Əli Mustafayev
Əli Mustafayev (tam adı: Əli Mustafa oğlu Mustafayev; 10 fevral 1967; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polкovniкi, "Vətən uğrunda" medalı kovaleri.
Əli Mustafayev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Aslan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1991 |
Rütbə | |
Döyüşlər | Qarabağ müharibəsi Aprel döyüşləri Vətən müharibəsi |
Təltifləri | |
Həyatı
Əli Mustafayev 1967-ci il fevralın 10-da Bakı şəhərində anadan olub. Bakıda orta təhsil alandan sonra Sovetlər Birliyinin ordu sıralarına daxil olur. Bakıda 1990-cı il hadisələri baş verəndə İttifaq ordusunda zabit kimi xidmət edən Əli Mustafayev Azərbaycana qayıdır.
Hərbi xidməti
1-ci Qarabağ müharibəsi
1991-ci ildə Azərbaycana qayıdan Əli Mustafayev döyüşən orduya qoşularaq Qarabağ müharibəsində iştirak edir. Döyüşdə hər tərəfdən özünü nizam-intizamlı, nümunəvi zabit kimi göstərən Əli Mustafayev atəşkəsdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə xidmətini davam etdirmək üçün göndərilir. Azərbaycan Ordusu üçün ilk milli kadrların hazırlanmasında onun xidmətləri misilsizdir. Sonrakı illərdə Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində fərqli fəzifələrdə xidmət edib. Hər zaman nümunəvi zabit kimi fərqlınib və dövlətimiz tərəfindən mükafatlandırılıb.
Aprel döyüşlərində iştirak edib.
2-ci Qarabağ müharibəsi
Azərbaycan Ordusunun polkovniki olan Əli Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulidən Şuşaya qədər döyüş yolu keçib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mustafayev "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mustafayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mustafayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
- — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (24.06.2005) — "Vətən uğrunda" medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı
İstinadlar
- ( (az.)). 24.06.2005. 2021-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 07.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-26 tarixində . İstifadə tarixi: 07.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində . İstifadə tarixi: 07.01.2021.
- ( (az.)). 24.06.2005. 2021-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 07.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-17 tarixində . İstifadə tarixi: 07.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-26 tarixində . İstifadə tarixi: 07.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-26 tarixində . İstifadə tarixi: 07.01.2021.