İman Əsgərzadə
İman | |
---|---|
Əsgərzadə | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kəbirli kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Novruz |
Anası | Cavahir |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Fizika İnstitutu |
Təhsili | Moskva Dövlət Universiteti, Fizika fakültəsi |
Elmi rəhbəri | akademik Firudin Haşımzadə |
Həyatı
İ.N.Əsgərzadə 1962-ci ildə Ağcabədi rayonu Kəbirli kəndində müəllim ailəsində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiridir. İ.N.Əsgərzadə ifratkeçiricilərin nəzəriyyəsi və tətbiqi sahəsini tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. 1979-cu ildə Respublika 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbini və 1985-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakultəsini bitirmişdir. 1995-ci ildə AMEA Fizika İnstitutu nda namizədlik və 2004 ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2000-ci ildən etibarən araşdırma qrantları müsabiqələrində galib gələrək dünyanın müxtəlif Üniversitetlərində və elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. (CRDF (Amerika), DAAD (Almaniya-Dresden Helmholtz İnstitutu), NATO postdoc (Türkiyə-Bilkənd Universiteti), NATO reintegration (Amerika), CNRS-ANAS (Fransa), TUBİTAK (Türkiyə-Ankara Universiteti)). 2002-2011 tarihləri arasında Abdus Salam Beynəlxalg Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü seçilmişdir.
I
- Elmi əsərlərinin sayı-132
- Xaricdə dərc olunan əsərlərinin sayı- 122
- Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı – 102 (SCI 90)
- Monoqrafiya və kitablarının sayı- 3
- Elmi-pedaqoji fəaliyyəti- 15 il Ankara Universitetində çalışmış
- Dil bilikləri (ingiliscə)
Əsas elmi nəticələri
İ.N.Əsgərzadənin araşdırmaları laylı və coxzonalı ifratkeçiricilərin ümumiləşdirilmiş Ginzburg-Landau və Eliashberg nəzəriyyələri əsasında öyrənilməsinə həsr olunmuşdur. İlk dəfə Ginzburg-Landau nəzəriyyəsini iki zonalı hal üçün ayrıntılı bir şəkildə tədgig etmişdir. Bu əsərə Nobel mükafatı laureatı, akademik V.L.Ginzburg Springer-Verlag ‘Superconductivity and Superfluidity’, 2009 kitabında istinad etmişdir. O həmçinin Josefson elementlərindən əmələ gələn impuls və magnit seli kvantlı dövrələrin dinamikası, Josefson sxemlərində xaos problemləri ilə məşgul olmuşdur. Anharmonik Josefson cərəyan-faza effektlərlərinin nəticələrə təsiri tədgig olunmuşdur. Son zamanlar o ifratkeçirici kvant kompüterlərin əsas elementi olan kvant bitler və geyri-səlis məntigin tətbigi mövzusunda araşdırmalar həyata keçirməkdədir.
Əsas elmi əsərləri
I. N. Askerzade, A. Bozbey, M.Canturk, Modern aspects of Josephson dynamics and superconductivity electronics, (monografiya), Springer, 210s., 2017 http://www.springer.com/la/book/9783319484327
I. N. Askerzade, Low Temperature Physics, (review) v.41, iss. 3,pp. 241–261,2015
I.N.Askerzade, A.Rakhimov, Phys. Rev. E 90, 032124, 2014
I. N. Askerzade, Unconventional Superconductors. Anisotropy and multiband effects (monografiya), Springer, 177 s., 2012 http://www.springer.com/physics/condensed+matter+physics/book/978-3-642-22651-9
I. N. Askerzade, R. T. Tagiyeva, Superconductor Science and Technology, 25, 095007, 2012
I.N.Askerzade, M.Canturk, IEEE Trans. on Applied Superconductivity, 21(5), 3541- 3547, 2011
I.N.Askerzade, Ş.Emrah, CMES: Computer Modeling in Engineering and Sciences, 70(1)1-10, 2010
I.N.Askerzade, Успехи Физичеких Наук, 52(6) (review), 977, 2009
I.N.Askerzade, Journal Physics and Chemistry of Solids,68, 1311,2007
I.N.Askerzade, Успехи Физичеких Наук, 49(10) (review),1003, 2006
I.N.Askerzade, Письма в ЖЭТФ ( JETP Letters), v.81, No11, pp. 717, 2005
I.N.Askerzade, Physica C, v.420, pp. 11, 2005.
I.N.Askerzade, Süperiletkenlik Fiziğine Giriş (derslik), Ankara, Gazi Kitab Evi, 200s,2005
http://www.pegem.net/kitabevi/335-Superiletkenlik-Fizigine-Giris-kitabi.aspx
I.N.Askerzade, I.O.Kulik Modern Physics Letters B, v.17,No10,11,12,p. 649, 2003.
I.N.Askerzade, A.Gencer, Journal of Physical Society of Japan.v.71, N7,1637, 2002.
Elmi-təşkilati fəaliyyəti
2012 ilindən Ankara Universitetində kafedra müdiri
Xarici keçidlər
http://science.gov.az/forms/doktora-nauk-instituta-fiziki/2662