Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni lazımdır. |
Əbdülkərim Əlizadə (11 yanvar 1906 – 3 dekabr 1979) — Azərbaycan tarixçisi, şərqşünas, akademik, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Azərbaycan SSR EA-nın akademiki (1955), 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ Dövlət mükafatı laureatı (1980).
Əbdülkərim Əlizadə | |
---|---|
Əbdülkərim Əli oğlu Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Bilgəh, Bakı, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | akademik |
İş yeri | AMEA |
Təhsili | ali |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur.
Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936–1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938–1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.
Əbdülkərim Əlizadə 1941–1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958–1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.
Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.
Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.
O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi.
Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.
O, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunmuşdur.
Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi.
Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir. Əbdülkərim Əlizadə Nizaminin "Sirlər xəzinəsi"ni, Rəşidəddinin "Cami ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərlərinin elmi-tənqidi mətnlərini hazırlamışdır. O, A. A. Bakıxanovun"Gülüstan-i-İrəm" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak etmiş və redaktoru olmuşdur.
Əsərləri türk, ərəb, fars, ingilis, alman və başqa dillərdə çap olunmuşdur.
"XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi" əsəri
Akademik Ə. Ə. Əlizadənin uzun illər boyu çəkdiyi gərgin zəhmətin, apardığı dərin araşdırmaların nəticəsi kimi meydana gələn"XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi" adlı monumental monoqrafiyası bir tərəfdən müəllifin yaradıcılığının ilk dövrünü yekunlaşdırdısa, digər tərəfdən Azərbaycanın XIII–XIV əsrlər tarixinin tədqiqində zəmanəsinin son sözünü demiş oldu. 7 fəsildən ibarət əsərin hər bir bölməsində Azərbaycanın həmin dövrdəki ictimai-iqtisadi və siyasi tarixinin bu və ya digər cəhətləri araşdırılır. Dövrün mənbələrini kifayət qədər şərh edən alim Azərbaycanın təbii sərvətləri və oturaq əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verir. Burada Azərbaycanın XII əsrin sonu-XIII əsrin əvvəllərində ictimai quruluşu və siyasi vəziyyəti araşdırılır, feodal torpaq mülkiyyəti formaları, feodal sinifləri, kəndlilər və onların vəziyyəti və s. tədqiq olunur. Daha sonra müəllif Azərbaycanın monqol yürüşləri ərəfəsindəki vəziyyəti, monqolların ilk həmlələri, Cəlaləddin Xarəzmşahın Azərbaycanı tutması, nəhayət. Monqolların bu diyarı istila etmələri və Ali monqol xaqanlığının Azərbaycanda hökmranlığını tarixi faktlarla şərh edir. Monqol istilasının və köçəri feodal əyanlarının yerli istehsal qüvvələrinə təsiri əsərdə xüsusi yer tutur. Monoqrafiyada XIII–XIV əsrlərin aqrar sistemi və feodal istismarı növləri, monqol xanlarının torpaq siyasəti, incu, divan və iqta torpaqları və bu ərazilərdə yaşayan kəndlilərin vəziyyəti, XIV əsrin əvvələrində torpaq siyasətində baş vermiş dəyişikliklər, xüsusilə, torpaq mülkiyyətində oturaq feodallara məxsus hissənin artması və səbəbləri kimi aktual problemlər tədqiq olunur. Əsərdə təhkimli kəndlilərin vəziyyətinə, vergi və mükəlləfiyyətlərə və sinfi mübarizəyə də geniş yer verilmişdir. Dövrün siyasi tarixinə həsr olunmuş fəsildə müəllif Elxanilər dövlətinin təsisi, dövlət quruluşu, maliyyə sistemi və ölkənin siyasi həyatı barədə məlumat verir. Qızıl Orda xanları ilə Hülakilər arasında Azərbaycan ərazisi uğrunda gedən müharibələri, daha sonra Azərbaycanın Çobanilər və Cəlairilər dövründəki vəziyyətini və Şirvanın öz müstəqilliyi uğrunda mübarizəsini şərh edir. Ə. Ə. Əlizadənin monoqrafiyası mövzu dairəsi və elmi dəyəri baxımından Azərbaycan tarixşünaslığının şah əsərlərindən olmaqla yanaşı sonrakı tədqiqatların əsasında durdu və istiqamətverici mövqe tutdu.
Ə. Ə. Əlizadə yaradıcılığında "Came ət-təvarix" əsəri
Görkəmli dövlət xadimi, vəzir, təbib, alim Fəzlullah Rəşidəddinin elmi irsinin araşdırılması akademik Ə. Ə. Əlizadə yaradıcılığında sanballı yer tutur. Müəllif alimin "Came ət-təvarix" əsərini tarixi mənbə kimi geniş istifadə etməklə yanaşı onun elmi-tənqidi mətnini hazırlamışdır. Əsərin elmi-tənqidi mətninin tam şəkildə hazırlanması ideyası görkəmli rus şərqşünas V. V. Bartold tərəfindən irəli sürülmüşdü. Ə. Ə. Əlizadə qeyd edirdi ki, Peterburq Şərq İnstitutunda oxuduğu illərdə o, mərhum akademik V. V. Bartoldun məsləhəti ilə "Came ət-təvarix"in bu şəhərin kitabxanalarındakı əlyazma nüsxələri ilə tanış olmuş və nəticədə, Rəşidəddinin əsərlərinin yazılma üslubunu mənimsəmişdir. 1930-cu illərin sonundan bu işə başlayan Ə. Ə. Əlizadə 1957-ci ildə "Came ət-təvarix"in III cildinin elmi-tənqidi mətnini çap etdirir; həmkarı A. K. Arends isə həmin cildi rus dilinə tərcümə edir. Ə. Ə. Əlizadə mətnin hazırlanmasında "Came ət-təvarix"in dünyanın müxtəlif kitabxanalarında –Daşkənd, İstanbul, Peterburq, Tehran, Paris kitabxanalarında və Birtaniya muzeyində mühafizə olunan 7 əlyazmadan istifadə edir və onların tutuşdurulması sayəsində səlis mətn tərtib edir. Alim ilk növbədə istifadə etdiyi əlyazma nüsxələrini təsvir edir, onların elmi dəyərini, mühafizə səviyyəsini, qüsurlarını açıqlayır. O, həmçinin, şəxs və coğrafi adlar, istilahlar, etnik qruplar və türk-monqol təqvimləri üzrə göstəricilər hazırlayıb elmi-tənqidi mətnə əlavə edir. 1965-ci ildə Moskvada Ə. Ə. Əlizadə və həmkarları A. A. Romanoviç və A. A. Xetaqurov tərəfindən tərtib olunmuş yeni kitab – "Came ət-təvarix"in I cildinin I hissəsi çapdan çıxır. Ə. Ə. Əlizadənin yaxından iştirakı və müqəddiməsi ilə nəşr olunan bu hissə türk-monqol qəbilələri barədə zəngin məlumata malikdir. Hələ 1952-ci ildə həmin hissənin rus dilində tərcüməsi nəşr olunmuşdu, lakin elmi-tənqidi mətnin nəşri türk-monqol qəbilələri barədə daha dəqiq və geniş məlumat əldə etməyə imkan verdi. Naşir hər hansı bir qəbilə barədə "Came ət-təvarix"in ayrı-ayrı əlyazma nüsxələrindəki qeydləri tutuşdurmaqla daha düzgün məlumatı müəyyənləşdirməyə nail olmuşdur. Əsərin bu hissəsində 60-dan artıq qəbilə barədə məlumat verilir və hər bir qəbilənin soykökü, keçmişi göstərilir. Qeyd etmək lazımdır ki, əsərin bu hissəsi monqol yürüşləri dövründə Azərbaycana gəlmiş 20-dən çox qəbilənin mənsubiyyətini müəyyənləşdirməkdə əvəzsiz mənbədir. Bu baxımdan sulduz-çobanlı, cəlairi, corat, budat, oyrat və s. qəbilələr barədəki məlumat daha maraqlıdır. Alimin vəfatından sonra onun hazırladığı digər hissənin – "Came ət-təvarix" əsərinin II hissəsinin elmi tənqidi mətni çapdan çıxdı. Ugedey Qaanın (xaqanın) hakimiyyəti dövrünü əhatə edən həmin hissənin tərtibində də əsərin 7 əlyazma nüsxəsindən istifadə olunmuşdur. F. Rəşidəddinin elmi irsi ilə yaxından tanışlıq Ə. Ə. Əlizadəyə alimin fəaliyyəti barədə dəyərli mülahizələr yürütməyə imkan vermişdir. Belə ki, müəllif bu münasibətlə nəşr etdirdiyi məqaləsində onun əsərləri, xüsusilə də, "Came ət-təvarix" əsəri, əsərin əlyazma nüsxələri, məzmunu barədə geniş məlumat verir. O, keçmiş İttifaqda Rəşidəddin elmi irsinin öyrənilməsi səviyyəsini araşdıraraq bildirir ki, bu sahədə iki isitqamətdə iş görülmüşdür. Bir tərəfdən alimin əsərlərinin elmi-tənqidi mətnləri tərtib olunmuş, digər tərəfdən həmin əsərlərdən dövrün tarixinin tədqiqində ilk mənbə kimi istifadə edilmişdir. Ə. Ə. Əlizadə Rəşidəddinin dövlət fəaliyyətinə, Qazan xanın islahatlarındakı roluna da xüsusi diqqət yetirir və alimin bu sahədəki əməyinə yüksək qiymət verirdi.
Ə. Ə. Əlizadə yaradıcılığında "Dəstur əl-katib fi təyin əl-məratib" əsəri
Akademik Ə. Ə. Əlizadənin böyük xidmətlərindən biri də onun görkəmli dövlət və din xadimi, dilşünas alim, tarixçi, şair Məhəmməd ibn Hinduşah Naxçıvaninin elmi irsinin araşdırılması və alimin şah əsəri "Dəstur əl-katib fi təyin əl-məratib"in elmi-tənqidi mətninin hazırılanmasıdır. Müəllif əsərin elmə məlum olan bütün 6 yazma nüsxələrini dünyanın müxtəlif kitabxanalarından – İstanbul, Leyden. Vyana, Paris (2) kitabxanalarından və Britaniya muzeyində toplamış və onları tutuşdurmaqla dəqiq mətn tərtib edə bilmişdir. Əsər ilk dəfə olaraq, yazılmsından 600 il sonra, Moskvada 2 cilddə (3 kitabda), 1964, 1971, 1976,-cı illərdə çap olunmuşdur. Ə. Ə. Əlizadə əsərin çapı ilə əlaqədar ürək sözlərini farsca yazdığı şeir parçasında belə ifadə etmişdir:
Ötüşüb altı yüz il "Dəstur"un inşasından,
Dövrünün alimi Şəms-Münşinin imlasından,
Elədim mətnini tərtib, çap üçün amadə (hazır),
Əsəri ilk dəfə mən nəşr elədim dünyada.
Ə. Ə. Əlizadə əsərin mətninin tərtibində, çapa hazırlanmasında və elmi dəyərinin müəyyənləşdirilməsində ciddi səy göstərmiş və onu elmi ictimaiyyətə tanıda bilmişdir. Bu baxımdan naşirin əsərin ikinci cildində yazdığı müqəddimə dərin axtarışların nəticəsi kimi meydana gəlmiş qiymətli tədqiqat əsəri səviyyəsindədir. Fars, ingilis və rus dfllərində əsərə əlavə olunmuş həmin müqəddimə sanki alimin "Dəstur əl-katib"i öyrənmək, araşdırmaq üçün gənc nəslə verdiyi tövsiyədir. Akademik Ə. Ə. Əlizadə elmi-tənqidi mətnin müqəddiməsində ilk növbədə Məhəmməd Naxçıvaninin həyatı və elmi yaradıcılığı, onun nəsli, həmin ailədən olan görkəmli elm və dövlət xadimləri, ailənin ana dilinin türk dili olması və s. barədə məlumat verərək alimin yetişdiyi mühiti müəyyənləşdirmişdir. Daha sonra Məhəmməd Naxçıvaninin gənclik dövrü, təhsili, biliyi, bacarığı, vəzir Qiyasəddin Rəşidi və başqa dövlət xadimləri ilə yaxın əlaqələrini şərh edən müəllif onun şah əsəri "Dəstur əl-katib"in elmi-tənqidi mətninin tərtibindən bəhs edir, əsərin avtoqrafının yoxa çıxdığını və zəmanəmizə qədər bir neçə əlyazma nüsxəsinin gəlib çatdığını xəbər verir. Ə. Ə. Əlizadə Naxçıvaninin əsərində verilmiş bir sıra ictimai-iqtisadi və siyasi məsələlər – torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, dövlət quruluşu və idarə sistemi, şəhər həyatı, sənətkarlıq və ticarət, xalq kütlələrinin vəziyyəti və sinfi mübarizə, oturaq və köçəri təsərrüfatla, mədəni və mənəvi həyatla bağlı məsələlər və s. barədə mülahizələrini şərh edir. Müəllif göstərir ki, Naxçıvani Elxanilər və Cəlairilər dövründəki dövlət quruluşu və idarə sistemi ilə yaxından tanış olduğundan dövlət idarəsindəki bütün təşkilatlar, qurumlar haqqında ətraflı məlumat vermiş və onların fəaliyyətini işıqlandırmışdır. Məhəmməd Naxçıvani öz əsərində ilk növbədə dövlətin quruluşundan bəhs edir və bu, akademik Ə. Ə. Əlizadənin fikrincə, hərbçilərin dövlətin idarə sistemində əsas və aparıcı mövqe tutmaları ilə əlaqədardır. Naşir qeyd edir ki, Naxçıvaninin hərbi hissələrə iqta torpaqları verilməsi barədəki məlumatı F. Rəşidəddinin dediklərini bir növ tamamlayır. Əsərdə hərbi quruluşdan sonra ölkənin divan sistemi şərh olunur. Ə. Ə. Əlizadə göstərir ki, Naxçıvani uzun illər boyu "İnşa divanı"nda əməkdaşlıq etdiyindən nəinki bütün divanların əhatə etdikləri sahələri, həmçinin ayrı-ayrı dövlət işçilərinin və məmurların öhdəsinə düşən vəzifələri dəqiq bilirdi. Naşir əsərdə 20-dən artıq divanın şərh edildiyini bildirir və onlardan bəziləri (divan-i bozorg, divan-i əmarət və s.) barədə məlumat verir. Torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formları barədə alimin məlumatını araşdıran Ə. Ə. Əlizadə onun bəzi mülahizələrini şərh etməklə yanaşı, istifadə olunmayan torpaqlar, onların yararsız hala düşməsi və səbəbləri, həmin torpaqların istifadəsi ilə məşğul olan Bayrat divanı üzərində xüsusi ilə dayanırdı. Akademik Ə. Ə. Əlizadənin diqqətini cəlb edən məsələlərdən biri əsərdə istifadə olunan çoxsaylı vergi terminləri olmuşdur ki, onların bir qisminə (bağ-şümar, xane-şümar və s.) F. Rəşidəddinin və dövrün digər tarixçilərinin əsərlərində təsadüf olunmur. Naxçıvaninin bəzi vergilərin miqdarı, həcmi, toplanma üsulu, vaxtı və s. barədə verdiyi qeydlər də akademikin fikrincə böyük əhəmiyyət kəsb edir. Ə. Ə. Əlizadə qeyd edir ki, Naxçıvaninin şərh etdiyi məsələlər arasında şəhər həyatına, sənətkarlığa, ticarətə, tikinti sahəsinə və s. məsələlərə həsr olunmuş bölmələr mühüm əhəmiyyət kəsb edir. Əsərdə ticarət və ticarət yolları, ticarətin təşkili və mühafizəsi, əmtəə malları, sənətkarlıq emalatxanaları, sənət növləri, müxtəlif tikililər haqda qeydləri verilir ki, bunlar şəhər həyatının öyrənilməsi üçün qiymətlidir. Akademik Ə. Ə. Əlizadə Məhəmməd Naxçıvaninin dünyagörüşü, dövlət quruluşu və idarə sisteminə dair baxışları barədə də öz mülahizələrini irəli sürür və onun mərkəzləşdirilmiş dövlət hakimiyyəti tərəfdarı olduğunu yazır. Nəhayət akademik bildirir ki, Naxçıvani xalq kütlələrinin acınacaqlı vəziyyətini hakim sinfə qarşı mübarizəsini, ölkənin müəyyən vaxtlarda, xüsusilə çobani feodallarının ağalığı dövründə bərbad vəziyyətə düşməsini qələmə almış və vəziyyətdən çıxış yollarını müəyənləşdirməyə çalışmışdır. Naxçıvani həmçinin elm adamlarına, şeyxlərə, seyidlərə, mühəndislərə, sənətkarlara, dövlət xadimlərinə xüsusi rəğbət bəsləmişdir. Akademik Ə. Ə. Əlizadə 1961-ci ildə Ankarada keçirilən VI Türk konqresində "Məhəmməd bin Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsəri Yaxın və Orta Şərq ölkələrinin ictimai və iqtisadi tarixinin bir mənbəyi kimi" mövzusunuda məruzə ilə çıxış edərək görkəmli Azərbaycan aliminin, mütəfəkkirinin, dövlət və din xadiminin məşhur əsərini dünyanın elmi ictimaiyyəti qarşısında dərindən təhlil etmiş və onun elmi dəyərini açıqlamışdır.
Ə. Ə. Əlizadə və A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsəri
Keçən əsrin 60-cı illərində akademik Ə. Ə. Əlizadənin rəhbərliyi və yaxından iştirakı ilə A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərinin elmi-tənqidi mətni hazırlanır və 1970-ci ildə Bakıda nəşr olunur. M. Sultanov, M. Azəri, Ə. Ələsgərzadə və F. Babayevin iştirakı ilə Azərbaycan MEA Əlyazmalar institutunda mühafizə olunan 5 əlyazması əsasında hazırlanmış elmi-tənqidi mətnin əsas ağırlığı Ə. Ə. Əlizadənin üzərinə düşür və o, əsərin tənqidi mətninin hazırlanmasında iştirak etməklə yanaşı, mətni redaktə edir, ona 4 dildə (azərbaycan, fars, rus və ingilis dillərində) sanballı müqəddimə yazır, əsərin elmi əhəmiyyətini və tarixşünaslıqdakı yerini müəyyənləşdirir. Müəllif A. A. Bakıxanovun istinad etdiyi antik və orta əsr mənbələrini müəyyənləşdirir və eyni zamanda həmin əsərlər arasında Rəşidəddin, Vəssaf, Naxçıvani və b.k. tarixçilərin əsərlərinin olmamasına təəssüflənir. A. A. Bakıxanovun əsərində alban, gürcü, erməni, skif, massaget, amazon, sarmat, hun və s. tayfalar barədə məlumatın verilməsi və tarixi faktlarla əsaslandırılması naşirin diqqətini cəlb edir. Ə. Ə. Əlizadə bildirir ki, A. A. Bakıxanov Şirvan və Dağıstan tarixini yazarkən məxəzlər əsasən şəhər və kəndlərin tarixi, yaşayış yerlərinin adları, onların etimologiyası, hətta bu adların hansı qədim qəbilə və xalqların adı ilə əlaqədar olması barədə məlumat verir, həmin ərazilərdə yaşayan tayfa və xalqların adət-ənənələri, dini təsəvvürləri, qarşılıqlı əlaqələri, tarixdə oynadıqları rol və s. şərh edir. Naşir həmçinin əsərin qüsurlu və nöqsanlı cəhətlərini göstərir və elmi-tənqidi mətnin tərtibinə onların nəzərə alındığını bildirir.
Ölkə hüdudlarından kənarda Ə. Ə. Əlizadə şəxsiyyətinə verilən dəyər
Akademik Ə. Ə. Əlizadənin əsərləri ingilis, alman, ərəb, fars, türk dillərində çap olunmuş, həyat və yaradıcılığı barədə bir sıra ölkələrdə, hətta uzaq Yaponiyada elmi məqalələr nəşr olunmuşdur. Monqol imperiyası tarixini araşdıran yapon alimi Siyiçi Kitiqava Bakıda elmi ezamiyyətdə olarkən Ə. Ə. Əlizadənin elmi irsi ilə yaxından tanış olmuş, ondan ətraflı istifadə etmiş və vətəninə qayıtdıqdan sonra alimin həyat və yaradıcılığı haqda yapon oxucularına geniş məlumat vermişdir. Onun 1983-cü ildə "Şı xo" (Shi hö) jurnalında nəşr etdirdiyi "Əbdülkərim Əli oğlu Əlizadə" (1906.1.11–1979.12.3) adlı məqaləsində Azərbaycan aliminin tərcümeyi-halı, Peterburq həyatı, görkəmli şərqşünas alimlərdən dərs alması, ayrı-ayrı dövlərdəki elmi fəaliyyəti şərh edilir. S. Kitaqava akademikin şah əsəri olan monoqrafiyası, hazırladığı elmi-tənqidi mətnlər üzərində xüsusilə dayanmış və onları öz oxucularına tanıtmağa cəhd etmişdi. Maraqlıdır ki, tədqiqatçı məqaləsinə Ə. Ə. Əlizadənin elmi əsərlərinin (rus və yapon dillərində) siyahısını əlavə etməklə yapon oxucusunda alimin elmi irsi barədə tam təsəvvür yarada bilmişdir. Siyahıda akademikin 43 əsərinin və onun barəsində nəşr olunmuş məqalələrin adı verilir. S. Kitaqava xüsusi bülletendə nəşr etdirdiyi "Sovet Azərbaycanının mediyevist alimləri" adlı məqaləsində də (1983) akademikin elmi yaradıcılığına xüsusi yer ayırmışdır. Qeyd etmək lazımdır ki, Ə. Ə. Əlizadənin monoqrafiyası və tərtib etdiyi elmi-tənqidi mətnlər dünyanın bir çox ölkələrində mediyevist tarixçilərin, xüsusilə, Monqol imperiyası tarixinin tədqiqatçılarının stolüstü kitablarına çevrilmişdir. Akademik Ə. Ə. Əlizadə Azərbaycanda tarix və şərqşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərin yorulmaz təbliğatçısı idi. O, tarixçilərin Varşava (1955), şərqşünasların Münhen (1957) və Moskva (1960) beynəlxalq konqreslərinin, türk tarixçilərinin Ankara konqreslərinin (1961, 1970), şərqşünasların Tehran konqresinin (1966), Tehranda və Təbrizdə keçirilmiş Rəşidəddinə həsr olunmuş konqresin (1969) və s. elmi məclislərin iştirakçısı olmuş, Azərbaycan elminin yeniliklərini dünya ictimaiyyətinə çatdırmışdır. Maraqlıdır ki, alim xarici səfərlərdə olduğu vaxt, tariximizin aktual problemlərinə həsr olunmuş məsələlər barədə məruzələr oxumaqla yanaşı, elmi məclislərin işində fəal iştirak etmiş, tənqidi mülahizələrini bildirmiş, məsləhət və təkliflərini vermişdir. Bunu onun xarici səfərlərdən qayıtdıqdan sonra mətbuatda öz səfəri barədə çap etdirdiyi xatirələrindən açıq-aydın görmək olur. O, xarici səfərlərdə olduqda belə, Azərbaycanı düşünür, imkan daxilində tariximizlə bağlı ədəbiyyatın, materialların Azərbaycana gətirilməsinə, olduğu ölkələrdəki azərbaycanlıların (türk olan hissəsinin) vəziyyətinin öyrənilməsinə səy göstərmişdir. Məsələn, akademik Ə. Ə. Əlizadə 1959-cu ildə İraqda olanda yerli idarələrin icazəsi ilə üzərində mixi yazı olan, Azərbaycanla bağlı bir kərpici özü ilə gətirmiş və onu Azərbaycan tarixi muzeyinə vermişdir. Təbrizdə Rəşidəddinin yubileyində iştirak edərkən Rəbi Rəşidi xarabalığından mərmər qırıntıları, boyalı keramika parçaları toplamış, onları da vətənə gətirərək bir hissəsini Tarix muzeyinə, bir hissəsini isə Şirvanşahlar sarayına vermişdir. O, İraq səfəri vaxtı buradakı Kərkük türkmanları ilə maraqlanmış, onların həyatı, adət-ənənələri, dili, folkloru barədə məlumat əldə etmiş və Bakıda nəşr etdirdiyi xatirələrində Kərkük bayatılarından bəzilərini vermişdir. Akademik Ə. Ə. Əlizadənin iranşünasların ümumdünya konqresində (28. VIII.-13. IX.1960) iştirakı daha çox diqqəti cəlb edir. Bu konqresdə Sovet ölkəsindən 11 alim –M. Boqolyubov, A. Boldrev, İ. Braginski, Ə. Mirzoyev, Ş. Samuhəmmədov, M. İvanov, K. Eyne, R. Əliyev, M. Zend, Ə. Sumbatzadə və Ə. Ə. Əlizadə iştirak etmişdir. Konqresdən sonra ziyafətdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə qısa söhbətində Ə. Ə. Əlizadə ona Bakıda farsdilli mənbəlkərin çapı və orta əsrlər İran tarixi üzrə tədqiqatlar aparıldığını dedikdə, İran şahı bununla razılaşmış və mənbələrin çapı sahəsində Sovet İttifaqında çox işlər görüldüyünü vurğulamışdır. Fəxrlə demək olar ki, bu işdə Azərbaycan aliminin – akademik Ə. Ə. Əlizadənin rolu çox böyük idi. Akademik Ə. Ə. Əlizadənin İrana növbəti səfəri görkəmli dövlət xadimi, vəzir, təbib Fəzlullah Rəşidəddinin ölümünün 650 illiyi ilə əlaqədar keçirilən sessiyada iştirakla bağlı idi. Ə. Ə. Əlizadə bu sessiyada bütün Sovet İttifaqını təmsil edirdi. O, sessiyada "SSRİ-də Rəşidəddinin əsərlərinin tədqiqi və nəşri" mövzusunda məruzə etmişdir. Bununla yanaşı, alim elmi müzakirələrdə yaxından iştirak etmiş, sessiyanın təşkilində, ayrı-ayrı çıxışlarda nəzərəçarpan nöqsanları açıqlamış, bəzi məruzələrin (məsələn, Şirin Bəyaninin məruzəsinin) yüksək elmi səviyyə kəsb etdiyini vurğulamışdır. Rəşidəddinin Həmədanda doğulsa da, Azərbaycanda yaşayıb-yaratdığını yazan Ə. Ə. Əlizadə alimə Təbrizdə və Tehranda abidə qoyulması, əsərlərinin toplanılaraq külliyyat şəklində nəşri barədə təklif vermişdir. Sanki Ə. Ə. Əlizadə səfər zamanı yazdığı qeydlərində xatirələri deyil, tarixi bir əsər qələmə almışdı. Azərbaycanın monqol ağalığı dövrü tarixini qısa şəkildə oxucunun nəzərinə çatdırırdı. Təbrizdəki tarixi abidələr-Ərk qalası, Şəmbi-Qazan, Rəb-i Rəşidi, Göy məscid barədə məlumat verən müəllif, onların xarab vəziyyətdə olduqlarına, eləcə də əhalisinin azərbaycanlılardan ibarət Təbrizdə dövlət işlərinin, xüsusilə də, ibtidai, orta və ali məktəbdə tədrisin fars dilində aparılmasına ürək ağrısı ilə acıyır. Sovet rejiminin kəskin dövründə belə fikir söyləmək hər alimin işi deyildi.
Akademik Ə. Ə. Əlizadənin tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqeyi
Akademik Ə. Ə. Əlizadə prinsipiallığı ilə seçilən tədqiqatçılardan idi və tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqedə dururdu. O, sovet rejiminin kəskin çağlarında belə öz sözünün deyir, erməni saxtakarlarının topraqlarımıza olan iddialarının puçluğunu, elmi əsasa malik olmadığını vurğulayırdı. Erməni müəllifi L. O. Babayan 1969-cu ildə nəşr etdirdiyi əsərində Arranın "erməni torpağı olmasını əsaslandırmaq" məqsədi ilə belə bir fikir irəli sürür ki, guya XIII əsrdə bu bölgənin əhalisi ermənilərdən ibarət olmuşdur. 1276-cı ildə Arranda monqol hökmdarı Abaqa xana (1265–1282) qarşı qalxmış üsyandan bəhs edən erməni tarixçisi hadisəyə yekun vuraraq belə qənaətə gəlir: "Arran ərazisində bu dövrdə hələ də hakim etnik element erməni əhalisi idi, buna görə də, həmin itaət etməyən adamların (üsyançıların) erməni kəndliləri olduğunu desək, səhv etmiş olmarıq". L. O. Babayanın bu iddiası akademik Ə. Ə. Əlizadə tərəfindən elmi dəlillərlə təkzib olunmuş və onun fikrinin səhv olduğu göstərilmişdir. Akademik üsyançıların başçısının "kəfənə bürünərək Abaqa xanın hüzuruna gəlməsi" faktını erməni tarixçisinin nəzərinə çatdıraraq soruşmuşdur ki, ermənilər nə vaxtdan ölülərini kəfənə bürüyüb basdırırlar?". Bununla da erməni müəllifinin mövqeyinin səhv olduğunu sadəcə sadə bir məntiqlə sübuta yetirmişdir.
Öz əməksevərliyi, dərin biliyi, elmi prinsipiallığı, eyni zamanda alicənablığı, insanpərvərliyi və gənclərə qarşı qayğıkeşliyi ilə tanınmış akademik Ə. Ə. Əlizadənin elmi irsi ondan sonrakı mediyevist-tarixçilər və şərşqünaslar üçün zəngin xəzinədir.
İstinadlar
- "Ализаде Абдулкерим Али оглы // Национальная академия наук Азербайджана". 2021-04-12 tarixində . İstifadə tarixi: 2020-05-04.
- Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı 1980
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005
- . 2017-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- "Əbdülkərim Əlizadə". 2021-09-26 tarixində . İstifadə tarixi: 2016-12-30.
Mənbə
- Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı 1980
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Ebdulkerim Elizade 11 yanvar 1906 3 dekabr 1979 Azerbaycan tarixcisi serqsunas akademik 1944 1950 ci illerde Tarix Institutunun direktoru tarix elmleri doktoru Azerbaycan SSR EA nin akademiki 1955 1956 ci ilde Azerbaycan EA Ictimai Elmler Bolmesinin akademik katibi 1958 ci ilde ise Serqsunasliq Institutunun direktoru SSRI Dovlet mukafati laureati 1980 Ebdulkerim ElizadeEbdulkerim Eli oglu ElizadeDogum tarixi 11 yanvar 1906Dogum yeri Bilgeh Baki Rusiya imperiyasiVefat tarixi 3 dekabr 1979 73 yasinda Vefat yeri Baki Azerbaycan SSRVetendasligi SSRIElm sahesi TarixElmi derecesi tarix elmleri doktoruElmi adi akademikIs yeri AMEATehsili aliMukafatlari Vikianbarda elaqeli mediafayllarEbdulkerim ElizadeHeyatiEbdulkerim Eli oglu Elizade 11 yanvar 1906 ci ilde Baki yaxinligindaki Bilgeh kendinde anadan olmusdur Ebdulkerim Elizade 1930 cu ilde Leninqrad Serq Institutunu bitirmisdir 1935 ci ilde SSRI EA Serqsunasliq Institutunda 1936 1938 illerde Leninqrad Serq Institutunda 1938 1939 illerde Leninqrad Dovlet Universitetinde islemisdir Ebdulkerim Elizade 1941 1963 illerde SSRI EA Azerbaycan filialinin Tarix Institutunda bas elmi isci direktor Tarix ve Felsefe Institutunun qedim ve orta esrler yarixi sobesinin rehberi Azerbaycan Elmler Akademiyasinin indiki Azerbaycan Milli Elmler Akademiyasi Ictima elmler bolmesinin akademik katibi vezifelerinde calismisdir O 1958 1963 illerde Azerbaycan Elmler Akademiyasinin indiki Azerbaycan Milli Elmler Akademiyasi Serqsunasliq Institutunun ilk direktoru olmusdur 1963 cu ilden omrunun sonuna kimi Azerbaycan Elmler Akademiyasinin indiki Azerbaycan Milli Elmler Akademiyasi Serqsunasliq Institutunun Metnsunasliq ve mexezleri capahazirlama sobesine rehberlik etmisdir Ebdulkerim Elizade 1954 cu ilde doktorluq dissertasiyasi mudafie etmis 1955 ci ilde Azerbaycan Elmler Akademiyasinin indiki Azerbaycan Milli Elmler Akademiyasi akademiki secilmisdir Ona 1960 ci ilde Azerbaycanin emekdar elm xadimi fexri adi verilmisdir O SSRI ve Azerbaycan SSR Dovlet Mukafatina Laureati adlarina layiq gorulmusdur O Azerbaycan Sovet Ensiklopediyasinin Bas redaksiya heyetinin uzvu idi Ebdulkerim Elizade Varsavada Munxende Moskvada Ankarada Tehranda kecirilmis beynelxalq konqreslerde meruze ile cixis etmisdir O Qirmizi Emek Bayragi Seref nisani ordenleri ve medallarla teltif olunmusdur Ebdulkerim Elizade 3 dekabr 1979 cu ilde Bakida vefat etmisdir Elmi fealiyyetiEbdulkerim Elizadenin esasen Azerbaycanin ve qonsu Yaxin Serq olkelerinin Selcuqiler ve monqollar dovru tarixinin tedqiqatcisi idi Nizami Gencevinin Isgendername eserinin Serefname hissesinin elmi tenqidi metnlerini hazirladigi ucun 1948 ci ilde ona SSRI Dovlet mukafati verilmisdir Ebdulkerim Elizade Nizaminin Sirler xezinesi ni Resideddinin Cami et tevarix Mehemmed ibn Hindusah Naxcivaninin Destur el katib fi teyin el meratib eserlerinin elmi tenqidi metnlerini hazirlamisdir O A A Bakixanovun Gulustan i Irem eserinin elmi tenqidi metninin hazirlanmasinda istirak etmis ve redaktoru olmusdur Eserleri turk ereb fars ingilis alman ve basqa dillerde cap olunmusdur XIII XIV esrlerde Azerbaycanin ictimai iqtisadi ve siyasi tarixi eseri Akademik E E Elizadenin uzun iller boyu cekdiyi gergin zehmetin apardigi derin arasdirmalarin neticesi kimi meydana gelen XIII XIV esrlerde Azerbaycanin ictimai iqtisadi ve siyasi tarixi adli monumental monoqrafiyasi bir terefden muellifin yaradiciliginin ilk dovrunu yekunlasdirdisa diger terefden Azerbaycanin XIII XIV esrler tarixinin tedqiqinde zemanesinin son sozunu demis oldu 7 fesilden ibaret eserin her bir bolmesinde Azerbaycanin hemin dovrdeki ictimai iqtisadi ve siyasi tarixinin bu ve ya diger cehetleri arasdirilir Dovrun menbelerini kifayet qeder serh eden alim Azerbaycanin tebii servetleri ve oturaq ehalisinin mesguliyyeti haqqinda etrafli melumat verir Burada Azerbaycanin XII esrin sonu XIII esrin evvellerinde ictimai qurulusu ve siyasi veziyyeti arasdirilir feodal torpaq mulkiyyeti formalari feodal sinifleri kendliler ve onlarin veziyyeti ve s tedqiq olunur Daha sonra muellif Azerbaycanin monqol yurusleri erefesindeki veziyyeti monqollarin ilk hemleleri Celaleddin Xarezmsahin Azerbaycani tutmasi nehayet Monqollarin bu diyari istila etmeleri ve Ali monqol xaqanliginin Azerbaycanda hokmranligini tarixi faktlarla serh edir Monqol istilasinin ve koceri feodal eyanlarinin yerli istehsal quvvelerine tesiri eserde xususi yer tutur Monoqrafiyada XIII XIV esrlerin aqrar sistemi ve feodal istismari novleri monqol xanlarinin torpaq siyaseti incu divan ve iqta torpaqlari ve bu erazilerde yasayan kendlilerin veziyyeti XIV esrin evvelerinde torpaq siyasetinde bas vermis deyisiklikler xususile torpaq mulkiyyetinde oturaq feodallara mexsus hissenin artmasi ve sebebleri kimi aktual problemler tedqiq olunur Eserde tehkimli kendlilerin veziyyetine vergi ve mukellefiyyetlere ve sinfi mubarizeye de genis yer verilmisdir Dovrun siyasi tarixine hesr olunmus fesilde muellif Elxaniler dovletinin tesisi dovlet qurulusu maliyye sistemi ve olkenin siyasi heyati barede melumat verir Qizil Orda xanlari ile Hulakiler arasinda Azerbaycan erazisi ugrunda geden muharibeleri daha sonra Azerbaycanin Cobaniler ve Celairiler dovrundeki veziyyetini ve Sirvanin oz musteqilliyi ugrunda mubarizesini serh edir E E Elizadenin monoqrafiyasi movzu dairesi ve elmi deyeri baximindan Azerbaycan tarixsunasliginin sah eserlerinden olmaqla yanasi sonraki tedqiqatlarin esasinda durdu ve istiqametverici movqe tutdu E E Elizade yaradiciliginda Came et tevarix eseri Ebdulkerim Elizade aspirant olarken 1931 ci il Gorkemli dovlet xadimi vezir tebib alim Fezlullah Resideddinin elmi irsinin arasdirilmasi akademik E E Elizade yaradiciliginda sanballi yer tutur Muellif alimin Came et tevarix eserini tarixi menbe kimi genis istifade etmekle yanasi onun elmi tenqidi metnini hazirlamisdir Eserin elmi tenqidi metninin tam sekilde hazirlanmasi ideyasi gorkemli rus serqsunas V V Bartold terefinden ireli surulmusdu E E Elizade qeyd edirdi ki Peterburq Serq Institutunda oxudugu illerde o merhum akademik V V Bartoldun mesleheti ile Came et tevarix in bu seherin kitabxanalarindaki elyazma nusxeleri ile tanis olmus ve neticede Resideddinin eserlerinin yazilma uslubunu menimsemisdir 1930 cu illerin sonundan bu ise baslayan E E Elizade 1957 ci ilde Came et tevarix in III cildinin elmi tenqidi metnini cap etdirir hemkari A K Arends ise hemin cildi rus diline tercume edir E E Elizade metnin hazirlanmasinda Came et tevarix in dunyanin muxtelif kitabxanalarinda Daskend Istanbul Peterburq Tehran Paris kitabxanalarinda ve Birtaniya muzeyinde muhafize olunan 7 elyazmadan istifade edir ve onlarin tutusdurulmasi sayesinde selis metn tertib edir Alim ilk novbede istifade etdiyi elyazma nusxelerini tesvir edir onlarin elmi deyerini muhafize seviyyesini qusurlarini aciqlayir O hemcinin sexs ve cografi adlar istilahlar etnik qruplar ve turk monqol teqvimleri uzre gostericiler hazirlayib elmi tenqidi metne elave edir 1965 ci ilde Moskvada E E Elizade ve hemkarlari A A Romanovic ve A A Xetaqurov terefinden tertib olunmus yeni kitab Came et tevarix in I cildinin I hissesi capdan cixir E E Elizadenin yaxindan istiraki ve muqeddimesi ile nesr olunan bu hisse turk monqol qebileleri barede zengin melumata malikdir Hele 1952 ci ilde hemin hissenin rus dilinde tercumesi nesr olunmusdu lakin elmi tenqidi metnin nesri turk monqol qebileleri barede daha deqiq ve genis melumat elde etmeye imkan verdi Nasir her hansi bir qebile barede Came et tevarix in ayri ayri elyazma nusxelerindeki qeydleri tutusdurmaqla daha duzgun melumati mueyyenlesdirmeye nail olmusdur Eserin bu hissesinde 60 dan artiq qebile barede melumat verilir ve her bir qebilenin soykoku kecmisi gosterilir Qeyd etmek lazimdir ki eserin bu hissesi monqol yurusleri dovrunde Azerbaycana gelmis 20 den cox qebilenin mensubiyyetini mueyyenlesdirmekde evezsiz menbedir Bu baximdan sulduz cobanli celairi corat budat oyrat ve s qebileler baredeki melumat daha maraqlidir Alimin vefatindan sonra onun hazirladigi diger hissenin Came et tevarix eserinin II hissesinin elmi tenqidi metni capdan cixdi Ugedey Qaanin xaqanin hakimiyyeti dovrunu ehate eden hemin hissenin tertibinde de eserin 7 elyazma nusxesinden istifade olunmusdur F Resideddinin elmi irsi ile yaxindan tanisliq E E Elizadeye alimin fealiyyeti barede deyerli mulahizeler yurutmeye imkan vermisdir Bele ki muellif bu munasibetle nesr etdirdiyi meqalesinde onun eserleri xususile de Came et tevarix eseri eserin elyazma nusxeleri mezmunu barede genis melumat verir O kecmis Ittifaqda Resideddin elmi irsinin oyrenilmesi seviyyesini arasdiraraq bildirir ki bu sahede iki isitqametde is gorulmusdur Bir terefden alimin eserlerinin elmi tenqidi metnleri tertib olunmus diger terefden hemin eserlerden dovrun tarixinin tedqiqinde ilk menbe kimi istifade edilmisdir E E Elizade Resideddinin dovlet fealiyyetine Qazan xanin islahatlarindaki roluna da xususi diqqet yetirir ve alimin bu sahedeki emeyine yuksek qiymet verirdi E E Elizade yaradiciliginda Destur el katib fi teyin el meratib eseri Akademik E E Elizadenin boyuk xidmetlerinden biri de onun gorkemli dovlet ve din xadimi dilsunas alim tarixci sair Mehemmed ibn Hindusah Naxcivaninin elmi irsinin arasdirilmasi ve alimin sah eseri Destur el katib fi teyin el meratib in elmi tenqidi metninin hazirilanmasidir Muellif eserin elme melum olan butun 6 yazma nusxelerini dunyanin muxtelif kitabxanalarindan Istanbul Leyden Vyana Paris 2 kitabxanalarindan ve Britaniya muzeyinde toplamis ve onlari tutusdurmaqla deqiq metn tertib ede bilmisdir Eser ilk defe olaraq yazilmsindan 600 il sonra Moskvada 2 cildde 3 kitabda 1964 1971 1976 ci illerde cap olunmusdur E E Elizade eserin capi ile elaqedar urek sozlerini farsca yazdigi seir parcasinda bele ifade etmisdir Otusub alti yuz il Destur un insasindan Dovrunun alimi Sems Munsinin imlasindan Eledim metnini tertib cap ucun amade hazir Eseri ilk defe men nesr eledim dunyada akademik Ebdulkerim Elizade E E Elizade eserin metninin tertibinde capa hazirlanmasinda ve elmi deyerinin mueyyenlesdirilmesinde ciddi sey gostermis ve onu elmi ictimaiyyete tanida bilmisdir Bu baximdan nasirin eserin ikinci cildinde yazdigi muqeddime derin axtarislarin neticesi kimi meydana gelmis qiymetli tedqiqat eseri seviyyesindedir Fars ingilis ve rus dfllerinde esere elave olunmus hemin muqeddime sanki alimin Destur el katib i oyrenmek arasdirmaq ucun genc nesle verdiyi tovsiyedir Akademik E E Elizade elmi tenqidi metnin muqeddimesinde ilk novbede Mehemmed Naxcivaninin heyati ve elmi yaradiciligi onun nesli hemin aileden olan gorkemli elm ve dovlet xadimleri ailenin ana dilinin turk dili olmasi ve s barede melumat vererek alimin yetisdiyi muhiti mueyyenlesdirmisdir Daha sonra Mehemmed Naxcivaninin genclik dovru tehsili biliyi bacarigi vezir Qiyaseddin Residi ve basqa dovlet xadimleri ile yaxin elaqelerini serh eden muellif onun sah eseri Destur el katib in elmi tenqidi metninin tertibinden behs edir eserin avtoqrafinin yoxa cixdigini ve zemanemize qeder bir nece elyazma nusxesinin gelib catdigini xeber verir E E Elizade Naxcivaninin eserinde verilmis bir sira ictimai iqtisadi ve siyasi meseleler torpaq sahibliyi ve torpaqdan istifade torpaq mulkiyyeti formalari vergi ve mukellefiyyetler dovlet qurulusu ve idare sistemi seher heyati senetkarliq ve ticaret xalq kutlelerinin veziyyeti ve sinfi mubarize oturaq ve koceri teserrufatla medeni ve menevi heyatla bagli meseleler ve s barede mulahizelerini serh edir Muellif gosterir ki Naxcivani Elxaniler ve Celairiler dovrundeki dovlet qurulusu ve idare sistemi ile yaxindan tanis oldugundan dovlet idaresindeki butun teskilatlar qurumlar haqqinda etrafli melumat vermis ve onlarin fealiyyetini isiqlandirmisdir Mehemmed Naxcivani oz eserinde ilk novbede dovletin qurulusundan behs edir ve bu akademik E E Elizadenin fikrince herbcilerin dovletin idare sisteminde esas ve aparici movqe tutmalari ile elaqedardir Nasir qeyd edir ki Naxcivaninin herbi hisselere iqta torpaqlari verilmesi baredeki melumati F Resideddinin dediklerini bir nov tamamlayir Eserde herbi qurulusdan sonra olkenin divan sistemi serh olunur E E Elizade gosterir ki Naxcivani uzun iller boyu Insa divani nda emekdasliq etdiyinden neinki butun divanlarin ehate etdikleri saheleri hemcinin ayri ayri dovlet iscilerinin ve memurlarin ohdesine dusen vezifeleri deqiq bilirdi Nasir eserde 20 den artiq divanin serh edildiyini bildirir ve onlardan bezileri divan i bozorg divan i emaret ve s barede melumat verir Torpaq sahibliyi ve torpaqdan istifade torpaq mulkiyyeti formlari barede alimin melumatini arasdiran E E Elizade onun bezi mulahizelerini serh etmekle yanasi istifade olunmayan torpaqlar onlarin yararsiz hala dusmesi ve sebebleri hemin torpaqlarin istifadesi ile mesgul olan Bayrat divani uzerinde xususi ile dayanirdi Akademik E E Elizadenin diqqetini celb eden meselelerden biri eserde istifade olunan coxsayli vergi terminleri olmusdur ki onlarin bir qismine bag sumar xane sumar ve s F Resideddinin ve dovrun diger tarixcilerinin eserlerinde tesaduf olunmur Naxcivaninin bezi vergilerin miqdari hecmi toplanma usulu vaxti ve s barede verdiyi qeydler de akademikin fikrince boyuk ehemiyyet kesb edir E E Elizade qeyd edir ki Naxcivaninin serh etdiyi meseleler arasinda seher heyatina senetkarliga ticarete tikinti sahesine ve s meselelere hesr olunmus bolmeler muhum ehemiyyet kesb edir Eserde ticaret ve ticaret yollari ticaretin teskili ve muhafizesi emtee mallari senetkarliq emalatxanalari senet novleri muxtelif tikililer haqda qeydleri verilir ki bunlar seher heyatinin oyrenilmesi ucun qiymetlidir Akademik E E Elizade Mehemmed Naxcivaninin dunyagorusu dovlet qurulusu ve idare sistemine dair baxislari barede de oz mulahizelerini ireli surur ve onun merkezlesdirilmis dovlet hakimiyyeti terefdari oldugunu yazir Nehayet akademik bildirir ki Naxcivani xalq kutlelerinin acinacaqli veziyyetini hakim sinfe qarsi mubarizesini olkenin mueyyen vaxtlarda xususile cobani feodallarinin agaligi dovrunde berbad veziyyete dusmesini qeleme almis ve veziyyetden cixis yollarini mueyenlesdirmeye calismisdir Naxcivani hemcinin elm adamlarina seyxlere seyidlere muhendislere senetkarlara dovlet xadimlerine xususi regbet beslemisdir Akademik E E Elizade 1961 ci ilde Ankarada kecirilen VI Turk konqresinde Mehemmed bin Hindusah Naxcivaninin Destur el katib fi teyin el meratib eseri Yaxin ve Orta Serq olkelerinin ictimai ve iqtisadi tarixinin bir menbeyi kimi movzusunuda meruze ile cixis ederek gorkemli Azerbaycan aliminin mutefekkirinin dovlet ve din xadiminin meshur eserini dunyanin elmi ictimaiyyeti qarsisinda derinden tehlil etmis ve onun elmi deyerini aciqlamisdir E E Elizade ve A A Bakixanovun Gulustani Irem eseri Kecen esrin 60 ci illerinde akademik E E Elizadenin rehberliyi ve yaxindan istiraki ile A A Bakixanovun Gulustani Irem eserinin elmi tenqidi metni hazirlanir ve 1970 ci ilde Bakida nesr olunur M Sultanov M Azeri E Elesgerzade ve F Babayevin istiraki ile Azerbaycan MEA Elyazmalar institutunda muhafize olunan 5 elyazmasi esasinda hazirlanmis elmi tenqidi metnin esas agirligi E E Elizadenin uzerine dusur ve o eserin tenqidi metninin hazirlanmasinda istirak etmekle yanasi metni redakte edir ona 4 dilde azerbaycan fars rus ve ingilis dillerinde sanballi muqeddime yazir eserin elmi ehemiyyetini ve tarixsunasliqdaki yerini mueyyenlesdirir Muellif A A Bakixanovun istinad etdiyi antik ve orta esr menbelerini mueyyenlesdirir ve eyni zamanda hemin eserler arasinda Resideddin Vessaf Naxcivani ve b k tarixcilerin eserlerinin olmamasina teessuflenir A A Bakixanovun eserinde alban gurcu ermeni skif massaget amazon sarmat hun ve s tayfalar barede melumatin verilmesi ve tarixi faktlarla esaslandirilmasi nasirin diqqetini celb edir E E Elizade bildirir ki A A Bakixanov Sirvan ve Dagistan tarixini yazarken mexezler esasen seher ve kendlerin tarixi yasayis yerlerinin adlari onlarin etimologiyasi hetta bu adlarin hansi qedim qebile ve xalqlarin adi ile elaqedar olmasi barede melumat verir hemin erazilerde yasayan tayfa ve xalqlarin adet eneneleri dini tesevvurleri qarsiliqli elaqeleri tarixde oynadiqlari rol ve s serh edir Nasir hemcinin eserin qusurlu ve noqsanli cehetlerini gosterir ve elmi tenqidi metnin tertibine onlarin nezere alindigini bildirir Olke hududlarindan kenarda E E Elizade sexsiyyetine verilen deyerEbdulkerim Elizadenin xatiresine memorial lovhe E Elizade kuc 6 Baki seheri Akademik E E Elizadenin eserleri ingilis alman ereb fars turk dillerinde cap olunmus heyat ve yaradiciligi barede bir sira olkelerde hetta uzaq Yaponiyada elmi meqaleler nesr olunmusdur Monqol imperiyasi tarixini arasdiran yapon alimi Siyici Kitiqava Bakida elmi ezamiyyetde olarken E E Elizadenin elmi irsi ile yaxindan tanis olmus ondan etrafli istifade etmis ve vetenine qayitdiqdan sonra alimin heyat ve yaradiciligi haqda yapon oxucularina genis melumat vermisdir Onun 1983 cu ilde Si xo Shi ho jurnalinda nesr etdirdiyi Ebdulkerim Eli oglu Elizade 1906 1 11 1979 12 3 adli meqalesinde Azerbaycan aliminin tercumeyi hali Peterburq heyati gorkemli serqsunas alimlerden ders almasi ayri ayri dovlerdeki elmi fealiyyeti serh edilir S Kitaqava akademikin sah eseri olan monoqrafiyasi hazirladigi elmi tenqidi metnler uzerinde xususile dayanmis ve onlari oz oxucularina tanitmaga cehd etmisdi Maraqlidir ki tedqiqatci meqalesine E E Elizadenin elmi eserlerinin rus ve yapon dillerinde siyahisini elave etmekle yapon oxucusunda alimin elmi irsi barede tam tesevvur yarada bilmisdir Siyahida akademikin 43 eserinin ve onun baresinde nesr olunmus meqalelerin adi verilir S Kitaqava xususi bulletende nesr etdirdiyi Sovet Azerbaycaninin mediyevist alimleri adli meqalesinde de 1983 akademikin elmi yaradiciligina xususi yer ayirmisdir Qeyd etmek lazimdir ki E E Elizadenin monoqrafiyasi ve tertib etdiyi elmi tenqidi metnler dunyanin bir cox olkelerinde mediyevist tarixcilerin xususile Monqol imperiyasi tarixinin tedqiqatcilarinin stolustu kitablarina cevrilmisdir Akademik E E Elizade Azerbaycanda tarix ve serqsunasliq sahesinde elde olunmus nailiyyetlerin yorulmaz tebligatcisi idi O tarixcilerin Varsava 1955 serqsunaslarin Munhen 1957 ve Moskva 1960 beynelxalq konqreslerinin turk tarixcilerinin Ankara konqreslerinin 1961 1970 serqsunaslarin Tehran konqresinin 1966 Tehranda ve Tebrizde kecirilmis Resideddine hesr olunmus konqresin 1969 ve s elmi meclislerin istirakcisi olmus Azerbaycan elminin yeniliklerini dunya ictimaiyyetine catdirmisdir Maraqlidir ki alim xarici seferlerde oldugu vaxt tariximizin aktual problemlerine hesr olunmus meseleler barede meruzeler oxumaqla yanasi elmi meclislerin isinde feal istirak etmis tenqidi mulahizelerini bildirmis meslehet ve tekliflerini vermisdir Bunu onun xarici seferlerden qayitdiqdan sonra metbuatda oz seferi barede cap etdirdiyi xatirelerinden aciq aydin gormek olur O xarici seferlerde olduqda bele Azerbaycani dusunur imkan daxilinde tariximizle bagli edebiyyatin materiallarin Azerbaycana getirilmesine oldugu olkelerdeki azerbaycanlilarin turk olan hissesinin veziyyetinin oyrenilmesine sey gostermisdir Meselen akademik E E Elizade 1959 cu ilde Iraqda olanda yerli idarelerin icazesi ile uzerinde mixi yazi olan Azerbaycanla bagli bir kerpici ozu ile getirmis ve onu Azerbaycan tarixi muzeyine vermisdir Tebrizde Resideddinin yubileyinde istirak ederken Rebi Residi xarabaligindan mermer qirintilari boyali keramika parcalari toplamis onlari da vetene getirerek bir hissesini Tarix muzeyine bir hissesini ise Sirvansahlar sarayina vermisdir O Iraq seferi vaxti buradaki Kerkuk turkmanlari ile maraqlanmis onlarin heyati adet eneneleri dili folkloru barede melumat elde etmis ve Bakida nesr etdirdiyi xatirelerinde Kerkuk bayatilarindan bezilerini vermisdir Akademik E E Elizadenin iransunaslarin umumdunya konqresinde 28 VIII 13 IX 1960 istiraki daha cox diqqeti celb edir Bu konqresde Sovet olkesinden 11 alim M Boqolyubov A Boldrev I Braginski E Mirzoyev S Samuhemmedov M Ivanov K Eyne R Eliyev M Zend E Sumbatzade ve E E Elizade istirak etmisdir Konqresden sonra ziyafetde Iran sahi Mehemmed Rza Pehlevi ile qisa sohbetinde E E Elizade ona Bakida farsdilli menbelkerin capi ve orta esrler Iran tarixi uzre tedqiqatlar aparildigini dedikde Iran sahi bununla razilasmis ve menbelerin capi sahesinde Sovet Ittifaqinda cox isler gorulduyunu vurgulamisdir Fexrle demek olar ki bu isde Azerbaycan aliminin akademik E E Elizadenin rolu cox boyuk idi Akademik E E Elizadenin Irana novbeti seferi gorkemli dovlet xadimi vezir tebib Fezlullah Resideddinin olumunun 650 illiyi ile elaqedar kecirilen sessiyada istirakla bagli idi E E Elizade bu sessiyada butun Sovet Ittifaqini temsil edirdi O sessiyada SSRI de Resideddinin eserlerinin tedqiqi ve nesri movzusunda meruze etmisdir Bununla yanasi alim elmi muzakirelerde yaxindan istirak etmis sessiyanin teskilinde ayri ayri cixislarda nezerecarpan noqsanlari aciqlamis bezi meruzelerin meselen Sirin Beyaninin meruzesinin yuksek elmi seviyye kesb etdiyini vurgulamisdir Resideddinin Hemedanda dogulsa da Azerbaycanda yasayib yaratdigini yazan E E Elizade alime Tebrizde ve Tehranda abide qoyulmasi eserlerinin toplanilaraq kulliyyat seklinde nesri barede teklif vermisdir Sanki E E Elizade sefer zamani yazdigi qeydlerinde xatireleri deyil tarixi bir eser qeleme almisdi Azerbaycanin monqol agaligi dovru tarixini qisa sekilde oxucunun nezerine catdirirdi Tebrizdeki tarixi abideler Erk qalasi Sembi Qazan Reb i Residi Goy mescid barede melumat veren muellif onlarin xarab veziyyetde olduqlarina elece de ehalisinin azerbaycanlilardan ibaret Tebrizde dovlet islerinin xususile de ibtidai orta ve ali mektebde tedrisin fars dilinde aparilmasina urek agrisi ile aciyir Sovet rejiminin keskin dovrunde bele fikir soylemek her alimin isi deyildi Akademik E E Elizadenin tarixi saxtalasdiranlara qarsi barismaz movqeyiAkademik E E Elizade prinsipialligi ile secilen tedqiqatcilardan idi ve tarixi saxtalasdiranlara qarsi barismaz movqede dururdu O sovet rejiminin keskin caglarinda bele oz sozunun deyir ermeni saxtakarlarinin topraqlarimiza olan iddialarinin puclugunu elmi esasa malik olmadigini vurgulayirdi Ermeni muellifi L O Babayan 1969 cu ilde nesr etdirdiyi eserinde Arranin ermeni torpagi olmasini esaslandirmaq meqsedi ile bele bir fikir ireli surur ki guya XIII esrde bu bolgenin ehalisi ermenilerden ibaret olmusdur 1276 ci ilde Arranda monqol hokmdari Abaqa xana 1265 1282 qarsi qalxmis usyandan behs eden ermeni tarixcisi hadiseye yekun vuraraq bele qenaete gelir Arran erazisinde bu dovrde hele de hakim etnik element ermeni ehalisi idi buna gore de hemin itaet etmeyen adamlarin usyancilarin ermeni kendlileri oldugunu desek sehv etmis olmariq L O Babayanin bu iddiasi akademik E E Elizade terefinden elmi delillerle tekzib olunmus ve onun fikrinin sehv oldugu gosterilmisdir Akademik usyancilarin bascisinin kefene burunerek Abaqa xanin huzuruna gelmesi faktini ermeni tarixcisinin nezerine catdiraraq sorusmusdur ki ermeniler ne vaxtdan olulerini kefene buruyub basdirirlar Bununla da ermeni muellifinin movqeyinin sehv oldugunu sadece sade bir mentiqle subuta yetirmisdir Oz emekseverliyi derin biliyi elmi prinsipialligi eyni zamanda alicenabligi insanperverliyi ve genclere qarsi qaygikesliyi ile taninmis akademik E E Elizadenin elmi irsi ondan sonraki mediyevist tarixciler ve sersqunaslar ucun zengin xezinedir Istinadlar Alizade Abdulkerim Ali ogly Nacionalnaya akademiya nauk Azerbajdzhana 2021 04 12 tarixinde Istifade tarixi 2020 05 04 Azerbaycan Sovet Ensiklopediyasi IV cild Baki 1980 Azerbaycan Milli Elmler Akademiyasinin uzvleri haqqinda melumat kitabi Tertibci Afaq Esedova II Baki 2005 2017 05 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 05 20 Ebdulkerim Elizade 2021 09 26 tarixinde Istifade tarixi 2016 12 30 MenbeAzerbaycan Sovet Ensiklopediyasi IV cild Baki 1980 Azerbaycan Milli Elmler Akademiyasinin uzvleri haqqinda melumat kitabi Tertibci Afaq Esedova II Baki 2005Vikianbarda Ebdulkerim Elizade ile elaqeli mediafayllar var