Wikipedia
21 noyabr
Oktyabr – Noyabr – Dekabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
21 noyabr — Qriqorian təqvimi ilə ilin 325-ci günü (uzun illərdə 326-cı). İlin sonuna 40 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1877 — Tomas Edison səsyazan cihaz (fonoqraf) icad etdiyini bildirmişdir.
- 1905 — Eynşteyn məşhur E=mc2 düsturunu açıqlamışdır.
- 1955 — İran, Türkiyə, İraq, Pakistan və İngiltərə "Bağdad paktı" təçkilatını təsis etmişlər.
- 1956 — BMT sovet qoşunlarının Macarıstana daxil olmasını pisləmişdir.
- 1957 — Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak olub.
- 1958 — Şarl de Qoll Fransa prezidenti seçilmişdir.
- 1990 — Naxçıvan MR Ali Məclisi 20 yanvar hadisələrinə siyasi qiymət vermişdir.
- 1991 — Fransız səyyahı Jerar Abovil ilk dəfə qayıqla Sakit okeanı keçmişdir. Yaponiyadan Vaşinqtonadək 10 135 km məsaəfni o, avar çəkməklə 134 günə qət etmişdir.
- 1992 — Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edilmişdir.
- 1994 — Əhalinin sosial müdafiəsi Fondu təsis edilmişdir.
- 1994 — Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT olmuşdur.
- 1995 — Serbiya, Xorvatiya və Bosniya prezidentləri "Deyton sazişi"ni ratifikasiya etmişlər.
- 1996 — BMT-nin qərargahında ilk dəfə Beynəlxalq televiziya forumu keçirilmişdir.
- 2007 — Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulmuşdur.
- 2008 — İstanbulda Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilmişdir.
Doğumlar
- 1694 — Volter, fransız şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi
- 1898 — Rene Maqrit, belçikalı sürrealist rəssam
- 1902 — İsak Başeviz Singer, yəhudi əsilli polyak yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı
- 1948 — Tələt Kəngərli, Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014).
- 1965 — Byork, island müğənni
- 1972 — Mehman Sayadov, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ölümlər
- 1919 — Mixail Suslin, rus riyaziyyatçı
- 1996 — Abdus Salam, Pakistanlı fizik
Bayramlar və xüsusi günlər
- — Ümumdünya Salam Günü
- 21 noyabr - Dünya Fəlsəfə Günüdür