Ədalət liqası (film, 2017)
Ədalət Liqası (ing. Justice League) — DC Comics-in eyni adlı super qəhrəman hekayəsi əsasında Warner Bros. Pictures tərəfindən istehsalda olan ABŞ super qəhrəmanlıq filmidir. Filmin rejissoru Zak Snayder ssenari müəllifi isə Kris Terriodur. Əsas rolları Ben Afflek, Henri Kavill, Qal Qadot, Ezra Miller, Ceyson Mamoa, Rai Fişer və Kiaran Hinds ifa edirlər. Ədalət Liqası -nda Betmen Möhtəşəm Qadın ilə birlikdə Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Parademonsdan olan ordusuna qarşı mübarizə aparırlar.
Ədalət Liqası | |
---|---|
ing. Justice League | |
| |
Janr | Fantastika Döyüş Dram Elmi Fantastika |
Rejissor | Zak Snayder |
Prodüser | Çarles Rouen Debora Snayder Qeof Cons Con Berq |
Əsərin müəllifi | Qadner Foks tərəfindən hazırlanmış Ədalət Liqası |
Ssenari müəllifi | Kris Terrio |
Baş rollarda | Ben Afflek Henri Kavill Emi Adams Qal Qadot Ceyson Mamoa Ezra Miller Rai Fişer Uilyam Dafoe Cessi Ayzenberq Ceremi Ayrons Diana Leyn Conni Nilson C.K. Simmons |
Operator | Febian Uaqber |
Bəstəkar | Junkie XL |
İstehsalçı | DC Comics RatPac Entertainment Atlas Entertainment Cruel and Unusual Films Warner Bros. Pictures |
İlk baxış tarixi | 17 noyabr 2017 (Birləşmiş Ştatlar) |
Filmin növü | Bədii film |
Rəng | rəngli |
Vaxt | 120 dəq. |
Büdcə | 300.000.000 $ |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 2017 |
Əvvəlki film | Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi |
IMDb | ID 0974015 |
Vikianbarda əlaqəli mediafayllar |
Film 2014-cü ilin oktyabr ayında Snayderin Terrionun yeni film üçün ssenari yazacağını bilmdirməsi ilə elan edildi. Əsas fotoqrafiya 11 aprel 2016-cı ildə başlayıb eyni ilin 14 oktyabr ayında başa çatdı. Filmin 17 noyabr 2016-cı ildə 2D, 3D və IMAX 3D formatlarında nümayış olunacağı təyin edildi.
Qısa məzmun
Betmen Supermenə Qarşı hadisələrində özünü bəşəriyyət üçün qurban verən Supermen-dən sonra Brüs Ueyn və Şahzadə Diana Fləş, Aquamen, Siborq və yenicə dirilmiş Supermeni aralarına alaraq Steppenvolf və onun Yer kürəsində Parademonsdan olan ordusuna qarşı mübarizə başlayırlar.
Rollarda
- Ben Afflek — Brüs Ueyn (Betmen)
- Milyardçı sosialist; xüsusi geyimdə özünü Qotem şəhəri-nin müdafiəsinə həsr edir.
- Henri Kavill — Klerk Kent (Supermen)
- Yeqanə sağ qalmış Kriptonlu, Daily Planet dərgisində jusrnalist; Supermen adı ilə dünyada yadellilərə qarşı döyüşür.
- Emi Adams — Lois Leyn
- Daily Planet dərgisində jurnalist. Supermenə qarşı sevgi və maraq hissləri var.
- Qal Qadot — Şahzadə Diana (Möhtəşəm Qadın)
- 5.000 yaşlı Amazon şahzadəsi; Zevsin yarıilahə qızı
- Ceyson Momoa — Artur Körri (Aquamen)
- Atlantindanın yeraltı suların kralı
- Ezra Miller — Berri Allen (Fleş)
- Sentral siti universitetinin tələbəsi, superinsan sürətə malikdir
- Rey Fişer — Viktor Stoun (Kiborq)
- Keçmiş kollec tələbəsi, bədbəxt hadisə nəticəsində texnologiya manipulasiyasına malikdir
- Uillem Defo — Nuidis Vulko
- Aquamenin məsləhətçisi
- Cessi Ayzenberq — Leks Lutor
- LeksKorpun sahibi
- Ceremi Ayrons — Alfred Pennivort
- Brüs Ueynin köməkçisi
- Diana Leyn — Marta Kent
- Klark Kentin analığı
- Conni Nilson — Kraliça Hippolta
- Şahzadə Diananın anası
- C.K. Simmsons — Ceyms Qordon
- Qotem polis departamentinin inspektoru, Betmenin köməkçisi
- Coe Manqaniello — Sleyd Vilson (Detstrok)
İstinadlar
- http://batman-news.com/2016/12/22/lex-luthor-queen-hippolyta-justice-league/
- comicbook.com/dc/2016/06/19/justice-league-producers-explain-where-the-movie-picks-up/
- http://collider.com/justice-league-movie-synopsis/
- http://collider.com/justice-league-movie-villains-mother-boxes/
- http://www.dccomics.com/blog/2013/08/22/ben-affleck-revealed-as-batman-in-warner-bros-pictures-new-super-hero-feature-film
- https://www.facebook.com/henrycavill/photos/a.1008459409174915.1073741828.1001896566497866/1059428557411333/?type=1&theater
- ↑ http://www.comingsoon.net/movies/news/797575-full-justice-league-movie-cast-revealed#/slide/1
- http://www.cinemablend.com/news/1525829/who-willem-dafoe-is-playing-in-justice-league
- http://www.digitalspy.com/movies/justice-league/news/a795863/jesse-eisenberg-back-as-lex-luthor-in-justice-league/
- http://www.showbiz411.com/2016/04/30/exclusive-jeremy-irons-will-bring-batmans-alfred-to-justice-league-of-america
Xarici keçidlər
- Filmin rəsmi vebsaytı
- Ədalət Liqası — Internet Movie Database saytında.
- Ədalət Liqası Box Office Mojo-da
- Ədalət Liqası Rotten Tomatoes saytında (ing.)