İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru.
İranə Tağızadə | |
---|---|
İranə Tofiq qızı Tağızadə | |
Doğum tarixi | 7 may 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2023 (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Atası | Tofiq Tağızadə |
Fəaliyyəti | rejissor |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı |
Mükafatları |
Həyatı
İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Vəfatı
9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Qurd qapısı məzarlığında dəfn olunmuşdur.
Ailəsi
Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır.
Fəaliyyəti
Quruluş verdiyi tamaşalar
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Saltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin "Sənətkarın taleyi" quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Təltifləri
Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
İstinadlar
- https://oxu.az/culture/716514.
- Таги-Заде Ирана Тофиг гызы, режиссер, Заслуженный Деятель искусств Азербайджана, Народная Артистка Азербайджана
- Xalq artisti İranə Tağızadə dəfn olundu - YENİLƏNİB + FOTO
- Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib — YENİLƏNİB
- Mədəniyyət Nazirliyi İranə Tağızadənin ölümü ilə bağlı nekroloq yayıb
- İranə Tağızadə: ""Rusdrama"nı tərk edirəm"
- Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 85 illik yubileyi münasibətilə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilməsi
- Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı