Şahin Mustafayev (tarixçi)
Şahin Mustafayev (Mustafayev Şahin Məcid oğlu; d. 7 fevral 1962, Bakı) — Tarix üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017), AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini.
Şahin Mustafayev | |
---|---|
Mustafayev Şahin Məcid oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Elmi dərəcəsi | Tarix üzrə elmlər doktoru |
Elmi adı | Professor |
Alma-mater | Azərbaycan Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi |
Həyatı
Şahin Mustafayev 7 fevral 1962-ci ildə Bakıda anadan olub.
1984-cü ildə Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1985-1986 illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi staj keçdikdən sonra həmin institutda aspiranturaya daxil olub.
1990-cı ildə aspiranturanı bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutununun nəzdində fəaliyyət göstərən Müdafiə şurasında “XVI əsrin birinci yarısında Kiçik Asiyanın şərq vilayətlərində Osmanlı sosial-siyasi strukturunun formalaşması” mövzusunda dissertasiya müdafiə edib və tarix elmləri namizədi elmi adını alıb.
2011-ci ildə Bakı Dövlət Universiteti Tarix fakultəsinin nəzdində fəaliyyət göstərən Müdafiə şurasında “XI-XV əsrlərdə Kiçik Asiyanın türk mühitində etnosiyasi proseslər” mövzusunda dissertasiya müdafiə edib və tarix üzrə elmlər doktoru elmi adını alıb.
1990-cı ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda müxtəlif elmi vəzifələrdə işləyib, hal-hazırda isə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutur.
1999-cu ildə YUNESCO-nun "Hirayama – İpək Yolu" proqramı ilə Böyük Britaniyanın Oksford İslam Araşdırmaları Mərkəzində və Bodlean Kitabxanasında elmi tədqiqat işləri ilə məşğul olub.
2005-2006-cı illərdə Fulbright proqramı ilə ABŞ-ın İndiana Universitetində elmi tədqiqat aparıb.
2008-2013-cü illərdə YUNESKO-nun nəzdində Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun (Səmərqənd, Özbəkistan) direktoru vəzifəsində fəaliyyət göstərib.
2015-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il Fərmanı ilə Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin üzvü təyin edilib.
2014-2019-cu illərdə Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının nəzdində Tarix elmləri üzrə Problem şurasının sədri olaraq fəaliyyət göstərib, hal-hazırda isə Ümumi tarix üzrə elmi şuranın sədri vəzifəsini yerinə yetirir.
2016-cı ildə YUNESCO-nun İpək Yolu Online Platform proqramının Azərbaycan üzrə əlaqələndiricisi və Beynəlxalq bürosunun vitse-prezidenti vəzifələrinə seçilib.
Elmi əsərləri dünyanın bir sıra ölkələrində müxtəlif dillərdə dərc edilib. Bir çox beynəlxalq elmi konfransların iştirakçısı olub.
Təltif və mükafatları
- YUNESCO-nun “Hirayama – İpək Yolu” proqramının stipendiyası (1998)
- Fulbright proqramının stipendiyası (2005)
- Qazaxıstan Respublikası Təhsil və Elm nazirliyinin “Qazaxıstanda elmin inkişafı üçün” nişanı (2008-ci il)
Elmi əsərləri
1. Восточная Анатолия: от Ак-Коюнлу к Османской империи. Москва: Издательская фирма «Восточная литература» РАН, 1994.
2. Səlcuqilərdən Osmanlılara: XI-XV əsrlərdə Anadolunun türk mühitində etnosiyasi proseslər. Bakı: “Elm” nəşriyyatı, 2011
3. Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı. 1728-ci il). Bakı: “Pedaqogika” nəşriyyatı, 2001
4. Lori vilayətinin icmal dəftəri. Bakı: “Nurlan” nəşriyyatı, 2003
5. От сельджуков к османам: этнополитические процессы в тюркской среде Малой Азии в XI-XV веках. Москва: ИВ РАН – МИЦАИ, 2017
6. Концепция верховной власти и права в «Огузнаме» Языджи-оглу Али // «Османская империя: проблемы внешней политики и отношений с Россией». Москва, Институт Востоковедения РАН, 1996, cc. 10-23
7. Anadolu və Azərbaycanın türk mühitindəki etnik-siyasi dəyişmələr kontekstində qızılbaşlıq (problemin qoyuluşu) // Orta əsrlər Şərqi. Akademik Z.M.Bünyadovun xatirəsinə həsr olunmuş məqalələr toplusu. Bakı: 2000, ss. 107-114
8. Tarixi qaynaqların işığında “Kitab-i Dədə Qorqud”un yazıya alındığı etnik və mental mühit // Azərbaycan tarixinin çağdaş problemləri. Bakı: Xəzər Univərsitəsi nəşriyyatı, 2000, ss. 214-229
9. The Ottoman and Aqqoyunlu Legislative Codes on the Taxation of International Silk Trade in 15th – early 16th Centuries // Collection of Materials of UNESCO International Symposium on the Silk Roads. China, Xian, 2002, pp. 120-123
10. Renessans dövründə türklərə və Osmanlı-Səfəvi münasibətlərinə bir baxış (Busbekin “Türk məktubları”) // Elmi Araşdırmalar. № 1-4, Bakı, 2002, ss. 196-204
11. Дневники Юсифа Везира Чеменземинли: азербайджанский интеллигент в процессе аккультурации // Elmi Araşdırmalar. № 1-4, Bakı, 2002, cc. 204-209
12. Вакф Узун Хасана Ак-Коюнлу в Диярбекире // От Стамбула до Москвы. Сборник статей в честь 100-летия профессора А.Ф.Миллера. Москва: Издательство «Муравей», 2003, cc. 53-59
13. Mardində Ağqoyunlu Qasım b. Cahangir vəqfi // Orta əsrlər Şərq tarixi: Qaynaqlar və araşdırmalar (Akademik Z.M. Bünyadovun 80 illiyinə həsr olunmuş məqalələr toplusu), Bakı, “Nurlan” nəşriyyatı, 2003, ss. 98-113
14. The Diaries by Y.V.Chemenzeminli: the Azerbaijani Intellectual in the Process of Acculturation // Looking at the Colonizer: Cross-Cultural Perceptions in Central Asia and the Caucasus, Bengal and Related Areas. (B.Eschment – H.Harder (eds.)). Berlin. Ergon Verlag, 2004, ss. 31-45
15. XV-XVI yüzillərdə Osmanlı dövlət anlayışına dair bəzi qeydlər // Elmi Araşdırmalar (elmi-nəzəri məqalələr toplusu). IV buraxılış. Bakı: 2004, ss. 166-177
16. Akkoyunlu döneminde Türk etnik şuuru // I Uluslararası Oğuzlardan Osmanlıya Diyarbakır Sempozyumu (20-22 mayıs 2004). Diyarbakır: 2004, ss. 481-491
17. The Diaries by Y.V.Chemenzeminli: the Azerbaijani Intellectual in the Process of Acculturation // Looking at the Colonizer: Cross-Cultural Perceptions in Central Asia and the Caucasus, Bengal and Related Areas. (B.Eschment – H.Harder (eds.)). Berlin: Ergon Verlag, 2004, pp. 31-45
18. “Orta çağın payızında” türklərdə cəngavərlik idealı // Elmi Araşdırmalar (elmi-nəzəri məqalələr toplusu), VII buraxılış. Bakı: 2004, ss.205-215
19. Turkic Identity and Azerbaijani Consciousness at the Beginning of 20th Century: Connection or Contradiction? // Central Asia in Display. Proceedings of the VII Conference of the European Society for Central Asian Studies. Vol. 2, (G.Rasuly-Paleczek, J.Katschnig (eds.)). Wien: 2005, pp. 185-188
20. Из истории взаимоотношений государства Ак-Коюнлу с Османской империей (некоторые штрихи к портрету Угурлу Мухаммеда) // Turcica et Ottomanica (Сборник статей в честь 70-летия М.С.Мейера). Москва. Издательская фирма «Восточная литература» РАН, 2006, ss. 282-292
21. Osmanlılılar və qızılbaşlar: qarşılıqlı münasibətlərin ilk mərhələsi // Elmi Araşdırmalar (elmi-nəzəri məqalələr toplusu), VIII buraxılış. Bakı: 2006, ss. 380-383
22. The History of Sovereignty in Azerbaijan: A Preliminary Survey of Basic Approaches // Caucasus Paradigms. Anthropologies, Histories and the Making of a World Area (Eds. Bruce Grant and Lale Yalçın-Heckmann). Lit Verlag. Berlin: 2007, ss. 95-117
23. Islam and National Culture in Azerbaijan // Understanding the Middle East under the New World Order. The 6th Forum for Korea-Middle East Cooperation. 2009 IFANS-KAMES Joint International Conference. Seoul: 2009, pp. 133-139
24. Инвентаризация объектов прикладного искусства Центральной Азии: опыт Международного Института Центральноазиатских исследований // Конференция экспертов Среднеазиатского региона «Государственная инвентаризация нематериального культурного наследия: выполнение задач, методы и стратегии». Сеул: 2010, cc. 148-152
25. Османцы и туркманы в XV в.: некоторые вопросы этнополитических процессов в тюркской среде Малой Азии // Османский мир и османистика (Сборник статей к 100-летию со дня рождения А.С. Тверитиновой (1910-1973)). Москва: ИВ РАН, 2010, cc. 297-313
26. Tamerlane and Bayezid: The image of the Ottoman power in Anatolia on the eve of the battle of Ankara // Bulletin of the International Institute for Central Asian Studies. Volume 16, 2012, pp. 58-68
27. Историческая картография Центральной Азии и Атлас Карла фон Шпрунера // Исторический атлас Азии Карла фон Шпрунера. Самарканд: 2012, cc. 6-8 (в соавторстве с Х.Гулямовым и А.Татыбаевым)
28. Anadolu’da Osmanlı İmajı ve Ankara Savaşı // 1402 Ankara Savaşı Uluslararası Kongresi (Yıldırım – Timur) Bildiri Kitabı. Ankara, 9-12 Ekim 2012, ss. 435-443
29. Orta Asya’da İpek Yolu Kültür Mirası ve UNESCO’nun İpek Yolu Projesi // Uluslararası İpek Yolunda Türk Dünyası Ortak Kültür Mirası Bilgi Şöleni. Bildiriler. Ankara: Türk Yurdu Yayınları, 2013, ss. 29-40
30. The Great Silk Road – the Road of Dialogue and Cooperation // Proceedings of the International Conference “Silk Road: Past, Present and Future”. Ulanbaatar: 2013, pp. 45-50
31. «Рум» и «Аджам» в османской исторической литературе // Тюркологический сборник. 2011-2012: Политическая и этнокультурная история тюркских народов и государств. Москва: «Наука», 2013, cc. 263-284
32. М.Ф. Ахундов и французское Просвещение: духовный мост через столетие // Культурный трансфер на перекрестках Центральной Азии: до, во время и после Великого Шелкового пути. Париж-Самарканд: МИЦАИ, 2013, cc. 219-235
33. Between Nomadism and Centralization: The Ottoman Alternative in the History of the Aqqoyunlu State // Nomad Aristocrats in a World of Empires. Edited by Juergen Paul. Wiesbaden. Dr. Ludwig Reichert Verlag. 2013, pp. 143-159
34. Views on Supreme Power and Law in Medieval Nomadic Society (case of “Oghuzname” by Yazicioglu Ali) // Studia et Documenta Turkologica, Nr. 1, 2013. Universitatea Babeş-Bolyai, İnstitutul de Turcologie şi Studii Central-Asiatice (Romania), pp. 277-286
35. Некоторые теоретические вопросы современной азербайджанской историографии // AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi araşdırmalar”ı, (X buraxılış), 2014, cc. 182-208
36. Тимуридское посольство в Китай и его описание на азербайджанском языке согласно рукописи XV в. // Известия НАН Азербайджана. Серия общественных наук. 2015, № 3, cc. 98-115
37. Образ османов в сефевидских исторических источниках (первая половина и середина XVI в.) // Средневековый Восток: проблемы историографии и источниковедения (Сборник статей памяти Героя Советского Союза, академика З.М.Буниятова). Баку: «Элм», 2015, cc. 192-231
38. Нахичеван в конце XVI в. (по данным османского пространного реестра вилайета Реван 1590 г.) // Transcaucasica. 2015-1016. Выпуск 3. Москва: cc. 44-61
39. Исторические архетипы и поиск идентичности // Bakı Beynəlxalq Humanitar Forumunun materialları (2-3 oktyabr 2014-cü il). Bakı: “Şərq-Qərb”, 2016. II cild, cc. 166-174
40. Akademik Əbdülkərim Əlizadə və Azərbaycan şərqşünaslığı // Azərbaycan şərqşünaslığı. № 1 (14). Bakı: 2016, ss. 9-14
41. İpek Yolu Sefaretnameleri: Bir Akkoyunlu El Yazmasında 1419-1421 Yıllarında Çin’e Gönderilen Bir Timurlu Büyükelçiliğinin Tarihi // Yükselen İpek Yolu. III Сilt. İpek Yolunda Kültür ve Sanat. Ankara: Türk Yurdu, 2016, ss. 67-87
42. M.A.Akhundov et la philosophie des Lumieres. Un pont spirituel d’un siècle a l’autre // Asie Centrale. Transferts culturels le long de la Route de la soue. Paris: Vendemiaire, 2016, pp. 513-536
43. Silk Trade from Ilkhanids to Aqqoyunlu // Acta Via Serica. Inaugural Issue, Winter 2016 (Keimyung University, Republic of Korea), pp. 119-136
44. Некоторые особенности религиозной жизни в Азербайджане и на Кавказе в период монгольской династии Хулагуидов // Религии Казахстана и Центральной Азии на Великом Шелковом пути. Материалы международной научно-практической конференции 12-13 июня 2017 г. Алматы: 2017, cc. 42-51
45. Safevi Tarih Yazımında Osmanlılar (Şah İsmail ve Şah Tahmasb Devirleri) // Türk Tarihi Araştırmaları Dergisi / Journal of Turkish History Researches. Yıl/Vol. 3, Sayı/No. 1 Bahar/Spring 2017, ss. 1-49
46. Tarixin və bugünün işığında Nadir şah (İngilis şərqşünasının kitabı üzərində bəzi düşüncələr) // İngilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsi və tarixşünaslıq elminin vəzifələri. Bakı: “Elm”, 2018, ss. 24-58
47. The trade routes and the Silk Trade along the Western Coast of the Caspian Sea from the 15th to the First Half of the 17th Century // Acta Via Serica. Vol. 3, No 2, December 2018 (Keimyung University, Republic of Korea), pp. 23-48
48. Osmanlı təhrir dəftərlərinin Azərbaycanın orta əsrlər sosial-iqtisadi tarixinin öyrənilməsində önəmi // Azərbaycan şərqşünaslığı. Elmi kütləvi jurnal, № 1(16), 2018, s. 11-14
49. Les grands traits de la suprematie mongole en Azerbaidjan et en Transcaucasie // La Montagne des Langues et des Peuples. Imbrications et transferts dans l’Espace du Caucase. Paris: 2019, pp. 143-172
50. О научных изысканиях Мирзы Казем-Бека в области истории тюркских народов // Казембековские чтения: материалы Междунар. науч.-образ. конф. Махачкала, 26-27 февраля 2019 г. / отв. ред. А.М. Абдулатипова; ДГИ; СПбГУ. Махачкала: Дагест. гуманитар. ин-т, 2019, сс. 60-72
51. Outlines of the Mongolian supremacy in Azerbaijan and the South Caucasus // Khazar Journal Of Humanities and Social Sciences, Special Issue, 2019, p. 145-168
52. Азербайджанская периодическая печать начала XX в. о Туркестане и джадидизме (Статьи М.Э.Расулзаде в газете «Ачыг сёз») // Центральная Азия в эпоху средневековья и Нового времени: общество, культура, источники. Ташкент: "Akademnashr", сс. 86-106
İstinadlar
- "Mustafayev Şahin Məcid oğlu" (az.). science.gov.az. 2017. İstifadə tarixi: 2017-04-05.
- AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb