Wikipedia
Abbas Mirzə Şərifzadə küçəsi (Bakı)
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır.
Abbas Mirzə Şərifzadə küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Rayon | Yasamal |
Uzunluğu | 2,1 km |
metro | İnşaatçılar |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir.
Kəsişdiyi küçələr
Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir.
- İsfəndiyar Zülalov küçəsi
- İsmayıl Mürsəgülov küçəsi
- Yaşar Abdullayev küçəsi
- Mirzə Mehdiyev küçəsi
- Nazim Hikmət küçəsi
- 6-cı Salaxani küçəsi
- 7-ci Salaxani küçəsi
- Akim Abbasov küçəsi
- Kamal Rəhimov küçəsi
- Əsəd Əhmədov küçəsi
- Həmidov küçəsi
- Məhəmməd Xiyabani küçəsi
- Heydər Hüseynov küçəsi
Mühüm ünvanlar
- № 10 — Azad Azərbaycan TV
- № ? — AMEA Fiziologiya İnstitutu
- № 20 — Kaktus restoranı
- № 39 — ASAN xidmətin 3 saylı mərkəzi
- № 138 — CONNECT TV
- № 154a — "Bizim Market"
- № 158 — "Metro ticarət"
- № ? — Günəş petrol
- № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi
- № 202 — "Zəngin süfrə" restoranı
- № 203 — Capsella pərdə-tül mərkəzi
- № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci
- № ? — AZPETROL
- № 241 — İctimai Televiziya
- № ? — Respublika kliniki xəstəxanası
- № ? — Bakı Rabitə Kolleci
Ədəbiyyat
- Elxan Qənbərli, "Görməzlik, biganəlik, yoxsa...", "Azərbaycan" qəzeti, 16 iyul 2013-cü il.
İstinadlar
- Abbas Mirzə Şərifzadə küçəsi, Bakı, Azərbaycan
- Elxan Qənbərli (16 iyul 2013). "Görməzlik, biganəlik, yoxsa..." "Azərbaycan" qəzeti (azərb.). azerbaijan-news.az. İstifadə tarixi: 2015-05-20.
- . 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
Xarici keçidlər
- Abbas Mirzə Şərifzadə küçəsi, Bakı