Şükür Bürhanov
Şükür Bürhanov (d. 15 sentyabr 1910, Daşkənd – ö. 15 avqust 1987, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək aktyoru. SSRİ xalq artisti (1959).
Şükür Bürhanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Daşkənd |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor |
Mükafatları | |
IMDb | ID 0121969 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
15 sentyabr 1910-cu ildə Daşkənd şəhərində anadan olmuşdur.
Kənd təsərrüfatı texnik məktəbində təhsil aldığı müddətdə dram klubunun işində iştirak etmişdir.
1927-ci ildən Özbəkistan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə Özbəkistan Dövlət Dram Teatrının studiyasında oxumuşdur.
Əsasən, romantik, psixoloji və satirik obrazlar yaratmışdır.
Sov.İKP-nın üzvü idi.
15 avqust 1987-ci ildə Daşkənd şəhərində vəfat etmişdir. Daşkənddəki Çiqatay qəbiristanlığında dəfn edilmişdir.
Mükafatları
Şükür Bürhanov SSRİ-nin və Özbəkistan SSR-nin bir sıra mükafatları ilə təltif edilmişdir. Onlardan bəziləri bunlardır:
- Özbəkistan SSR xalq artisti (1940);
- "Qırmızı Əmək Bayrağı" ordeni (1945);
- "Şərəf Nişanı" ordeni (1951);
- SSRİ xalq artisti (1959);
- Həmzə adına Özbəkistan SSR Dövlət mükafatı laureatı (1965);
- Lenin ordeni (1970);
- "Oktyabr İnqilabı" ordeni (1980).
Tamaşalardakı rolları
- Kamil Yaşenin “Namus və məhəbbət” tamaşasında "Qulam" rolunda;
- Həmzənin “Bəy və muzdur” tamaşasında "Qafur" rolunda;
- Nazim Hikmətin “Məhəbbət əfsanəsi” tamaşasında "Fərhad" rolunda;
- Məqsud Şeyxzadənin “Mirzə Uluqbəy” tamaşasında "Uluqbəy" rolunda;
- Uilyam Şekspirin “Hamlet” tamaşasında "Hamlet" rolunda;
- Anton Çexovun “Vanya dayı” tamaşasında "Voynitski" rolunda.
Filmoqrafiya
- “Tahir və Zöhrə” (1945);
- "İlya Muromets” (1956);
- “Asiya üzərində tufan” (1965);
- “İnqilab süvariləri” (1968);
- “Qara konsulun məhvi” (1971);
- “Azərbaycanfilm”in istehsal etdiyi “Qızılqaz” (1972) – Ağabala rolunda;
- “Yaxın və uzaq illər” (1976).
Xatirəsi
Şükür Bürhanovun xatirəsinə "Xalq artisti Şükür Bürhanov" adlı film çəkilmişdir.
İstinadlar
- ↑ BÜRHANOV. ensiklopediya.gov.az (az.)
- Некрополь
- Bu Azərbaycan filminin ssenaristi ölü tapıldı - “Naməlum kino” 2016-10-25 at the Wayback Machine. kulis.lent.az, 14.09.2016 (az.)
Xarici keçidlər
- Şükür Bürhanov (ing.) Internet Movie Database saytında
- Узбекский кинематограф СССР — Шукур Бурханов