdir.
İstifadə olunan hissələri
Müalıcə məqsədi ilə bitkinin çiçəkləri, yarpaqları, budaqları, meyvələri və toxumları istifadə edilir.
İstifadə formaları
Cövhər və dəmləmə.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
Meyvələrindən şorabalar, mürəbbələr və şəkərlənmiş meyvələr hazırlanır. Dekorativ və boyaq bitkisir.
Adi yergilası (lat. Physalis alkekengi) - yergilası cinsinə aid bitki növü.
İstinadlar
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |