İsmayıl ibn Yəsar
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
İsmayıl ibn Yəsar (?-744/749) — VII-VIII əsr Iran Fars şairi.
İsmayıl ibn Yəsar | |
---|---|
İsmayıl ibn Yəsar | |
| |
Doğum tarixi | VII əsr |
Doğum yeri | Mədinə |
Vəfat tarixi | 744 və ya 749 |
Vətəndaşlığı | |
Milliyyəti | Iranli |
Uşağı | oğlu Məhəmməd |
Fəaliyyəti | VII-VIII əsrlər |
Əsərlərinin dili | Ərəb dili |
Həyatı
VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir.
İbn Quteybə İsmayıl ibn Yəsarı köklü azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov mütəfəkkirin milli mənsubiyyəti haqqında qeyd edirdi ki, İbn Qüteybə (828-889) İsmayıl ibn Yəsarın əslən Azərbaycandan olduğunu yazmışdır. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsasları olmadan İsmayıl ibn Yəsarı fars şairlərinin siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir.
Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828-889) “Şeir və şairlər” (“الشعر و الشعراء”) əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır. Məşhur alman şərqşünası Karl Brokkelman “Ərəb ədəbiyyatı tarixi” (“تاريخ الادب العربي”) və ərəb alimi Ömər Fərrux “Ərəb ədəbiyyatı tarixi” (“تاريخ الادب العربي”) əsərlərində İbn Quteybənin fikirlərini əsas götürərək şairin Azərbaycandan olduğunu qeyd etmişlər.
İsmayıl ibn Yəsarın anadan olma tarixi barəsində mənbələrdə heç bir məlumat verilməsə də, ibn Qüteybə və əl-Mərzubani onun Mədinə şəhərində doğulduğunu qeyd etmişdir. Malik Mahmudov yazmışdır: ""Nəğmələr kitabı"nda söylənilir ki, Əbdul Malik ibn Mərvan xilafətin başına keçdikdən sonra (685-705) İsmayıl ibn Yəssar Urva əz-Zubeyrə ilə ona mədhiyyələr həsr etmiş və onun ardıcıllarına çevrilmişlər." M.Mahmudov İsmayıl ibn Yəssarın artıq 685-ci ildə tanınmış şair olduğu qənaətinə gəlmişdir.
G.Baxşəliyevanın monoqrafiyasında əl-İsfəhaninin dedikləri sözbəsöz tərcümə olunmuşdur: "Mənim əmim Musab ibn Abdullah əz-Zubeyrdən eşitdiklərini mənə danışmışdır: İsmayıl ibn Yəsar ən-Nisan Zubeyrilərin tərəfdaşlarından olan Qureyş qəbiləsinin Bani Tay ibn Mərva qolunun məvalisi olmuşdur. Hakimiyyət Əbdul-Malik ibn Mərvana keçdikdən sonra şair Urva ib Zubeyr ilə onun yanına getmiş və sülaləsinin xəlifələrini tərifləməyə başlamışlar. O, çox yaşamış, Əməvilər sülaləsinin son xəlifəsinə kimi görmüşdür, lakin Abbasilərin hakimiyyətinə kimi yaşamamışdır. Möhkəm sağlamlığa, xoş xarici görünüşə malik olmuş, zarafat etməyi sevmiş, gözəl şeirlər yazmış, Urva ibn Zubeyrin himayəsində yaşamışdır."
Professor Malik Mahmudov İsmayıl ibn Yəsarın nəslinin şairlər nəsli olduğunu, mənbələrdə onun iki qardaşının, Məhəmməd adında oğlundan bəhs edildiyini bildirmişdir. Tədqiqatçı həmin şairlərin şüubiyyə hərəkatının tərəfdarları olduğunu yazmışdır.
İsmayıl ibn Yəssar zəngin poetik ənənələr mühitində böyümüş, üzün ömür sürmüş və son illərini Xəlifə II Mərvanın (744-749) hakimiyyəti illərində keçirmişdir.
əsrlər ve şirler
Onun bir şeiri:
رب خال متوج لی و عم ماجد مجتدی کریم النصاب
انما سمی الفوارس بالفر سِ مضاهاة رفعة الانساب
فاترکی الفخر یا امام علینا و اترکی الجور و انطقی بالصواب
و اسألی ان جهلت عنا و عنکم کیف کنا فی سالف الاحقاب
اذ نربی بناتنا و تدسو نَ سفاهاً بناتکم فی التراب
Tərcümə:
Bir neçə Şahzada əmim və əmim var.
"Favars" sözü hörmətli irqimizdən üstün olmaq üçün adımızdan (Fars) yaranmışdır.
İndi ey imam (imam ümumi mənada adresdir), qürur duymayın və bizə zülm etməyə imkan verməyin və bizə doğru və düzgün danışın.
Keçmişimizdən (iranlılardan) və özünüzdən (ərəblərdən) xəbərsizsinizsə, bilin ki, biz də, siz də oldunuz.
Qızlarımızı böyütdük, qızlarınızı (qəbirdə diri-diri) dəfn etdiniz.
Onun başqa bir şeiri:
انی وجدک ما عودی بذی خور
عندالحفاظ و لاحوضی بهمدوم اصلی کریم و مجدی لایقاس به
ولی لسان کحد السیف مسموم احمی به مجد اقوام ذوی حسب
من کل قرم بتاج الملک معموم جحاجح ساده بلج مرازبه
جرد عتاق مسامیح مطاعیم من مثل کسری و سابور الجنود معا
والهرمزان لفجر او لتعظیم
Tərcümə:
Sənin əcdadına and içirəm ki, şərəfimi qorumaq üçün biz deyiləm!
Böyük köklərim var və izzətimi başqaları ilə müqayisə etmək olmaz! Dilim də qılıncın sərtliyi qədər zəhərlidir.
Bu dil ilə mən hamısı böyük və taclı hökmdar olan orijinal (İran) nəslinin şərəfini dəstəkləyirəm.
Açıq komandirlər və rəislər, sərhədçilər, qabaqcıllar, seçilən xeyirxah və qonaqpərvər insanlar
Xosrov (Anuşhirvan), Şapur və Hormozan kimi kimlər tərif və gərginliyə layiqdirlər!
İstinadlar
- Abu’l-Faraj Eṣfahānī, Ketāb al-āḡānī IV, Beirut, 1956.
- Brocklemann, GAL I, p. 60; S. I, p. 95.
- http://www.iranicaonline.org/articles/esmail-b-yasar-nesai
- https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/ismail-b-yasar-COM_32593
- Malik Mahmudov. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər). Bakı, 1983
- ÜLKƏR ZAKİRQIZI (MƏMMƏDOVA). İSMAYIL İBN YƏSARIN POETİK İRSİ VƏ ETNİK MƏNŞƏYİ
- Malik Mahmudov. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər). Bakı, 1983, səh.53
- Abonavas Poems. 1988. Daralmaktab Berot. Frist Edition.
- Ayati, A. 1970. Shuubiyya. Monthly Education and Training.40(4):6-9.