Əfqan Xəlilli
Əfqan Xəlilli (azərb. Xəlilli Əfqan Yunus; 30 iyul 1986, Perm) — Azərbaycanlı tərcüməçi, poliqlot, Qarabağ FK-nun keçmiş tərcüməçisi.
Əfqan Xəlilli | |
---|---|
azərb. Xəlilli Əfqan Yunus | |
Doğum tarixi | |
Doğum yeri | Perm, RSFSR |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Ankara Universiteti |
Fəaliyyəti | tərcüməçi |
Həyatı
Əfqan Xəlilli 1986-cı il iyulun 30-da Rusiyanın Perm şəhərində anadan olmuşdur. Əslən Şəmkir rayonunun Şiştəpə kəndindəndir.
Gənclik illəri Sumqayıt şəhərində keçdikdən sonra Türk Liseyində təhsil almışdır. Liseyi bitirdikdən sonra Türkiyənin Trabzon şəhərindəki Karadeniz Texniki Universitetinin Tibb Fakultetində təhsil almışdır. Lakin 2-ci kursda şəhər və həkimlik sənəti ona maraqlı gəlmədiyindən təhsilini müvəqqəti dayandıraraq Rusiyaya getmişdir.
1 il Sankt-Peterburqda biznes fəaliyyəti ilə məşğul olduqdan sonra 2006-cı ildə yenidən Türkiyəyə qayıtmış, Ankara Universitetinin siyasi çıxışları ilə tanınan məşhur Dil və Tarix-Coğrafiya Fakültetində İspan dili və Ədəbiyyatı üzrə təhsil almışdır. 2011-ci ildə məzun olanadək ispan dilindən başqa portuqal və erməni dillərini də öyrənib, Azərbaycana qayıtdıqdan sonra hərbi xidmətə yollanıb. Əsgərliyi başa vurandan sonra isə İspaniyanın Valensiya şəhərində təhsilini davam etdirmiş, 2013-cü ildə vətənə qayıdaraq Qarabağ FK-da tərcüməçi kimi fəaliyyətə başlamışdır.
2017-ci ildə, Xəlillinin facebook hesabındakı paylaşımlarına görə, özünü təhqir olunmuş sayan bir qrup jurnalistin "Qarabağ" FK rəhbərliyinə göstərdiyi təzyiqlər nəticəsində, klubdakı işinə son verilmişdir.
"Hispaniya" iberoamerikan portalının təsisçisidir.
İspan və Latın Amerikası ədəbiyyatından müxtəlif əsərləri azərbaycan dilinə tərcümə etmişdir.
Tərcümə etdiyi əsərlər
- "Qanlı Toy", Federiko Qarsiya Lorka (ispan dilindən tərcümə)
- "Şirin Portağal Ağacım", Joze Mauru di Vaskonselos (Parlaq İmzalar, 2018) (portuqal dilindən tərcümə)
- "Abel Sançes, bir iztirabın tarixçəsi", Miqel de Unamuno (Parlaq İmzalar, 2019) (ispan dilindən tərcümə)
- Hekayələr, Eduardo Qaleano
- Nifrətdən Mərhəmətə, Miqel de Unamuno
- "Namus" filmi, subtitrlər
Xarici dillərə etdiyi tərcümələr
- A Günel, Aqşin Yenisey
- La Mujer Libre, Ramiz Rövşən
Məqalələri və araşdırmaları
- İspan Pilotlar Azərbaycanda
- Azərbaycan dili və Xarici dillər Arasında Transliterasiya Problemi
- Şamaxı Zəlzələsi İspan Mətbuatında (1902)
- İspan Mətbuatında Azərbaycan (1880-1905)
- Sumqayıtda Yaşamağınız Üçün 10 Gözəl Səbəb
- Meksika haqqında 15 maraqlı fakt
İstinadlar
- "Het-trik News" Qəzetinin noyabr - 2016 buraxılışı
- Qol.az saytı - http://qol.az/?name=xeber&news_id=100311
- Rekord.az - http://rekord.az/news/p:46369 2016-11-08 at the Wayback Machine
- http://qafqazinfo.az/news/detail/qarabag-in-tercumecisinden-terbiyesizlik-foto-179347
- http://sportinfo.az/news/5608
- https://www.academia.edu/38062242/Federiko_Qarsiya_Lorka_-_Qanl%C4%B1_Toy_Az%C9%99rbaycan_dilind%C9%99_
- "Mingəçevirdə "Caninin etirafı", https://ayna.az/news/2921
- Azərbycan Respublikası, Əqli Mülkiyyət Agentliyi, Qeydiyyat No: 15/C-10340-19, Şəhadətnamə No: 10801
- Parlaq İmzlar Nəşriyyatı - http://www.parlaqimzalar.az
- ISBN 9789952833829
- ISBN 9789952525229
- http://hispaniya.com/arsivler/66
- http://hispaniya.com/arsivler/40
- http://hispaniya.com/arsivler/27
- "Dünya Ədəbiyyatı", Əmirxan Xəlilov səh. 45http://elibrary.bsu.az/books_135/N_54.pdf[ölü keçid]
- http://hispaniya.com/arsivler/475
- https://www.youtube.com/watch?v=BnBP9ykZUqw&t=255s
- http://hispaniya.com/arsivler/80
- http://hispaniya.com/arsivler/57
- http://hispaniya.com/arsivler/315
- "Bakını Hitlerdən Qoruyan İspanlar Kimlər idi" başlığı ilə http://kulis.lent.az/m/news/5418[ölü keçid]
- http://hispaniya.com/arsivler/357
- http://hispaniya.com/arsivler/379
- http://hispaniya.com/arsivler/397
- http://xeberle.com/gundem/21871-sumqaytda-yasamanz-n-10-gzel-sebeb.html
- http://hispaniya.com/arsivler/421
Xarici keçidlər
"Hispaniya" İberiya və Cənubi Amerika