ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dir (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 21 mərkəz fəaliyyət göstərir. Onlardan altısı Bakıda, on beşi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 44 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
ASAN xidmət | |
Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi | |
"ASAN xidmət" mərkəzlərinin loqosu | |
Ölkə: | Azərbaycan |
Yaradılıb: | 13 iyul 2012 |
Tabeçilik: | Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Rəhbərlik | |
Rəhbər: | Ülvi Mehdiyev |
Sayt | |
ASAN xidmət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Tarixi
Yaradılması
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən "ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Həmin ilin 5 sentyabrında Prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2018-ci il tarixli Sərəncamı ilə Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri təyin edilib.
İnkişafı
29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirirməklə 15 yanvar tarixində fəaliyyətə başladı. 3 may 2013-ci ildə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı olub. Bundan bir neçə həftə sonra — mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı olub, bu mərkəz iyunun 5-də vətəndaşlara xidmət göstərməyə başlayıb. 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzin açılışı olub. 2013-cü ilin sonlarında, dekabrın 21-də Azərbaycanda beşinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu mərkəz Gəncədə fəaliyyətə başladı. 23 yanvar 2014-cü ildə "ASAN xidmət" mərkəzlərindən istifadə edən vətəndaşların sayı 1 milyona çatdı. 2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib.
2014-cü ildə mayın 7-də Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı oldu. Həmin ilin yayında "ASAN xidmət" səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu, ölkədəki yeddinci mərkəz idi. Sabirabad "ASAN xidmət" mərkəzi açıldığı gün OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü. Bundan təxminən üç ay sonra, 13 mart 2015-ci ildə Bərdədə Azərbaycanda sayca səkkizinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. 2015-ci ildə "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb. 2015-ci ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub. Həmin ilin yayında, iyulun 14-də Azərbaycanda hələlik 5 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı. 2016-cı ildə Masallı və Qəbələdə də "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. 2017-ci ildə Qubada, 2018-ci ildə isə Mingəçevirdə, İmişlidə və Şəkidə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2019-cu ildə Şamaxıda "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb.
Fəaliyyət
"ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyindədir və "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. Mərkəzlərdə dövlət xidmətləri əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Hər mərkəzdə təxminən 100-ə yaxın könüllü çalışır.
Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət mərkəzlərin ilk mərtəbəsində yerləşən məlumat bölməsindən başlayır. Qeydiyyat prosesi avtomatlaşdırılıb, xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir. Könüllülər vətəndaşlara ərizə yazılmasında da kömək edir. Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün həmçinin səyyar avtobuslardan da istifadə olunur. İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 41 milyondan çox müraciət edilib. Vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişir.
"ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi — cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri saat 09:00-dan 17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
Mərkəzlər
Mərkəz | Açılış tarixi |
---|---|
1 saylı Bakı | 15 yanvar 2013 |
2 saylı Bakı | 24 may 2013 |
3 saylı Bakı | 17 sentyabr 2013 |
4 saylı Bakı | 7 may 2014 |
5 saylı Bakı | 14 iyul 2015 |
6 saylı Bakı | 3 avqust 2021 |
Sumqayıt | 3 may 2013 |
Gəncə | 21 dekabr 2013 |
Sabirabad | 15 dekabr 2014 |
Bərdə | 13 mart 2015 |
Masallı | 3 sentyabr 2016 |
Qəbələ | 10 avqust 2016 |
Quba | 7 dekabr 2017 |
Mingəçevir | 27 fevral 2018 |
İmişli | 22 oktyabr 2018 |
Şəki | 29 oktyabr 2018 |
Şamaxı | 5 dekabr 2019 |
Kürdəmir | 12 fevral 2020 |
Tovuz | 4 mart 2020 |
Ağcabədi | 3 iyun 2020 |
Balakən | 29 iyul 2020 |
Xəritə
Xidmətlər
Dövlət orqanlarının göstərdiyi xidmətlər
"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları və özəl müəssələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.
Ətraflı: www.asan.gov.az
Səyyar "ASAN xidmət"
2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalırlar. Hal-hazırda xidmət göstərən səyyar avtobusların sayı ondur. Bakı və Sumqayıt şəhərində qeydiyyatda olan vətəndaşlar bu xidmətdən sifarişlə istifadə edə bilirlər. İndiyə qədər səyyar "ASAN xidmət"ə 2 000 000 çox müraciət edilib.
ASAN Qatar
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb.
ASAN Kommunal
Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər görüldü "ASAN Kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda Bakı şəhərində 2 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir.
Funksional yardımçı xidmətlər
Fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində həmçinin bank, sığorta, hüquqi yardım, tibb, tərcümə, foto, mədəniyyət tədbirlərinə bilet satışı xidmətləri fəaliyyət göstərir.
Digər xidmətlər
Çağrı mərkəzi
Çağrı mərkəzi vasitəsilə Azərbaycan vətəndaşları "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər haqda məlumatlar əldə edə, təklif və iradlar bildirə, növbə tuta bilərlər. Bu xidmət 2013-cü ildə yaradılıb. Həmçinin mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron köşk vasitəsilə də vətəndaşlar Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Onlayn növbə
"ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə etmək üçün "ASAN xidmət"in saytında onlayn növbə tutmaq mümkündür.
Özünə xidmət
"ASAN xidmət" mərkəzlərində vətəndaşların dövlət orqanlarının xidmətlərindən məlumatlanması, müraciətlər edə bilmələri üçün internetə çıxışı olan kompüterlər yerləşdirilib.
İdeya bankı
İdeya bankı vasitəsilə vətəndaşlara sistemin inkişafı üçün öz təkliflərini verə bilərlər. İndiyə qədər İdeya bankına yüzlərlə təklif göndərilib və onların bir çoxu reallaşıb.
Sənədlərin çatdırılması
"ASAN xidmət" mərkəzlərində təklif olunan xidmətlərdən biri də "Sənədlərin çatdırılması" xidmətidir. Bu xidmət 1, 2, 3 və 5 saylı saylı Bakı "ASAN xidmət" mərkəzilərinəmüraciət etmiş şəxslərə təklif olunur.
Layihələr
"ASAN xidmət" vətəndaşlara xidmətdən başqa digər sahələrə də öz töhfəsini verir. "ASAN xidmət" IDEA İctimai Birliyi və "Azersun Holding" MMC ilə birlikdə Azərbaycanın bir neçə bölgəsində "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl dağ" sosial aksiyası keçirib. 2015-ci ildə "ASAN xidmət"lə "Neftçi PFK" arasında titul sponsorluğu ilə bağlı müqavilə imzalanıb. "ASAN xidmət" Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın" adlı sosial aksiya keçirib. Bu aksiyanın məqsədi məktəblilərin vaxt itirmədən şəxsiyyət vəsiqələri ilə təmin olunması idi. Aksiya çərçivəsində minlərlə şagird vəsiqə ilə təmin olundu. "ASAN xidmət" nəqliyyat sahəsinə də öz töhfəsini verib. "ASAN xidmət" ASAN Könüllüləri Gənclər Təşkilatı və "Bakubus MMC"-nin birgə təşkilatçılığı ilə 2015-ci ildə "Nəqliyyat bələdçisi" adlı layihə keçirilib. 2016-cı ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vəziyyət gərginləşdikdən sonra "ASAN xidmət" mərkəzlərində könüllülərin təşkilatçılığı Azərbaycan Silahlı Qüvvələrinə dəstək olmaq üçün "Əsgərə məktub" adlı layihəyə start verilib.
ASAN Könüllüləri Gənclər Təşkilatı
ASAN Könüllüləri Gənclər Təşkilatı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllüləri birləşdirir. Təşkilat 2013-cü ildə yaradılıb. Elə həmin il təşkilatın ilk qurultayı keçirilib. Təşkilat könüllülər üçün təlimlər, müxtəlif layihələr, yay məktəbləri təşkil edir.
Statistika
Aşağıdakı cədvəldə "ASAN xidmət" mərkəzlərində qeydə alınan yubiley müraciətlər göstərilib:
Say | Tarix | Qeydə alındığı mərkəz |
---|---|---|
1 milyon | 23 yanvar 2014 | 1 saylı Bakı "ASAN xidmət" mərkəzi |
2 milyon | məlumat yoxdur | |
3 milyon | məlumat yoxdur | |
4 milyon | məlumat yoxdur | |
5 milyon | məlumat yoxdur | |
6 milyon | məlumat yoxdur | |
7 milyon | 2 dekabr 2015 | Sabirabad "ASAN xidmət" mərkəzi |
8 milyon | 11 fevral 2016 | Səyyar "ASAN xidmət" |
9 milyon | məlumat yoxdur | |
10 milyon | 10 iyun 2016 | 5 saylı Bakı "ASAN xidmət" mərkəzi |
12 milyon | 20 oktyabr 2016 | 5 saylı Bakı "ASAN xidmət" mərkəzi |
18 milyon | 30 oktyabr | Gəncə "ASAN xidmət" mərkəzi |
19 milyon | 8 yanvar 2018 | 1 saylı Bakı "ASAN xidmət" mərkəzi |
21 milyon | 16 aprel 2018 | ASAN Qatar |
22 milyon | 8 iyun 2018 | Səyyar ASAN xidmət |
23 milyon | 26 iyul 2018 | Səyyar ASAN xidmət |
24 milyon | 10 sentyabr 2018 | Sumqayıt "ASAN xidmət" mərkəzi |
25 milyon | 5 noyabr 2018 | 5 saylı Bakı "ASAN xidmət" mərkəzi |
26 milyon | 25 dekabr 2018 | Şəki "ASAN xidmət" mərkəzi |
27 milyon | 13 fevral 2019 | 1 saylı Bakı "ASAN Kommunal" mərkəzi |
28 milyon | 1 aprel 2019 | 4 saylı Bakı "ASAN xidmət" mərkəzi |
29 milyon | 14 may 2019 | Bərdə "ASAN xidmət" mərkəzi |
33 milyon | 4 oktyabr 2019 | 2 saylı Bakı "ASAN xidmət" mərkəzi |
34 milyon | 14 noyabr 2019 | 3 saylı Bakı "ASAN xidmət" mərkəzi |
35 milyon | 19 dekabr 2019 | 5 saylı Bakı "ASAN xidmət" mərkəzi |
Mükafatlar
- "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyası qalibi: 2013;
- İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat: 2014;
- Sabirabad "ASAN xidmət" mərkəzi, OHSAS 18001:2007 standartı: 2014;
- BMT-nin Dövlət Xidmətləri Mükafatı: 2015;
- Britaniya Əməyin Mühafizəsi Şurası "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə mükafat: 2015;
- "Dövlət saytı" nominasiyasında NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı: 2018
Həmçinin bax
İstinadlar
- . 2018-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
- ↑ http://vxsida.gov.az/statistics/
- (Azərbaycan). vxsida.gov.az. 2017-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
- "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturu təsdiq edildi" (azərb.). Lent.az. 6 sentyabr 2012. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ Matthias Dornfeldt. (İngiliscə). diplomatisches-magazin.de. 2017-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
- http://vxsida.az/redirect/post/pid/406[ölü keçid]
- https://president.az/articles/28319
- ↑ ""Asan xidmət"dən paytaxt sakinlərinə şad xəbər" (azərb.). Lent.az. 29 dekabr 2012. İstifadə tarixi: 11 aprel 2016.
- ""ASAN xidmət" mərkəzi fəaliyyətə başladı" (azərb.). Olaylar.az. 15 yanvar 2013. İstifadə tarixi: 22 aprel 2016.
- ↑ "Sumqayıtlıların işi "ASAN" olacaq" (azərb.). Lent.az. 3 may 2013. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ "2 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb" (azərb.). Lent.az. 5 iyun 2012. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ "Bakılıların işi bir az da "ASAN" laşdı" (azərb.). Lent.az. 17 sentyabr 2013. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ "Gəncədə "Asan Xidmət" Mərkəzi açılıb" (azərb.). Lent.az. 21 dekabr 2013. İstifadə tarixi: 11 aprel 2016.
- ""ASAN Xidmət" in 1 000 000-cu istifadəçisi kim oldu?" (azərb.). Lent.az. 23 yanvar 2014. İstifadə tarixi: 11 aprel 2016.
- ""ASAN Xidmət" İSO sertifikatı aldı" (azərb.). Lent.az. 25 fevral 2014. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ (İngiliscə). teas.eu. 23 iyul 2014. 2015-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
- ↑ "4 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı" (azərb.). Lent.az. 7 may 2014. İstifadə tarixi: 11 aprel 2016.
- (azərb.). Trend İnformasiya Agentliyi. 5 iyun 2014. 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
- ↑ "Prezident Sabirabad rayonuna səfər edib" (azərb.). Lent.az. 15 dekabr 2014. İstifadə tarixi: 11 aprel 2016.
- (azərb.). Trend.az. 18 dekabr 2014. 2016-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
- ↑ "Qarabağ bölgəsində ilk "ASAN xidmət" mərkəzi açıldı" (azərb.). Lent.az. 13 mart 2015. İstifadə tarixi: 11 aprel 2016.
- ""ASAN xidmət" BMT-nin mükafatına layiq görülüb" (azərb.). Lent.az. 12 may 2015. İstifadə tarixi: 11 aprel 2016.
- "Əmək mədəniyyəti və milli inkişaf" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 21 fevral 2015. İstifadə tarixi: 12 aprel 2016.
- ↑ "Prezident 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında" (azərb.). Lent.az. 14 iyul 2015. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ "Prezidentin tapşırığına əsasən "ASAN xidmət" fəaliyyətini və əhatə dairəsini genişləndirir" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2016. İstifadə tarixi: 22 aprel 2016.
- ↑ https://az.president.az/articles/26232
- ↑ . 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
- Elmidar Əliyev (7 may 2014). ""ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan brendidir" (azərb.). Anspress.com. İstifadə tarixi: 12 aprel 2016.
- Kamal Cəfərov (31 iyul 2013). "Azerbaijan's one-stop public service shop is driving up efficiency" (İngiliscə). The Guardian. İstifadə tarixi: 15 aprel 2016.
- ↑ Çingiz Rüstəmov (1 avqust 2013). ""Guardian" qəzeti: Azərbaycanın dövlət xidmətləri üçün "bir pəncərə" mərkəzi səmərəliliyi artırır" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 12 aprel 2016.
- Elmidar Əliyev (19 may 2014). . Trend.az (İngiliscə). Unpan.org. 21 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
- Elmidar Əliyev (19 may 2014). "İnam Kərimov: "Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz"" (azərb.). Anspress.com. İstifadə tarixi: 12 aprel 2016.
- Nailə Məmmədova (22 dekabr 2015). "Asan və şəffaf xidmət prinsipi" (azərb.). Lent.az. İstifadə tarixi: 12 aprel 2016.
- Çingiz Rüstəmov (18 yanvar 2013). "Bakının rüşvətsiz yaşamaq praktikasından reportaj" (azərb.). Anspress.com. İstifadə tarixi: 12 aprel 2016.
- Çingiz Rüstəmov (3 aprel 2015). (azərb.). Anspress.com. 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
- "Prezident İlham Əliyev 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında" (azərb.). Milli.az. 14 iyul 2015. İstifadə tarixi: 18 aprel 2016.
- "Prezident "ASAN xidmət"ə 9 milyon manat ayırdı" (azərb.). lent.az. 17 dekabr 2015. İstifadə tarixi: 19 aprel 2016.
- "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (azərb.). president.az. İstifadə tarixi: 2020-06-06.
- "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (azərb.). president.az. İstifadə tarixi: 2020-06-06.
- "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (azərb.). president.az. İstifadə tarixi: 2020-06-06.
- "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (azərb.). president.az. İstifadə tarixi: 2020-08-15.
- http://www.asan.gov.az/az/category/asan-xidmetler
- ""ASAN xidmət"ə iki milyonuncu vətəndaş müraciət etmişdir" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 25 iyun 2014. İstifadə tarixi: 12 aprel 2016.
- Çingiz Rüstəmov (5 iyun 2013). "Bəzi rayonlarda səyyar "ASAN xidmət" fəaliyyət göstərəcək" (azərb.). Anspress.com. İstifadə tarixi: 12 aprel 2016.
- "Prezidentin tapşırığına əsasən "ASAN xidmət" fəaliyyətini və əhatə dairəsini genişləndirir" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2016. İstifadə tarixi: 13 aprel 2016.
- "Sifarişli səyyar ASAN xidmət artıq Sumqayıtda" (azərb.). Lent.az. 20 aprel 2016. İstifadə tarixi: 22 aprel 2016.
- ↑ Rəvan (31 yanvar 2013). "Sabahdan "108" "Çağrı" mərkəzi vasitəsilə "ASAN xidmət" növləri haqqında məlumat almaq mümkün olacaq" (azərb.). ictnews.az. İstifadə tarixi: 18 aprel 2016.
- Rəvan (1 fevral 2014). ""ASAN xidmət" Çağrı mərkəzi 1 yaşında" (azərb.). azvision.az. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
- (azərb.). Asan.gov.az. 2016-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
- ""ASAN xidmət"in "İdeya Bankı"nın əhatə dairəsi genişlənir" (azərb.). Trend İnformasiya Agentliyi. 10 aprel 2015. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
- ""ASAN xidmət"dən daha bir yenilik – sənədlərin çatdırılması" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 mart 2016. İstifadə tarixi: 22 aprel 2016.
- Mahir Babayev (6 noyabr 2015). ""Yaşıl dağ" aksiyası maraqla qarşılanır" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 13 aprel 2016.
- "Kağızlardan "Yaşıl dağ" yaratdılar" (azərb.). Milli.az. 6 oktyabr 2015. İstifadə tarixi: 13 aprel 2016.
- (azərb.). Azvision.az. 22 dekabr 2015. 2015-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ""Neftçi" futbol klubu ilə "ASAN xidmət" arasında əməkdaşlıq müqaviləsi imzalanıb" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 oktyabr 2015. İstifadə tarixi: 13 aprel 2016.
- Ülviyyə R. Əli (26 noyabr 2015). ""ASAN xidmət"dən "Sənədsiz məktəbli qalmasın" aksiyası" (azərb.). Oxu.az. İstifadə tarixi: 13 aprel 2016.
- ""ASAN xidmət" və "BakuBus"dan birgə layihə" (azərb.). 525.az. 2 oktyabr 2015. İstifadə tarixi: 15 aprel 2016.
- ""Əsgərə Məktub!" layihəsinə başlandı" (azərb.). lent.az. 5 aprel 2016. İstifadə tarixi: 19 aprel 2016.
- Lalə Quluzadə. (azərb.). oley.az. 2015-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
- (azərb.). asanyouth.az. 2016-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
- Tural Səftərov (19 dekabr 2013). (azərb.). interaztv.com. 2018-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
- Mustafa Dadaşov (30 avqust 2015). "Qaxda ASAN könüllülərinin II Yay məktəbi başa çatıb" (azərb.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 18 aprel 2016.
- ""ASAN xidmət" mərkəzində 1 milyonuncu vətəndaş qeydə alınıb". salamnews.az (azərb.). arxiv.az. 23 yanvar 2014. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
- İlkin İzzət (25 iyun 2014). ""ASAN xidmət"ə 2 milyonuncu vətəndaş müraciət edib" (azərb.). Trend İnformasiya Agentliyi. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
- Şahin Həbibov (23 yanvar 2014). ""ASAN xidmət"də 3 milyonuncu" (azərb.). anspress.com. İstifadə tarixi: 18 aprel 2016.
- Şahin Həbibov (2 dekabr 2015). ""ASAN xidmət"də 7 milyonuncu vətəndaş müraciəti qeydə alınıb" (azərb.). salamnews.org. İstifadə tarixi: 18 aprel 2016.
- Şahin Həbibov (15 fevral 2016). ""ASAN xidmət" mərkəzlərinin elektron növbə sistemində 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb" (azərb.). salamnews.org. İstifadə tarixi: 18 aprel 2016.
- (azərb.). Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi. 2016-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
Xarici keçidlər
- ASAN xidmət rəsmi saytı
- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
- ASAN kadr
- İdeya Bankı 2016-04-01 at the Wayback Machine