Bu səhifədə iş davam etməkdədir. |
| Abdulla bəy Yersili | |
|---|---|
| 1810 – 1810 | |
| Əvvəlki | II Rüstəm |
| Sonrakı | Məhəmməd |
| Şəxsi məlumatlar | |
| Doğum yeri | |
| Vəfat tarixi | 28 aprel 1826 |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | sui-qəsd |
| Hərbi xidmət | |
| Döyüşlər | |
Abdulla bəy Yersili (Yersi, Tabasaran maysumluğu – 28 aprel 1826, Pilyaki[d], Rusiya imperiyası) — Tabasaran qazisi, ictimai-siyasi xadim, Şimali Tabasaranın nüfuzlu bəylərindən biri. O, Rusiya imperiyasının Qafqazda hökmranlığını möhkəmləndirməsinə qarşı çıxan yerli hakimlərdən biri olmuşdur.
Həyatı
| ]Abdulla bəy Tabasaranın Yersi kəndində anadan olmuşdur. Atası Rüstəm qazi Şimali Tabasaran bölgəsinin idarəçisi idi və ailə böyük nüfuza malik idi.
Mübarizəsi
| ]XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalı ilə bağlı baş verən hadisələrdə Abdulla bəy rus hakimiyyətinə qarşı çıxan yerli liderlər — Şeyxəli xan və II Surxay xan Qazıqumuxlu ilə bir sırada mübarizə aparırdı. 1806-cı ildə Şeyxəli xan rus qoşunlarının hücumları qarşısında Qubadan çəkilməyə məcbur olduqda, o, məhz öz qohumu Abdulla bəyin yanına — Tabasaranın Yersi kəndinə sığındı.
1818-ci ilin oktyabrında Abdulla bəy Yersili, Şeyxəli xanla birgə Başlı döyüşündə iştirak etmişdir. Şeyxəli xan və Abdulla bəyin başçılıq etdiyi dəstələr Avar, Mehdioğlu, Akuşa və Qazıqumuq qüvvələri ilə birləşərək general Pestelin rəhbərlik etdiyi rus qoşunlarına qarşı vuruşmuşdular. Dörd gün davam edən döyüşdə rus ordusu ağır itkilər verərək geri çəkilmişdir. Döyüşdən sonra Abdulla bəy Şeyxəli xanla birlikdə Qubaya dönmüşdür.
1819-cu ildə general-mayor knyaz rəhbərlik etdiyi rus qoşunları ilə Xuçni kəndi yaxınlığında baş vermiş döyüşdə Abdulla bəy ağır yaralanmış, ailəsi ilə birlikdə Akuşaya çəkilmişdi. Bu hadisədən sonra Tabasaranın bir hissəsi rus hakimiyyətinə sadiq bəylərin nəzarətinə verilmiş, Abdulla bəy isə vəzifə və torpaqlarından məhrum edilmişdi. Lakin o, sağaldıqdan sonra yenidən Rusiya hakimiyyətinə qarşı silahlı müqaviməti davam etdirmişdir. Onun dəstələri Tabasaran və qonşu Qaraqaytaq bölgəsində rus idarəçiliyinə qarşı mütəmadi hücumlar həyata keçirirdilər. Bu fəaliyyətlər Rusiya administrasiyasını ciddi narahat etmiş, Qafqaz canişini general Aleksey Yermolov Abdulla bəyin tutulması və ya öldürülməsi üçün xüsusi tapşırıqlar vermişdir.
Ölümü
| ]1826-cı il aprelin 27-dən 28-nə keçən gecə Abdulla bəy ailəsi ilə birlikdə öz evində baş vermiş güclü partlayış nəticəsində həlak olmuşdur. Müasir tədqiqatlara görə, partlayış əvvəlcədən planlaşdırılmış sui-qəsd idi və Yermolovun tapşırığı ilə hərəkət edən Qaraqaytaq usmisi Adil xanın oğlu Məhəmməd bəy və Novruz bəy tərəfindən həyata keçirilmişdi. Məhəmməd bəyə mükafat olaraq idarə etmək üçün 3 Tərəkəmə kəndi və Bakı qalasında general-mayor Krabbe tərəfindən sədaqət şəhadətnaməsi verilib. Evə iki puddan artıq barıt yerləşdirilmiş və gecə vaxtı partladılmışdı. Partlayış nəticəsində Abdulla bəy, onun iki həyat yoldaşı, iki qızı, oğlu Əli bəy və səkkiz xidmətçi həlak olmuşdur. Yalnız körpə yaşlı oğlu təsadüfən sağ qalmış, böyük oğlu Zal bəy isə həmin gecə kənddə olmadığı üçün xilas olmuşdur.
Hadisə Rusiya imperatoru I Aleksandrın diqqətini cəlb etmişdir. O, Yermolova göndərdiyi məktubda “bir günahkarın hesabına on altı günahsızın ölümündən” narazılığını bildirmiş, lakin Yermolov bu hadisəni “qaçaq başçısının zərərsizləşdirilməsi üçün yeganə vasitə” kimi əsaslandırmışdı.
Ailəsi
| ]Abdulla bəyin iki həyat yoldaşı olmuşdur. Onlardan biri, 1797-ci ildə Pəricahan xanımın təşəbbüsü ilə Abdulla bəyə ərə verilən, Fətəli xanın qızı Çimnaz xanımdır.
Xatirəsi
| ]Abdulla bəy Yersilinin ölümündən sonra onun iqamətgahı olan Yersi kəndindəki ev tamamilə dağıdılmış, sonradan həmin yerdə yeni yaşayış evləri salınmışdır. Yerli sakinlər arasında həmin ərazi uzun müddət “bəy təpəsi” kimi xatırlanmış, qazıntı işləri zamanı hələ də yanan daş parçaları və qırmızı kərpiclər aşkarlanmaqdadır.
İstinadlar
| ]- https://www.vostlit.info/Texts/Dokumenty/Kavkaz/AKAK/Tom_6_II/141-160/157.htm.
- Магомедов, Н.А. Дербент и дербентское владение в XVIII - первой половине XIX вв (rus). Mahaçqala: ИИАЭ ДНЦ РАН. 1998. 248.
- Магомедов, Расул. Даргинцы в дагестанском историческом процессе (rus) (2-ci cild). Mahaçqala: Дагестанское книжное издательство. 1999. 307. ISBN .
- "Свидетельство военно-окружного начальника в Дагестане генерал-майора Краббе о верности России хана Мамедбека, сына уцмия Каракайтагского Адиль-хана. 2 июня 1829 г." Восточная Литература.
- "157. Рапорт ген.-м. фон-Краббе ген. Ермолову, от 22-го мая 1826 года, № 18. — Тарку". Восточная Литература.
- Багдаева, Эльмира. "К 199 летию смерти Абдулла-бека Ерсинского". Зори Табасарана. 29 sentyabr 2025.
Ədəbiyyat
| ]- Исмаилова Н.И. "История Ерси и ерсинцев в прошлом и настоящем". (Махачкала, 2022. С. 324-331.)
- Доногуев М. "Ерси (Очерки истории)". (Дербент, 2014)
- Potto V. A. “Кавказская война в мемуарах генерал-лейтенанта Потто”, (Ермоловское время), II cild, XIX fəsil.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 59 saniye evvel Shahdag muzakire tohfeler terefinden redakte olunub Yenile Abdulla bey YersiliTabasaran qazisi1810 1810EvvelkiII RustemSonrakiMehemmedSexsi melumatlarDogum yeri Yersi Tabasaran maysumluguVefat tarixi 28 aprel 1826 1826 04 28 Vefat yeri Pilyaki d Rusiya imperiyasiVefat sebebi sui qesdHerbi xidmetDoyusler Qafqaz muharibesi Basli doyusu Abdulla bey Yersili Yersi Tabasaran maysumlugu 28 aprel 1826 Pilyaki d Rusiya imperiyasi Tabasaran qazisi ictimai siyasi xadim Simali Tabasaranin nufuzlu beylerinden biri O Rusiya imperiyasinin Qafqazda hokmranligini mohkemlendirmesine qarsi cixan yerli hakimlerden biri olmusdur Heyati span Abdulla bey Tabasaranin Yersi kendinde anadan olmusdur Atasi Rustem qazi Simali Tabasaran bolgesinin idarecisi idi ve aile boyuk nufuza malik idi Mubarizesi span XIX esrin evvellerinde Qafqazin Rusiya terefinden isgali ile bagli bas veren hadiselerde Abdulla bey rus hakimiyyetine qarsi cixan yerli liderler Seyxeli xan ve II Surxay xan Qaziqumuxlu ile bir sirada mubarize aparirdi 1806 ci ilde Seyxeli xan rus qosunlarinin hucumlari qarsisinda Qubadan cekilmeye mecbur olduqda o mehz oz qohumu Abdulla beyin yanina Tabasaranin Yersi kendine sigindi 1818 ci ilin oktyabrinda Abdulla bey Yersili Seyxeli xanla birge Basli doyusunde istirak etmisdir Seyxeli xan ve Abdulla beyin basciliq etdiyi desteler Avar Meh dioglu Akusa ve Qaziqumuq quvveleri ile birleserek general Pestelin rehberlik etdiyi rus qosunlarina qarsi vurusmusdular Dord gun davam eden doyusde rus ordusu agir itkiler vererek geri cekilmisdir Doyusden sonra Abdulla bey Seyxeli xanla birlikde Qubaya donmusdur 1819 cu ilde general mayor knyaz rehberlik etdiyi rus qosunlari ile Xucni kendi yaxinliginda bas vermis doyusde Abdulla bey agir yaralanmis ailesi ile birlikde Akusaya cekilmisdi Bu hadiseden sonra Tabasaranin bir hissesi rus hakimiyyetine sadiq beylerin nezaretine verilmis Abdulla bey ise vezife ve torpaqlarindan mehrum edilmisdi Lakin o sagaldiqdan sonra yeniden Rusiya hakimiyyetine qarsi silahli muqavimeti davam etdirmisdir Onun desteleri Tabasaran ve qonsu Qaraqaytaq bolgesinde rus idareciliyine qarsi mutemadi hucumlar heyata kecirirdiler Bu fealiyyetler Rusiya administrasiyasini ciddi narahat etmis Qafqaz canisini general Aleksey Yermolov Abdulla beyin tutulmasi ve ya oldurulmesi ucun xususi tapsiriqlar vermisdir Olumu span 1826 ci il aprelin 27 den 28 ne kecen gece Abdulla bey ailesi ile birlikde oz evinde bas vermis guclu partlayis neticesinde helak olmusdur Muasir tedqiqatlara gore partlayis evvelceden planlasdirilmis sui qesd idi ve Yermolovun tapsirigi ile hereket eden Qaraqaytaq usmisi Adil xanin oglu Mehemmed bey ve Novruz bey terefinden heyata kecirilmisdi Mehemmed beye mukafat olaraq idare etmek ucun 3 Terekeme kendi ve Baki qalasinda general mayor Krabbe terefinden sedaqet sehadetnamesi verilib Eve iki puddan artiq barit yerlesdirilmis ve gece vaxti partladilmisdi Partlayis neticesinde Abdulla bey onun iki heyat yoldasi iki qizi oglu Eli bey ve sekkiz xidmetci helak olmusdur Yalniz korpe yasli oglu tesadufen sag qalmis boyuk oglu Zal bey ise hemin gece kendde olmadigi ucun xilas olmusdur Hadise Rusiya imperatoru I Aleksandrin diqqetini celb etmisdir O Yermolova gonderdiyi mektubda bir gunahkarin hesabina on alti gunahsizin olumunden naraziligini bildirmis lakin Yermolov bu hadiseni qacaq bascisinin zerersizlesdirilmesi ucun yegane vasite kimi esaslandirmisdi Ailesi span Abdulla beyin iki heyat yoldasi olmusdur Onlardan biri 1797 ci ilde Pericahan xanimin tesebbusu ile Abdulla beye ere verilen Feteli xanin qizi Cimnaz xanimdir Xatiresi span Abdulla bey Yersilinin olumunden sonra onun iqametgahi olan Yersi kendindeki ev tamamile dagidilmis sonradan hemin yerde yeni yasayis evleri salinmisdir Yerli sakinler arasinda hemin erazi uzun muddet bey tepesi kimi xatirlanmis qazinti isleri zamani hele de yanan das parcalari ve qirmizi kerpicler askarlanmaqdadir Istinadlar span https www vostlit info Texts Dokumenty Kavkaz AKAK Tom 6 II 141 160 157 htm Magomedov N A Derbent i derbentskoe vladenie v XVIII pervoj polovine XIX vv rus Mahacqala IIAE DNC RAN 1998 248 Magomedov Rasul Dargincy v dagestanskom istoricheskom processe rus 2 ci cild Mahacqala Dagestanskoe knizhnoe izdatelstvo 1999 307 ISBN 9785297005778 Svidetelstvo voenno okruzhnogo nachalnika v Dagestane general majora Krabbe o vernosti Rossii hana Mamedbeka syna ucmiya Karakajtagskogo Adil hana 2 iyunya 1829 g Vostochnaya Literatura 157 Raport gen m fon Krabbe gen Ermolovu ot 22 go maya 1826 goda 18 Tarku Vostochnaya Literatura Bagdaeva Elmira K 199 letiyu smerti Abdulla beka Ersinskogo Zori Tabasarana 29 sentyabr 2025 Edebiyyat span Ismailova N I Istoriya Ersi i ersincev v proshlom i nastoyashem Mahachkala 2022 S 324 331 Donoguev M Ersi Ocherki istorii Derbent 2014 Potto V A Kavkazskaya vojna v memuarah general lejtenanta Potto Ermolovskoe vremya II cild XIX fesil Kateqoriyalar 28 aprelde vefat edenler1826 ci ilde vefat edenlerRusiya imperiyasinda vefat edenlerElifba sirasina gore vezifeli sexslerGizli kateqoriyalar Is davam eden sehifelerVikipediya Vikidatada menbeleri olan meqaleler
