Əminə Məlikova
Əminə Zakir qızı Məlikova — İçərişəhər Muzey Mərkəzinin direktoru (2018-ci ildən), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017).
Əminə Məlikova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Fəaliyyəti | İçərişəhər Muzey Mərkəzinin direktoru |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əminə Məlikova 23 noyabr 1977-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca iqtisadçı və sənətşünasdır. O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilini başa vurmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Neft mövzusu dünya müasir incəsənətində" mövzusunda sənətşünaslıq üzrə dissertasiya müdafiə etmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti
Əminə Məlikova 2018-ci ilin dekabrından "İçərişəhər" Muzey Mərkəzinin direktoru vəzifəsində çalışır. O, həmin ilin mart–dekabr aylarında muzeyinin direktor müavini, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrini icra etmişdir.
"Azərbaycan Kəlağayı" və "Butalı" milli brendlərinin təsisçisidir.
1999-cu ildə əmək fəaliyyətinə başlamışdır. O, 1999–2009-cu illərdə Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri vəzifəsində işləmişdir.
İctimai fəaliyyəti
2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2016–2019-cu illərdə ICOM Azərbaycan Milli Komitəsinin katibi olmuş, 2019-cu ildən isə ICOM Azərbaycan Milli Komitəsinin idarə heyətinin üzvüdür.
Elmi fəaliyyəti
- Müəllifi olduğu kitab və nəşrlər
- "Şirvanşahlar irsi dünya muzeylərində" kitabı,
- "Kəlağayı sənəti" (Kelaghayi Art) kitabı, 2018
- "Neft və İncəsənət" kitabı, 2012
- 23 elmi məqalə
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 27 sentyabr 2017
- "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı — 31 oktyabr 2019
- "Humay" milli mükafatı — 2020
İstinadlar
- "2016-cı il üçün fəlsəfə doktoru proqramı üzrə qeydiyyata alınmış dissertasiya mövzuları". shura.ict.az (azərb.). 18 oktyabr 2019. İstifadə tarixi: 21 yanvar 2020.
- "ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib". mct.gov.az (azərb.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 18 oktyabr 2019. İstifadə tarixi: 21 yanvar 2020.
- "Azərbaycanın kəlağayı sənətinə dair yeni çap olunan kitabın təqdimatı keçirilib". report.az (azərb.). 30 noyabr 2019. İstifadə tarixi: 21 yanvar 2020.
- "Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 27 sentyabr 2017. İstifadə tarixi: 21 yanvar 2020.
- ""Humay" Mi̇lli̇ Mükafatı Akademi̇yası 2020-ci̇ ili̇n qali̇bləri̇ni̇ elan etdi̇". medeniyyet.info. İstifadə tarixi: 7 dekabr 2020.
Xarici keçidlər
- Əminə Məlikovanın kitabları (PDF)